Əmək pensiyalarında yeni artımlar
10.02.2023 [10:53]
MÜBARİZ
Sosial dövlət olan Azərbaycanda ədalətli resurs bölgüsü təmin edilir. Belə ki, qayğıya ehtiyacı olan bütün vətəndaşlar, həssas qruplardan olan insanlar dövlət tərəfindən dəstəklənirlər. Artıq respublikamızda gözəl bir ənənə formalaşıb: Ölkənin iqtisadi-maliyyə imkanları genişləndikcə vətəndaşların rifah halının yüksəldilməsinə yönəldilən vəsaitlərin həcmi də artırılır. Bundan başqa, Prezident İlham Əliyevin tapşırığına əsasən Dövlət Vergi Xidmətinin və Dövlət Gömrük Komitəsinin xətti ilə büdcəyə daxil olan bütün əlavə vəsaitlər də sosial sferaya yönəldilir. Respublikamızda sosial sferanın prioritetliyi 2023-cü ildə də təmin edilir. Xatırladaq ki, cari ilin dövlət büdcəsində sosialyönümlü xərclərə 15 milyard 219 milyon manat vəsaitin yönəldilməsi nəzərdə tutulub. Bu, 2022-ci illə müqayisədə 1 milyard 289 milyon manat və yaxud 9,3 faiz çoxdur. 2023-cü ildə əhalinin sosial müdafiəsi və sosial təminat xərcləri isə 4 milyard 416 milyon manat məbləğində proqnozlaşdırılır. Qeyd edək ki, respublikamızda son beş ildə 4 sosial məzmunlu islahat paketi reallaşdırılıb və bu islahatlardan 1,9 milyon insan faydalanıb.
Geniş məzmunlu pensiya islahatları
Respublikamızda davamlı olaraq həyata keçirilən sosial məzmunlu islahatlar ölkə əhalisinin 12 faizini əhatə edən təqaüdçülərin pensiya təminatını da əhatə edir. 2022-ci ildə pensiya ödənişlərinə əvvəlki ilə nisbətən 7,9 faiz (361 mln. manat) çox olmaqla 4 mlrd. 948 mln. manat vəsait yönəldilib. Bu ilin əvvəlindən reallaşdırılan yeni sosial islahat paketinin tərkib hissəsi kimi, Prezident İlham Əliyevin təsdiq etdiyi yeni Qanunla minimum aylıq əmək pensiyasının məbləği 2023-ci il fevralın 1-dən 280 manata çatdırılıb. Beləliklə, 1 fevral tarixinə 280 manatdan az olan pensiyalar artırılaraq həmin məbləğə çatdırılacaq. Eyni zamanda, bəhs olunan tarixdən sonra pensiyaya çıxacaq şəxslərə təyin edilən təqaüdlərin minimum məbləği artıq 240 deyil, 280 manat təşkil edəcək.
Əmək və Əhalinin Sosial Müdafiəsi nazirliyindən “Yeni Azərbaycan”a verilən məlumatda bildirilir ki, son 5 ildə aparılan sosial islahatlar nəticəsində ölkəmizdə sosial ödənişlərdə ciddi artımlara, o cümlədən minimum pensiyanın 2,5 dəfə artırılaraq 110 manatdan 280 manata çatdırılmasına nail olunub. Hazırda minimum pensiya məbləği 2023-cü il üzrə pensiyaçılar üçün müəyyən edilmiş yaşayış minimumunu (199 manat) 81 manat və ya 40,7 faiz üstələyir.
Xatırladaq ki, ölkədə minimum pensiya məbləğinin artırılması Prezident İlham Əliyevin 5 yanvar 2023-cü il tarixində imzaladığı “Əhalinin sosial rifahının yaxşılaşdırılması sahəsində əlavə tədbirlər haqqında” Sərəncamda nəzərdə tutulub. Sğzügedən Sərəncama uyğun olaraq Nazirlər Kabineti müvafiq təkliflər hazırlayıb. Həmin təkliflər nəzərə alınmaqla “Əmək pensiyaları haqqında” Qanuna dəyişiklik parlamentdə müzakirə edilib və qəbul olunub. Dövlət başçısı təsdiqlədikdən sonra yeni Qanun fevralın 1-dən qüvvəyə minib. Ölkədə minimum pensiya məbləğinin artırılması 100 mindən çox vətəndaşı əhatə edəcək. Mühüm yeniliklərdən biri də ondan ibarətdir ki, 2006-cı il yanvarın 1-dən 2018-ci ilin iyulunadək hətta cəmi bir manat pensiya kapitalı olanlar da minimum pensiya almaq hüququna malik olacaqlar. Yəni, əgər vətəndaşın 25 illik əmək ştajı yoxdursa və onun yığımları çox deyilsə, o da pensiya ala biləcək. Pensiya amnistiyası növbəti 3 ili əhatə edəcək.
“Əmək pensiyaları haqqında” Qanuna edilən dəyişikliklər, eyni zamanda, indeksasiya nəticəsində pensiyaları artsa da, minimum pensiya məbləği səviyyəsinə çatmayan vətəndaşları da əhatə edəcək. Minimum pensiya məbləğinin artırılması həmçinin orta pensiya məbləğinə də təsir göstərəcək. Belə ki, orta pensiyada da artım olacaq.
