1 milyon avroluq layihə
07.03.2023 [10:32]
Nəqliyyat sahəsində yeniliklər...
Nicat Dilqəmli
Ölkəmizdə nəqliyyat sahəsinin inkişafı, bu sahədə yeniliklərin tətbiqi prioritet məsələlər sırasındadır. Nəqliyyat sahəsində aparılan uğurlu islahatlar son illər ərzində davamlı xarakter daşımaqla, müsbət tendensiyaya çevrilib. Bu istiqamətdə atılan addımlardan biri də beynəlxalq təcrübənin öyrənilməsi, nəticə etibarı ilə, ölkəmizdə tətbiqidir. Ən müasir, innovativ texnologiyaların araşdırılması və onların tətbiqi çərçivəsində nəzərdə tutulan işlər bu gün də davam etdirilir. Rəqəmsal inkişaf və nəqliyyat naziri Rəşad Nəbiyev də bu barədə mətbuata danışıb. Nazir mobillik proqramı üzərində işlərin davam etdirildiyini diqqətə çatdırıb: “Biz hazırda Bakı şəhərində və ölkədə mobillik proqramı üzərində “Boston Consulting Group” şirkəti ilə birgə çalışırıq”. Əminəm ki, bu iki proqramı (“ Azərbaycanda Yol hərəkətinin təhlükəsizliyinin gücləndirilməsi” tvinninq layihəsi) bir araya gətirərək tvinninq proqramının daha uğurlu olmasını və qarşıya qoyduğumuz nəticələrə qısa müddətdə çatmağımıza nail olacağıq”.
Nazir son illər ərzində yol hərəkəti hadisələri qurbanlarının sayının artması məsələsinə də toxunub: “İstər mədəniyyət dəyişikliyi, istərsə də yol hərəkəti ilə baş verən dəyişikliklərə nəzər salsaq, təxminən 10 il əvvəllə müqayisədə Azərbaycanda kifayət qədər inkişafın olduğunu görə bilərik. Amma bununla yanaşı, Azərbaycanda yol hərəkəti hadisələri nəticəsində ötən il həyatını itirmiş şəxslərin sayı 834 nəfərdir. Bu istər MDB, istərsə də dünya üzrə orta göstəricidən kifayət qədər yüksəkdir. Amma bu bizə, eyni zamanda, kifayət qədər imkan verir ki, bu günə qədər əldə etdiyimiz uğurlara fokuslanıb, onları daha da utilizasiya edib irəli aparaq”.
Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin Beynəlxalq əlaqələr şöbəsinin müdiri Şahin İsmayılov isə Nazirliyin Polşa və Litvanın tərəfdaşlığı ilə “Azərbaycanda yol hərəkətinin təhlükəsizliyinin gücləndirilməsi” layihəsini həyata keçirəcəyi xəbərini verib. Ş.İsmayılovun sözlərinə görə, layihənin dəyəri 1 milyon avrodur: “İki il ərzində Polşa və Litvadan olan ekspertlərlə birgə müvafiq görüşlərin keçirilməsi, layihələrin hazırlanması nəzərdə tutulur. Layihə 3 komponent üzrə keçirilir - qanunvericiliyin təkmilləşdirilməsi, ikinci effektiv yol təhlükəsizliyi idarəetmə sisteminin yaradılması, kadr potensialının artırılması. Hər bir komponent üzrə müvafiq sənəd hazırlanacaq”.
Məsələ ilə bağlı “Yeni Azərbaycan” qəzetinə danışan nəqliyyat məsələləri üzrə mütəxəssis Elməddin Muradlı tvinninq proqramı üzrə müzakirələrin uzun müddət aparıldığını qeyd edib. İctimai Şuranın üzvü olduğu üçün prosesləri yaxından izlədiyini deyən ekspertin sözlərinə görə, nəqliyyat sahəsi ilə bağlı bir sıra problemlər var ki, onların həlli beynəlxalq təcrübələr əsasında mümkün ola bilər: “İndiyə qədər bir çox qurumlar beynəlxalq təşkilatlarla əməkdaşlıq edib və bunun nəticəsində uğur qazananlar da olub, qazanmayanlar da”.
