Siyasi mədəniyyətin elementləri...
22.07.2025 [09:54]
Azərbaycan uğurlu formula sahibdir!
Mədəniyyət anlayışı hər bir xalqın və millətin formalaşmasında, dünya miqyasına çıxmasında mühüm rol oynayan amillərdən biridir. Tarix boyu sübut edilib ki, yüksək mədəniyyətə malik xalqlar müasir aləmin yeni çağırışlarına uyğun hərəkət etməyə və tərəqqi, inkişaf yolunda inamla addımlamağa qadirdir. Ona görə də mədəniyyətin təbliği, inkişaf etdirilməsi, qorunub saxlanılması və gələcək nəsillərə ötürülməsi çox vacibdir.
Cəmiyyətin tarix boyu qazandığı mənəvi dəyərlərin siyasi həyatda da davamlı olmasında, davranış normalarına çevrilməsində siyasi mədəniyyət mühüm amil hesab olunur. Bir sözlə, siyasi mədəniyyət bütövlükdə siyasi davranış, siyasi biliklərə yiyələnmək, siyasi baxışları qiymətləndirmək, nəhayət, siyasi fəaliyyət mədəniyyətidir.
Siyasi və qeyri- siyasi amillər
Mövzunu “Yeni Azərbaycan”a şərh edən Milli Məclisin İnsan hüquqları komitəsinin üzvü Bəhruz Məhərrəmov bildirib ki, bu mədəniyyətin formalaşması siyasi və qeyri-siyasi amillərlə bağlıdır: “Qeyri-siyasi amillərə geosiyasi vəziyyət, xalqın tarixinə söykənən mədəniyyəti, din və etnik xüsusiyyətləri aiddir. Qeyd edilən amillər müasir dövlətlərin siyasi mədəniyyətlərinin əsasında dayanır.
Qeyri-siyasi amillər isə siyasi mədəniyyətin formalaşmasının ilkin mərhələsini təşkil edir və siyasi təsirlərin müdaxiləsi olmasa, təbii yolla formalaşma hesab olunur. Bu mərhələ daha çox mədəni amillərlə bağlıdır”.
Siyasi sosiallaşma prosesi...
B.Məhərrəmov qeyd edib ki, mədəniyyətin, eyni zamanda, siyasi mədəniyyətin formalaşması ünsiyyət prosesinin məhsuludur: “Siyasi mədəniyyətin yenidən formalaşması, mənəvi-siyasi dəyərlərin, vərdişlərin saxlanması, ötürülməsi, informasiyanın yayılması, insanların, cəmiyyətlərin və nəsilllərin bir-biri ilə kommunikasiyası zamanı mümkün olur. Bu proses siyasi sosiallaşma adlanır. Siyasi sosiallaşma sayəsində fərd siyasi biliklərə yiyələnir, onun siyasi dünyagörüşü yaranır, siyasi davranışları müəyyən olunur və beləliklə, cəmiyyətlərin siyasi mədəniyyəti formalaşır. Yəni, siyasi sosiallaşma siyasi mədəniyyətin formalaşmasında və qorunub saxlanmasında birbaşa rolu olan prosesdir”.
Böyük yol qət etmişik...
Deputat həmçinin qeyd edib ki, dövlət və vətəndaş cəmiyyəti biri-birini tamamlayır, bir-birindən asılı olur: “Son illər ölkəmizdə siyasi mədəniyyətin formalaşması yeni mərhələyə qədəm qoyub ki, bu da öz növbəsində həm ölkəmiz, eləcə də, region üçün müsbət əhəmiyyətli proseslərin başlanğıcıdır. Bu gün ölkəmizdə siyasi sistem və vətəndaş cəmiyyəti özündə yetkin siyasi mədəniyyəti əks etdirir ki, bu da siyasi mədəniyyətin yeni nümunələrini yaradır. Yetkin vətəndaş cəmiyyəti olmadan, hüquqi, demokratik dövlət qurmaq mümkün deyil. Çünki məhz azad vətəndaşlar mütərəqqi insan birgəyaşayışının ən səmərəli formasını yarada bilər. İnkişaf etmiş Qərb ölkələrində vətəndaş cəmiyyətinin və hüquqi dövlətin qarşılıqlı fəaliyyətinin müəyyən mexanizmi mövcuddur.
Azərbaycanda insan hüquq və azadlıqlarının müdafiəsi istiqamətində atılan addımları görmək üçün ilk növbədə Konstitusiyaya nəzər salmaq lazımdır. Konstitusiyamızdakı maddələrin böyük bir qismi vətəndaşlarımızın hüquq və azadlıqlarının müdafiəsinə yönəlib və bu sahədə olan münasibətləri özündə ehtiva edir. Bu baxımdan insanların hüquqi-siyasi və mədəni səviyyəsinin yüksəldilməsi üçün də dövlət lazımi tədbirlər həyata keçirir. Sosial və siyasi fəallığın artırılmasında həm də vətəndaş cəmiyyəti fəal rol oynayır. İctimai fəallar və vətəndaş cəmiyyətinin üzvləri öz çıxışlarında ictimai rəyə təsir edə bilirlər. Bu gün sosial şəbəkələr informasiya xarakteri daşıyır, həm də sosial-mədəni tədbirlərin keçirilməsində mühüm rol oynayır. İnsanların hüquq və azadlıqlarının müdafiəsi ilə bağlı Azərbaycan çox böyük yol qət edib. Bütün bunlar beynəlxalq hesabatlarda da öz əksini tapıb”.
