Dollara artan tələb...
13.01.2024 [10:55]
Manatın kursu dəyişə bilərmi?
Son günlər ölkəmizin valyuta hərraclarında dollara olan tələbin artması müşahidə edilməkdədir. Mərkəzi Bankın son həftədə təşkil etdiyi hərraclarda dollar sifarişləri əvvəlki aylarla nisbətdə xeyli artıb. Son 2 hərracda dollar sifariş 155 milyonu ötüb. Bu, əvvəlki hərraclarda qeydə alınmış sifarişlərdən 2 dəfə çoxdur. Belə ki, 2023-cü ilin noyabr sifarişlərində dollar tələbi 35-40 milyon təşkil edirdi. Bu amil valyuta bazarında tələbin yüksəlməsinə işarə edir. Dollar sifarişlərində artımın əsas səbəbi biznesin aktivliyinin, əsaəsn də ticarət əməliyyatlarında rolunun yüksəlməsi, xaricdən mal və xidmətlərin artmasıdır, bu isə dollar tələbində artımları stimullaşdırır.
İlkin ehtimallara görə, ilin növbəti aylarında dollar tələbi yüksək olaraq qalacaq. Bu isə cəmiyyətdə ilk olaraq belə bir qayğılandırıcı sualı ortaya çıxarır, dollara tələbin artması manatın məzənnəsini dəyişdirə bilərmi? Daha doğrusu, manatın indiki kursu 1,7 manat intervalından yuxarı qalxa bilərmi?
Ölkəmizdə dollar tələbatını Mərkəzi Bank və Dövlət Neft Fondu qarşılayır, son illərdə dollar hərraclarında daha aktiv satıcı qismində Neft Fondu çıxış edir. Fond hər ay bazar iştirakçılarının tələbatını ödəmək üçün valyuta hərraclarına dollar çıxararaq satır və manata çevirərək büdcəyə transfert edir. 2020-2022-ci illərdə Neft Fondunun valyuta hərraclarında aylıq dollar satışı təxminən 350-400 milyon təşkil edib. Hazırkı reallıqda Azərbaycanın neft-qaz satışından əldə etdiyi valyutanın həcmi illik dollara olan tələbi tam ödəməyə qadirdir. Ötən ilin yanvar-oktyabr ayları ərzində Dövlət Neft Fondu “Azəri-Çıraq-Günəşli” yataqlar blokundan və “Şahdəniz” yatağından hasil edilən mənfəət neftinin və qazın satışından 6 milyard dollara yaxın gəlir əldə edib. 2023-cü il üzrə cəmi gəlirlərin 7 milyard dolları ötəcəyi proqnozlaşdırılır. Nəzərə alsaq ki, valyuta hərraclarında aylıq dollar satışının ümumi həcmi 400 milyonu ötmür, onda təckə Neft Fondunun valyuta gəlirləri tələbatı artıqlaması ilə ödəyir. Yəni, Fondun il ərzində satışa çıxardığı 5 milyard dollarla tələb bağlanılır. Hətta aylıq tələb 500-600 milyon dollara qalsa belə Neft Fondu dollara olan tələbi 100 faiz qarşılamaq iqtidarındadır. Bundan başqa, dollara olan tələbi qarşılamaq üçün Mərkəzi Bankın da dollar ehtiyatları mövcuddur. Ancaq DNF-nin valyuta satışları kifayət etdiyindən, Mərkəzi Bankın öz valyuta rezervlərindən istifadə etməsinə ehtiyac qalmır. Yəni, indiki halda Azərbaycanda dollar qıtlığı, hərraclarda dollar tələbini qarşılamaq üçün rezervlər çatışmazlığı təhlükəsi yoxdur.
Ümumilikdə, hazırda Dövlət Neft Fondu və Mərkəzi Bankla birlikdə Azərbaycanın 69 milyard dollara yaxın starteji rezervləri mövcuddur ki, bu ehtiyatlar manat üçün təhlükəsizlik yastığı rolunu oynayır.
Azərbaycanda manatın məzənnəsini digər iqtisadi faktorlar müəyyən edir. Tədiyə balansının cari vəziyyəti pisləşdiyi halda, manat üçün ciddi risklər meydana çıxır. Azərbaycanın 2023-cü ilin 9 ayı üzrə (illik statistika hələ açıqlanmayıb) tədiyyə balansının cari vəziyyəti olduqca qənaətbəxşdir və tədiyə balansı əsasən neft və qaz qiymətlərinin əlverişli olması, qeyri-neft-qaz ixracının artması və kapitalın və maliyyənin hərəkəti hesabında müsbət meyllərdən təsirlənib. Cari əməliyyatlar balansında 6,7 milyard dollar, kapital və maliyyənin hərəkəti hesabında isə 0,4 milyard dollar profisit yaranıb, ehtiyat aktivləri 6,4 milyard dollar artıb.
