Dördlü “yaşıl enerji” platforması
23.11.2023 [10:33]
Mübariz ABDULLAYEV
İndiyədək məsuliyyətli dövlət olan Azərbaycanın təşəbbüsü ilə icrasına başlanan bütün regional və qlobal əhəmiyyətli layihələr uğurla reallaşdırılıb. Daha bir belə layihənin əsası qoyulub. Söhbət 2022-ci ilin dekabrında imzalanan “Azərbaycan, Gürcüstan, Macarıstan və Rumıniya arasında “yaşıl enerji”nin inkişafı və ötürülməsi sahəsində strateji tərəfdaşlıq haqqında Saziş” əsasında yaradılacaq yeni enerji dəhlizindən gedir.
İştirakçı dövlətlər yaşıl enerji dəhlizinin yaradılmasına böyük maraq göstərirlər. Bu günlərdə Macarıstanın paytaxtı Budapeşt şəhərində Sazişin icrası məqsədilə nazirlərin beşinci iclası keçirilib. Energetika Nazirliyindən “Yeni Azərbaycan”a daxil olan məlumatda bildirilir ki, tədbirdə Azərbaycanı energetika naziri Pərviz Şahbazov, Macarıstanı xarici işlər və ticarət naziri Peter Siyarto, Gürcüstanı Baş nazirin müavini, iqtisadiyyat və davamlı inkişaf naziri Levan Davitaşvili, Rumıniyanı isə energetika naziri Sebastian Burduja təmsil edib. Görüşdə, həmçinin Bolqarıstanın, Avropa Komissiyasının, 4 ölkənin ötürücü sistem operatorlarının və “CESI” şirkətinin nümayəndələri də iştirak ediblər. Beləliklə, deyə bilərik ki, Xəzər - Qara dəniz - Avropa İttifaqı məkanı üzrə dördlü yaşıl enerji platforması formalaşır.
Yeni qlobal çağırışlar
Hazırda dünyanın əsas çağırışlarından biri enerji keçidi ilə bağlıdır. Mövcud geosiyasi gərginliklər fonunda Avropa İttifaqı (Aİ) qoca qitənin “REPowerEU” adlandırlan xilas planını hazırlayıb ki, burada da enerjiyə tələbatın qarşılanması, bütövlükdə, yeni şəraitdə iqtisadi təhlükəsizliyinin təmin edilməsi üçün bərpaolunan mənbələrdən alınan enerjinin həcmlərinin artırılması üstün prioritet kimi müəyyənləşdirilib.
Bir qədər bundan əvvəl isə Beynəlxalq Enerji Agentliyi (BEA) yeni hesabatını yayıb. Sənəddə dünyada yaşıl enerjiyə keçidin labüd olduğu xüsusi olaraq vurğulanır. Bildirilir ki, dünya bərpaolunan enerjiyə doğru qarşısıalınmaz bir keçiddədir. Hesabatda təmiz enerji və texnologiyalarda artımın qənaətbəxş olduğu qeyd edilib. Belə ki, 2020-ci ildə satılan hər 25 avtomobildən biri elektriklə işləyirdi, amma cəmi üç il sonra bu rəqəm beşdəbirə yüksəlib. Agentliyin icraçı direktoru Fatih Birol deyib: “Təmiz enerjiyə keçid bütün dünyada baş verir və bu, qarşısıalınmaz prosesdir. Sadəcə, onu sürətləndirmək lazımdır, çünki təmiz enerjiyə keçid nə qədər tez olsa, hamımız üçün bir o qədər yaxşıdır. Hökumətlər, şirkətlər və investorlar təmiz enerji keçidlərinə mane olmaq yerinə, onların arxasınca getməlidir”.
BEA hesab edir ki, təmiz enerji texnologiyaları 2030-cu ilə qədər dünya enerji sistemində indikindən daha böyük rol oynayacaq. Yollarda elektriklə işləyən avtomobillərin sayı 10 dəfə artacaq, qlobal elektrik enerjisi istehsalında bərpaolunan enerjinin payı 20 faiz çoxalacaq. Dənizdə yerləşən külək elektrik stansiyası layihələrinə kömür və qaz elektrik stansiyalarından üç dəfə çox investisiya qoyulacaq. Ölkələr mövcud siyasətlərinə və iqlim məqsədlərinə uyğun hərəkət etsələr, təmiz enerji sahəsində irəliləyiş daha sürətli ola bilər.
