Azərbaycan balanslaşdırılmış siyasət yürüdür
31.05.2025 [09:03]
Ölkəmizdə həyata keçirilən siyasətin əsas məqsədlərindən biri də dünya birliyinə inteqrasiya, beynəlxalq təşkilatlarla münasibətlərin daha da genişləndirilməsindən ibarətdir. Azərbaycan bu siyasəti 1990-cı illərin əvvəllərindən - Ulu Öndər Heydər Əliyevin hakimiyyətə gəlməsindən bəri uğurla davam etdirir. Dövlətimiz bu gün bölgə ölkələri ilə qarşılıqlı əməkdaşlıq, beynəlxalq aləmdə öz sözünü demiş böyük dövlətlərlə uğurlu tərəfdaşlıq fonunda, həm də dünyanın aparıcı beynəlxalq qurumlarında kifayət qədər fəal iştirak edir. Möhkəm təməl üzərində yaradılan güclü iqtisadi potensial, toplanmış maliyyə resursları, cəmiyyət həyatının bütün sahələrinin dinamik tərəqqisi, enerji, ərzaq təhlükəsizliyi kimi məsələlərin uğurla həlli Azərbaycana tam müstəqil, milli maraqlara hesablanan xarici siyasət yürütməyə şərait yaradıb.
Ümumiyyətlə, həyata keçirilən qlobal miqyaslı tədbirlər Azərbaycanın dövlətlərarası əlaqələrini gücləndirməklə bərabər, həm də ölkəmizin dünya miqyasında nüfuzunun daha da artırılmasını, Cənubi Qafqazda lider dövlətə çevrilməsini şərtləndirib.
Azərbaycan vacib addımlar atır
Milli Məclisin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin üzvü Nəsib Məhəməliyev “Yeni Azərbaycan”a açıqlamasında bildirib ki, Azərbaycan bir çox sahələrdə olduğu kimi, region ölkələri, beynəlxalq təşkilatlarla əməkdaşlıq istiqamətində də islahatlar siyasətinin davamlı tərkib hissəsi olaraq xüsusi addımlar atır: “44 günlük İkinci Qarabağ döyüşündən sonra Cənubi Qafqazda sabitliyin bərpa olunması ilə regionda geostrateji lider kimi Azərbaycan dövləti vacib addımlar atır. Şübhəsiz ki, dünya ictimaiyyəti, xarici ölkələr və beynəlxalq təşkilatlar tərəfindən də yürüdülən siyasət yüksək qiymətləndirilməkdədir”.
Dünya birliyinə inteqrasiya prosesi sürətlə gedir
N.Məhəməliyev qeyd edib ki, son dövrlər ölkəmizə olan marağın və inamın nəticəsində Azərbaycan dövlətinə bir çox sahələrdə çoxşaxəli əməkdaşlığın inkişaf etdirilməsi ilə bağlı təkliflər artmaqdadır: “Bu da Azərbaycan dövlətinin güvənilir bir dövlət, Prezident İlham Əliyevin güvənilən bir şəxsiyyət, dövlət xadimi, ölkə rəhbəri olması və dünya liderləri arasında xüsusi çəkiyə malik olmasının da bariz nümunəsidir. Bu baxımdan dünya birliyinə inteqrasiya prosesinin sürətlə getdiyini sadəcə görmürük, eyni zamanda bu dövrün müasirləri olaraq hər birimiz öz sahəmizdə hiss edir və yaşayırıq.
Şübhəsiz ki, Azərbaycan dövləti atmış olduğu bütün addımlarını beynəlxalq hüquq normalarına əsaslanaraq, ədalət prinsipinə söykənərək, ən əsası ölkəmizin milli maraqlarını rəhbər tutur. Bu da yalnız və yalnız Azərbaycan dövlətinə, Azərbaycan xalqına xidmətin vacib bir nümunəsidir ki, dövlət başçımızın rəhbərliyi altında həyata keçirilir”.
Ölkəmiz beynəlxalq təşkilatlarla əməkdaşlığa önəm verir
Parlament üzvünün sözlərinə görə, bu gün ölkəmizin dünya birliyinə inteqrasiyası, region ölkələri və digər dövlətlərlə, beynəlxalq təşkilatlarla əməkdaşlığının inkişaf etdirilməsi siyasəti Ümummilli Lider Heydər Əliyevin müəyyənləşdirdiyi kursa əsasən balanslaşdırılmış və çoxşaxəli formada davam etdirilməkdədir: “İkitərəfli əlaqələrin inkişafına önəm verən Azərbaycan, ilk növbədə, qonşu dövlətlər olan Türkiyə, Rusiya və Gürcüstan ilə qarşılıqlı faydalı və hərtərəfli əməkdaşlığını genişləndirməkdədir. Azərbaycan həm də region dövlətləri arasındakı münasibətlərin geniş potensialından yararlanmaq məqsədilə yaradılan üçtərəfli formatların fəal iştirakçısıdır. Beynəlxalq münasibətlərin fəal iştirakçısı olan Azərbaycan xarici siyasətində qlobal və regional səviyyəli nüfuzlu beynəlxalq təşkilatlarla əməkdaşlığa da böyük önəm verir. Ölkəmiz, həmçinin Avropa İttifaqı, NATO kimi təşkilatlarla siyasi, iqtisadi, təhlükəsizlik kimi sahələrdə sıx əməkdaşlıq edir. Bütün bunlar onu göstərir ki, Azərbaycan beynəlxalq birliyin müstəqil və tamhüquqlu subyekti kimi öz milli maraq və mənafelərini qarşılıqlı hörmət və ortaq faydalanma prinsipləri çərçivəsində həyata keçirir. Reallaşdırılan çoxvektorlu və uzaqgörən xarici siyasət nəticəsində Azərbaycanın beynəlxalq nüfuzu daha da artıb, eləcə də ölkəmizin beynəlxalq arenadakı mövqeyi möhkəmlənib”.
