Uğurlu maliyyə siyasətimiz...
23.06.2023 [10:10]
Beynəlxalq reytinq hesabatları təqdir edir
Azərbaycan kifayət qədər sağlam valyuta ehtiyatlarına malikdir
Son illərdə dünyada yaşanan məlum kataklizmlər fonunda qlobal maliyyə bazarında arzuolunmaz proseslər müşahidə edilir. Təchizatdakı qırılmalar, mal və xidmətlərə tələbatın azalması maliyyə sektorunda kədərli izlər buraxmaqdadır. O cümlədən səhm bazarında aktivlik aşağı düşüb, maliyyə çatışmazlığı ilə üzləşən ayrı-ayrı ölkələr sosial-iqtisadi inkişaf proqramlarını təxirə salmaq məcburiyyətində qalıblar. Son vaxtlarda biz milli valyutaların kəskin dəyər itirməsinin, bunun əvəzində ABŞ dollarının dünya üzrə dominant mövqeyinin daha da möhkəmlənməsinin şahidi oluruq. Belə kədərli mənzərə fonunda Azərbaycanın maliyyə sektorunda tərəddüdlərin yaşanmaması, milli valyutanın məzənnəsinin sabit qalması məmnunluq doğurur.
Optimist proqnozlar...
Azərbaycanın maliyyə imkanlarının artması, ölkəmizdəki sabit pul siyasəti, manatın məzənnəsinin qorunması kimi müsbət məqamlar beynəlxalq reytinq agentliklərinin hesabatlarında da xüsusi olaraq vurğulanır. Belə müsbət dəyərləndirməni, həmçinin “Fitch Solutions” beynəlxalq reytinq agentliyinin Avropa ölkələri üzrə risk rəhbəri Anvita Basu da ifadə edib. O bildirib ki, manatın rəsmi məzənnəsi son 5 il ərzində ABŞ dollarına nisbətdə 1,70 səviyyəsində sabit qalıb. “Biz hesab edirik ki, ölkə manatın hazırki məzənnəsini qorumaq iqtidarındadır. Ölkə kifayət qədər sağlam valyuta ehtiyatlarına malikdir”- deyə Anvita Basu əlavə edib.
Beynəlxalq reytinq agentliyinin təmsilçisinin Azərbaycanın maliyyə sektoru və milli valyutanın rəqabətqabiliyyətliliyi ilə bağlı ifadə etdiyi fikirlər ölkəmizin müsbət reallıqlarından qaynaqlanır. Azərbaycan dövləti uğurlu iqtisadi siyasət həyata keçirir. Son 20 ildə respublikamızda Prezident İlham Əliyevin siyasi iradəsi əsasında aparılan islahatlar dinamik iqtisadi inkişaf üçün bütün zəruri şərtləri təmin edib. Məlumdur ki, ölkəmizin əsas valyuta gəlirləri enerji resurslarının ixracı hesabına formalaşır. Ancaq Azərbaycan həm də qeyri-neft sektorunun inkişafını hədəfləyib. Aparılan islahatlar respublikamızda biznes mühitinin optimallaşdırılmasını təmin edib, investisiya cəlbediciliyini, qeyri-neft sektorundan ixracın stimullaşdırılmasını təmin edib. Ölkəmiz dördüncü sənaye inqilabının hədəflərinə doğru inamlı addımlar atır. Əlamətdar haldır ki, Azərbaycandan qeyri-neft sənayesində istehsal olunan malların ixrac həcmləri artır, o cümlədən ölkəmiz innovativ məhsul ixracına start verib. İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin məlumatına əsasən, 2023-cü ilin yanvar-may ayları ərzində Azərbaycandan qeyri-neft sektoru üzrə ixrac 2022-ci ilin müvafiq dövrü ilə müqayisədə 22,1 faiz artıb. Bu isə ölkəmizə əlavə valyuta daxil olması anlamına gəlir. Qeyd edək ki, hazırda Azərbaycan kifayət qədər etibarlı “maliyyə yastığına” malik olan bir ölkədir. Respublikamızın starateji valyuta ehtiyatları 65 milyard dollara çatıb. Bu gün respublikamız heç bir beynəlxalq maliyyə qurumundan asılı deyil. Xarici borc öhdəliklərimiz aşağı səviyyədədir və onların tam bağlanılmasını cəmi bir neçə günə təmin etmək mümkündür.
Stabil pul siyasətini şərtləndirən əsas amillər...
