Zaman tələb edən proses...
16.10.2024 [10:45]
Əsas hədəflərdən biri regionlarda formalaşmış infrastrukturun dəyərə çevrilməsidir Ölkəmizin iqtisadiyyatı gücləndikcə, demək olar ki, bütün sahələrdə köklü islahatlar aparılır və iqtisadiyyatın bütün sahələrində əsaslı dönüş yaranır. Bu vaxtadək Azərbaycanda həyata keçirilən sosial-iqtisadi islahatlar milli iqtisadiyyatın güclənməsini və müasirləşməsini təmin edib. Son 20 ildə dinamik inkişaf əsasında ölkə iqtisadiyyatının həcmi artıb, əhalinin sosial vəziyyəti yaxşılaşıb, güclü sosial-iqtisadi infrastruktur yaradılıb.
Qeyd edək ki, bu gün ölkə iqtisadiyyatının güclənməsi istiqamətində regionlarımızın inkişafı, eyni zamanda dayanıqlı iqtisadi inkişaf modelinin tətbiqi də mühüm rol oynayır. Hazırda regionlarımızda iqtisadi aktivliyin artırılması, daxili və xarici sərmayələrin cəlb olunması, istehsal və ixrac imkanlarının artırılması üçün mühüm işlər görülür. Prezident İlham Əliyev hər zaman bu hədəfləri müəyyən edib. Dövlət başçısının bu sahədə yürütdüyü siyasət regionların sosial-iqtisadi inkişaf strategiyasına əsaslanır.
Regionlarla paytaxt arasındakı fərq azalacaq
Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin üzvü Vüqar Bayramov “Yeni Azərbaycan”a açıqlamasında qeyd edib ki, regionların sosial-iqtisadi inkişafı Azərbaycan üçün prioritet istiqamətlərdən biridir. Onun sözlərinə görə, bu sahədə qəbul edilən dövlət proqramlarının əsas hədəflərindən biri regionla Bakı arasındakı fərqin mərhələli şəkildə aradan qaldırılmasıdır: “Nəzərə alsaq ki, regionların sosial-iqtisadi inkişafı ilə bağlı dövlət proqramlarının əsas hədəflərindən biri xüsusən də bölgələrə daha çox investisiyanın cəlb edilməsindən ibarətdir. Ötən müddətdə regionlarda infrastrukturun qurulması və bunun fonunda kommunal xidmətlərin əlçatanlılığının təmin edilməsi reallaşıb. Nəticə etibarı ilə rəsmi statistikada regionlarla Bakı arasında iqtisadi fərqin mərhələli şəkildə azalmasını hiss edirik. Bu, zaman tələb edən bir prosesdir və növbəti illərdə proses daha geniş şəkildə davam edəcək”.
Formalaşmış infrastrukturun dəyərə çevrilməsi...
V.Bayramovun sözlərinə görə, əsas hədəflərdən biri də regionlarda formalaşmış infrastrukturun dəyərə çevrilməsidir: “Bu istiqamətdə həm yerli, həm də xarici investisiyanın cəlb edilməsi prosesinin təşfiq edilməsi həyata keçirilir. Ona görə də gözlənilir ki, regionlarla paytaxt arasındakı fərq azalacaq. Regionlarda ixtisaslı kadrların işlə təmin olunması ilə bağlı dövlət proqramlarının, eləcə də investisiya layihələrinin sayında artımlar var ki, bu da, xüsusilə bölgələrimizin inkişafı baxımından vacib hesab olunur”.
Sahibkarlar üçün güzəştlər
Millət vəkili regionların sosial-iqtisadi inkişafı istiqamətinə görülən işlər arasında işğaldan azad edilmiş ərazilərimizdə fəaliyyət göstərən sahibkarlara göstərilən güzəştlərin də olduğunu vurğulayıb: “Təbii ki, bu istiqamətdə genişmiqsaylı güzəştlərin tətbiq ediləcəyi gözlənilir. İşğaldan azad edilmiş ərazilərdə və digər bölgələrimizdə sənaye parkları, sənaye məhəllələri vasitəsilə güzəştlərin tətbiqi birmənalı şəkildə bunu təsdiq edir ki, sahibkarlığın təşviqi əsas istiqamətlərdən biridir. İşğaldan azad edilmiş ərazilərimizdə iqtisadiyyatın formalaşmasına və onun Azərbaycan iqtisadiyyatına reinteqrasiyası prosesinə sahibkarlar daha fəal şəkildə cəlb olunacaqlar. Burada fərqli güzəşt mexanizmlərinin tətbiqi, xüsusən güzəştli kreditlərin sayının artırılması kimi hədəflər var.
