Müasirləşmə və milli dəyərlərin harmoniyası!
22.04.2025 [09:27]
Ölkəmizdə ailə institutu inkişaf etdirilir
Ölkəmiz həm müasir çağırışlara cavab verən, həm də milli dəyərləri qorumağı bacaran unikal ailə modeli ilə seçilir. Qloballaşma ilə müşayiət olunan dəyişikliklər ailə anlayışının mahiyyətinə birbaşa təsir edib. İnkişaf etmiş ölkələrdə fərdiyyətçiliyin artması və maddi rifahın əsas məqsəd kimi qəbul edilməsi, ailənin emosional və sosial funksiyalarını ikinci plana keçirib. Dünyanın bir çox ölkəsində ailə institutunun sabitliyi zəifləyib, ənənəvi ailə modelləri artıq aktuallığını itirib.
Azərbaycan isə bu balansı saxlamağı bacaran nadir ölkələrdəndir. Azərbaycan cəmiyyəti müasirləşmə ilə milli dəyərlərin harmoniyasını qorumağı bacarıb. Gənc nəslin təhsilə, peşəkar inkişaf və karyeraya yönəlməsi ailə institutuna sədaqətlə ziddiyyət təşkil etmir. Əksinə, bu, ailə münasibətlərini daha şüurlu və tərəfdaşlığa əsaslanan modelə çevirir.
Azərbaycanın uğur modeli onun milli-mənəvi dəyərlərə söykənərək qloballaşmanın neqativ təsirlərindən qorunmaq strategiyasına əsaslanır. Ailə yalnız bir sosial qurum deyil, həm də xalqın genetik yaddaşı, milli kimliyinin daşıyıcısıdır. Bu səbəbdən Azərbaycan ailəsi təkcə hüquqi çərçivədə qorunmur, eyni zamanda, mədəniyyət, ədəbiyyat, incəsənət və təhsil vasitəsilə təbliğ olunur.
Azərbaycanda ailə modeli ilə bağlı dövlət siyasəti
Ölkəmizdə ailəyə yalnız hüquqi birlik kimi deyil, milli-mənəvi institut kimi yanaşılır. Azərbaycanda ailə rifahının gücləndirilməsi istiqamətində geniş sosial islahatlar həyata keçirilir. Xüsusilə Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi tərəfindən ailənin müdafiəsi, qadın hüquqları, erkən nikahların qarşısının alınması və gender bərabərliyi sahəsində məqsədyönlü proqramlar həyata keçirilir.
Qadınların iqtisadi fəallığının artırılması, ailədaxili zorakılığın qarşısının alınması üçün məhkəmə-hüquq islahatlarının həyata keçirilməsi və regionlarda fəaliyyət göstərən uşaq və ailələrə dəstək mərkəzləri əhalinin ailə dəyərlərinə daha məsuliyyətli yanaşmasını təmin edir. Bütün bunlar Azərbaycanın ailə siyasətinin yalnız qoruyucu deyil, eyni zamanda, inkişaf etdirici bir mahiyyət daşıdığını göstərir.
“Ailə və gender yönümlü siyasətlər”
Yeri gəlmişkən, bu günlərdə Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi tərəfindən dövlət qurumlarının və yerli icra hakimiyyəti orqanlarının gender məsələləri üzrə məsul şəxsləri üçün “Ailə və gender yönümlü siyasətlər: fərdlərə, təşkilatlara və cəmiyyətə faydaları” mövzusunda təlimlər keçirilib. 2 gün davam edən təlimlərin keçirilməsində məqsəd gender məsələləri üzrə məsul şəxslərin işinin təkmilləşdirilməsi, onlar arasında səmərəli əlaqələndirmənin təmini, gender bərabərliyi sahəsindəki qanunların və siyasətlərin icrası ilə bağlı səlahiyyətlərini, vəzifələrini aydın şəkildə müəyyən etməkdən ibarət olub.
“Güclü cəmiyyətin zərif simaları”
Bundan başqa, Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi və “Regional İnkişaf” İctimai Birliyinin birgə təşkilatçılığı ilə icra edilən “Güclü cəmiyyətin zərif simaları” layihəsi çərçivəsində Ucar rayonunda görüş keçirilib. Layihənin məqsədi regionlarda yaşayan qadınların, yeniyetmə və gənc qızların şəxsi, liderlik və rəqəmsal bacarıqlarının inkişafına dəstək vermək, onların ictimai fəallığını təşviq etməkdir.
