Qlobal iqlim dəyişikliyinin növbəti fəsadı...
29.08.2024 [10:38]
Qlobal iqlim dəyişikliyi hazırda bütün dünya ölkələrini narahat edən mövzulardan biridir. Bununla bağlı davamlı tədbirlər keçirilir, beynəlxalq müstəvidə müxtəlif dövlətlər arasında müzakirələr aparılır. Məlumdur ki, Azərbaycan iqlim dəyişikliyi ilə mübarizədə hər zaman özünəməxsus fəaliyyəti ilə seçilib. Ölkəmiz beynəlxalq tədbirlərin keçirildiyi unikal məkandır. Bu il isə Azərbaycan ən böyük beynəlxalq tədbirə - BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasına (COP29) ev sahibliyi edəcək.
COP29-un ölkəmizdə keçiriləcəyi ərəfədə paytaxtda davamlı olaraq ekologiya və ətraf mühitin mühafizəsi ilə bağlı mühüm tədbirlər keçirilir. Belə tədbirlərdən biri də dünən baş tutub. “Su İdarəetmə Sistemlərinin iqlimə Dayanıqlı Kənd Təsərrüfatında Rolu: COP29 Dəyirmi Masa Müzakirələri” adlı tədbirdə bütün dünyada aktual mövzuya çevrilən qlobal iqlim dəyişikliyi və onun yaratdığı fəsadlar müzakirə edilib.
Su ehtiyatlarımız 15 faiz azalıb
Tədbirdə çıxış edən Ekologiya və təbii sərvətlər nazirinin müavini Vüqar Kərimov bildirib ki, qlobal iqlim dəyişiklikləri nəticəsində Azərbaycanda su ehtiyatları son illərdə təqribən 15 %-dən çox azalıb. Onun sözlərinə görə, təəssüf ki, növbəti illərdə də proqnozlar daha kəskindir və azalma davam edəcək: “Bu dəyişikliklər həm kənd təsərrüfatı bitkilərinə, heyvandarlığa mühüm təsir göstərir. Bu baxımdan bitkiçilik və heyvandarlıq sahələrində iqlim dəyişikliklərinə uyğunlaşdırmaq məqsədi ilə konkret fəaliyyətlər həyata keçirilməlidir”.
Hansı tədbirlər görülür?
V.Kərimov bildirib ki, Azərbaycanda su itkilərinin qarşısının alınması məqsədi ilə suvarma kanallarının yenidən qurulması və bərpası, içməli su mənbələrinin yaradılması, həmçinin su ehtiyatlarının artırılması üçün yeni su anbarlarının yaradılması istiqamətində işlər həyata keçirilir. Onun sözlərinə görə, buna baxmayaraq, suya tələbatın artması fonunda iqtisadiyyatın bütün sahələrində qənaətedici su texnologiyalarından istifadəni, suya tələbatı tullantı sularının təmizlənərək istifadəsi yolu ilə ödənilməsi mühüm əhəmiyyət kəsb edir.
O, qeyd edib ki, Ekologiya və Təbii Sərvətlər Nazirliyi tərəfindən həyata keçirilən yaşıllaşdırma işləri çərçivəsində əsas su mənbəyi kimi təkrar emal olunan sulardan geniş istifadə edilir: “Bu həm içməli su ehtiyatlarının qorunması, həm də suların təkrar dövriyyəsini təmin etməklə sudan səmərəli istifadəyə gətirib çıxarır”.
Uzunmüddətli aşağıkarbonlu inkişaf strategiyası...
Nazir müavini qeyd edib ki, hazırda Paris Sazişinə uyğun olaraq Azərbaycan üzrə Yenilənmiş Milli Səviyyədə Müəyyən Edilmiş Töhfələr (NDC) sənədi və uzunmüddətli Aşağıkarbonlu İnkişaf Strategiyası (LTS) hazırlanmaqdadır. O, bildirib ki, kənd təsərrüfatında iqlim dəyişiklikləri ilə mübarizə aparmaq və onun təsirlərini azaltmaq üçün kənd təsərrüfatı istehsalçılarını bu mövzuda məlumatlandırmaq və istehsal vərdişlərini mövcud iqlim reallıqlarına uyğunlaşdırmaq lazımdır: “İqlim dəyişikliklərinin mənfi təsirlərinin qarşısını yalnız uyğunlaşma və azaltma çərçivəsində hazırlanacaq strategiyalarla almaq mümkündür”.
V. Kərimov həmçinin qeyd edib ki, iqlim dəyişmələri probleminin həlli genişmiqyaslı və uzunmüddətli tədbirlər kompleksinin icrasını tələb edir: “Ölkəmizin BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyası çərçivəsində qlobal iqlim dəyişmələrinə təsirləri azaltmaq məqsədilə təşəbbüslərə töhfə olaraq, 2050-ci ilə qədər istixana qazı emissiyalarının xalis payının 40 %-ə qədər azaldılmasını şərtli hədəf kimi müəyyən edilib. Azərbaycan bu il, həmçinin qlobal metan emissiyalarının azaldılması üzrə öhdəlikləri nəzərdə tutan “Qlobal Metan Vədi” təşəbbüsünə qoşulub”.
