Güclü birliyin təməli!
23.07.2025 [11:41]
Azərbaycanda ictimai və dövlət maraqları uzlaşır...
Beynəlxalq münasibətlər sistemində hər bir ölkənin öz yerini və rolunu müəyyən etməsi üçün bir sıra şərtlər var. Bunlardan biri də həmin ölkədə ictimai və dövlət maraqların qorunmasıdır. Çünki hər iki maraqlar qorunmadan hansısa inkişafdan danışmaq mümkün deyil. Bu baxımdan, inkişaf etmiş ölkələrdə ictimai və dövlət maraqlarının müdafiəsi daim öz aktuallığını saxlayır.
Əminliklə qeyd edə bilərik ki, ölkəmizdə vətəndaş cəmiyyəti ilə dövlət maraqlarının uzlaşması həm güclü cəmiyyətin, həm də güclü dövlətin qurulmasında əsas bünövrə olub. Bu istiqamətdə keçirilən uğurlu siyasətin nəticəsi olaraq Azərbaycanda müxtəlif dünyagörüşü, siyasi görüşünə baxmayaraq vətəndaşların dövlət maraqları baxımdan çox ciddi həmrəylik və birlik formalaşıb. Yürüdülən siyasət nəticəsində dövlət və ictimai maraqların uzlaşdırılması, cəmiyyətin möhkəm birliyinə nail olunub.
Koordinasiyalı şəkildə vacib addımlar atılır
Mövzuya dair fikirlərini “Yeni Azərbaycan”la bölüşən millət vəkili İlham Məmmədov bildirib ki, ölkə başçısının rəhbərliyi ilə müstəqil, milli maraqlara söykənən siyasət qurulub: “Azərbaycan dövlətinin hər zaman yürüdülən siyasətinin mərkəzində milli maraqlar durur. Prezidentin rəhbərliyi ilə dövlət maraqlarının qorunması istiqamətində mühüm addımlar atılıb. Beynəlxalq müstəvidə Azərbaycanın dövlət maraqlarının, milli maraqlarının qorunması istiqamətində sistemli siyasət yürüdülür, koordinasiyalı şəkildə vacib addımlar atılır.
Müasir dövrümüzdə güclü ölkə olmağın yolu, onun inkişafı ictimai və dövlət maraqlarının müdafiəsindən keçir. Hansı ölkədə ictimai və milli dövlətçilik maraqları uzlaşdırılmırsa, həmin ölkələr, cəmiyyətlərdə çox ciddi parçalanmalar yaşanır. Günümüzdə belə halların çox şahidi oluruq. Ölkəmizdə ictimai və dövlət maraqlarına diqqətin nəticəsidir ki, Azərbaycan davamlı olaraq uğurlara, qələbələrə imza atır”.
Dövlət maraqları müdafiə olunmadan...
İ.Məmmədov qeyd edib ki, dövlət maraqlarının qorunması və bu maraqların ictimaiyyət arasında təbliği çox vacib məsələ və əsas vəzifələrdən biridir: “İctimai və dövlət maraqlarının qorunmasında, təhlükəsizliyin müdafiəsində vətəndaşlarımızın maariflənməsi ən önəmli şərtlərdəndir. Çünki hər birimizin həyatında, fəaliyyətində dövlət maraqlarının müdafiəsi üstünlük təşkil etməlidir. Hər bir vətəndaş siyasi mövqeyindən asılı olmayaraq, Azərbaycan dövlətinin maraqlarını qorumalıdır. Bu, həm də ona görə vacibdir ki, dövlət maraqları müdafiə olunmadan ictimai maraqları qorumaq mümkün olmaz. Məhz aparılan təbliğatın nəticəsidir ki, Azərbaycan xalqı, ictimaiyyəti mənəviyyata, mənəvi dəyərlərə, dövlətə, onun atributlarına, simvollarına böyük sayğı göstərir. Dövlətimizin maraqlarına zidd olan, onun təhlükəsizliyini pozmağa yönələn, müstəqilliyinə qəsd etmək istəyən qüvvələrə qarşı Azərbaycan xalqı, ictimaiyyəti hər zaman mübarizə aparıb, bundan sonra da aparacaq. Bizim üçün dövlət maraqlarının müdafiəsi vacibdir və bu, ictimai maraqlarımızın yaşaması deməkdir. Bütün bunlara görə də vətəndaş cəmiyyəti ilə dövlət arasında əsas körpü rolunu oynayan medianın üzərinə böyük vəzifə düşür”.
