Uğur formulumuz!
29.01.2025 [10:12]
Azərbaycan dünya ölkələri üçün etibarlı tərəfdaşdır...
Günü-gündən mürəkkəbləşən, qütbləşmənin açıq xarakter aldığı və kataklizmələrlə dolu dünyada bütün dövlətlər və ya təşkilatlar tərəfindən qəbul edilmək olduqca çətin bir işdir. Xüsusilə, qrup maraqlarının önə çıxdığı son dövrlərdə beynəlxalq münasibətlər sistemində uğurlu təmsilçilik mümkünsüz hala çevrilib - bəzi hallarda iqtisadi baxışlar, bəzən siyasi situasiya, bəzən təhlükəsizlik amili, bəzən isə ikitərəfli münasibətlərdə ortaya çıxan ziddiyyətlər maraqların kəsişməsinə, üst-üstə düşməsinə imkan vermir.
Əlbəttə ki, istisnalar mövcuddur - məsələn, Azərbaycan dövlətinin həyata keçirdiyi çoxvektorlu xarici siyasət kursu ölkəmizin dünya miqyasında siyasi-iqtisadi nüfuzunun gündən-günə artmasında əsaslı şərt kimi çıxış edir. Azərbaycanın region, eləcə də dünya ölkələri və beynəlxalq təşkilatlarla sıx əməkdaşlığı ölkəmizin etibarlı və dayanıqlı tərəfdaş olduğunun göstəricisidir. Qlobal güclərin diqqət mərkəzində olan və Azərbaycan milli maraqlarına xidmət edən siyasi kursumuz beynəlxalq arenada aparıcı aktora çevrilməyimizi təmin edib. Belə ki, ölkəmiz milli maraqlarını hər zaman ön planda saxlayır. Dünya birliyi ilə bərabərsəviyyəli əlaqələrin qurulması isə ölkəmizin regional güc mərkəzi statusunda çıxış etməsini şərtləndirir. Həm ikitərəfli, həm də çoxtərəfli əməkdaşlıq sferalarının dayanmadan inkişaf etdirilməsi, ümumi maraqlar kontekstində çıxış etməmiz, ən əsası isə sülhü və stabilliyin təmininə uyğun siyasət yürütməyimiz dünya birliyi ilə əlaqələrin daha da yüksəlməsinə yol açır.
Möhkəm təməllər üzərində qurulan siyasət!
Mövzunu “Yeni Azərbaycan”a şərh edən Milli Məclisin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin üzvü Nəsib Məhəməliyev bildirib ki, Azərbaycanda həyata keçirilən siyasətin əsas məqsədlərindən biri dünya birliyinə inteqrasiya, beynəlxalq təşkilatlarla münasibətlərin daha da genişləndirilməsindən ibarətdir: “Dövlətimiz bu siyasəti 1990-cı illərin əvvəllərindən - Ulu Öndər Heydər Əliyevin hakimiyyətə gəlməsindən bəri uğurla davam etdirir. Azərbaycan bu gün bölgə ölkələri ilə qarşılıqlı əməkdaşlıq, beynəlxalq aləmdə öz sözünü demiş böyük dövlətlərlə uğurlu tərəfdaşlıq fonunda, həm də dünyanın aparıcı beynəlxalq qurumlarında kifayət qədər fəal təmsil olunur. Möhkəm təməl üzərində yaradılan güclü iqtisadi potensial, toplanmış maliyyə resursları, cəmiyyət həyatının bütün sahələrinin dinamik tərəqqisi, enerji, ərzaq təhlükəsizliyi kimi məsələlərin uğurla həlli Azərbaycana tam müstəqil, milli maraqlara hesablanan xarici siyasət yürütməyə imkan verib”.
Ölkəmizə olan maraq və inam artmaqdadır...
Deputat qeyd edib ki, ümumiyyətlə, həyata keçirilən qlobal miqyaslı tədbirlər Azərbaycanın dövlətlərarası əlaqələrini gücləndirməklə bərabər, həm də ölkəmizin dünya miqyasında nüfuzunun daha da artırılmasını, Cənubi Qafqaz regionunda lider dövlətə çevrilməsini şərtləndirib: “Son dövrlər ölkəmizə olan marağın və inamın nəticəsində Azərbaycan dövlətinə bir çox sahələrdə çoxşaxəli əməkdaşlığın inkişaf etdirilməsi ilə bağlı təkliflər artmaqdadır. Bu da Azərbaycan dövlətinin güvənilir bir dövlət, ölkə başçısı İlham Əliyevin güvənilir bir şəxsiyyət, dövlət xadimi, ölkə rəhbəri olması və eyni zamanda dünya liderləri arasında xüsusi nüfuza malik olmasının bariz nümunəsidir. Bu baxımdan, əlbəttə ki, dünya birliyinə inteqrasiya prosesinin sürətlə getdiyini sadəcə görmürük, eyni zamanda bu dövrün müasirləri olaraq hər birimiz öz sahəmizdə hiss edir və yaşayırıq”.
