Valyuta sərvətlərinin daşınması ilə bağlı qaydalar...
14.02.2024 [10:50]
Nəyə xidmət edir?
Nazirlər Kabineti “Valyuta sərvətləri və milli valyutanın transsərhəd daşınması zamanı onların hərəkətinin dayandırılmasına dair Qaydalar”ı təsdiq edib. Qaydalar həm ölkədə valyuta tənzimlənməsi sahəsində nəzarət tədbirlərinin artırılması, həm də “çirkli pulları” yuyulması ilə bağlı beynəlxalq öhdəliklərdən irəli gələn tələblərin icrasına əsaslanır. Belə ki, Azərbaycanın üzərinə götürdüyü beynəlxalq konvensiyalara əsasən, cinayət yolu ilə əldə edilmiş əmlakın leqallaşdırılmasına və terrorçuluğun maliyyələşdirilməsinə qarşı mübarizə tədbirlərinə uyğun olaraq valyuta axınlarına nəzarət son illərdə aktuallaşdığından bu istiqamətdə əlavə tədbirlərin görülməsinə ehtiyaclar yaranıb. Bu baxımdan valyuta sərvətləri və milli valyutanın transsərhəd daşınması zamanı hərəkətinin izlənməsi, fiziki və hüquqi şəxslərin valyuta sərvətlərini və milli valyutanı ölkənin gömrük ərazisinə gətirməsi və ərazidən çıxarması hökumətin xüsusi diqqətində olacaq. Yeni qaydalar da məhz bu tələbləri ehtiva edir.
Qaydalara əsasən, valyuta sərvətlərinin daşınması və milli valyutanın ölkədən çıxarılması zamanı həmin vəsaitlərin mənbəyini təsdiq edən məlumat blankları doldurularaq gömrük orqanına təqdim ediləcəkdir. Çünki qanunla, valyuta sərvətlərinin transərhəd ərazidəki hərəkə?inə gömrük orqanları nəzarət edir. Gömrük orqanı valyuta sərvətləri və milli valyutanın bəyan edilməməsi və ya düzgün bəyan edilməməsi hallarında həmin şəxslər haqqında sorğu aparacaq, pulların, onların mənbəyini və istifadə məqsədini müəyyənləşdirmək üçün “tədqiqat” işləri həyata keçirəcək. Həmin araşdırmaya uyğun olaraq, bəyannamədə hansısa şübhə doğuracaq əsaslar müəyyənləşdiyi halda gömrük orqanları 48 saat ərzində milli valyutanın hərəkətini, yəni ölkədən çıxışını dayandıracaq. Bütün bunlar valyuta sərvətlərinin ölkədən hansı məqsədlə çıxarılmasını tədqiq etməyə xidmət edir, çünki son illərdə cinayət yolu ilə əldə edilmiş əmlakın leqallaşdırılması, terrorçuluğun maliyyələşdirilməsi və digər cinayətlərin əlamətlərində əsas mənbə kimi sözsüz təyinatı şübhə doğuran valyuta dayanır.
Onu da qeyd edək ki, Mərkəzi Bank tərəfindən valyuta vəsaitlərinin ölkədən çıxarılması ilə bağlı ötən ildən qüvvəyə minmiş yeni qaydalar da valyuta mübadiləsi sahəsində nəzarətin təkmilləşdirilməsinə xidmət edib. Həmin qaydalar ölkə daxilində valyuta alışına nəzarəti nəzərdə tutsa da, valyuta vəsaitlərinin mənbəyini müəyyən etmək məqsədi daşıyır. Belə ki, vətəndaşlar 500 dollara qədər dollar (avro, funt və s.) alarkən, 10 min dollara qədər satarkən heç bir sənəd tələb olunmadığı halda, 20 min manat dəyərində valyuta alışı zamanı vəsaitin mənbəyi haqqında məlumat verməlidirlər. Eləcə də 10 min dollardan artıq pul alarkən müştəridən şəxsiyyəti təsdiq edən sənəd tələb ediləcək. Valyutadəyişmə məntəqəsində bir fiziki şəxslə aparılan valyuta mübadiləsi əməliyyatının gündəlik həddi isə 20 min manat və ona ekvivalent məbləğdə xarici valyuta dəyərindən artıq ola bilməz.