Su ehtiyatlarının uçotu Qarabağdan başlayacaq
Tədbirdə çıxış edən Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Ekoloji siyasət şöbəsinin müdir müavini Rafiq Verdiyev bildirib ki, Azərbaycanda Elektron Su Təsərrüfatı İnformasiya Sisteminin təkmilləşdirilməsi ilə bağlı işlər davam etdirilir. Onun sözlərinə görə, artıq su balansı sistemi təhvil verilib: “Su ehtiyatlarının faktiki vəziyyəti ilə bağlı uçotun aparılmasını istəyirik. İlk növbədə işğaldan azad edilmiş ərazilərdə proqramı işləmişik. Demək olar ki, bütün çaylarda avtomat stansiyaların məlumatları əsasında istənilən vaxt vəziyyəti qiymətləndirmək mümkündür”.
Kür çayı ilə bağlı müqavilə imzalanacaq
R.Verdiyev vurğulayıb ki, Azərbaycan Gürcüstanla Kür çayında su ehtiyatları və ondan istifadədə məlumatların mübadiləsi ilə bağlı müqavilə imzalamaq istəyir: “Müqavilənin tez bir zamanda imzalanması hədəflənir. Kür çayında qar ehtiyatları, hövzədə olan vəziyyət bizim üçün önəmlidir. Biz daha dəqiq biləcəyik ki, Kür çayının Azərbaycandan yuxarı hissələrində yaz dövründə nə qədər su gözlənilir. Bu, sudan istifadəçilər üçün dəqiq proqnoz verməyə imkan verəcək”.
Yeganə BAYRAMOVA
Məqalə “Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyi”nin maliyyə dəstəyi ilə “Ekologiya və ətraf mühitin mühafizəsi” istiqaməti üzrə hazırlanmışdır.
Xəbər lenti
Hamısına baxDünya
26 Aprel 19:18
Dünya
26 Aprel 18:33
Dünya
26 Aprel 17:25
Dünya
26 Aprel 16:41
Gündəm
26 Aprel 16:37
Elm
26 Aprel 15:26
Hadisə
26 Aprel 14:50
Sosial
26 Aprel 14:29
İdman
26 Aprel 13:37
Sosial
26 Aprel 12:28
Sosial
26 Aprel 12:19
Dünya
26 Aprel 11:34
Gündəm
26 Aprel 11:29
Dünya
26 Aprel 10:22
Dünya
26 Aprel 09:41
Dünya
26 Aprel 08:38
Elm
26 Aprel 07:07
Maraqlı
25 Aprel 23:18
Maraqlı
25 Aprel 22:40
Dünya
25 Aprel 21:24
Sosial
25 Aprel 20:17
Dünya
25 Aprel 19:32
Siyasət
25 Aprel 19:25
Dünya
25 Aprel 18:56
Dünya
25 Aprel 18:20
Maraqlı
25 Aprel 17:45
Dünya
25 Aprel 17:28
Siyasət
25 Aprel 17:22
Dünya
25 Aprel 16:30
Mədəniyyət
25 Aprel 16:04
Gündəm
25 Aprel 15:52
Dünya
25 Aprel 15:46
Siyasət
25 Aprel 15:38
Dünya
25 Aprel 15:22
Siyasət
25 Aprel 15:17
Siyasət
25 Aprel 15:16
Siyasət
25 Aprel 15:15
YAP xəbərləri
25 Aprel 15:08
Dünya
25 Aprel 14:49
Dünya
25 Aprel 14:17
Sosial
25 Aprel 13:53
Gündəm
25 Aprel 13:38
Diaspor
25 Aprel 13:25
Gündəm
25 Aprel 12:49
Gündəm
25 Aprel 12:20
Gündəm
25 Aprel 11:53
İqtisadiyyat
25 Aprel 11:37
Gündəm
25 Aprel 11:13
Gündəm
25 Aprel 10:59
Gündəm
25 Aprel 10:35
Ədəbiyyat
25 Aprel 10:12
Analitik
25 Aprel 09:54
İqtisadiyyat
25 Aprel 09:32
Sosial
25 Aprel 09:16
Ədəbiyyat
25 Aprel 08:50
Ədəbiyyat
25 Aprel 08:38
Dünya
25 Aprel 07:48
Dünya
25 Aprel 07:25
İdman
25 Aprel 07:24
Siyasət
25 Aprel 07:16
Dünya
25 Aprel 07:14
Dünya
24 Aprel 23:42
Dünya
24 Aprel 23:35
Dünya
24 Aprel 23:17
Dünya
24 Aprel 22:41
Dünya
24 Aprel 22:30
Dünya
24 Aprel 22:19
YAP xəbərləri
24 Aprel 22:07
YAP xəbərləri
24 Aprel 21:54
Dünya
24 Aprel 21:50