Torpaqlarımızın işğaldan azad olunması ilə regionların inkişafı yeni mərhələyə keçdi: Bir tərəfdən torpaqlarımızın işğaldan azad olunması regionların inkişafı ilə bağlı yeni modelin tətbiqini gündəmə gətirdi. Bu istiqamətdə işlər davam edir. Nəzərə alaq ki, işğaldan azad olunmuş ərazilərimizdə idarəetmə forması yenidir. Eyni zamanda “Ağıllı kənd”, “Ağıllı şəhər” prinsipinə uyğun olaraq yaşayış məntəqələrinin salınması həyata keçirilir ki, bu da artıq Azərbaycan üçün regionların inkişafı baxımından yeni bir yanaşmadır”.
Regionlarımızda rentabellik yüksəlib...
Deputat qeyd edib ki, regionlarda mütəmadi olaraq reallaşdırılan layihələr bölgələrdə sosial infrastrukturun təminatını, əhaliyə göstərilən xidmətlərin keyfiyyətinin yüksəldilməsini, sahibkarlıq mühitinin daha da yaxşılaşdırılmasını özündə ehtiva edir: “Yeni müəssisələrin istifadəyə verilməsi ilə yeni iş yerləri açılır, əhalinin məşğulluğu təmin edilir. Uğurla icra olunan dövlət proqramları nəticəsində regionlarda şəhər, qəsəbə və kəndlərin siması köklü şəkildə dəyişib, regionların potensialı xeyli artıb, rentabellik yüksəlib.
Dünya qlobal iqtisadi böhranla üzləşdiyi və işğaldan azad edilmiş ərazilərdə nəhəng quruculuq işlərinin aparıldığı bir vaxtda ölkə başçısı regionların sosial-iqtisadi inkişafını diqqətdə saxlayır. Prezident xüsusilə azad olunmuş bölgələrimizə səfərlərində bir sıra mühüm infrastruktur obyektlərinin açılışını edir. Dövlət başçısının görülən işlərə birbaşa nəzarət etməsi əhalidə böyük ruh yüksəkliyi ilə qarşılanır”.
Yeganə BAYRAMOVA
Məqalə “Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyi”nin maliyyə dəstəyi ilə “Regionların sosial-iqtisadi inkişafının təşviq edilməsi” istiqaməti üzrə hazırlanmışdır.
Xəbər lenti
Hamısına baxSosial
11 Avqust 09:05
Dünya
11 Avqust 07:53
Dünya
10 Avqust 23:45
Dünya
10 Avqust 23:24
Dünya
10 Avqust 22:52
Dünya
10 Avqust 22:38
Gündəm
10 Avqust 22:37
Siyasət
10 Avqust 22:26
Dünya
10 Avqust 22:13
Dünya
10 Avqust 21:45
Dünya
10 Avqust 21:19
Dünya
10 Avqust 21:05
Dünya
10 Avqust 20:55
Dünya
10 Avqust 20:30
Dünya
10 Avqust 20:10
Dünya
10 Avqust 19:55
Dünya
10 Avqust 19:30
Dünya
10 Avqust 19:16
Dünya
10 Avqust 18:52
Dünya
10 Avqust 18:30
İdman
10 Avqust 18:26
Dünya
10 Avqust 18:10
İdman
10 Avqust 17:54
Elm
10 Avqust 17:53
İqtisadiyyat
10 Avqust 17:50
Sosial
10 Avqust 17:45
Elm
10 Avqust 17:37
Siyasət
10 Avqust 17:35
Mədəniyyət
10 Avqust 17:23
İdman
10 Avqust 17:13
Sosial
10 Avqust 16:48
Turizm
10 Avqust 16:47
Mədəniyyət
10 Avqust 16:40
İdman
10 Avqust 16:31
Elm
10 Avqust 16:30
İqtisadiyyat
10 Avqust 16:28
Sosial
10 Avqust 16:27
Sosial
10 Avqust 16:25
Sosial
10 Avqust 16:22
İqtisadiyyat
10 Avqust 16:15
Elm
10 Avqust 16:03
İdman
10 Avqust 15:43
Elm
10 Avqust 15:29
İqtisadiyyat
10 Avqust 15:29
Mədəniyyət
10 Avqust 15:28
Mədəniyyət
10 Avqust 15:17
Sosial
10 Avqust 15:07
Mədəniyyət
10 Avqust 15:04
Elm
10 Avqust 14:45
İqtisadiyyat
10 Avqust 14:45
Elm
10 Avqust 14:38
Mədəniyyət
10 Avqust 14:26
Sosial
10 Avqust 14:19
İqtisadiyyat
10 Avqust 14:13
Elm
10 Avqust 13:59
Siyasət
10 Avqust 13:52
Siyasət
10 Avqust 13:51
Siyasət
10 Avqust 13:50
Siyasət
10 Avqust 13:49
Sosial
10 Avqust 13:34
İdman
10 Avqust 13:22
Mədəniyyət
10 Avqust 13:07
İqtisadiyyat
10 Avqust 12:45
Sosial
10 Avqust 12:44
Sosial
10 Avqust 12:08
İqtisadiyyat
10 Avqust 12:06
Elm
10 Avqust 11:53
Sosial
10 Avqust 11:50
İdman
10 Avqust 11:50
Siyasət
10 Avqust 11:42

