30 şirkət, 17 gəmi...
14.04.2023 [10:54]
Yeni sanksiyalar Rusiyaya necə təsir edəcək?
Nicat Dilqəmli
Bir ildən çoxdur davam edən Rusiya-Ukrayna müharibəsi səbəbindən Rusiyaya qarşı tətbiq edilən sanksiyaların həcmi və əhatə dairəsi genişlənməkdə davam edir. Bir çox sahədə məhdudiyyətlər dalğasında boğulan Rusiya yeni qadağalarla üz-üzədir. Amerika Birləşmiş Ştatları (ABŞ) Maliyyə Nazirliyinin dünənki rəsmi açıqlaması da deyilənlərin növbəti təsdiqi hesab edilə bilər. Açıqlamada “G7” ölkələrinin Şimal qonşumuza qarşı sanksiyaları davam etdirəcəyi qeyd olunur. “G7” ölkələrinin maliyyə nazirləri, eləcə də onların mərkəzi banklarının rəhbərləri birgə bəyanatda qeyd ediblər ki, qrupa daxil olan dövlətlər Rusiyaya qarşı sanksiyaları davam etdirəcək və onların yan keçməsinə imkan verməyəcəklər.
Bəyanata görə, “G7” dövlətləri hərbi əməliyyatla əlaqədar Rusiyaya qarşı məhdudiyyətlərin və digər iqtisadi tədbirlərin tətbiqinə qəti öhdəliklərini təsdiqləyiblər. Açıqlamada deyilir: “Biz sanksiyalardan, digər iqtisadi tədbirlərdən yayınmanın və onların qarşısını almaq, onlara cavab vermək üçün kollektiv və milli olaraq müxtəlif yerlərdə intensiv işləyirik”.
Çərşənbə günü isə ABŞ Maliyyə Nazirliyi Rusiyanın bəzi fiziki və hüquqi şəxslərinə qarşı yeni sanksiyaların siyahısını ictimaiyyətə təqdim edib. Siyahıda ixrac məhdudiyyətlərinin tətbiq edildiyi 30-a yaxın şirkət yer alıb. Bundan başqa, 10-u rusiyalı olmaqla, ümumilikdə, 28 hüquqi şəxs də sanksiyalara məruz qalıb. Yeni sanksiyalar siyahısına Rusiya baş nazirinin müavini Marat Xusnullin, “Yunarmiya” Ümumrusiya hərbi-vətənpərvərlik ictimai hərəkatı, eləcə də “Meqafon” şirkəti daxil edilib. “Metalloinvest” və “Patriot” özəl hərbi şirkətinə qarşı da məhdudiyyətlər tətbiq edilib.
“Rusatom Overseas”a qarşı sanksiyalar da diqqəti cəlb edir. Şirkət, Rusiyadan kənarda olanlar da daxil olmaqla, hidrogen istiqaməti və atom elektrik stansiyalarının tikintisinə cavabdehdir. Məsələn, bu şirkət Yakutiyada az enerjili atom elektrik stansiyası layihəsinə rəhbərlik edir. Siyahıya Yekaterinburqdan olan “Promelektronika” şirkətlər qrupu da daxil edilib. Qeyd edilməlidir ki,“Promelektronika” Rusiyada elektron komponentlərin ən böyük təchizatçılarından biridir.
Yük daşımaları üçün nəzərdə tutulan 17 gəmiyə qarşı da sanksiyalar tətbiq edilib. Bu gəmilərin Dövlət Nəqliyyat Lizinq Şirkəti ilə bağlı olduğu bildirilir. Şirkətin baş direktoru, keçmiş nəqliyyat naziri Yevgeni Ditrix də sanksiyalara məruz qalan şəxslər sırasına qoşulub.
Yeni ixrac sanksiyaları Rusiya iqtisadiyyatına necə təsir göstərəcək? Şimal qonşumuzu nə gözləyir?