Azərbaycan Cənubi Qafqazda yaranan yeni reallıqlar kontekstində beynəlxalq təşkilatlarla fəal əməkdaşlığı genişləndirir. Bütün bu proseslər cənab Prezident İlham Əliyevin siyasi uzaqgörənliyi və müdrik idarəetməsinin nəticəsidir. Bu istiqamətdə aparılan islahatlar Azərbaycanın daha ciddi uğurlar əldə edəcəyinə əmin yaradır. Dövlətimizin yürütdüyü uğurlu daxili və xarici siyasət ölkəmizin beynəlxalq aləmdə mövqelərini ildən-ilə daha da gücləndirir və bundan sonra da gücləndirəcək.
Səlim
Məqalə “Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyi”nin maliyyə dəstəyi ilə “Azərbaycan Respublikasının dünya birliyinə inteqrasiyası, region ölkələri və digər dövlətlərlə, beynəlxalq təşkilatlarla əməkdaşlığının inkişaf etdirilməsi” istiqaməti üzrə hazırlanmışdır.
Xəbər lenti
Hamısına baxDünya
12 Avqust 23:55
Dünya
12 Avqust 23:45
Dünya
12 Avqust 23:20
Dünya
12 Avqust 22:55
Elanlar
12 Avqust 22:43
Dünya
12 Avqust 22:35
Dünya
12 Avqust 22:05
Dünya
12 Avqust 21:45
Dünya
12 Avqust 21:20
Dünya
12 Avqust 20:50
Dünya
12 Avqust 20:30
Dünya
12 Avqust 19:55
Dünya
12 Avqust 19:35
Dünya
12 Avqust 19:15
Mədəniyyət
12 Avqust 18:56
İqtisadiyyat
12 Avqust 18:50
İqtisadiyyat
12 Avqust 18:25
İdman
12 Avqust 18:05
Mədəniyyət
12 Avqust 17:45
İqtisadiyyat
12 Avqust 17:15
YAP xəbərləri
12 Avqust 17:12
Elm
12 Avqust 16:58
İdman
12 Avqust 16:57
YAP xəbərləri
12 Avqust 16:56
Analitik
12 Avqust 16:52
Elm
12 Avqust 16:45
Elm
12 Avqust 16:30
İdman
12 Avqust 16:22
Sosial
12 Avqust 16:00
Siyasət
12 Avqust 15:35
Sosial
12 Avqust 15:35
Sosial
12 Avqust 15:27
İdman
12 Avqust 15:20
İqtisadiyyat
12 Avqust 15:00
Elm
12 Avqust 14:50
Sosial
12 Avqust 14:35
İqtisadiyyat
12 Avqust 14:20
Sosial
12 Avqust 14:20
Elm
12 Avqust 13:50
Dünya
12 Avqust 13:25
Siyasət
12 Avqust 13:17
İdman
12 Avqust 12:58
Dünya
12 Avqust 12:35
Siyasət
12 Avqust 12:05
Sosial
12 Avqust 11:45
Siyasət
12 Avqust 11:44
Siyasət
12 Avqust 11:22
Siyasət
12 Avqust 11:21
Gündəm
12 Avqust 11:15
Gündəm
12 Avqust 10:45
Analitik
12 Avqust 10:25
Sosial
12 Avqust 10:15
Analitik
12 Avqust 09:40
Sosial
12 Avqust 09:05
Dünya
11 Avqust 23:50
Dünya
11 Avqust 23:30
Dünya
11 Avqust 23:15
Dünya
11 Avqust 22:42
Gündəm
11 Avqust 22:24
Dünya
11 Avqust 22:15
Gündəm
11 Avqust 22:09
Gündəm
11 Avqust 21:59
Gündəm
11 Avqust 21:50
Dünya
11 Avqust 21:50
Gündəm
11 Avqust 21:42
Gündəm
11 Avqust 21:39
Dünya
11 Avqust 21:30
Gündəm
11 Avqust 21:26
Dünya
11 Avqust 20:57
Gündəm
11 Avqust 20:35