Hökumətin valyuta nəzarəti və ya məhdudiyyətlərin əsas səbəbi kimi pul bazasının azalmasını göstərmək olar. Hazırda ölkə üzrə pul bazası təxminən 19-20 milyard manatdır. Pul bazasının strukturuna dövriyyədə olan nağd pullar və bank ehtiyatları daxildir. Pul bazasının azalmasında isə Mərkəzi Bankın maliyyə sektorlarında məhdudlaşdırıcı monetar amillərin təsiri əsas rol oynayır. Bunun da səbəbi ölkədə ikirəqəmli inflyasiyanın aktivləşməsinin qarşısını almaq və pul tələbini optimallaşdırmaq və ya azaltmaqla qiymət indeksini də zəiflətməkdir. Çünki maliyyə sektorunda daha çox pul kütləsinin olması pul bazasını genişləndirir və bu, hökumətin anti-inflyasiya planlarına mane olur. Ona görə də, MB digər iqtisadi komanda ilə birlikdə neçə aylardır ki, xüsusi hədəf seçdiyi anti-inflyasiya tədbirləri çərçivəsində tələbin azalmasına və nəticədə
inflyasiya səviyyəsinin aşağı salınmasına nail olub. Nəticədə MB pul bazasını kiçildə bilib. Pul bazasının daralması isə başqa bir monetar prosesə rəvac verir - xarici valyutalara tələbi yüksəldir. Əhalinin, biznes sektorunun, xüsusilə də real sektorda aparıcı maliyyə istehlakçılarının tələbatı artır, onların xarici valyuta alışlarına tələbi müşahidə edilir. Ötən ilin son rübündə xarici valyutaya tələbin hər ay artması müşahidə olunub. Təkcə, dekabr ayında dollara tələb artaraq hər hərracda 90 milyon dollar təşkil edib və 500 milyon dollar satışı ötüb. Göründüyü kimi, dollara artan tələb müəyyən dərəcədə valyuta satışlarında yığcamlığı tələb edir. Ona görə də valyuta satışında nəzarətin artırılması izafi dollar alışlarını da müəyyən dərəcədə azalda bilər.
Elbrus Cəfərli
Xəbər lenti
Hamısına baxSosial
06 May 21:42
Dünya
06 May 21:39
Elanlar
06 May 21:17
Dünya
06 May 21:15
Gündəm
06 May 21:05
Dünya
06 May 20:43
Siyasət
06 May 20:34
YAP xəbərləri
06 May 20:33
İqtisadiyyat
06 May 20:30
Dünya
06 May 20:17
Dünya
06 May 19:52
Dünya
06 May 19:25
Dünya
06 May 19:10
YAP xəbərləri
06 May 18:43
YAP xəbərləri
06 May 18:36
YAP xəbərləri
06 May 18:07
Xəbər lenti
06 May 18:04
Sosial
06 May 17:01
Sosial
06 May 17:00
Sosial
06 May 16:59
Sosial
06 May 16:59
Sosial
06 May 16:58
Sosial
06 May 16:58
İqtisadiyyat
06 May 16:57
YAP xəbərləri
06 May 16:50
Siyasət
06 May 16:42
YAP xəbərləri
06 May 16:27
YAP xəbərləri
06 May 16:26
YAP xəbərləri
06 May 16:12
YAP xəbərləri
06 May 15:16
Dünya
06 May 15:13
Elanlar
06 May 15:03
Hadisə
06 May 14:39
YAP xəbərləri
06 May 14:10
Sosial
06 May 14:05
Dünya
06 May 13:05
Hadisə
06 May 12:40
Sosial
06 May 12:30
Sosial
06 May 12:11
Diaspor
06 May 12:08
Sosial
06 May 12:04
İqtisadiyyat
06 May 12:03
İqtisadiyyat
06 May 12:00
Dünya
06 May 11:57
İqtisadiyyat
06 May 11:43
Analitik
06 May 11:26
YAP xəbərləri
06 May 11:24
Gündəm
06 May 11:10
Xəbər lenti
06 May 10:58
Elm
06 May 10:57
Sosial
06 May 10:56
İqtisadiyyat
06 May 10:55
Gündəm
06 May 10:46
İqtisadiyyat
06 May 10:19
Sosial
06 May 09:50
Gündəm
06 May 09:27
Sosial
06 May 08:51
MEDİA
06 May 08:32
06 May 02:56
YAP xəbərləri
05 May 23:54
Dünya
05 May 23:19
YAP xəbərləri
05 May 22:59
İdman
05 May 22:43
Dünya
05 May 22:38
Dünya
05 May 22:16
Dünya
05 May 21:58
İqtisadiyyat
05 May 21:25
Dünya
05 May 21:10
Müsahibə
05 May 20:41
Dünya
05 May 20:32

