Ölkəmizdə siyasi mədəniyyəti formalaşdıran amillər...
15.05.2024 [10:38]
Dövlət buna necə nail oldu?
Demokratik cəmiyyətlər və ölkələrdə vətəndaşlar hüquqlarının müdafiəsi üçün minimum siyasi mədəniyyətə malik olmalıdırlar. Çünki siyasi mədəniyyət özünü insanın bütün fəaliyyət sahələrində göstərir. Vaxtilə siyasi mədəniyyətin inkişafında mühüm rol oynayan Amerika alimi T.Almond siyasi mədəniyyət dedikdə, “fərdi mövqelərin və müəyyən sistem üzvlərinin siyasi fəaliyyətinin hərəkət və məqsədlərinin məcmusu”nu nəzərdə tutub. C.Foster isə siyasi mədəniyyəti “cəmiyyət üzvlərinin siyasi fəaliyyətinin birgə fikrinin ümumi çəkisi” kimi səciyyələndirirdi. Polşa alimi E.Vitr belə hesab edirdi ki, siyasi mədəniyyət - hakimiyyət və vətəndaşlar arasında qarşılıqlı əlaqələrin əxlaq kodeksinin, dəyərlərinin və mövqelərinin ümumi məcmusundan ibarətdir.
Etiraf edək ki, demokratik prinsiplərin hakim olduğu dövlətlərdə əhalinin siyasi və sosial mədəniyyət səviyyəsi inkişaf edib. Sosial və siyasi mədəniyyətin inkişafı xalq və hakimiyyət münasibətlərinə müsbət təsir göstərir və milli birliyi möhkəmləndirir.
Vətəndaşların siyasi fəallığını artıran səbəblər
Mövzunu “Yeni Azərbaycan”a şərh edən Demokratiya və İnsan Hüquqları Komitəsinin sədri Çingiz Qənizadə bildirib ki, ümumi mədəniyyət anlayışının düzgün təbliği cəmiyyətdə sosial və siyasi mədəniyyətin inkişafına müsbət təsir göstərə bilər. Onun sözlərinə görə, vətəndaşların sosial və siyasi fəallığının artırılması üçün davamlı işlərin görülməsi vacibdir: “Bu istiqamətlərdə inkişafa nail olmaq üçün ailələr, təhsil müəssisələri və siyasi institutların üzərinə böyük məsuliyyət düşür. Vətəndaşların, xüsusilə də gənclərin sosial və siyasi fəallığı artırılmalı, dövlətin taleyüklü məsələlərində cəmiyyətin mövqeyi və marağı, o cümlədən gənclərin baxışı nəzərə alınmalıdır. Düşünürəm ki, ölkədə bu sahədə həyata keçirilən tədbirlər təqdirəlayiqdir və öz bəhrəsini verməkdədir. Əlbəttə ki, Azərbaycanda seçkili hakimiyyətin mövcudluğu, xalqın seçiminin daim nəzərə alınması siyasi mədəniyyətin və hüquqi düşüncənin inkişafına müsbət təsir göstərir. Fikrimcə, cəmiyyətin siyasi şüurunun formalaşmasının başlıca elementlerindən biri məhz siyasi institutların şəffaf fəaliyyəti və seçkilərin keçirilməsidir. Vətəndaşlara seçib-seçilmək hüququnun tanınması onların siyasi fəallığının artırılmasına bilavasitə səbəbdir”.
Dövlət və vətəndaş arasında münasibət
Ç.Qənizadə qeyd edib ki, Azərbaycanda, əsasən, müstəqillik əldə edildikdən sonra formalaşan siyasi mədəniyyət azərbaycançılıq kontekstində inkişaf edir, bu ideologiyaya xidmət göstərir: “Siyasi mədəniyyətin hesabına müxtəlif siyasi sistemlər, partiyalar yaradılır və müəyyən siyasi çərçivədə fəaliyyət göstərir. Dövlət və vətəndaşlar arasında qarşılıqlı münasibət yaranır. Dövlətin bütövlüyünün və dövlətdə demokratik dəyərlərin qorunmasına şərait yaranır. Siyasi mədəniyyəti yüksək olan vətəndaşlar öz hüquq və azadlıqlarını daha yaxşı dərk edir. Müasir dövrümüzdə də siyasi mədəniyyət əsas tədqiqat obyekti kimi qalmaqdadır”.
Yeni siyasi mədəniyyət formalaşıb...
Komitə sədrinin sözlərinə görə, aparılan tədqiqatlar göstərir ki, Azərbaycan sosial-mədəni dəyişikliklər baxımından uğurlu yoldadır: “Son illər Azərbaycan əhalisinin sosial həyat tərzində baş verən dəyişikliklər də əhalinin siyasi mədəniyyətinə müsbət təsirlərini göstərib. Sosioloji sorğular göstərir ki, ölkə əhalisi siyasi sistemə münasibətdə olduqca informativ və aktivdir. Siyasi sistemin sabitliyinə və davamlığına xalqın rəyi dəyişilməzdir.
