MDB məkanında ilk yerdə
15.02.2023 [10:05]
Ümumilikdə, 1,1 milyon pensiyaçını əhatə edən yeni artımlar üçün illik əlavə olaraq 728 milyon manat xərclənəcək
MÜBARİZ
Azərbaycan sosial dövlətdir. Prezident İlham Əliyev müxtəlif auditoriyalar qarşısında etdiyi çıxışlarında dəfələrlə birmənalı şəkildə bəyan edib ki, ölkəmizin gündəliyinin mərkəzində məhz Azərbaycan vətəndaşlarının mənafeyi dayanır. Dövlət başçısı tərəfindən müəyyənləşdirilən bu strateji kursa uyğun olaraq respublikamızda davamlı şəkildə sosial məzmunlu islahatlar həyata keçirilir. Bu islahatlar çərçivəsində ölkənin iqtisadi və maliyyə imkanlarının genişlənməsinə adekvat qaydada sosial sferaya daha böyük həcmlərdə vəsaitlərin yönəldilməsi təmin edilir.
Sosial islahatların yeni mərhələsi
Respublikamızda sosial sferanın prioritetliyi 2023-cü ildə də təmin edilir. Xatırladaq ki, cari ilin dövlət büdcəsində sosialyönümlü xərclərə 15 milyard 219 milyon manat vəsaitin yönəldilməsi nəzərdə tutulub. Bu, 2022-ci illə müqayisədə 1 milyard 289 milyon manat və yaxud 9,3 faiz çoxdur. 2023-cü ildə əhalinin sosial müdafiəsi və sosial təminat xərcləri isə 4 milyard 416 milyon manat məbləğində proqnozlaşdırılır.
Cari ilin əvvəlində Prezident İlham Əliyevin imzaladığı sənədlərdən biri də məhz sosial sfera ilə bağlıdır. Dövlət başçısı 5 yanvar 2023-cü il tarixində “Əhalinin sosial rifahının yaxşılaşdırılması sahəsində əlavə tədbirlər haqqında” Sərəncam imzalayıb. Bəhs olunan sənəd Azərbaycan dövlətinin ölkədə əhalinin rifah halının yaxşılaşdırılmasına necə böyük önəm verdiyini bir daha təsdiqləyir. Sərəncam respublikamızda son beş ildə artıq dördüncü sosial islahat paketinin icrasına başlanmasını, yeni ildə yeni sosial islahat mərhələsinə keçidi təmin edir. Yeni islahat paketinin icrası müxtəlif təbəqələrdən olan insanların gəlir imkanlarının genişlənməsini təmin edəcək. Artıq yeni islahat paketinin icrası uğurla təmin edilir. Belə ki, əməkhaqları, müvinətlər, təqaüdlər artırılıb və perspektivdə bu istiqamətdə yeni qərarların veriləcəyi də istisna deyil. Bütövlükdə, 2023-cü ildə sosial ödənişlərdə yeni artımlar üçün əlavə 750 milyon manat vəsait nəzərdə tutulub və bu artımlar 1,9 milyon vətəndaşı əhatə edəcək.
Bütün növ pensiyalarda artımlar
Bütün həssas qrupların təmsilçiləri kimi, pensiyaçıların da gəlir imkanlarının artırılması diqqət mərkəzində saxlanılır. Prezident İlham Əliyevin “Əmək pensiyalarının indeksləşdirilməsi haqqında” 10 fevral 2023-cü il tarixli Sərəncamı pensiyaçıların sosial müdafiəsinin gücləndirilməsi istiqamətində atılan ardıcıl addımların davamı, pensiyaçılarının rifahının təminatına yönələn növbəti dəstəkdir.
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyindən “Yeni Azərbaycan”a bildirilib ki, bəhs olunan Sərəncamla 2023-cü il 1 yanvar tarixinədək təyin edilmiş pensiyalar Dövlət Statistika Komitəsinin təqdim etdiyi məlumata əsasən, 2022-ci il üzrə orta aylıq nominal əməkhaqqının illik artım tempinə uyğun olaraq 14,7 faiz indeksləşdirilməklə bu ilin 1 yanvar tarixindən artırılır. Yanvar ayının artımı fevral ayının pensiyası ilə birgə veriləcək. Məsələn, şəxsin pensiyası 400 manatdırsa, bu məbləğ cari il yanvarın 1-dən 14,7 faiz, yəni 58,8 manat artırılmaqla 458,8 manata çatdırılacaq. Yanvar ayının 58,8 manat artımı da fevral ayında veriləcək. Ümumilikdə, 1,1 milyon pensiyaçını əhatə edən bu yeni artımlar üçün illik əlavə olaraq 728 milyon manat xərclənəcək.
Yeni qanunla bu ilin əvvəlindən pensiya artımı sahəsində vahid indeksasiya metoduna keçilməsi hər il indeksləşdirmə əsasında pensiya artımının ilk dəfə olaraq bütün növ pensiyalara şamil olunmasına imkan verib. Növbəti illərdə də bütün növ pensiyaların indeksasiya metodu ilə artırılması davam etdiriləcək. Beləliklə, hazırkı artım həm ümumi əsaslarla pensiya təyin olunmuş, həm də qulluq stajına görə əlavə alan pensiyaçılara (pensiyaçı hərbi qulluqçular, hüquq-mühafizə orqanları əməkdaşları və b.) şamil olunacaq. Bundan başqa, ötən il pensiyaçılara ödənilən maddi yardımlar 2023-cü ilin əvvəlindən onların pensiyalarının tərkibinə daxil edilib. Maddi yardım daxil edilərək artırıldıqdan sonra yaranan pensiya məbləği bu dəfə indeksləşdirilərək artırılır. Məsələn, 2022-ci ildə ayda 800 manat pensiya və onun 10 faizi miqdarında (80 manat) maddi yardım almış hərbi qulluqçunun pensiyasının tərkibinə cari ilin əvvəlindən həmin 80 manat daxil edilib və yaranan 880 manat pensiya məbləği bu dəfə indeksləşdirilərək 14,7 faiz (129,36 manat) artırılmaqla 1009,36 manata çatdırılıb.
