Mərkəzi Bank uçot dərəcəsini artırıb
30.03.2023 [10:29]
Manat üçün risklər varmı?
Nicat Dilqəmli
Azərbaycan Respublikası Mərkəzi Bankının (AMB) İdarə Heyətinin qərarı ilə uçot dərəcəsi 8.75 faizə, faiz dəhlizinin aşağı həddi 7 faizə, faiz dəhlizinin yuxarı həddi isə 9.75 faizə qaldırılıb.
AMB-dan bildirilib ki, bu qərar daxili və xarici mühitdə qiymət səviyyəsinə azaldıcı və artırıcı təsir göstərən amillərin dinamikası nəzərə alınmaqla verilib.
Manata necə təsir edəcək?
Yaxın region ölkələrində uzun müddətdir milli valyutaların məzənnələrinin tez-tez dəyişdiyi müşahidə edilməkdədir. Buna baxmayaraq, Azərbaycan manatı öz stabilliyini qoruyub saxlayır. Bu da ilk növbədə Mərkəzi Bankın həyata keçirdiyi siyasətlə bağlıdır. Başqa sözlə, ölkəmizin indiki maliyyə imkanları, Mərkəzi Bankın hazırkı siyasəti müqabilində yaxın perspektivdə manatın kursunun dəyişməsi gözlənilmir. Novruz bayramınadək olan hərraclarda dollara olan tələbat artıqlaması ilə ödənilib. Bu da manatın məzənnəsinin dəyişməsi ehtimalını sıfıra endirilir.
Mövzu ilə bağlı “Yeni Azərbaycan” qəzetinə danışan Millət vəkili, iqtisadçı-ekspert Vüqar Bayramov bildirib ki, manatın məzənnəsinə təsir göstərən əsas iqtisadi faktorlar ölkəyə daxil olan valyutanın həcmi, eyni zamanda, Dövlət Neft Fondu tərəfindən hərraca çıxarılan valyutanın məbləğidir: “Dolların qlobal bazarlarda möhkəmlənməsi regional valyutalara ən azı psixoloji təsir edir. Azərbaycan Mərkəzi Bankının ilin əvvəlində təşkil etdiyi hərraclarda dollara tələb aşağı idisə, artıq xarici valyuta alıcılarının sayı artmaqdadır. Valyutaya olan tələbin əhəmiyyətli hissəsi Dövlət Neft Fondu tərəfindən ödənilir. Bu baxımdan, Neft Fondunun hərraca çıxardığı vəsaitlərin həcmi dollara olan tələbin ödənilməsində çox önəmlidir”.
Dollara tələbat artıb
Novruz bayramından sonra keçirilən hərraclarda dollara tələbin artdığı müşahidə olunub. Daha dəqiq desək, Mərkəzi Bankın bugünlərdə təşkil etdiyi hərracda xarici valyuta tələbi 96,3 milyon dollar olub. Beləliklə də, əvvəlki hərracdakı göstəricilərlə müqayisədə (47,9 milyon dollar) dollara tələbin 2 dəfədən çox artdığı müşahidə edilir. Ekspertlərin fikrincə, ABŞ milli valyutasına tələbin artması bayram günləri ilə birbaşa əlaqəlidir.
İqtisadçı-ekspert deyir ki, tələbin artmasının əsas səbəbi qeyri-iş günlərinə görə təxminən son 2 həftədə valyuta hərraclarının keçirilməməsidir: “Biznesin dollara bəlli tələbi var və bayram günləri banklar çalışmadığı üçün bugünkü hərracda artan sifarişlərə əsasən məbləğ formalaşdı. Nəticədə, dollara tələbin hiss edilən səviyyədə yüksəlməsi qeydə alındı. Müqayisə üçün qeyd edək ki, oxşar tendensiya 2022-ci ilin Novruz bayramından sonra da müşahidə olunmuşdu. Belə ki, 2022-ci il 29 mart hərracında dollara tələb 105 milyon dollar olsa da, sonrakı hərracda sifariş həcmi 72.2 milyon dollara, daha sonra 68.0 milyon dollaradək azaldı”.