Üzərimizə düşən vəzifəni icra etməliyik!
Deputatın sözlərinə görə, bəzən cəmiyyətdə yanlış olaraq belə anlaşılır ki, ictimai və dövlət maraqlarının qorunması yalnız dövlətin vəzifəsidir: “Bu, kökündən yanlış yanaşmadır. Ona görə vətəndaşların üzərinə bilavasitə mühüm vəzifələr düşür. Onlar dövlət, eləcə də ictimai maraqların qorunmasında fəal iştirak etməlidirlər, fəallıq olmadan normal cəmiyyət qura bilmərik. Vətəndaşlar ictimai və dövlət maraqlarının qorunmasında aktivlik göstərməli, dövlətin yanında olmalı, bu maraqların ən güclü müdafiəçilərinə çevrilməlidirlər. Çünki Azərbaycanın daxili və xarici siyasətində ictimai və dövlət maraqlarının qorunması dövlət siyasətinin prioritet istiqamətlərindən biridir. Bu, həm də təhlükəsizliyimizin qorunması və təmin edilməsi baxımından xüsusi önəm və əhəmiyyət daşıyır.
Azərbaycan cəmiyyəti olaraq, bütövlükdə, hər birimiz bir vətəndaş kimi Azərbaycanın daha güclü, qüdrətli, dünyanın inkişaf etmiş ölkəsinə çevrilməsi istiqamətində ictimai və dövlət maraqlarının təmin olunması üçün üzərimizə düşən vəzifəni icra etməliyik”.
Yeganə
Məqalə “Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyi”nin maliyyə dəstəyi ilə “İctimai və dövlət maraqlarının müdafiəsi” istiqaməti üzrə hazırlanmışdır.
Xəbər lenti
Hamısına baxYAP xəbərləri
18 May 14:53
Sosial
18 May 14:19
Siyasət
18 May 14:16
Siyasət
18 May 14:09
Siyasət
18 May 14:09
Siyasət
18 May 14:09
Siyasət
18 May 14:08
Siyasət
18 May 14:08
Siyasət
18 May 14:07
Siyasət
18 May 14:07
Siyasət
18 May 14:06
Siyasət
18 May 14:05
Siyasət
18 May 14:05
Siyasət
18 May 14:05
Siyasət
18 May 14:04
Siyasət
18 May 14:04
Siyasət
18 May 14:04
Dünya
18 May 13:25
Sosial
18 May 13:14
Gündəm
18 May 13:07
Sosial
18 May 12:30
Elanlar
18 May 12:17
Xəbər lenti
18 May 11:56
Xəbər lenti
18 May 11:22
Siyasət
18 May 11:20
Sosial
18 May 10:51
Dünya
18 May 10:43
Mədəniyyət
18 May 10:34
Siyasət
18 May 10:19
Dünya
18 May 09:54
Dünya
18 May 09:21
Siyasət
18 May 08:37
Siyasət
17 May 23:17
Siyasət
17 May 22:31
İqtisadiyyat
17 May 21:20
Siyasət
17 May 20:49
Xəbər lenti
17 May 20:12
Siyasət
17 May 20:09
Siyasət
17 May 19:48
Dünya
17 May 19:36
Gündəm
17 May 18:58
Sosial
17 May 18:42
Siyasət
17 May 18:37
Gündəm
17 May 18:35
Dünya
17 May 18:17
Gündəm
17 May 17:59
Siyasət
17 May 17:39
Siyasət
17 May 17:36
Dünya
17 May 17:31
Siyasət
17 May 16:39
Siyasət
17 May 16:38
Dünya
17 May 16:25
Siyasət
17 May 15:55
Dünya
17 May 15:38
Siyasət
17 May 15:29
Dünya
17 May 14:19
Siyasət
17 May 14:17
Siyasət
17 May 13:38
Sosial
17 May 13:25
Gündəm
17 May 12:55
Gündəm
17 May 12:45
Dünya
17 May 12:40
Dünya
17 May 12:19
Gündəm
17 May 12:05
Gündəm
17 May 11:45
Gündəm
17 May 11:41
Dünya
17 May 11:28
Dünya
17 May 11:10
İdman
17 May 10:45
Dünya
17 May 10:31