Hesabata görə, bərpaolunan enerji mənbələri 2030-cu ilə qədər elektrik enerjisi istehsal gücünün 80 faizini təşkil edəcək. Təkcə Günəş enerjisi bu artımın yarısını ödəyəcək. Lakin bu artım hələ də Günəş enerjisində potensialın altında qalacaq. 2030-cu ilə qədər ümumi 800 qiqavat gücündə yeni Günəş elektrik stansiyaları yaradılarsa, Çində kömürdən elektrik enerjisi istehsalı 20 faiz, Latın Amerikası, Afrika, Cənub-Şərqi Asiya və Yaxın Şərqdə isə kömür və qazdan elektrik enerjisi istehsalı 25 faiz azala bilər. BEA prezidenti Fatih Birol hesabatı dəyərləndirərkən ənənəvi enerji bazarlarında mövcud gərginlik və dalğalanmalara diqqət çəkib: “Neft və ya qazın dünyanın enerji və iqlim gələcəyi üçün etibarlı seçim olduğuna dair arqumentlər həmişəkindən daha zəifdir. Hər bir ölkə öz yolunu tapmalı olacaq, lakin təmiz enerjiyə keçidi sürətləndirmək üçün beynəlxalq əməkdaşlıq həyati əhəmiyyət kəsb edir. Xüsusilə, emissiyaların azaldılma sürəti böyük ölçüdə dünyanın sürətlə inkişaf edən iqtisadiyyatlarında artan enerji tələbatını ödəmək üçün davamlı həllərdən asılıdır. Bütün bunlar əməkdaşlığın ikiqat artırılmasının vacibliyinə işarə edir”.
Xəbər lenti
Hamısına baxSiyasət
10 May 12:32
Gündəm
10 May 12:27
Siyasət
10 May 12:20
Hadisə
10 May 12:02
Siyasət
10 May 11:57
İdman
10 May 10:19
Gündəm
10 May 09:13
Siyasət
10 May 00:24
Gündəm
09 May 23:53
Dünya
09 May 23:21
Dünya
09 May 22:40
Dünya
09 May 21:15
Dünya
09 May 20:33
Dünya
09 May 19:18
Maraqlı
09 May 18:30
Gündəm
09 May 17:54
Gündəm
09 May 17:43
Dünya
09 May 17:41
Gündəm
09 May 17:40
Gündəm
09 May 17:18
Gündəm
09 May 17:10
Dünya
09 May 16:22
Dünya
09 May 15:38
Dünya
09 May 15:10
Dünya
09 May 14:54
Gündəm
09 May 14:46
Dünya
09 May 14:17
Siyasət
09 May 13:49
İdman
09 May 13:22
YAP xəbərləri
09 May 12:55
YAP xəbərləri
09 May 12:31
Gündəm
09 May 12:15
Xəbər lenti
09 May 12:09
Gündəm
09 May 12:01
İqtisadiyyat
09 May 11:54
Gündəm
09 May 11:52
Siyasət
09 May 11:31
İqtisadiyyat
09 May 11:17
İqtisadiyyat
09 May 10:54
Analitik
09 May 10:35
Siyasət
09 May 10:33
Analitik
09 May 10:12
Ədəbiyyat
09 May 09:57
Analitik
09 May 09:32
Sosial
09 May 09:15
Ədəbiyyat
09 May 08:51
Ədəbiyyat
09 May 08:39
Siyasət
09 May 08:17
Gündəm
09 May 08:10
Gündəm
09 May 07:42
Dünya
09 May 07:17
Xəbər lenti
09 May 06:36
Dünya
09 May 06:35
Dünya
08 May 23:34
Dünya
08 May 23:04
Formula 1
08 May 22:46
Dünya
08 May 22:34
Hərbi
08 May 22:31
İqtisadiyyat
08 May 22:18
Dünya
08 May 21:50
Xəbər lenti
08 May 21:23
İqtisadiyyat
08 May 21:22
Dünya
08 May 21:08
Dünya
08 May 20:43
Xəbər lenti
08 May 20:39
Dünya
08 May 20:30
İdman
08 May 20:16
Sosial
08 May 19:52
Sosial
08 May 19:28
Hadisə
08 May 19:10