E.Muradlı nəzərdə tutulan işlərin nəqliyyat sistemində bir çox dəyişikliyə səbəb ola biləcəyini diqqətə çatdırıb: “Burada ilk növbədə sərnişindaşımadan və yükdaşımadan, danışmaq lazımdır və nəqliyyatın rahat və rəvan hərəkətini təmin etmək barədə də düşünməliyik. Müşahidələrimə əsasən, nazirlik də sırf bu məsələlərə köklənib. Son vaxtlar ictimai nəqliyyatın inkişafı ilə bağlı müsabiqələrin keçirildiyini, güzəştlərin əldə olunması üçün danışıqların getdiyini görürük. Ölkəyə yeni avtobusların gətirilməsi, avtobus parkının yenilənməsi, avtovağzalların normal xidmət göstərməsi, avtovağzaldan-avtovağzala hərəkət prinsipini üstün tutmaq, xaotik sərnişindaşımanı ləğv etmək kimi müxtəlif hədəflər var”.
Yükdaşımalara nəzarət, taxoqrafların tətbiqi, taksi fəaliyyətinin təkmilləşdirilməsi kimi layihələrin bizi yaxın gələcəkdə sevindiricəyinə böyük ümidlə yanaşdığını söyləyən ekspert fikirlərinə belə yekun vurub: “Çox böyük ümidim var ki, Nazirlik sırf problemin həllinə yönəlmiş addımlar atmağa hazırlaşır və Nazirlik rəhbərliyinin bu sahədə iradəsini görürəm və hiss edirəm”.
Xəbər lenti
Hamısına baxDünya
09 May 23:21
Dünya
09 May 22:40
Dünya
09 May 21:15
Dünya
09 May 20:33
Dünya
09 May 19:18
Maraqlı
09 May 18:30
Gündəm
09 May 17:54
Gündəm
09 May 17:43
Dünya
09 May 17:41
Gündəm
09 May 17:40
Gündəm
09 May 17:18
Gündəm
09 May 17:10
Dünya
09 May 16:22
Dünya
09 May 15:38
Dünya
09 May 15:10
Dünya
09 May 14:54
Gündəm
09 May 14:46
Dünya
09 May 14:17
Siyasət
09 May 13:49
İdman
09 May 13:22
YAP xəbərləri
09 May 12:55
YAP xəbərləri
09 May 12:31
Gündəm
09 May 12:15
Xəbər lenti
09 May 12:09
Gündəm
09 May 12:01
İqtisadiyyat
09 May 11:54
Gündəm
09 May 11:52
Siyasət
09 May 11:31
İqtisadiyyat
09 May 11:17
İqtisadiyyat
09 May 10:54
Analitik
09 May 10:35
Siyasət
09 May 10:33
Analitik
09 May 10:12
Ədəbiyyat
09 May 09:57
Analitik
09 May 09:32
Sosial
09 May 09:15
Ədəbiyyat
09 May 08:51
Ədəbiyyat
09 May 08:39
Siyasət
09 May 08:17
Gündəm
09 May 08:10
Gündəm
09 May 07:42
Dünya
09 May 07:17
Xəbər lenti
09 May 06:36
Dünya
09 May 06:35
Dünya
08 May 23:34
Dünya
08 May 23:04
Formula 1
08 May 22:46
Dünya
08 May 22:34
Hərbi
08 May 22:31
İqtisadiyyat
08 May 22:18
Dünya
08 May 21:50
Xəbər lenti
08 May 21:23
İqtisadiyyat
08 May 21:22
Dünya
08 May 21:08
Dünya
08 May 20:43
Xəbər lenti
08 May 20:39
Dünya
08 May 20:30
İdman
08 May 20:16
Sosial
08 May 19:52
Sosial
08 May 19:28
Hadisə
08 May 19:10
Xəbər lenti
08 May 18:39
İqtisadiyyat
08 May 17:56
YAP xəbərləri
08 May 17:52
YAP xəbərləri
08 May 17:51
YAP xəbərləri
08 May 17:50
Xəbər lenti
08 May 17:04
Sosial
08 May 16:42
Dünya
08 May 16:42
YAP xəbərləri
08 May 16:26