V.Bayramov qeyd edib ki, növbəti hərraclarda mərhələli şəkildə sifariş həcminin azalacağı gözlənilir: “Amma təbii ki, bu, birbaşa hərracların hansı dövrülükdə keçirilməsindən asılı olacaq. Dollara hərracda tələbin optimallaşdırılması üçün Mərkəzi Bank tərəfindən yaxın günlərdə yenidən hərracın təşkil edilməsi vacibdir.
2022-ci ildə Azərbaycanın idxalı 14 milyard 539 milyon dollar olub. 2021-ci ildə idxal 11 milyard 705 milyon dollar, 2020-ci ildə isə 10 milyard 732 milyon dollar idi. Göründüyü illər üzrə idxalda hiss edilən artım var. Bunun bir hissəsi dövlət sifarişləri olsa da, biznesin də payı az deyil. Təbii ki, idxal inflyasiyasi da digər indikatordur. İdxal artdıqca dollara tələb də artır. Doğrudur, ixracatda da artım yüksəkdir. Bununla yanaşı, nəzərə almaq lazımdır ki, ixrac qazancımızın əhəmiyyətli hissəsi enerji gəlirləri olaraq valyuta ehtiyatlarımızı artır. Bütövlükdə, idxal həcmi və xarici səfərlərin intensivliyini nəzərə aldıqda yaz aylarında dollara tələbin kəskin azalacağı gözlənilmir”.
Xəbər lenti
Hamısına baxDünya
11 May 23:22
Xəbər lenti
11 May 22:53
Siyasət
11 May 21:14
Dünya
11 May 20:24
Dünya
11 May 19:46
Dünya
11 May 18:40
İdman
11 May 18:19
Dünya
11 May 17:50
Dünya
11 May 17:27
Dünya
11 May 16:56
Sosial
11 May 16:28
Dünya
11 May 15:50
Dünya
11 May 15:22
Dünya
11 May 14:39
YAP xəbərləri
11 May 14:16
Dünya
11 May 13:40
Dünya
11 May 13:19
Dünya
11 May 12:47
YAP xəbərləri
11 May 12:13
Xəbər lenti
11 May 11:56
Hadisə
11 May 11:10
Hadisə
11 May 10:29
Dünya
11 May 09:58
Dünya
11 May 09:22
Dünya
11 May 08:45
Dünya
11 May 08:17
Dünya
11 May 07:50
İdman
11 May 07:24
Xəbər lenti
10 May 23:34
Dünya
10 May 22:12
Siyasət
10 May 22:06
Dünya
10 May 21:43
YAP xəbərləri
10 May 19:54
Sosial
10 May 19:23
YAP xəbərləri
10 May 18:52
Sosial
10 May 18:45
Siyasət
10 May 17:59
YAP xəbərləri
10 May 17:46
YAP xəbərləri
10 May 17:15
Siyasət
10 May 16:19
Xəbər lenti
10 May 15:48
Siyasət
10 May 15:24
Gündəm
10 May 13:59
Siyasət
10 May 13:23
Siyasət
10 May 13:22
Gündəm
10 May 12:57
Gündəm
10 May 12:51
Siyasət
10 May 12:32
Siyasət
10 May 12:20
Hadisə
10 May 12:02
Siyasət
10 May 11:57
İdman
10 May 10:19
Gündəm
10 May 09:13
Siyasət
10 May 00:24
Gündəm
09 May 23:53
Dünya
09 May 23:21
Dünya
09 May 22:40
Dünya
09 May 21:15
Dünya
09 May 20:33
Gündəm
09 May 19:40
Dünya
09 May 19:18
YAP xəbərləri
09 May 18:46
Maraqlı
09 May 18:30
Gündəm
09 May 17:54
Gündəm
09 May 17:43
Dünya
09 May 17:41
Gündəm
09 May 17:18
Gündəm
09 May 17:10
Dünya
09 May 16:22
Dünya
09 May 15:38