Həmçinin, Azərbaycanın 2023-cü ilin yanvar-noyabr ayları üzrə idxal-ixrac əməliyyatlarının vəziyyəti də müsbətdir. Həmin dövrdə 47,3 milyard dollar xarici ticarət dövriyyəsi qeydə alınıb. Əmtəə dövriyyəsinin 31,5 milyard dolları ixracın, 15,8 milyard dolları idxalın payına düşüb. Ümumi mal mübadiləsində 15,7 milyard dollar müsbət saldo yaranıb. Ticarət saldosu onu göstərir ki, Azərbaycana daxil olan valyutanın həcmi ölkəmizdən çıxan valyutanın həcmindən 15,8 milyard dollar çoxdur. Bu amil də ölkədə dollar ehtiyatının olmasından xəbər verir. Eləcə də bankların dollar likvidliyi son illərdə hədsiz dərcədə böyüyüb.
Manatın məzənnəsinə təsir edən amillər sırasında neftin satış qiymətinin təsiri də əsaslı rol oynayır. Hazırda dünya birjalarında “Brend və “WTI” markalı xam neftin 1 barrelinin qiyməti 78-80 dollar arasındadır, neftin satış qiyməti 50 dollardan aşağı enəcəyi təqdirdə manata təzyiq yükü yarana bilər. Dünya enerji ekspertlərinin fikrincə, 2024-cü ildə Brent markalı neftin qiyməti orta hesabla 80-85 dollar/barel olacaq. Bu da, optimist ssenaridir.
Onu da nəzərə almaq lazımdır ki, manatın 2024-cü ildəki məzənnəsi də hökumətin konservativ proqnozlar ssenarisi üzrə təsdiqlənib. İqtisadi-maliyyə orqanlarının proqnozlarına əsasən, makroiqtisadi sabitliyin qorunması məqsədilə fiskal və monetar siyasətlərin əlaqələndirilməsinin gücləndirilməsi milli valyutanın mübadilə məzənnəsinin sabitliyini dəstəkləyəcəkdir. Bu əsasda, 2024-cü il üzrə manatın ABŞ dollarına qarşı məzənnəsi 1,7 səviyyəsində götürülüb. Yəni, manatın kursu cari ildəki məzənnədə qalacaqdır.
Beləliklə, bütün ssenarilər onu göstərir ki, manatın məzənnəsinə təsir edə biləcək daxili və xarici amil yoxdur. Azərbaycan manatının məzənnəsi möhkəm və sabitdir, devalvasiya üçün heç bir fundamental əsaslar yoxdur.
Elbrus Cəfərli
Xəbər lenti
Hamısına baxƏdəbiyyat
14 May 09:33
Analitik
14 May 09:14
YAP xəbərləri
14 May 09:00
Müsahibə
14 May 08:50
MEDİA
14 May 08:37
Sosial
13 May 23:21
Dünya
13 May 22:43
Dünya
13 May 22:39
Dünya
13 May 22:16
Mədəniyyət
13 May 21:54
Dünya
13 May 21:20
Xəbər lenti
13 May 21:14
Dünya
13 May 21:05
İqtisadiyyat
13 May 20:43
Dünya
13 May 20:30
Dünya
13 May 20:18
Dünya
13 May 19:50
Dünya
13 May 19:25
Dünya
13 May 19:13
Dünya
13 May 18:29
Dünya
13 May 17:35
Dünya
13 May 16:22
İdman
13 May 15:54
MEDİA
13 May 15:49
Maraqlı
13 May 15:30
Siyasət
13 May 15:17
Sosial
13 May 15:12
Dünya
13 May 14:25
Siyasət
13 May 14:07
İdman
13 May 14:06
Mədəniyyət
13 May 14:02
Dünya
13 May 13:42
Dünya
13 May 13:19
YAP xəbərləri
13 May 12:58
Dünya
13 May 12:55
Sosial
13 May 12:53
Sosial
13 May 12:30
Gündəm
13 May 12:21
Elm
13 May 11:55
Xəbər lenti
13 May 11:54
İdman
13 May 11:53
Gündəm
13 May 11:52
Siyasət
13 May 11:49
İqtisadiyyat
13 May 11:43
Gündəm
13 May 11:36
MEDİA
13 May 11:14
Gündəm
13 May 10:51
Siyasət
13 May 10:39
Analitik
13 May 10:12
İqtisadiyyat
13 May 09:57
Sosial
13 May 09:49
Xəbər lenti
13 May 09:47
Sosial
13 May 09:46
Ədəbiyyat
13 May 09:33
Analitik
13 May 09:15
Sosial
13 May 08:52
Ədəbiyyat
13 May 08:30
Dünya
13 May 07:48
Sosial
13 May 07:48
Xəbər lenti
13 May 07:47
Sosial
13 May 07:46
Dünya
13 May 07:39
Siyasət
13 May 07:39
Dünya
12 May 23:45
Müsahibə
12 May 23:22
Dünya
12 May 22:43
Dünya
12 May 22:30
İqtisadiyyat
12 May 22:19
Siyasət
12 May 21:50
Dünya
12 May 21:25

