COP29 ərəfəsində...
30.10.2024 [10:09]
İctimai və dövlət maraqlarımızı necə qoruyaq?
Ölkəmizin beynəlxalq səviyyədə mövqeyini gücləndirməsi, iqtisadiyyatımızın inkişafı və müstəqil siyasət yürütməsi Qərb dairələrində narahatlıq yaradır. Xüsusilə, COP29 kimi mühüm bir beynəlxalq tədbirin Bakıda keçirilməsi Azərbaycana qarşı informasiya müharibəsini genişləndirmək cəhdlərini artıq açıq şəkildə sübut edir. Azərbaycana qarşı sistemli bir informasiya müharibəsi aparılır. Bu müharibənin məqsədi yalnız Azərbaycanın beynəlxalq nüfuzunu zədələmək deyil, eyni zamanda ölkənin enerji resurslarına çıxışını məhdudlaşdırmaqdır.
Müasir dövrdə informasiyanın əldə edilməsi, yayılması çox rahatdır. Lakin yayılan məlumatların çoxu da dezinformasiya olur. Cəmiyyəti dezinformasiyadan qorumaq lazımdır. Vətən müharibəsindən sonra Azərbaycanı gözü götürməyən qüvvələr məqsədli şəkildə sosial şəbəkələrdə dezinformasiyalar yayırdı. Paytaxtımızda keçirilməsinə sayılı günlər qalmış COP29 kimi tədbirin keçirilməsi ilə bağlı da müxtəlif platformalarda dezinformasiyalar yayılır. Belə bir məqamda ictimai və dövlət maraqlarımızın qorunması aktuallıq kəsb edən məsələlərdəndir.
Mövzu barədə fikirlərini bölüşən millət vəkili Azər Badamov “Yeni Azərbaycan”a açıqlamasında bildirib ki, COP29 kimi mötəbər tədbirə hazırlıq ərəfəsində ölkəmizə qarşı müxtəlif siyasi dairələrdən edilən hücumlar bizi qarşımızda duran hədəflərdən yayındırmaq məqsədi daşıyır. Məsələn, Avropa Parlamentinin oktyabrın 24-də qəbul etdiyi qərəzli və obyektivlikdən tamamilə uzaq qətnamə də məhz bu hücumların tərkib hissəsidir.
Deputatın sözlərinə görə, regionda baş verən proseslər, Azərbaycanın irəli sürdüyü təşəbbüslərin məzmunu göstərir ki, bu gün Cənubi Qafqazda sülhün təmin olunması üçün ölkəmiz kifayət qədər ciddi səy göstərir: “Təsadüfü deyil ki, COP29 gündəliyinə daxil olunmuş 14 böyük təşəbbüsdən biri də məhz sülhün, dialoqun və barışığın daha geniş şəkildə təbliği, iqlimlə bağlı fəaliyyət üçün bütün siyasi diqqəti və diplomatik səyləri səfərbər etmək məqsədi daşıyır”.
Haqsız ittihamlar bizi yolumuzdan döndərə bilməz
COP29-u sülh prosesinin nəticəsi kimi qiymətləndirən deputat tədbirin gündəliyinə sülh mövzusunun daxil edilməsinin təsadüfi olmadığını bildirib. O, qeyd edib ki, Azərbaycan COP29 konfransının ən yüksək səviyyədə təşkili üçün bütün imkanlarını səfərbər edib: “Tədbirin məhz Azərbaycanda təşkil olunması ilə bağlı müzakirələrdə 198 ölkənin yekdil dəstəyi alınıb. Bu, ölkəmizə, Azərbaycan Prezidentinin siyasətinə dünyada olan yüksək etimadın göstəricisidir. Bütün maneələrə, əsassız hücumlara və mənasız ittihamlara baxmayaraq, biz bu mötəbər iclası uğurla təşkil edəcəyimizə əminik. COP29-a hazırlıq prosesi ilə əlaqədar Azərbaycan bir çox ölkələr, beynəlxalq təşkilatlar və xarici tərəfdaşlarla sıx əməkdaşlıq edir. Konfrans çərçivəsində Parlamentlərarası İttifaq tərəfindən xüsusi iclas da təşkil olunacaq. Azərbaycan Milli Məclisi parlament görüşünün yüksək səviyyədə təşkili ilə bağlı üzərinə düşən bütün məsələləri operativ şəkildə həll edir.