Bundan sonra da ciddi uğurlar əldə edəcəyik!
Deputatın sözlərinə görə, şübhəsiz ki, Azərbaycan dövləti atmış olduğu bütün addımlarında beynəlxalq hüquq normalarına əsaslanır, ədalət prinsipinə söykənərək, ən əsası ölkəmizin milli maraqlarını rəhbər tutur: “Bu da yalnız və yalnız Azərbaycan dövlətinə, Azərbaycan xalqına xidmətin vacib bir nümunəsidir ki, dövlət başçımızın rəhbərliyi altında bu, həyata keçirilir. Azərbaycan Cənubi Qafqazda yaranan yeni reallıqlar kontekstində beynəlxalq təşkilatlarla fəal iş səviyyəsinin həcmini genişləndirir. Bütün bu proseslər Prezident İlham Əliyevin siyasi uzaqgörənliyi və düzgün istiqamətdə görülən işlərin müsbət nəticəsidir. Yaxın zaman çərçivəsində Azərbaycanın bu istiqamətdə daha ciddi uğurlar əldə edəcəyi gözlənilir. Prezidentin uğurlu daxili və xarici siyasəti ölkəmizin beynəlxalq aləmdə mövqelərini ildən-ilə daha da gücləndirir və bundan sonra da gücləndirəcək”.
Yeganə BAYRAMOVA
Məqalə “Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyi”nin maliyyə dəstəyi ilə “Azərbaycan Respublikasının dünya birliyinə inteqrasiyası, region ölkələri və digər dövlətlərlə, beynəlxalq təşkilatlarla əməkdaşlığının inkişaf etdirilməsi” istiqaməti üzrə hazırlanmışdır.
Xəbər lenti
Hamısına baxDünya
24 Aprel 23:42
Dünya
24 Aprel 23:35
Dünya
24 Aprel 23:17
Dünya
24 Aprel 22:41
Dünya
24 Aprel 22:30
Dünya
24 Aprel 22:19
YAP xəbərləri
24 Aprel 22:07
YAP xəbərləri
24 Aprel 21:54
Dünya
24 Aprel 21:50
YAP xəbərləri
24 Aprel 21:50
İdman
24 Aprel 21:37
Elm
24 Aprel 21:23
Dünya
24 Aprel 20:45
Dünya
24 Aprel 20:17
İqtisadiyyat
24 Aprel 19:52
Formula 1
24 Aprel 19:28
Dünya
24 Aprel 19:11
Xəbər lenti
24 Aprel 19:08
YAP xəbərləri
24 Aprel 18:53
YAP xəbərləri
24 Aprel 18:36
YAP xəbərləri
24 Aprel 18:13
YAP xəbərləri
24 Aprel 17:27
MEDİA
24 Aprel 17:27
Elm
24 Aprel 17:26
YAP xəbərləri
24 Aprel 17:05
YAP xəbərləri
24 Aprel 17:04
Elanlar
24 Aprel 17:00
Elm
24 Aprel 16:27
Dünya
24 Aprel 16:22
Siyasət
24 Aprel 16:19
Sosial
24 Aprel 15:48
YAP xəbərləri
24 Aprel 15:45
Sosial
24 Aprel 15:27
Sosial
24 Aprel 15:09
YAP xəbərləri
24 Aprel 14:37
Siyasət
24 Aprel 14:16
İqtisadiyyat
24 Aprel 13:55
Sosial
24 Aprel 13:52
YAP xəbərləri
24 Aprel 13:42
İdman
24 Aprel 13:28
Sosial
24 Aprel 13:00
Siyasət
24 Aprel 12:54
Sosial
24 Aprel 12:35
Gündəm
24 Aprel 12:20
Siyasət
24 Aprel 12:20
İqtisadiyyat
24 Aprel 12:18
Gündəm
24 Aprel 12:17
Gündəm
24 Aprel 12:16
YAP xəbərləri
24 Aprel 12:06
Gündəm
24 Aprel 11:52
YAP xəbərləri
24 Aprel 11:51
Siyasət
24 Aprel 11:50
Siyasət
24 Aprel 11:42
Siyasət
24 Aprel 11:36
Gündəm
24 Aprel 11:14
Gündəm
24 Aprel 10:56
İqtisadiyyat
24 Aprel 10:34
Gündəm
24 Aprel 10:33
Hadisə
24 Aprel 10:31
Sosial
24 Aprel 10:27
Hadisə
24 Aprel 10:27
İqtisadiyyat
24 Aprel 10:17
Sosial
24 Aprel 10:05
Dünya
24 Aprel 10:04
İqtisadiyyat
24 Aprel 09:52
Ədəbiyyat
24 Aprel 09:30
Analitik
24 Aprel 09:15
Yeni texnologiyalar
24 Aprel 08:59
Müsahibə
24 Aprel 08:32
Gündəm
24 Aprel 08:17

