Avtomobillərin utilizasiyası...
14.06.2023 [10:42]
Proses necə olmalıdır?
Yeganə BAYRAMOVA
Ölkəmizdə könhə avtomobillərin utilizasiyası ilə bağlı prosesə başlanıb. Bu prosesin hüquqi bazasını isə “İstehsalat və məişət tullantıları haqqında” qanun təşkil edir. Sözügedən qanuna müəyyən dəyişikliklər edilməsi parlamentin diqqətindədir. Belə ki, avtomobillərin utilizasiya haqqı onların idxalı zamanı gömrük sərhədindən keçərkən ödəniləcək. Bu zaman nəzərdə tutulan utilizasiya haqqının məbləği 400-700 manat arası nəzərdə tutulur.
1-3 il istehsal müddəti olan avtomobillər üçün isə utilizasiya haqqı nəzərdə tutulmayıb. 4 ildən 7 ilə qədər istehsal müddəti olan avtomobillər üçün 400 manat, 7 ildən yuxarı avtomobillər üçün isə 700 manat utilizasiya haqqı nəzərdə tutulur. Hökumət məmurları deyirlər ki, bu rəqəmlər hələlik dəqiq deyil, bu istiqamətdə müzakirələr davam etdirilir və dəyişə bilər.
Dünya ölkələrində vəziyyət
Dünyanın müxtəlif ölkələrində avtomobillərin utilizasiyasının yaşı müxtəlif illəri əhatə edir. Məsələn, Böyük Britaniya və Fransa kimi Qərbi Avropa ölkələrində avtomobillər 7-8 illik istismardan sonra utilizasiyaya verilir. Baltik ölkələrində bu müddət 12 il, Lüksemburqda 4 ildən az, Səudiyyə Ərəbistanında isə 3 ildən biraz çoxdur. ABŞ-da avtomobillər 10-11 ildən, Rusiyada 12-13 ildən, Kubada 38 ildən sonra utilizasiya edilir.
Avropa və ABŞ-da köhnə maşınların təkrar emalını istehsalçı şirkətlər həyata keçirir. Məsələn, Avropa İttifaqının direktivinə əsasən İttifaq ərazisində istehsal olunan avtomobillərin detallarının 95 faizi təkrar istifadə üçün yararlı olmalıdır. Almaniyada istehsalçı şirkətlər bu tələbə tam əməl edirlər. Məsələn, “Mercedes-Benz” şirkəti təkrar emalı mümkün olan detalların üzərinə xüsusi işarə vurur.
Fransada hər 1,5 milyon nəfər əhali üçün minimum 7 utilizasiya məntəqəsi olmalıdır. Avtomobili vaxtında utilizasiyaya verməməyə görə burada yüksək cərimələr, hətta azadlıqdan məhrumetmə cəzaları nəzərdə tutulur. Niderlandda isə ölkədə 96,2 faizi təkrar emala yararlı olmayan avtomobillərin istismarı qadağan edilib.
Bəs, ölkəmizdə avtomobillərin utilizasiyası necə həyata keçirilməlidir?
Tələsməyə ehtiyac yoxdur
Suallarımızı cavablandıran nəqliyyat məsələləri üzrə ekspert İlqar Hüseynli “Yeni Azərbaycan”a açıqlamasında bildirib ki, utilizasiya proqramı mərhələli şəkildə icra edilməlidir. Onun sözlərinə görə, utilizasiya böyük sosial-iqtisadi proqramdır. Ekspert hər ölkənin bu proqramı həyata keçirə bilmədiyini vurğulayıb. Çünki bunun üçün iqtisadiyyat dayanıqlı olmalıdır: “Azərbaycan milli iqtisadiyyatının dayanıqlılığına güvənərək utilizasiya proqramını həyata keçirməyə hazırlaşır. Proqramın icrası “2022-2026-cı illərin sosial-iqtisadi inkişaf strategiyası” çərçivəsində olacaq. Deməli hələ qarşıda 2-3 ilimiz var. Utilizasiya proqramını tələsik yerinə yetirməyə ehtiyac yoxdur. Bunun üçün bəzi məsələləri həll etmək lazımdır. Ötən ilin yanvar ayından Azərbaycana ekoloji təmiz nəqliyyat vasitələrinin idxalı ƏDV-dən, noyabr ayından isə elektromobillərin idxalı gömrük rüsumundan azad edilib. Qarşıdakı illərdə də stimullaşdırıcı tədbirlər olacaq ki, vətəndaşlarımız üçün yeni, ekoloji təmiz nəqliyyat vasitələri almaq əlçatan olsun. Bundan sonra utilizasiya proqramını həyata keçirə bilərik”
Könüllü olacaq
Ekspertin sözlərinə görə, bir sıra ölkələrdə utilizasiya məcburi xarakter daşısa da, Azərbaycanda könüllü olacaq: “Bəzi ölkələrdə dövlət avtomobilləri bazar qiyməti əsasında məcburi qiymətləndirir və bunun əsasında vətəndaşa hansısa məbləğ ödəyir. İri avtomobil sənayesi olan ölkələrdə isə adətən köhnə avtomobillərin dəyərinə uyğun vauçerlər verilir, vətəndaş yeni avtomobil alanda həmin vauçeridəki məbləğ qədər güzəşt qazanır. Azərbaycanda isə utilizasiya proqramı üçün könüllülük prinsipi əsas götürülür. Yəni, vətəndaşların avtomobilləri əllərindən məcburi alınmayacaq. İnsanlar könüllü qaydada köhnə avtomobillərini təhvil verib dövlətdən vauçer alacaq. Vauçerin verilməsi dövlət və biznes dialoqu əsasında olacaq. Yəni, ölkəmizdə fəaliyyətdə olan avtomobil dilerləri və distribütorları ilə dövlətin müştərək layihələndirməsi əsasında avtomobilini utilizasiya edən vətəndaşa vauçer veriləcək”.
