“Dayanıqlı Şəhərsalma və Ekoloji Çağırışlar”!
22.10.2024 [09:06]
Ekoloji tarazlığı qoruyub saxlamaq, təbii ehtiyatlardan səmərəli istifadə bu gün bütün ölkələrdə əsas problemə çevrilib. Statistik rəqəmlərə əsaslanaraq söyləmək olar ki, dünyada hər il minlərlə hektar meşə və çəmənlik, bitki örtüyü ilə zəngin yaşıllıqlar məhv edilir, su ehtiyatları azalır. Meşələrin məhv olması Yer kürəsinin münbit qatı hesab olunan torpağın şoranlaşmasına, eroziyaya uğramasına, sürüşmələrin baş verməsinə səbəb olur ki, bu da böyük dağıntılar və fəlakətlərlə nəticələnir. Ümumbəşəri problemlər sırasında iqlim dəyişiklikləri səbəbindən su ehtiyatlarının azalmasını da xüsusi vurğulamaq lazımdır.
Məlumdur ki, noyabrda ölkəmiz olduqca mühüm bir tədbirə ev sahibliyi edəcək. Bakıda keçiriləcək BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasında (COP29) insanların sağlam mühitdə yaşaması və təbii sərvətlərdən rasional istifadə edilməsi barədə müzakirələr ön planda olacaq. COP29 dünyada baş verən təbii fəlakətlərin, eləcə də süni faciələrin yaranmaması üçün iqlim dəyişikliklərinə qapı açan problemlərin aradan qaldırılması yollarını da müzakirə edəcək. Bu mənada, Azərbaycanda həyata keçirilən sosial-iqtisadi inkişaf strategiyasına uyğun olaraq COP29 qabağı çoxsaylı tədbirlər keçirilir.
AzMİU-da mühüm tədbir...
Belə tədbirlərdən biri ötən gün baş tutub. Belə ki, Azərbaycan Memarlıq və İnşaat Universitetində (AzMİU) “COP29: Dayanıqlı Şəhərsalma və Ekoloji Çağırışlar” forumu öz işinə başlayıb. Beş gün davam edəcək forum çərçivəsində “İkinci həyat - dizaynerlərin gözü ilə” adlı tullantılardan hazırlanmış maketlərin sərgisi, panel müzakirələri, vörkşoplar, rəsm müsabiqəsi, təmizlik və ağacəkmə aksiyaları təşkil olunacaq.
Forumun açılış mərasimində AzMİU-nun rektoru Gülçöhrə Məmmədova, ekologiya və təbii sərvətlər nazirinin müavini Rauf Hacıyev, COP29 təşkilat komitəsinin üzvü, millət vəkili Sevinc Fətəliyeva və Xarici İşlər Nazirliyinin idarə rəisinin müavini, COP29 Sədrliyinin Fəaliyyət Gündəliyi komandasının həmrəhbəri Jalə İbrahimova rəsmi qonaq qismində iştirak edib.
Universitetin rektor G.Məmmədova bildirib ki, bu forum Azərbaycanın ev sahibliyi edəcəyi COP29 tədbirinə hazırlıq dönəmində öz töhfələrini verə biləcək. O, qeyd edib ki, tədbir universitetin tələbələrinin təşəbbüsü ilə keçirilir: “COP29-un Azərbaycanda keçirilməsi ölkəmizin beynəlxalq arenada artan nüfuzunun göstəricisidir. Biz inanırıq ki, bu tədbir ən yüksək səviyyədə keçiriləcək. Bu gün keçirilən forumda tələbələr öz layihələri, əl işləri ilə COP ideyalarını yaymaq üçün, eyni zamanda iqlim dəyişikliyi ilə mübarizədə öz töhfələrini verməyə çalışırlar”.
Forumun ilk günündə “Müasir şəhərsalmada dayanıqlılıq amilləri”, “Enerjidən qeyri-səmərəli istifadə iqlim dəyişikliklərinin səbəbi kimi” və “Su ehtiyatlarından istifadə və ekoloji dayanıqlılıq problemləri” mövzuları ətrafında panel müzakirələri təşkil olunacaq.
İkinci gün tullantılardan istifadə etməklə maket hazırlığı, dibçəklər üzərində DİM-lərə həsr olunmuş rəsmlər, davamlı şəhər inkişafı barədə tələbələrin təklifləri, yeni layihə ideyalarının müzakirəsi və fikir mübadiləsi həyata keçiriləcək. Forumun üç və dördüncü günləri təmizlik və ağacəkmə aksiyaları təşkil olunacaq.
Son gündə isə forumun bağlanışı mərasimi keçiriləcək və fərqlənən iştirakçılar Təşkilat Komitəsi tərəfindən mükafatlandırılacaq.
İqlim dəyişikliyinin qarşısı alınmasa...
Forumda çıxış edən Ekologiya və təbii sərvətlər nazirinin müavini Rauf Hacıyev bildirib ki, iqlim dəyişikliyi səbəbindən son 30 ildə Azərbaycanda kənd təsərrüfatına ciddi ziyan vuran isti və quru küləklərin sayından danışıb. O, qeyd edib ki, Ümumdünya Meteorologiya Təşkilatının məlumatına görə, 2014-2023-cü illərdə qlobal orta temperatur 1.2 selsi dərəcə yüksək olub: “Temperaturun belə tez-tez artması ekstremal hava hadisələrinin artmasına, biomüxtəlifliyin azalmasına səbəb ola bilər. İqlim dəyişikliyinin qarşısı alınmasa dünyada uzunmüddətli problemlər və ziyanlar yaranacaq”.