ƏƏSMN-dən bildilib ki, Sərəncamla tətbiq edilən indeksasiya üzrə artım 2022-ci il üzrə orta inflyasiya dərəcəsini (13,9 faizi) üstələyir. Eyni zamanda, Sərəncamla istehlak qiymətləri indeksinin ötən il üzrə illik səviyyəsinə uyğun olaraq sığortaolunanların fərdi hesablarındakı pensiya kapitalları da 13,9 faiz indeksləşdirilməklə artırılır. Bu da əmək müqaviləsi əsasında işləyən şəxslərin fərdi hesablarındakı pensiya kapitalının təkcə hər ay onların əməkhaqlarından sosial sığorta ayırmaları ilə deyil, həmçinin hər ilin əvvəlində dövlət tərəfindən indeksləşdirmə əsasında da mütəmadi artmaqda olduğunu göstərir. Pensiyaların indeksləşdirilərək artırılması elektron sistem üzərindən avtomatik şəraitdə həyata keçiriləcək, hər hansı sənəd təqdim etməyə, müraciət ünvanlamağa ehtiyac yoxdur.
Azərbaycanın liderliyi
Son 5 ildə ölkəmizdə aparılan ardıcıl sosial islahatların tərkib hissəsi olaraq minimum pensiyanın 2,5 dəfə artırılaraq 280 manata, orta aylıq pensiyanın iki dəfə artırılaraq 423 manata, o cümlədən yaşa görə pensiyaların orta aylıq məbləğinin 456 manata çatmasına nail olunub. Azərbaycanın pensiya islahatları beynəlxalq səviyyədə də yüksək dəyərləndirilir. Hazırda ölkəmiz minimum və orta aylıq pensiya göstəricilərinin Alıcılıq Qabiliyyəti Pariteti əsasında hesablanmış beynəlxalq dollar ifadəsində MDB ölkələri və Gürcüstan üzrə sıralamada ilk yeri tutmaqda davam edir. Respublikamız minimum və orta aylıq pensiyanın nominal məbləğlərinə görə isə həmin sıralamada ikinci yerdə qərarlaşıb.Yeni qanunla bu ilin əvvəlindən pensiya artımı sahəsində vahid indeksasiya metoduna keçilməsi hər il indeksləşdirmə əsasında pensiya artımının ilk dəfə olaraq bütün növ pensiyalara şamil olunmasına imkan verib.
Xəbər lenti
Hamısına baxSosial
10 May 18:45
YAP xəbərləri
10 May 17:46
YAP xəbərləri
10 May 17:15
Siyasət
10 May 16:19
Siyasət
10 May 15:24
Gündəm
10 May 13:59
Gündəm
10 May 12:57
Gündəm
10 May 12:51
Siyasət
10 May 12:32
Siyasət
10 May 12:20
Hadisə
10 May 12:02
Siyasət
10 May 11:57
İdman
10 May 10:19
Gündəm
10 May 09:13
Siyasət
10 May 00:24
Gündəm
09 May 23:53
Dünya
09 May 23:21
Dünya
09 May 22:40
Dünya
09 May 21:15
Dünya
09 May 20:33
Dünya
09 May 19:18
Maraqlı
09 May 18:30
Gündəm
09 May 17:54
Gündəm
09 May 17:43
Dünya
09 May 17:41
Gündəm
09 May 17:40
Gündəm
09 May 17:18
Gündəm
09 May 17:10
Dünya
09 May 16:22
Dünya
09 May 15:38
Dünya
09 May 15:10
Dünya
09 May 14:54
Gündəm
09 May 14:46
Dünya
09 May 14:17
Siyasət
09 May 13:49
İdman
09 May 13:22
YAP xəbərləri
09 May 12:55
YAP xəbərləri
09 May 12:31
Gündəm
09 May 12:15
Xəbər lenti
09 May 12:09
Gündəm
09 May 12:01
İqtisadiyyat
09 May 11:54
Gündəm
09 May 11:52
Siyasət
09 May 11:31
İqtisadiyyat
09 May 11:17
İqtisadiyyat
09 May 10:54
Analitik
09 May 10:35
Siyasət
09 May 10:33
Analitik
09 May 10:12
Ədəbiyyat
09 May 09:57
Analitik
09 May 09:32
Sosial
09 May 09:15
Ədəbiyyat
09 May 08:51
Ədəbiyyat
09 May 08:39
Siyasət
09 May 08:17
Gündəm
09 May 08:10
Gündəm
09 May 07:42
Dünya
09 May 07:17
Xəbər lenti
09 May 06:36
Dünya
09 May 06:35
Dünya
08 May 23:34
Dünya
08 May 23:04
Formula 1
08 May 22:46
Dünya
08 May 22:34
Hərbi
08 May 22:31
İqtisadiyyat
08 May 22:18
Dünya
08 May 21:50
Xəbər lenti
08 May 21:23
İqtisadiyyat
08 May 21:22
Dünya
08 May 21:08