Azərbaycan Mərkəzi Bankının İdarə Heyətinin 21 iyun 2023-cü il tarixli qərarı ilə uçot dərəcəsi 9 faiz, faiz dəhlizinin aşağı həddi 7.5-faiz, faiz dəhlizinin yuxarı həddi isə 10-faiz səviyyəsində dəyişməz saxlanılıb. Bəs ölkəmizdə stabil pul siyasətini şərtləndirən amillər hansılardır? Mərkəzi Bankdan “Yeni Azərbaycan”a bildirilib ki, bu qərar makroiqtisadi proqnozlar, inflyasiyaya təsir göstərən amillər və risklər balansının dəyişimi nəzərə alınmaqla verilib. Vurğulanır ki, pul siyasətinə həsr edilmiş ötən iclasdan bəri illik inflyasiya tempi azalmaqda davam edib. May ayında əvvəlki aya nəzərən 0.4 faizlik deflyasiya qeydə alınıb, illik inflyasiya 11.5 faiz təşkil edib ki, bu da ötən ilin sentyabr ayında qeydə alınmış pik səviyyə ilə müqayisədə 4.1 faiz bəndi aşağıdır. İllik ərzaq inflyasiyası 12.7 faizə enib. Tərəfdaş ölkələr üzrə orta çəkili inflyasiyanın nisbətən azalması, dünya əmtəə bazarlarında qiymətlərin enməsi, beynəlxalq yükdaşıma xərclərinin pandemiyadan əvvəlki səviyyələrə qayıtması, profisitli tədiyə balansı şəraitində valyuta bazarında tarazlığın qorunması və manatın nominal effektiv məzənnəsinin möhkəmlənməsi, eləcə də qəbul edilmiş pul siyasəti qərarları illik inflyasiya tempini azaltmaqdadır.
Mərkəzi Bankın məlumatında vurğulanır ki, inflyasiya amilləri balansında son aylarda əhəmiyyətli dəyişiklik baş verməsə də, strukturunda yerdəyişmələr olub. İnflyasiyanın xarici mühitinin yüksək dəyişkənliyi, məcmu tələbin izafi genişlənməsi başlıca risk mənbələri kimi qiymətləndirilə bilər. 2023-cü ilin 5 ayında əhalinin nominal gəlirləri ötən ilin eyni dövrü ilə müqayisədə 14.7 faiz artıb. Qlobal maliyyə sisteminin sabitliyinin pozulması, bir sıra inkişaf etmiş ölkələrdə resessiya təhlükəsinin mövcudluğu və geosiyasi gərginlik müxtəlif kanallarla inflyasiya proseslərinə təsir potensialını saxlayır. İdxal qiymətləri indekslərinin artım templəri ikirəqəmli səviyyədə qalır. Baza ssenari üzrə fərziyyələrlə 2023-cü ildə illik inflyasiyanın 8.3 faiz olacağı proqnozu dəyişməz qalır. Bununla belə son aylarda xarici inflyasiya təzyiqlərinin zəifləməsi, eləcə də ötən ildən bəri qəbul edilən pul siyasəti və makroprudensial siyasət qərarlarının təsiri ilin qalan dövründə inflyasiya proqnozunun azaldılmasına şərait yaradır.
Manatın kursu sabitdir...
Ölkəmizdə stabil pul siyasətinin aparılmasını şərtləndirən digər bir mühüm amil tədiyə balansının profisitli olması ilə bağlıdır. Bunu “Fitch Solutions” beynəlxalq reytinq agentliyinin Avropa ölkələri üzrə risk rəhbəri Anvita Basu xüsusi olaraq diqqətə çatdırıb. Mərkəzi Bankdan da bildirilib ki, Azərbaycanın tədiyə balansının profisitli olması valyuta bazarında da özünü göstərir.