İsti və quru küləklərin sayı 14 dəfə çox olub
Nazir müavini Azərbaycanda da iqlim dəyişikliyinin təsirlərinin müşahidə olunduğuna, son 23 ildə ölkədə orta temperaturun 1.1 selsi artıq olduğuna diqqət çəkib: “Son 30 ildə Azərbaycanda kənd təsərrüfatına ciddi ziyan vuran isti və quru küləklərin sayı 14 dəfə çox olub. Son 10 ildə dolu hadisələrinin sayı 3 dəfədən çox artıb. Əvəllər dolu dağ və dağətəyi rayonlarda olurdusa, hazırda düzən ərazilərdə belə baş verir”.
Su ehtiyatlarımız 15 faiz azalıb
R.Hacıyev əlavə edib ki, Azərbaycanda su ehtiyatları son 10 ildə təxminən 15% azalıb: “Son 30 ildə Xəzər dənizinin səviyyəsi ciddi şəkildə azalmaqdadır. Xəzər dənizində suyun səviyyəsinin azalması sahilyanı ekosistemə, biomüxtəlifliyə, yaşayış ərazilərində ciddi təsirlərə gətirib çıxarır”.
Yeni iqlim strategiyamız hazırlanır
Nazir müavini qeyd edib ki, hazırda Azərbaycanın yeni iqlim strategiyasının hazırlanması üzrə işləri davam edir: “Yeni strategiya bütün iqtisadi sektorları əhatə edərək aşağı karbonlu inkişafı əvəzləyəcək. Ən böyük çağırışlardan biri iqlim dəyişikliyinə uyğunlaşma üçün potensialın artırılmasıdır. Dövlət səviyyəsində bu problemlərin həlli istiqamətində ciddi işlər aparılır. COP29 bu baxımdan ölkəmiz üçün böyük irəliləyişlər gətirəcək. İşğaldan azad edilmiş zonalarda da ölkəmiz tərəfindən yaşıl enerji məqsədli layihələr həyata keçirilib. Buna ağıllı kənd və şəhərlər nümunə gətirə bilərik. İnanıram ki, bu gün AzMiU-da keçirilən forum iqlim dəyişikliyi ilə bağlı məsələlərə öz töhfəsini verəcək”.
Yeganə BAYRAMOVA
Məqalə “Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyi”nin maliyyə dəstəyi ilə “Ekologiya və ətraf mühitin mühafizəsi” istiqaməti üzrə hazırlanmışdır.
Xəbər lenti
Hamısına baxDünya
15 İyun 23:36
Hadisə
15 İyun 23:03
Siyasət
15 İyun 22:20
YAP xəbərləri
15 İyun 21:46
Dünya
15 İyun 20:18
Siyasət
15 İyun 19:39
Siyasət
15 İyun 19:11
Hərbi
15 İyun 18:00
Dünya
15 İyun 17:42
Dünya
15 İyun 16:20
Dünya
15 İyun 15:33
Dünya
15 İyun 14:18
Siyasət
15 İyun 13:58
Dünya
15 İyun 13:29
Dünya
15 İyun 12:35
Dünya
15 İyun 11:24
Dünya
15 İyun 10:31
Dünya
15 İyun 09:52
Dünya
15 İyun 09:17
Hadisə
15 İyun 08:59
Dünya
15 İyun 08:25
Gündəm
15 İyun 07:54
Dünya
15 İyun 07:35
Gündəm
15 İyun 00:14
Gündəm
14 İyun 23:28
Siyasət
14 İyun 23:16
Xəbər lenti
14 İyun 21:52
Dünya
14 İyun 19:26
Xəbər lenti
14 İyun 18:43
Maraqlı
14 İyun 17:19
Dünya
14 İyun 16:34
Dünya
14 İyun 15:22
Dünya
14 İyun 14:40
Dünya
14 İyun 13:18
YAP xəbərləri
14 İyun 13:00
Hadisə
14 İyun 12:29
Dünya
14 İyun 11:47
YAP xəbərləri
14 İyun 11:40
Dünya
14 İyun 11:35
İdman
14 İyun 10:40
Hadisə
14 İyun 10:09
YAP xəbərləri
14 İyun 09:58
Sosial
14 İyun 09:32
Sosial
14 İyun 09:17
Sosial
14 İyun 08:52
Hadisə
14 İyun 08:39
Mədəniyyət
14 İyun 07:31
Gündəm
13 İyun 23:20
Hadisə
13 İyun 22:19
Sosial
13 İyun 21:37
Sosial
13 İyun 21:07
YAP xəbərləri
13 İyun 20:19
YAP xəbərləri
13 İyun 20:17
Xəbər lenti
13 İyun 19:50
YAP xəbərləri
13 İyun 18:58
YAP xəbərləri
13 İyun 18:15
YAP xəbərləri
13 İyun 16:21
Sosial
13 İyun 15:20
YAP xəbərləri
13 İyun 14:59
İdman
13 İyun 14:33
YAP xəbərləri
13 İyun 13:48
YAP xəbərləri
13 İyun 13:44
Gündəm
13 İyun 13:32
Gündəm
13 İyun 12:50
Siyasət
13 İyun 12:29
Gündəm
13 İyun 11:58
İqtisadiyyat
13 İyun 11:24
İqtisadiyyat
13 İyun 10:57
Siyasət
13 İyun 10:35
Sosial
13 İyun 10:13