Yeni məhdudiyyətlərlərin təsirləri ilə bağlı suallarımızı cavablandıran iqtisadçı-ekspert Eldəniz Əmirov “Yeni Azərbaycan” qəzetinə açıqlamasında bildirib ki, sanksiyalar nəticə etibarı ilə Rusiyadan daha çox valyutanın çıxarılmasını sürətləndirəcək: “Ümumiyyətlə, Rusiyaya qarşı tətbiq edilən sanksiyalar müharibə bitənə qədər dayanmadan davam edəcək və artacaq. Bu, müxtəlif sektorları əhatə edəcək. Göründüyü kimi, daha çox logistik imkanlar Rusiyadan uzaqlaşdırılır. Məsələn, birinci növbədə Şərq-Qərb dəhlizi var idi ki, yuxarı qolu məhz Rusiyadan keçirdi. Bu marşrut özü artıq aktuallığını itirib və demək olar ki, Orta dəhlizlə əvəzlənib. Yəni, mallar Azərbaycana artıq Qazaxıstan üzərindən gəlir.
Nəticə etibarı ilə, Rusiyadan təkcə kənardan olan təsirlər deyil, eyni zamanda, daxilindən də valyutanın ölkədən çıxarılması sürətlənəcəkdir. Hansı ki, biz MDB məkanında olan ölkələrə daxil olan xarici köçürmələrə baxsaq, görərik ki, əksər ölkələrə Rusiyadan daxil olan pul kütləsində 300, bəzi ölkələrdə 500, 700 faizə qədər artım var. Məsələn, Azərbaycanın özünə pul köçürmələri 361 faiz artıb. Bu, böyük bir rəqəmdir. Bunların hər biri sanksiyaların nəticəsidir”.
E.Əmirovun sözlərinə görə, proseslərin bu formada irəliləməsi Rusiya iqtisadiyyatında daha böyük fəlakətlər yaşadacaq: “Hətta hesab edirəm ki, müharibə bu gün dayansa belə, Rusiyada qarşıda fəlakət yenə də qaçılmaz olacaqdır. Əvvəla müharibə dayanan kimi sanksiyalar götürülməyəcək. Rusiyanın qarşısında Ukraynanın bərpa məsələsi və digər şərtlər də var”.
Xəbər lenti
Hamısına baxDünya
09 May 23:21
Dünya
09 May 22:40
Dünya
09 May 21:15
Dünya
09 May 20:33
Dünya
09 May 19:18
Maraqlı
09 May 18:30
Gündəm
09 May 17:54
Gündəm
09 May 17:43
Dünya
09 May 17:41
Gündəm
09 May 17:40
Gündəm
09 May 17:18
Gündəm
09 May 17:10
Dünya
09 May 16:22
Dünya
09 May 15:38
Dünya
09 May 15:10
Dünya
09 May 14:54
Gündəm
09 May 14:46
Dünya
09 May 14:17
Siyasət
09 May 13:49
İdman
09 May 13:22
YAP xəbərləri
09 May 12:55
YAP xəbərləri
09 May 12:31
Gündəm
09 May 12:15
Xəbər lenti
09 May 12:09
Gündəm
09 May 12:01
İqtisadiyyat
09 May 11:54
Gündəm
09 May 11:52
Siyasət
09 May 11:31
İqtisadiyyat
09 May 11:17
İqtisadiyyat
09 May 10:54
Analitik
09 May 10:35
Siyasət
09 May 10:33
Analitik
09 May 10:12
Ədəbiyyat
09 May 09:57
Analitik
09 May 09:32
Sosial
09 May 09:15
Ədəbiyyat
09 May 08:51
Ədəbiyyat
09 May 08:39
Siyasət
09 May 08:17
Gündəm
09 May 08:10
Gündəm
09 May 07:42
Dünya
09 May 07:17
Xəbər lenti
09 May 06:36
Dünya
09 May 06:35
Dünya
08 May 23:34
Dünya
08 May 23:04
Formula 1
08 May 22:46
Dünya
08 May 22:34
Hərbi
08 May 22:31
İqtisadiyyat
08 May 22:18
Dünya
08 May 21:50
Xəbər lenti
08 May 21:23
İqtisadiyyat
08 May 21:22
Dünya
08 May 21:08
Dünya
08 May 20:43
Xəbər lenti
08 May 20:39
Dünya
08 May 20:30
İdman
08 May 20:16
Sosial
08 May 19:52
Sosial
08 May 19:28
Hadisə
08 May 19:10
Xəbər lenti
08 May 18:39
İqtisadiyyat
08 May 17:56
YAP xəbərləri
08 May 17:52
YAP xəbərləri
08 May 17:51
YAP xəbərləri
08 May 17:50
Xəbər lenti
08 May 17:04
Sosial
08 May 16:42
Dünya
08 May 16:42
YAP xəbərləri
08 May 16:26