Bəs, hazırkı pul siyasəti fonunda manatın kursu necə dəyişə bilər? Azərbaycan üzən məzənnə siyasətinə keçidi bəyan etsə də, hələlik bu rejim tam şəkildə tətbiq olunmur. Manatın məzənnəsi Mərkəzi Bankın effektiv müdaxilələri sayəsində tənzimlənir və uzun müddətdir ki, sabit saxlanılır. Bu, bir tərəfdən, Azərbaycan dövlətinin dərinməzmunlu sosial siyasəti, digər tərəfdən isə ölkəmizin iqtisadi-maliyyə imkanlarının artaması ilə bağlıdır. Manatın məzənnəsinə ölkəyə daxil olan valyutanın həcmi, xüsusən də, Dövlət Neft Fondu tərəfindən hərraca çıxarılan valyutanın həcmi təsir göstərir. Neft Fondunun hərraca çıxartdığı vəsaitlərin həcmi dollara olan tələbin ödənilməsində çox önəmlidir. Son illərdə Mərkəzi Bankın keçirdiyi bütün hərraclarda dollara olan tələb artıqlaması ilə təmin olunub. Cari ilin 5 ayında Mərkəzi Bankda keçirilən valyuta hərraclarının 98 faizində tələb təklifdən az olub. 2018-ci ildən bəri ilk dəfədir ki, cari ilin ötən dövründə banklar tərəfindən nağd ABŞ dollarının alışları satışları üstələyib. Bu dövrdə mütəşəkkil banklararası valyuta bazarının həcmi ötən ilin eyni dövrü ilə müqayisədə 45 ???? çox olub. Manatın nominal effektiv məzənnəsi 2022-ci ildə 8.4 faiz, 2023-cü ilin 5 ayında isə 5.1 faiz möhkəmlənib. Bütün bunlar isə manatın kursunun yaxın perspektivdə dəyişməyəcəyini proqnozlaşdırmağa əsas verir.
MÜBARİZ
Xəbər lenti
Hamısına baxDünya
25 Sentyabr 23:18
Dünya
25 Sentyabr 22:15
Dünya
25 Sentyabr 21:33
Dünya
25 Sentyabr 20:17
YAP xəbərləri
25 Sentyabr 19:37
Dünya
25 Sentyabr 19:20
YAP xəbərləri
25 Sentyabr 18:30
YAP xəbərləri
25 Sentyabr 17:26
YAP xəbərləri
25 Sentyabr 16:24
YAP xəbərləri
25 Sentyabr 16:20
YAP xəbərləri
25 Sentyabr 15:23
YAP xəbərləri
25 Sentyabr 15:13
YAP xəbərləri
25 Sentyabr 15:12
YAP xəbərləri
25 Sentyabr 15:07
YAP xəbərləri
25 Sentyabr 14:58
YAP xəbərləri
25 Sentyabr 14:44
YAP xəbərləri
25 Sentyabr 14:26
YAP xəbərləri
25 Sentyabr 13:24
İqtisadiyyat
25 Sentyabr 13:12
YAP xəbərləri
25 Sentyabr 13:08
Gündəm
25 Sentyabr 12:53
YAP xəbərləri
25 Sentyabr 12:36
Gündəm
25 Sentyabr 12:35
Gündəm
25 Sentyabr 12:18
Siyasət
25 Sentyabr 12:09
Gündəm
25 Sentyabr 12:09
Gündəm
25 Sentyabr 12:07
Gündəm
25 Sentyabr 12:05
Gündəm
25 Sentyabr 12:03
İqtisadiyyat
25 Sentyabr 12:03
Siyasət
25 Sentyabr 11:42
Gündəm
25 Sentyabr 11:36
İqtisadiyyat
25 Sentyabr 11:16
İqtisadiyyat
25 Sentyabr 10:58
İqtisadiyyat
25 Sentyabr 10:23
Siyasət
25 Sentyabr 09:45
Analitik
25 Sentyabr 09:17
MEDİA
25 Sentyabr 08:50
Sosial
25 Sentyabr 08:36
Gündəm
25 Sentyabr 08:12
Dünya
24 Sentyabr 23:32
Dünya
24 Sentyabr 23:17
Dünya
24 Sentyabr 22:59
Dünya
24 Sentyabr 22:23
Dünya
24 Sentyabr 21:40
YAP xəbərləri
24 Sentyabr 21:28
Sosial
24 Sentyabr 21:19
Dünya
24 Sentyabr 21:19
Mədəniyyət
24 Sentyabr 21:17
İqtisadiyyat
24 Sentyabr 21:15
Dünya
24 Sentyabr 20:53
Dünya
24 Sentyabr 20:25
Dünya
24 Sentyabr 20:10
Dünya
24 Sentyabr 19:42
İdman
24 Sentyabr 19:32
Dünya
24 Sentyabr 19:17
Mədəniyyət
24 Sentyabr 18:10
Dünya
24 Sentyabr 17:24
Sosial
24 Sentyabr 16:31
Dünya
24 Sentyabr 16:30
Dünya
24 Sentyabr 15:17
Dünya
24 Sentyabr 15:16
Siyasət
24 Sentyabr 15:03
Sosial
24 Sentyabr 14:56
Formula 1
24 Sentyabr 14:55
YAP xəbərləri
24 Sentyabr 14:47
Xəbər lenti
24 Sentyabr 14:42
Elanlar
24 Sentyabr 14:29
YAP xəbərləri
24 Sentyabr 14:10
Siyasət
24 Sentyabr 14:02