Ümumiyyətlə, cari ilin əvvəlindən başlanan pensiya islahatları kifayət qədər geniş məzmuna malikdir. Ölkəmizdə 2023-cü ildə pensiyaların fərqli təqaüdlər üzrə fərqli qaydada artırılması qərara alınıb. Cari ildə orta aylıq pensiyanın məbləği 423 manat, yaşa görə pensiyanın məbləği 455 manat, əlilliyə görə pensiya 369 manat, ailə başçısını itirməyə görə pensiyanın məbləği isə 374 manat səviyyəsində müəyyənləşdirilib.
Əlçatanlığın artırılması
Ölkəmizdə genişməzmunlu sosial islahatlarına uyğun olaraq vətəndaşların pensiyaya çıxmaq imkanlarının genişləndirilməsi, sənədlərin toplanmasının asanlaşdırılması, şəffaflığın təmin olunması da diqqət mərkəzində saxlanılır. Xüsusilə də Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən müxtəlif xidmətlərin elekton qaydada təqdim olunması pensiyaya çıxmaq hüququ qazanan vətəndaşlarda məmnunluq hissini artırır. Qurumdan verilən məlumatda bildirilir ki, son 5 ildə müxtəlif sahələr üzrə elektronlaşma proqramı çərçivəsində nazirliyin 30 e-arayış xidməti istifadəyə verilib. Təkcə son bir ayda vətəndaşlar qurumdan 50 minə yaxın e-arayış alıblar. Onların böyük hissəsini müavinət və təqaüd, pensiya təminatı, əlillik və iş yerinə, məşğulluğa dair arayışlar təşkil edib. Xatırladaq ki, respublikamızda pensiya, müavinət və təqaüdlərin avtomatlaşdırılmış qaydada proaktiv təyinatına 2019-cu ilin əvvəlindən start verilib. Ötən dövrdə həmin sosial təminat növləri üzrə 500 min, o cümlədən pensiya üzrə 71 min proaktiv təyinat həyata keçirilib .
Xəbər lenti
Hamısına baxHadisə
26 Sentyabr 23:29
MEDİA
26 Sentyabr 22:46
Sosial
26 Sentyabr 21:16
Maraqlı
26 Sentyabr 20:46
YAP xəbərləri
26 Sentyabr 20:25
Dünya
26 Sentyabr 19:20
Dünya
26 Sentyabr 18:35
Gündəm
26 Sentyabr 18:31
Gündəm
26 Sentyabr 17:44
Dünya
26 Sentyabr 17:24
Gündəm
26 Sentyabr 16:20
Dünya
26 Sentyabr 16:19
Dünya
26 Sentyabr 15:32
Dünya
26 Sentyabr 15:10
Dünya
26 Sentyabr 14:45
Dünya
26 Sentyabr 14:17
Dünya
26 Sentyabr 13:59
Dünya
26 Sentyabr 13:25
Sosial
26 Sentyabr 12:44
Siyasət
26 Sentyabr 12:42
İqtisadiyyat
26 Sentyabr 12:40
Gündəm
26 Sentyabr 12:35
Gündəm
26 Sentyabr 12:13
Gündəm
26 Sentyabr 12:11
İqtisadiyyat
26 Sentyabr 11:45
Gündəm
26 Sentyabr 11:19
Analitik
26 Sentyabr 10:57
Xəbər lenti
26 Sentyabr 10:49
Xəbər lenti
26 Sentyabr 10:44
Siyasət
26 Sentyabr 10:22
Analitik
26 Sentyabr 09:41
Analitik
26 Sentyabr 09:17
Gündəm
26 Sentyabr 09:03
Ədəbiyyat
26 Sentyabr 08:51
Ədəbiyyat
26 Sentyabr 08:33
Gündəm
26 Sentyabr 08:14
Sosial
26 Sentyabr 07:45
Siyasət
26 Sentyabr 07:24
Siyasət
26 Sentyabr 07:23
Siyasət
25 Sentyabr 23:26
Siyasət
25 Sentyabr 23:25
Dünya
25 Sentyabr 23:18
Siyasət
25 Sentyabr 22:24
Dünya
25 Sentyabr 22:15
Dünya
25 Sentyabr 21:33
Siyasət
25 Sentyabr 21:25
Dünya
25 Sentyabr 20:17
Siyasət
25 Sentyabr 19:47
YAP xəbərləri
25 Sentyabr 19:37
Dünya
25 Sentyabr 19:20
Siyasət
25 Sentyabr 18:57
YAP xəbərləri
25 Sentyabr 18:30
YAP xəbərləri
25 Sentyabr 17:26
YAP xəbərləri
25 Sentyabr 16:24
YAP xəbərləri
25 Sentyabr 16:20
Siyasət
25 Sentyabr 15:29
YAP xəbərləri
25 Sentyabr 15:23
YAP xəbərləri
25 Sentyabr 15:13
YAP xəbərləri
25 Sentyabr 15:12
YAP xəbərləri
25 Sentyabr 15:07
YAP xəbərləri
25 Sentyabr 14:58
YAP xəbərləri
25 Sentyabr 14:44
YAP xəbərləri
25 Sentyabr 14:26
YAP xəbərləri
25 Sentyabr 13:24
İqtisadiyyat
25 Sentyabr 13:12
YAP xəbərləri
25 Sentyabr 13:08
Gündəm
25 Sentyabr 12:53
YAP xəbərləri
25 Sentyabr 12:36
Gündəm
25 Sentyabr 12:35
Gündəm
25 Sentyabr 12:18

