Moldovada mühüm görüş...
31.05.2024 [10:40]
Azərbaycan Evinin açılması təklif edildi
Bu gün müxtəlif xarici ölkələrdə fəaliyyət göstərən güclü diasporumuz mövcuddur. Bəllidir ki, xaricdəki diaspor təşkilatları üçün ən mürəkkəb məsələ bu təşkilatların olduğu ölkənin ictimai həyatına inteqrasiyasıdır. Hər bir diaspor həm tarixi vətənin, həm də ondan ötrü artıq ikinci evə çevrilmiş ölkənin uğurlarını və üzləşdiyi çətinlikləri qəlbən və ruhən yaşayır.
Azərbaycan diasporu Moldovada ən böyük diasporlardan biridir. Rəsmi məlumata görə, bu ölkədə əslən Azərbaycandan olan 5 mindən çox sakin yaşayır. Hər bir ölkədə olduğu kimi, Moldovada yaşayan azərbaycanlıların da real maraqlarını və ehtiyaclarını bilmək çox vacibdir. Bu məqsədlə müntəzəm olaraq müxtəlif tədbirlər, Moldovanın bütün regionlarından olan diaspor nümayəndələri ilə görüşlər keçirilir.
Yeri gəlmişkən, belə görüşlərdən biri 2 gün öncə baş tutub. Mayın 29-da Diasporla İş üzrə Dövlət Komitəsinin sədri Fuad Muradovun Kişineuya səfəri çərçivəsində Moldovada yaşayan Azərbaycan icması ilə görüşü keçirilib. Görüşdə Moldova Azərbaycanlıları Konqresinin üzvləri, Azərbaycanın bu ölkədəki səfiri Ülvi Baxşəliyev, Diasporla İş üzrə Dövlət Komitəsinin və səfirliyin əməkdaşları iştirak ediblər.
Tədbirdə çıxış edən səfir Ülvi Baxşəliyev Diasporla İş üzrə Dövlət Komitəsinin soydaşlarımızla işini yüksək qiymətləndirib. Daha sonra isə Moldova Azərbaycanlıları Konqresinin sədri Elçin Bayramov Azərbaycan İcmasının gördüyü işlər və qarşıda duran hədəflər barədə hesabatla çıxış edib.
Komitə sədri Fuad Muradov Azərbaycanın Dövlət Bayrağının işğaldan azad olunan ərazilərimizdə ucaldılması hadisəsinə görə dünya azərbaycanlıları adından Prezident İlham Əliyevə və qəhrəman hərbçilərimizə minnətdarlığını ifadə edib. F.Muradov Qarabağ bölgəsində görülən quruculuq işləri barədə ətraflı məlumat verib.
Komitənin fəaliyyəti barədə geniş hesabatla çıxışını davam etdirən sədr indiyədək həyata keçirilən çoxşaxəli fəaliyyət istiqamətləri barədə və dövlət başçısının Dünya Azərbaycanlılarının V Qurultayında xaricdə yaşayan soydaşlarımıza tövsiyələrini xatırladıb.
Digər çıxışçılar bu cür görüşlərin keçirilməsinin əhəmiyyətindən danışıb, Moldovada Azərbaycan Evinin açılmasını təklif ediblər. Komitə sədri təklifə baxılacağını bildirib. Tədbirin sonunda Dövlət Komitəsinin adından Moldovada diaspor fəaliyyətində aktiv olan bir qrup icma üzvünə təşəkkürnamələr təqdim edilib.
Bundan başqa, F.Muradov Kişineuya səfər zamanı Moldovada bir sıra rəsmi görüşlər keçirib. Komitə sədri Moldova xarici işlər nazirinin müavini Sergiu Mihovla bir sıra məsələləri müzakirə edib. Müzakirələrdə Azərbaycanla Moldova arasında ikitərəfli münasibətlərin hazırkı vəziyyəti ilə bağlı aspektlər, xüsusilə təhsil, mədəniyyətlərarası əməkdaşlıq kimi sahələrə diqqət yetirilib. Görüş zamanı regional təhlükəsizlik vəziyyəti qarşılıqlı faydalı, çoxtərəfli əməkdaşlığın aspektləri ilə bağlı mövzular müzakirə edilib.
Sergiu Mihov 28 May - Müstəqillik Günü münasibətilə Azərbaycan Respublikasının nümayəndə heyətinə təbriklərini çatdırıb. Eyni zamanda, Moldova rəsmisi Azərbaycan icmasının və Moldova Azərbaycanlıları Konqresinin mədəni dəyərlərin və kimliyin Moldovada təbliğində mühüm töhfəsini, eləcə də bir sıra təhsil və mədəniyyət təşəbbüslərini dəstəklədiyini yüksək qiymətləndirib.
F.Muradov da öz növbəsində Azərbaycan və Moldova arasında münasibətlərin perspektivləri, ölkələrin beynəlxalq təşkilatlar çərçivəsində əməkdaşlığı, Azərbaycan icmasının Moldova cəmiyyətinə inteqrasiyası barədə fikirlərini bölüşüb. O, eyni zamanda,
Heydər Əliyev tərəfindən əsası qoyulmuş və Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilən diaspor siyasəti haqqında nazir müavinini məlumatlandırıb.
