Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / İqtisadiyyat / Bayram Beqay: Albaniya və Azərbaycan enerji sektorunda əməkdaşlıqla bir-birinə sıx bağlıdır

Bayram Beqay: Albaniya və Azərbaycan enerji sektorunda əməkdaşlıqla bir-birinə sıx bağlıdır

07.07.2023 [16:39]

Albaniya və Azərbaycan enerji sektorunda əməkdaşlıqla bir-birinə sıx bağlıdır. TAP artıq birləşmiş uğur hekayəsidir. Albaniyanın TAP-dan faydaları həm iqtisadi baxımından, həm də regional enerji çıxışı və qovşağı kimi strateji əhəmiyyətinin güclənməsi baxımından çox olub. Adriatik-İonik qaz kəməri Albaniyanın regionda qaz paylayıcı kimi roluna daha çox töhfə verəcək.

AZƏRTAC xəbər verir ki, bu barədə Albaniya Prezidenti Bayram Beqay Azərbaycan Prezidenti İlham Əliyevlə birgə mətbuata bəyanatında bildirib.

Azərbaycanla sıx əməkdaşlıq şəraitində Albaniyanın qazla təchiz olunması çərçivəsində qəti addımlar atmağa hazır olduğunu Prezident İlham Əliyevin diqqətinə çatdırdığını qeyd edən Bayram Beqay deyib: “Albaniyanın qaz tranziti ölkəsi olması artıq reallıqdır. Albaniyanın qaz qəbul edən və nəql edən ölkə olması məqsədini qarşımıza qoymuşuq. Ölkəmiz buna nail olmağa və əməkdaşlığı daha da dərinləşdirməyə sadiqdir”.

Albaniya Prezidenti qeyd edib ki, Azərbaycanın regional enerji layihələrinin inkişafına artmaqda olan diqqəti Qərbi Balkan ölkələrini daha da yaxınlaşdıracaq, eyni zamanda, onların enerji təhlükəsizliyini gücləndirəcək.

Paylaş:
Baxılıb: 710 dəfə

Xəbər lenti

Hamısına bax

Analitik

Analitik

Analitik

Ədəbiyyat

Mədəniyyət dronları

26 Sentyabr 08:51

Ədəbiyyat

Şənbə üçün nəzm

26 Sentyabr 08:33  

Gündəm

YAP xəbərləri

YAP xəbərləri

Qürur günümüz

25 Sentyabr 13:08

Gündəm

Gündəm

72-ci əfv...

25 Sentyabr 12:18

İqtisadiyyat

İqtisadiyyat

Analitik

Aİ təsdiqlədi...

25 Sentyabr 09:17

Sosial

Beynim yorulub, yoxsa...

25 Sentyabr 08:36

Gündəm

Daimi inkişaf naminə...

25 Sentyabr 08:12

Dünya

İqtisadiyyat

YAP xəbərləri

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2 3 4 5
6 7 8 9 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30