Azərbaycan COP29-a ev sahibliyi etməklə iqlim dəyişmələrinə qarşı mübarizə kimi mühüm qlobal məsələdə nümunəvi liderlik nümayiş etdirir. COP29 konfransının regionda ilk dəfə Azərbaycanda təşkil olunması buna ən parlaq sübut kimi qiymətləndirilə bilər. Bizim başlıca amalımız bütün dövlətlərin yaşıl, ədalətli, inklüziv və dayanıqlı dünya naminə həmrəyliyinə nail olmaqdır. Azərbaycan ev sahibliyi edəcəyi bu tədbirdə inkişaf etmiş və inkişaf etməkdə olan ölkələr arasında körpü yaratmaq əzmindədir. Qlobal əhəmiyyətli mövzularda beynəlxalq birliyin məsuliyyətli üzvü kimi daim ümumi işə töhfə verməyə çalışan ölkəmizə qarşı haqsız ittihamlar bizi yolumuzdan döndərə bilməz. Hər zaman olduğu ki, bu dəfə də ictimai və dövlət maraqlarımızın qorunması istiqamətində lazım olan bütün tədbirlər görüləcək. Azərbaycan bütün tərəfdaşları ilə münasibətləri kifayət qədər açıq və şəffaf şəkildə qurur. İnanırıq ki, Bakıda keçiriləcək konfrans iqlim dəyişiklikləri ilə mübarizə tarixində yeni səhifə olacaq”.
Daha mütəşəkkil cavablar verilməlidir
Millət vəkili qeyd edib ki, COP29 ərəfəsində ölkəmizə qarşı olan siyasi hücumlarla mübarizədə, dövlət maraqlarının qorunması üçün atılmalı olan tədbirlər sırasında yerli medianın daha da inkişaf etdirilməsi dayanır: “Milli maraqların qorunması, Azərbaycana qarşı dezinformasiyaların qarşısını almaq üçün bütün səylər birləşdirilməlidir. Daha mütəşəkkil və səviyyəli cavablar verilməlidir. Xüsusilə, COP29 ərəfəsində və ya konfrans bitdikdən sonra bizə qarşı bu kimi hücumlara hazır olmalıyıq”.
Yeganə BAYRAMOVA
Məqalə “Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyi”nin maliyyə dəstəyi ilə “İctimai və dövlət maraqlarının müdafiəsi” istiqaməti üzrə hazırlanmışdır.
Xəbər lenti
Hamısına baxİdman
14 İyun 10:40
Hadisə
14 İyun 10:09
YAP xəbərləri
14 İyun 09:58
Sosial
14 İyun 09:32
Sosial
14 İyun 09:17
Sosial
14 İyun 08:52
Hadisə
14 İyun 08:39
Mədəniyyət
14 İyun 07:31
Gündəm
13 İyun 23:20
Hadisə
13 İyun 22:19
Sosial
13 İyun 21:37
Sosial
13 İyun 21:07
YAP xəbərləri
13 İyun 20:19
YAP xəbərləri
13 İyun 20:17
Xəbər lenti
13 İyun 19:50
YAP xəbərləri
13 İyun 18:58
YAP xəbərləri
13 İyun 18:15
YAP xəbərləri
13 İyun 16:21
Sosial
13 İyun 15:20
YAP xəbərləri
13 İyun 14:59
İdman
13 İyun 14:33
YAP xəbərləri
13 İyun 13:48
YAP xəbərləri
13 İyun 13:44
Gündəm
13 İyun 13:32
Gündəm
13 İyun 12:50
Siyasət
13 İyun 12:29
Gündəm
13 İyun 11:58
İqtisadiyyat
13 İyun 11:24
İqtisadiyyat
13 İyun 10:57
Siyasət
13 İyun 10:35
Sosial
13 İyun 10:13
Analitik
13 İyun 09:51
Analitik
13 İyun 09:38
Ədəbiyyat
13 İyun 09:15
Elm
13 İyun 08:52
Ədəbiyyat
13 İyun 08:30
Dünya
12 İyun 23:18
Dünya
12 İyun 22:40
Dünya
12 İyun 22:17
Dünya
12 İyun 21:59
YAP xəbərləri
12 İyun 21:34
Dünya
12 İyun 21:25
Dünya
12 İyun 20:42
Dünya
12 İyun 20:14
Maraqlı
12 İyun 19:56
Dünya
12 İyun 19:21
Dünya
12 İyun 18:35
Dünya
12 İyun 17:59
Dünya
12 İyun 17:24
Dünya
12 İyun 16:41
Dünya
12 İyun 16:14
İqtisadiyyat
12 İyun 15:47
Siyasət
12 İyun 15:47
Sosial
12 İyun 15:47
Sosial
12 İyun 15:46
Sosial
12 İyun 15:46
Sosial
12 İyun 15:45
İdman
12 İyun 15:30
İqtisadiyyat
12 İyun 15:23
Dünya
12 İyun 15:06
Dünya
12 İyun 14:45
İqtisadiyyat
12 İyun 14:43
İdman
12 İyun 14:42
Dünya
12 İyun 14:41
Dünya
12 İyun 14:41
YAP xəbərləri
12 İyun 14:40
YAP xəbərləri
12 İyun 14:30
YAP xəbərləri
12 İyun 14:28
Dünya
12 İyun 14:19
YAP xəbərləri
12 İyun 14:04