F.Muradov, həmçinin Azərbaycanın işğaldan azad olunan ərazilərində yeni quruculuq işləri barədə Moldova tərəfinə geniş məlumat verib.
Komitə sədrinin növbəti görüşü Moldova Parlamentinin sədrinin müavini xanım Doina Gherman ilə olub. Görüşə görə minnətdarlığını bildirən Fuad Muradov ölkələrimiz arasında mövcud dostluq və əməkdaşlıq əlaqələrini yüksək qiymətləndirdiyini qeyd edib. O, dövlətimizin diaspor siyasəti, komitənin strukturu, fəaliyyəti və həyata keçirdiyi irimiqyaslı layihələr, xaricdəki azərbaycanlı icmaların gördüyü işlər, soydaşlarımızın yerli cəmiyyətə inteqrasiyası və şəbəkələşməsi beynəlxalq layihələr çərçivəsində təcrübə mübadiləsi barədə fikirlərini söyləyib.
Xanım Doina Gherman bildirib ki, ölkələrimiz arasında parlamentlərarası əməkdaşlıq yüksək səviyyədədir və bu münasibətlərin genişləndirilməsi olduqca əhəmiyyətlidir. Qeyd edib ki, Azərbaycan və Moldovanın birgə layihələrin həyata keçirilməsi üçün yaxşı imkanları mövcuddur.
Bundan başqa, görüşdə müxtəlif istiqamətlərdə qarşılıqlı maraq doğuran məsələlər ətrafında əməkdaşlığın inkişafına dair fikir mübadiləsi aparılıb.
F.Muradovun daha bir görüşü Moldovanın Etnoslarla Münasibətlər Agentliyinin rəhbəri Vyaçeslav Ryabçinskiy ilə olub. Görüşdə birgə əməkdaşlığa dair razılıq əldə edilib. Agentliyin rəhbərliyi Azərbaycana dəvət edilib və təcrübə mübadiləsinin aparılmasının vacibliyi vurğulanıb.
Yeganə BAYRAMOVA
Məqalə “Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyi”nin maliyyə dəstəyi ilə “Diaspor quruculuğu, lobbiçilik və dünya azərbaycanlılarının həmrəyliyi” istiqaməti üzrə hazırlanmışdır
Xəbər lenti
Hamısına baxSosial
14 İyun 09:17
Sosial
14 İyun 08:52
Hadisə
14 İyun 08:39
Mədəniyyət
14 İyun 07:31
Gündəm
13 İyun 23:20
Hadisə
13 İyun 22:19
Sosial
13 İyun 21:37
Sosial
13 İyun 21:07
YAP xəbərləri
13 İyun 20:19
YAP xəbərləri
13 İyun 20:17
Xəbər lenti
13 İyun 19:50
YAP xəbərləri
13 İyun 18:58
YAP xəbərləri
13 İyun 18:15
YAP xəbərləri
13 İyun 16:21
Sosial
13 İyun 15:20
YAP xəbərləri
13 İyun 14:59
İdman
13 İyun 14:33
YAP xəbərləri
13 İyun 13:48
YAP xəbərləri
13 İyun 13:44
Gündəm
13 İyun 13:32
Gündəm
13 İyun 12:50
Siyasət
13 İyun 12:29
Gündəm
13 İyun 11:58
İqtisadiyyat
13 İyun 11:24
İqtisadiyyat
13 İyun 10:57
Siyasət
13 İyun 10:35
Sosial
13 İyun 10:13
Analitik
13 İyun 09:51
Analitik
13 İyun 09:38
Ədəbiyyat
13 İyun 09:15
Elm
13 İyun 08:52
Ədəbiyyat
13 İyun 08:30
Dünya
12 İyun 23:18
Dünya
12 İyun 22:40
Dünya
12 İyun 22:17
Dünya
12 İyun 21:59
YAP xəbərləri
12 İyun 21:34
Dünya
12 İyun 21:25
Dünya
12 İyun 20:42
Dünya
12 İyun 20:14
Maraqlı
12 İyun 19:56
Dünya
12 İyun 19:21
Dünya
12 İyun 18:35
Dünya
12 İyun 17:59
Dünya
12 İyun 17:24
Dünya
12 İyun 16:41
Dünya
12 İyun 16:14
İqtisadiyyat
12 İyun 15:47
Siyasət
12 İyun 15:47
Sosial
12 İyun 15:47
Sosial
12 İyun 15:46
Sosial
12 İyun 15:46
Sosial
12 İyun 15:45
İdman
12 İyun 15:30
İqtisadiyyat
12 İyun 15:23
Dünya
12 İyun 15:06
Dünya
12 İyun 14:45
İqtisadiyyat
12 İyun 14:43
İdman
12 İyun 14:42
Dünya
12 İyun 14:41
Dünya
12 İyun 14:41
YAP xəbərləri
12 İyun 14:40
YAP xəbərləri
12 İyun 14:30
YAP xəbərləri
12 İyun 14:28
Dünya
12 İyun 14:19
YAP xəbərləri
12 İyun 14:04
Dünya
12 İyun 13:57
YAP xəbərləri
12 İyun 13:54
Dünya
12 İyun 13:35
Elm
12 İyun 12:48

