Azərbaycançılıq dövlətimizin əsas sütunudur!
05.12.2024 [09:05]
Hər kəs bu ideologiya ətrafında sıx birləşməlidir...
Davamlı şəkildə aparmalı olduğumuz siyasətin tərkib hissələrindən biri azərbaycançılıq ideologiyasının təbliğ edilməsidir. Bu ideya dövlətçiliyimiz, mədəniyyətimiz, dilimiz və tariximizlə bağlı bütünlük təşkil edən, xalqımızın milli kimliyini qoruyub inkişaf etdirən bir anlayışdır. Bir sözlə, milli ideologiya olan azərbaycançılıq həmrəylik, vətənpərvərlik, xalqın öz tarixi və mədəniyyətinə hörmət və sevgi kimi dəyərləri əhatə edir.
Ölkəmizdə yaşayan vətəndaşlarımızın dini, etnik mənsubiyyətindən asılı olmayaraq, hamının Azərbaycan adlı vətəni var. Belə ki, azərbaycançılığın məzmunca mahiyyətini müxtəlif xalqların, mədəniyyətlərin, ənənələrin, konfessiyaların üzvi şəkildə vəhdəti təşkil edir. Lakin azərbaycançılıq Azərbaycanın ərazisində yaşayan xalqın həmrəyliyi ilə məhdudlaşmır. Bu ideologiya həm də Azərbaycanın müstəqilliyini arzulayan, onun güclənməsini istəyən insanları birləşdirir.
Azərbaycançılıq ideyasının təbliği, həmçinin dövlətin, vətəndaş cəmiyyətinin birgə əməkdaşlığını tələb edir. Bu, milli həmrəyliyi təmin etmək və ölkə daxilində hər hansı sosial və milli parçalanmanın qarşısını almaq baxımından vacibdir. Azərbaycançılıq yalnız Azərbaycan xalqının deyil, eyni zamanda, bu torpaqda yaşayan bütün etnik və dini qrupların gələcəyini düşünərək, birgə inkişaf və firavanlıq üçün mühüm bir vəsait olaraq ortaya çıxır.
İdeologiyamıza qarşı çıxan qüvvələr var
Mövzu barədə “Yeni Azərbaycan”a açıqlama verən Gənclərin Təşəbbüsünə və İnkişafına Dəstək İctimai Birliyinin və Diaspor İnformasiya Mərkəzinin sədri Toğrul Allahverdili bildirib ki, Azərbaycançılıq ideologiyası illərdir ölkəmizin əsas sütunlarından biridir. O, qeyd edib ki, Azərbaycançılıq ideyasının təməl prinsiplərindən biri Azərbaycan xalqının tarixini və mədəniyyətini gələcək nəsillərə çatdırmaq və bu dəyərləri təbliğ etməkdir: “Bu ideya, həmçinin Azərbaycanın multikultural və çoxmillətli cəmiyyətini gücləndirməyə, müxtəlif etnik və dini qrupların birgə yaşaması və əməkdaşlığını təşviq etməyə xidmət edir. Azərbaycançılıq yalnız yerli mədəniyyətin qorunması ilə kifayətlənmir, eyni zamanda, Azərbaycanın dünyaya açılan, beynəlxalq aləmdə tanınan bir dövlət kimi mövqeyinin gücləndirilməsini də önə çıxarır.
Əsası Heydər Əliyev tərəfindən qoyulan bu ideologiya dövlətimiz tərəfindən davamlı olaraq inkişaf etdirilir. Bu ideologiyanın təbliği istiqamətində silsilə tədbirlər həyata keçirilir, sözügedən sahədə davamlı nailiyyətlərin əldə olunması üçün ölkənin aparıcı beyin mərkəzləri, qeyri-hökumət təşkilatları və mediası durmadan çalışır. Lakin təəssüflə qeyd etməliyik ki, bu ideologiyaya qarşı olan qüvvələr də mövcuddur”.
Azərbaycançılıq gələcəyimizin mayasıdır...
Ekspert qeyd edib ki, bu qüvvələr istər xaricdən, istərsə də ölkəmizin içindəki “sapı” bizdən olanlar tərəfindən maliyyələşdirilir: “Onlar həmin anti-milli qruplardır ki, Azərbaycanın suyunu içib, çörəyini yeyib gənclərimizin bu ideologiya ətrafında birləşməsinə mane olmağa çalışırlar. Lakin nə olursa olsun, Azərbaycançılıq ideologiyası dövlətimizin əsas sütunu və gələcəyimizin mayasıdır. Azərbaycançılıq ideologiyasının inkişafı davamlı olmalı, hər bir azərbaycanlı, tutduğu mövqeyindən, siyasi baxışından və yaşam tərzindən asılı olmayaraq, bu ideologiyanın ətrafında sıx birləşməlidir”.