Görüşdə çıxış edən Ucar Rayon İcra Hakimiyyəti başçısının müavini Aidə Qəhrəmanova, Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin Qadın və gender məsələləri şöbəsinin baş məsləhətçisi Aytəkin Quliyeva, “Regional İnkişaf” İctimai Birliyinin əməkdaşı Gülnarə Həmidova Azərbaycan qadınının mənəvi və ailə dəyərlərinin qorunmasında, gənc nəslin düzgün yetişdirilməsi və cəmiyyətin inkişafındakı müstəsna rolundan danışıblar. Onlar dövlət tərəfindən həyata keçirilən uğurlu qadın siyasətindən, hər sahədə öz potensiallarını reallaşdırmaq və layiqli mövqe tutmaq üçün Azərbaycan qadınlarına yaradılan geniş imkanlardan bəhs ediblər.
Görüşlər fərqli sahələrdə uğur qazanan qadınların - “Maestro School”un təsisçisi, beynəlxalq dərəcəli təlimçi Mədinə Paşayevanın, “Safavy” Onlayn Təhsil Platformasının direktoru, şəxsi inkişaf üzrə mentor, “Her IT Journey” sosial layihəsinin rəhbəri Könül Quliyevanın TEDx formatında çıxışları ilə davam edib. Onlar öz uğur hekayələri və təcrübələrini görüş iştirakçıları ilə bölüşüb, onlarla motivasiyaedici söhbət aparıblar.
Yeganə
Xəbər lenti
Hamısına baxDünya
09 Avqust 23:19
Maraqlı
09 Avqust 22:26
Dünya
09 Avqust 21:35
Maraqlı
09 Avqust 20:17
Dünya
09 Avqust 19:24
Dünya
09 Avqust 18:49
Dünya
09 Avqust 18:31
Dünya
09 Avqust 17:43
Dünya
09 Avqust 17:10
Dünya
09 Avqust 16:34
Dünya
09 Avqust 16:18
Siyasət
09 Avqust 16:00
İdman
09 Avqust 15:56
İqtisadiyyat
09 Avqust 15:23
Maraqlı
09 Avqust 14:50
İdman
09 Avqust 14:35
Dünya
09 Avqust 13:42
Maraqlı
09 Avqust 13:16
Yeni texnologiyalar
09 Avqust 12:34
Dünya
09 Avqust 12:19
Hadisə
09 Avqust 11:52
Dünya
09 Avqust 11:30
Hadisə
09 Avqust 10:45
İdman
09 Avqust 10:17
Hadisə
09 Avqust 09:59
Dünya
09 Avqust 09:25
Dünya
09 Avqust 08:50
Siyasət
09 Avqust 08:33
Dünya
09 Avqust 08:03
Siyasət
09 Avqust 00:20
Dünya
08 Avqust 23:39
Siyasət
08 Avqust 22:17
Hadisə
08 Avqust 21:24
Gündəm
08 Avqust 21:23
Gündəm
08 Avqust 20:08
Gündəm
08 Avqust 19:41
Sosial
08 Avqust 17:21
Sosial
08 Avqust 16:39
Analitik
08 Avqust 15:22
Siyasət
08 Avqust 15:08
Dünya
08 Avqust 13:24
Gündəm
08 Avqust 12:35
Dünya
08 Avqust 12:17
Elm
08 Avqust 12:06
Dünya
08 Avqust 11:35
Siyasət
08 Avqust 10:49
Yeni texnologiyalar
08 Avqust 10:25
Analitik
08 Avqust 09:55
Analitik
08 Avqust 09:32
Ədəbiyyat
08 Avqust 09:17
Sosial
08 Avqust 08:51
Sosial
08 Avqust 08:34
Dünya
07 Avqust 23:21
Maraqlı
07 Avqust 22:17
Maraqlı
07 Avqust 21:35
Analitik
07 Avqust 21:02
Siyasət
07 Avqust 21:00
Siyasət
07 Avqust 20:57
Siyasət
07 Avqust 20:41
Dünya
07 Avqust 20:17
Dünya
07 Avqust 19:22
Dünya
07 Avqust 18:45
Dünya
07 Avqust 18:19
Dünya
07 Avqust 17:49
Dünya
07 Avqust 17:25
Dünya
07 Avqust 16:57
Dünya
07 Avqust 16:40
Dünya
07 Avqust 16:23
İdman
07 Avqust 15:31
Dünya
07 Avqust 15:06