Asan deyil...
İ.Hüseynlinin qənaətincə utilizasiya proqramını icra etmək xüsusən bizim kimi ölkələr üçün o qədər də asan deyil. Çünki ölkəmiz iri avtomobil istehsalçısı deyil: “Çin, Rusiya, Avropa ölkələri, Yaponiya, ABŞ iri avtomobil istehsal edən ölkələrdir və onlar üçün utilizasiya proqramını həyata keçirmək olduqca rahatdır. Bizdə isə avtomobil istehsalı səviyyəsi aşağıdır və bu səviyyə ilə utilizasiyanı həyata keçirmək çətindir. Ona görə də məcburuq elə stimullaşdırıcı addımlar ataq ki, yeni avtomobil almaq vətəndaş üçün münasib olsun”.
Prosesə tam yararsız avtomobillərdən başlanılsın
Ekspert təklif edib ki, utilizasiya prosesinə tam yararsız avtomobillərdən başlanılsın: “Hazırda ölkəmizdə köhnə və istismarda olan avtomobillər çoxdur. Elə avtomobillər var ki, onlar nə vaxtsa, qəzaya düşüb, sonra istifadə olunmayıb, uzun müddət bir yerdə qalıb, artıq “metallom”a çevrilib. Bu avtomobillər haradasa qalmağı ilə həm ətraf mühitə zərər verir, həm də yer tutur. Düşünürəm ki, həmin avtomobillərin məcburi utilizasiyası proqramı da ola bilər. Bu zaman da vətəndaşa müəyyən məbləğdə nağd pul verilə bilər. Hələ ki, bu proqram üzərində iş getməlidir. Düşünürəm ki, ilk növbədə SSRİ dövründən qalma, bu günün təhlükəsizlik qaydaları və ekoloji standartlarına cavab verməyən avtomobillərin utilizasiyasından başlasaq, yaxşı olar”.
Xəbər lenti
Hamısına baxSosial
14 May 09:57
Ədəbiyyat
14 May 09:33
Analitik
14 May 09:14
YAP xəbərləri
14 May 09:00
Müsahibə
14 May 08:50
MEDİA
14 May 08:37
Sosial
13 May 23:21
Dünya
13 May 22:43
Dünya
13 May 22:39
Dünya
13 May 22:16
Mədəniyyət
13 May 21:54
Dünya
13 May 21:20
Xəbər lenti
13 May 21:14
Dünya
13 May 21:05
İqtisadiyyat
13 May 20:43
Dünya
13 May 20:30
Dünya
13 May 20:18
Dünya
13 May 19:50
Dünya
13 May 19:25
Dünya
13 May 19:13
Dünya
13 May 18:29
Dünya
13 May 17:35
Dünya
13 May 16:22
İdman
13 May 15:54
MEDİA
13 May 15:49
Maraqlı
13 May 15:30
Siyasət
13 May 15:17
Sosial
13 May 15:12
Dünya
13 May 14:25
Siyasət
13 May 14:07
İdman
13 May 14:06
Mədəniyyət
13 May 14:02
Dünya
13 May 13:42
Dünya
13 May 13:19
YAP xəbərləri
13 May 12:58
Dünya
13 May 12:55
Sosial
13 May 12:53
Sosial
13 May 12:30
Gündəm
13 May 12:21
Elm
13 May 11:55
Xəbər lenti
13 May 11:54
İdman
13 May 11:53
Gündəm
13 May 11:52
Siyasət
13 May 11:49
İqtisadiyyat
13 May 11:43
Gündəm
13 May 11:36
MEDİA
13 May 11:14
Gündəm
13 May 10:51
Siyasət
13 May 10:39
Analitik
13 May 10:12
İqtisadiyyat
13 May 09:57
Sosial
13 May 09:49
Xəbər lenti
13 May 09:47
Sosial
13 May 09:46
Ədəbiyyat
13 May 09:33
Analitik
13 May 09:15
Sosial
13 May 08:52
Ədəbiyyat
13 May 08:30
Dünya
13 May 07:48
Sosial
13 May 07:48
Xəbər lenti
13 May 07:47
Sosial
13 May 07:46
Dünya
13 May 07:39
Siyasət
13 May 07:39
Dünya
12 May 23:45
Müsahibə
12 May 23:22
Dünya
12 May 22:43
Dünya
12 May 22:30
İqtisadiyyat
12 May 22:19
Siyasət
12 May 21:50