Milli məfkurəmizin əsas istiqaməti
T.Allahverdilinin sözlərinə görə, ürək ağrısı ilə qeyd etməliyik ki, bəzi qüvvələr tərəfindən sosial şəbəkələrdə bu ideologiyanın əleyhinə təbliğat aparılır: “Bəzi “həmvətənlərimiz” bu yöndə atılan addımlarda səfərbər olaraq Qərbin çeynənmiş dəyərlərini qəbul və təbliğ edərək, milli dəyərlərimizi və ailə institutunu məhvə aparan təbliğatın maşasına çevriliblər. Sosial şəbəkələrdə Azərbaycançılıq ideologiyasını məsxərəyə qoyanlar unutmasın ki, bu ideologiya Azərbaycan gəncliyinin qüruru, şərəf və ləyaqəti, milli məfkurəmizin əsas istiqamətidir.
Kim nə deyirsə desin, biz tutduğumuz istiqamətdə daim addımlaycağıq. Bizlər Azərbaycançılıq ideologiyası ətrafında birləşərək minlərlə şəhid vermiş dövlətin və millətin varisiyik. Azərbaycançılıq ideologiyası uğrunda nə qədər qardaşlarımız şəhid olub. Biz bu ideologiya ətrafında illərimizi və aylarımızı qurban vermişik. Bir sözlə, milli ideologiyamızın təbliğində durmadan çalışmalı, gənclərimizə təbliğatı gücləndirməliyik”.
Yeganə BAYRAMOVA
Məqalə “Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyi”nin maliyyə dəstəyi ilə “Azərbaycançılıq ideyasının təbliği” istiqaməti üzrə hazırlanmışdır.
Xəbər lenti
Hamısına baxDünya
15 İyun 23:36
Hadisə
15 İyun 23:03
Siyasət
15 İyun 22:20
YAP xəbərləri
15 İyun 21:46
Dünya
15 İyun 20:18
Siyasət
15 İyun 19:39
Siyasət
15 İyun 19:11
Hərbi
15 İyun 18:00
Dünya
15 İyun 17:42
Dünya
15 İyun 16:20
Dünya
15 İyun 15:33
Dünya
15 İyun 14:18
Siyasət
15 İyun 13:58
Dünya
15 İyun 13:29
Dünya
15 İyun 12:35
Dünya
15 İyun 11:24
Dünya
15 İyun 10:31
Dünya
15 İyun 09:52
Dünya
15 İyun 09:17
Hadisə
15 İyun 08:59
Dünya
15 İyun 08:25
Gündəm
15 İyun 07:54
Dünya
15 İyun 07:35
Gündəm
15 İyun 00:14
Gündəm
14 İyun 23:28
Siyasət
14 İyun 23:16
Xəbər lenti
14 İyun 21:52
Dünya
14 İyun 19:26
Xəbər lenti
14 İyun 18:43
Maraqlı
14 İyun 17:19
Dünya
14 İyun 16:34
Dünya
14 İyun 15:22
Dünya
14 İyun 14:40
Dünya
14 İyun 13:18
YAP xəbərləri
14 İyun 13:00
Hadisə
14 İyun 12:29
Dünya
14 İyun 11:47
YAP xəbərləri
14 İyun 11:40
Dünya
14 İyun 11:35
İdman
14 İyun 10:40
Hadisə
14 İyun 10:09
YAP xəbərləri
14 İyun 09:58
Sosial
14 İyun 09:32
Sosial
14 İyun 09:17
Sosial
14 İyun 08:52
Hadisə
14 İyun 08:39
Mədəniyyət
14 İyun 07:31
Gündəm
13 İyun 23:20
Hadisə
13 İyun 22:19
Sosial
13 İyun 21:37
Sosial
13 İyun 21:07
YAP xəbərləri
13 İyun 20:19
YAP xəbərləri
13 İyun 20:17
Xəbər lenti
13 İyun 19:50
YAP xəbərləri
13 İyun 18:58
YAP xəbərləri
13 İyun 18:15
YAP xəbərləri
13 İyun 16:21
Sosial
13 İyun 15:20
YAP xəbərləri
13 İyun 14:59
İdman
13 İyun 14:33
YAP xəbərləri
13 İyun 13:48
YAP xəbərləri
13 İyun 13:44
Gündəm
13 İyun 13:32
Gündəm
13 İyun 12:50
Siyasət
13 İyun 12:29
Gündəm
13 İyun 11:58
İqtisadiyyat
13 İyun 11:24
İqtisadiyyat
13 İyun 10:57
Siyasət
13 İyun 10:35
Sosial
13 İyun 10:13