Bir məqamı da xüsusi vurğulamaq yerinə düşər. Gənclər hər bir ölkənin ictimai-siyasi, sosial-iqtisadi, elmi-mədəni-humanitar həyatında mühüm rola malik potensial qüvvə kimi əsas yer tutur. Güclü və aktiv qüvvə sayılan gənclər ölkə həyatının bütün sahələrində öncül yer tutmaqla yüksək indikatorlara çatmağa zəmin yaradan zəngin bazadır. Prezident İlham Əliyev çıxışlarında dəfələrlə qeyd edib ki, “Azərbaycanda həyata keçirilən gənclər siyasətinin mahiyyətində gəncliyi dövlətçiliyə, milli-mənəvi dəyərlərə sadiq, eyni zamanda, dünyadakı rəqabət şərtlərinə davam gətirəcək səviyyədə intellektual və mobil qüvvə kimi görmək istəyi dayanır”. Qeyd edilən məsələyə professional yanaşmanın məntiqi nəticəsidir ki, bu gün gənclər hakimiyyətin müxtəlif qollarında təmsil olunmaqla dövlət idarəçiliyində yaxından iştirak edirlər”.
Azərbaycanda siyasi mədəniyyətin formalaşması həm də cəmiyyətin siyasi cəhətdən yeniləşməsi səviyyəsi ilə ölçülməlidir. Müasir Azərbaycan sosial-siyasi həyatında əsaslı islahatlar həyata keçirilməkdə və ölkə müasirlik yolunda böyük uğurlar əldə etməkdədir. Nəticə etibarilə yeni siyasi mədəniyyət formalaşıb”.
Y.SAHİB
Məqalə “Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyi”nin maliyyə dəstəyi ilə “İnsan hüquq və azadlıqlarının müdafiəsi, vətəndaşların hüquqi, siyasi mədəniyyət səviyyəsinin yüksəldilməsi, sosial və siyasi fəallığının artırılması” istiqaməti üzrə hazırlanmışdır
Xəbər lenti
Hamısına baxMaraqlı
25 Aprel 23:18
Maraqlı
25 Aprel 22:40
Dünya
25 Aprel 21:24
Sosial
25 Aprel 20:17
Dünya
25 Aprel 19:32
Siyasət
25 Aprel 19:25
Dünya
25 Aprel 18:56
Dünya
25 Aprel 18:20
Maraqlı
25 Aprel 17:45
Dünya
25 Aprel 17:28
Siyasət
25 Aprel 17:22
Dünya
25 Aprel 16:30
Mədəniyyət
25 Aprel 16:04
Gündəm
25 Aprel 15:52
Dünya
25 Aprel 15:46
Siyasət
25 Aprel 15:38
Dünya
25 Aprel 15:22
Siyasət
25 Aprel 15:17
Siyasət
25 Aprel 15:16
Siyasət
25 Aprel 15:15
YAP xəbərləri
25 Aprel 15:08
Dünya
25 Aprel 14:49
Dünya
25 Aprel 14:17
Sosial
25 Aprel 13:53
Gündəm
25 Aprel 13:38
Diaspor
25 Aprel 13:25
Gündəm
25 Aprel 12:49
Gündəm
25 Aprel 12:20
Gündəm
25 Aprel 11:53
İqtisadiyyat
25 Aprel 11:37
Gündəm
25 Aprel 11:13
Gündəm
25 Aprel 10:59
Gündəm
25 Aprel 10:35
Ədəbiyyat
25 Aprel 10:12
Analitik
25 Aprel 09:54
İqtisadiyyat
25 Aprel 09:32
Sosial
25 Aprel 09:16
Ədəbiyyat
25 Aprel 08:50
Ədəbiyyat
25 Aprel 08:38
Dünya
25 Aprel 07:48
Dünya
25 Aprel 07:25
İdman
25 Aprel 07:24
Siyasət
25 Aprel 07:16
Dünya
25 Aprel 07:14
Dünya
24 Aprel 23:42
Dünya
24 Aprel 23:35
Dünya
24 Aprel 23:17
Dünya
24 Aprel 22:41
Dünya
24 Aprel 22:30
Dünya
24 Aprel 22:19
YAP xəbərləri
24 Aprel 22:07
YAP xəbərləri
24 Aprel 21:54
Dünya
24 Aprel 21:50
YAP xəbərləri
24 Aprel 21:50
İdman
24 Aprel 21:37
Elm
24 Aprel 21:23
Dünya
24 Aprel 20:45
Dünya
24 Aprel 20:17
İqtisadiyyat
24 Aprel 19:52
Formula 1
24 Aprel 19:28
Dünya
24 Aprel 19:11
Xəbər lenti
24 Aprel 19:08
YAP xəbərləri
24 Aprel 18:53
YAP xəbərləri
24 Aprel 18:36
YAP xəbərləri
24 Aprel 18:13
YAP xəbərləri
24 Aprel 17:27
MEDİA
24 Aprel 17:27
Elm
24 Aprel 17:26
YAP xəbərləri
24 Aprel 17:05
YAP xəbərləri
24 Aprel 17:04