Siyasi mədəniyyət elementi...
Millət vəkili yekun olaraq bildirib ki, siyasi mədəniyyətin mahiyyətini düzgün dərk etmək vacibdir: “Siyasi mədəniyyət cəmiyyət üzvünün ətrafında cərəyan edən siyasi proseslərə reaksiyası və düzgün qiymətvermə bacarığı kimi izah oluna bilər. Yəni cəmiyyət üzvü baş verən proseslərə reaksiya verirsə, bu, artıq siyasi mədəniyyət elementi sayılır. Təbii ki, o siyasi proseslərə uyğun da davranmağı, şəraiti, siyasi mühiti qiymətləndirməyi bacarırsa, bu, artıq siyasi mədəniyyətin tam mövcudluğuna dəlalət edir. Siyasi mədəniyyət, həmçinin cəmiyyətdə siyasi iştirakçılıq imkanlarının olmasını önə çəkir”.
Sahib
Məqalə “Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyi”nin maliyyə dəstəyi ilə “İnsan hüquq və azadlıqlarının müdafiəsi, vətəndaşların hüquqi, siyasi mədəniyyət səviyyəsinin yüksəldilməsi, sosial və siyasi fəallığının artırılması” istiqaməti üzrə hazırlanmışdır.
Xəbər lenti
Hamısına baxİdman
19 Oktyabr 23:17
Dünya
19 Oktyabr 22:55
Dünya
19 Oktyabr 22:12
Sosial
19 Oktyabr 21:49
Dünya
19 Oktyabr 21:13
Mədəniyyət
19 Oktyabr 21:09
Dünya
19 Oktyabr 20:41
İdman
19 Oktyabr 20:19
Siyasət
19 Oktyabr 20:18
YAP xəbərləri
19 Oktyabr 19:06
İqtisadiyyat
19 Oktyabr 18:53
YAP xəbərləri
19 Oktyabr 18:26
Müsahibə
19 Oktyabr 18:25
Elm
19 Oktyabr 18:23
Siyasət
19 Oktyabr 18:12
Sosial
19 Oktyabr 18:11
Xəbər lenti
19 Oktyabr 18:07
Elanlar
19 Oktyabr 18:07
YAP xəbərləri
19 Oktyabr 18:04
Sosial
19 Oktyabr 17:47
Mədəniyyət
19 Oktyabr 17:22
Dünya
19 Oktyabr 17:16
İqtisadiyyat
19 Oktyabr 16:46
Siyasət
19 Oktyabr 16:37
Xəbər lenti
19 Oktyabr 16:36
Hadisə
19 Oktyabr 16:36
Dünya
19 Oktyabr 16:12
Sosial
19 Oktyabr 15:45
İdman
19 Oktyabr 15:45
YAP xəbərləri
19 Oktyabr 15:41
YAP xəbərləri
19 Oktyabr 15:35
Siyasət
19 Oktyabr 15:27
YAP xəbərləri
19 Oktyabr 15:04
Elanlar
19 Oktyabr 15:02
Sosial
19 Oktyabr 14:54
Gündəm
19 Oktyabr 14:33
Sosial
19 Oktyabr 14:13
Sosial
19 Oktyabr 14:12
İqtisadiyyat
19 Oktyabr 14:12
İqtisadiyyat
19 Oktyabr 14:11
Sosial
19 Oktyabr 14:10
Mədəniyyət
19 Oktyabr 14:09
Dünya
19 Oktyabr 14:08
YAP xəbərləri
19 Oktyabr 13:43
YAP xəbərləri
19 Oktyabr 13:39
Siyasət
19 Oktyabr 13:02
YAP xəbərləri
19 Oktyabr 12:50
YAP xəbərləri
19 Oktyabr 12:49
YAP xəbərləri
19 Oktyabr 12:25
YAP xəbərləri
19 Oktyabr 12:10
Sosial
19 Oktyabr 11:41
Sosial
19 Oktyabr 11:39
Sosial
19 Oktyabr 11:39
YAP xəbərləri
19 Oktyabr 11:36
YAP xəbərləri
19 Oktyabr 10:54
Dünya
19 Oktyabr 10:47
Dünya
19 Oktyabr 09:41
Dünya
19 Oktyabr 09:17
Dünya
19 Oktyabr 08:59
Dünya
19 Oktyabr 08:30
Maraqlı
18 Oktyabr 20:31
Dünya
18 Oktyabr 19:17
Dünya
18 Oktyabr 18:40
Dünya
18 Oktyabr 17:25
Analitik
18 Oktyabr 16:30
Analitik
18 Oktyabr 16:22
Dünya
18 Oktyabr 16:18
Analitik
18 Oktyabr 16:13
Analitik
18 Oktyabr 16:10
Dünya
18 Oktyabr 15:31

