Cəmiyyətin davamlı inkişafı və rifahı üçün...
26.08.2025 [11:16]
İctimai və dövlət maraqlarımız harmoniya təşkil edir
Dünya düzəni qurulandan bəri toplumların ən vacib xüsusiyyətlərindən biri cəmiyyət olaraq formalaşa bilmək olub. İctimai və dövlət maraqları isə bir cəmiyyətin həyatını təşkil edən, kollektiv rifahı təmin etməyə yönəlmiş vacib prinsiplərdən hesab olunur. Hər bir dövlətin əsas funksiyalarından biri vətəndaşların maraqlarını qorumaq, onları ədalətli şəkildə təmin etmək və cəmiyyətdəki sosial bərabərliyi saxlamaqdır. Dövlətin bu missiyası həm hüquqi, həm də sosial əsaslarla həyata keçirilir.
Bu gün dünyada baş verən siyasi-iqtisadi proseslər, geosiyasi dəyişikliklər, qloballaşma kimi amillər dövlət və ictimai maraqların mahiyyəti və təmin olunması ilə bağlı ortaya real çağırışlar qoyur. Dövlət və ictimai maraqlar arasında qarşılıqlı münasibət və ya bunların hansının daha üstün olması ilə bağlı fərqli siyasi düşüncələr, yanaşmalar var.
İctimai və dövlət maraqlarının müdafiəsi hüquqi çərçivədə həyata keçirilir. Bu çərçivə beynəlxalq müqavilələrdən tutmuş, yerli qanunvericiliyə qədər müxtəlif səviyyələrdə mövcuddur. Hüquqi sistemlər və qanunlar, bu maraqların qorunmasını təmin edən əsas vasitədir.
Azərbaycan bu sahədə uğurlu addımlar atıb
Mövzunu “Yeni Azərbaycan”a şərh edən “Bakı Qeyri-Hökumət Təşkilatlarının Resurs və Təlim Mərkəzi” İctimai Birliyinin sədri Rauf Zeyni bildirib ki, dövlətin inkişafı, təşəkkül prosesi onun hansı məfkurə və hansı ideyalara xidmət etməsindən çox asılıdır. R.Zeyninin sözlərinə görə, dövlət o vaxt dərin və sürətli inkişafla irəliləyir ki, burada xalqın dövlət maraqları ilə ictimai maraqları üst - üstə düşür: “Bu, o deməkdir ki, dövlət iradəsini xalqdan alır. Əgər bir az da açsaq, dövlət xalq deməkdir, xalq isə dövlət deməkdir. Bir dövlətin hərtərəfli inkişafında təbii olaraq əsas inkişaf yollarındakı məqamlar dövlətin maraqlarının xalq tərəfindən müdafiə olunmasıdır. Çünki hər bir dövlət xalqın iradəsinə söykənərək onun milli maraqları üçün çalışır, ona söykənən siyasət həyata keçirir”.
Köklü modernləşməyə xüsusi diqqət edilməlidir
R.Zeyni qeyd edib ki, ölkəmizdə ictimai və dövlət maraqlarının müdafiəsindən danışarkən, köklü modernləşməyə xüsusi diqqət edilməlidir: “Eyni zamanda, bu barədə danışarkən demokratikləşmə sahəsində əldə olunan nailiyyətləri qeyd etməmək olmaz. Bu gün islahatların gedişi barədə əhalinin və dünya ictimaiyyətinin geniş şəkildə məlumatlandırılması və onların həyata keçirilməsinə ictimai nəzarətin həyata keçirilməsi mühüm əhəmiyyət kəsb edir. Transformasiyaların səmərəliliyinin açarı vətəndaşların dövlətin və cəmiyyətin inkişaf proseslərində fəal iştirakıdır. Son illər bu unikal mexanizm vasitəsilə müxtəlif istiqamətlər üzrə vətəndaşlardan çoxsaylı müraciət daxil olub və onlar müvafiq qaydada hökumət tərəfindən cavablandırılıb. Bunlar insan hüquq və azadlıqlarına riayət və hörmətə, ümumi təhlükəsizlik təhdidlərinə yeni yanaşmalara, milli qanunvericiliyə beynəlxalq standartların tətbiqinə gətirib çıxarıb. Eyni zamanda, o da mühümdür ki, ölkənin siyasi müstəqilliyinin formalaşması və inkişafı şəraitində obyektiv olaraq milli kimliyin formalaşması da uğurla həyata keçib. Bu zaman milli maraqlar məsələsi də uğurla təmin edilib”.
Milli maraqlar hər bir dövlətin siyasətini müəyyən edir
Birlik sədrinin sözlərinə görə, milli maraqlar hər bir dövlətin fəaliyyətinin təməl daşı hesab olunur: “İstənilən dövlətin siyasətini müəyyən edən milli maraqlardır. İnsanın etdiyi hər şey onun şüurundan keçir. Onun fəaliyyətinin daxili mənbələri ehtiyac və maraqlardır, onları nəzərə almadan dövlətlərin, partiyaların, sosial qrupların və konkret şəxslərin siyasətində əsl məna, niyyət və konkret addımları anlamaq mümkün deyil. Tarixə nəzər salmaq bizi inandırır ki, insanların hərəkətləri öz maraqlarından irəli gəlir və yalnız onlar əsas rol oynayırlar. Bu baxımdan siyasi maraqlar məsələsinə xüsusi diqqət olunmalıdır. Siyasi həyat bir-biri ilə əlaqəli maddi formasiyaların, ideoloji və digər siyasi-ictimai institutların, o cümlədən dövlət qurumlarının məcmusunda çoxşaxəli olduğu kimi, siyasi maraqlar da müxtəlifdir. Müstəqil olmaq və xalqın dövlət kimi formalaşması şəraitində maraqların tabeliyində milli maraqlar üstünlük təşkil edir. Nəticə daha yaxından araşdırıldıqda cəmiyyətin bir sivilizasiyadan digər sivilizasiyaya çevrilməsində maraqların rolunun böyük olduğunu deməyə əsas verir. Dövlətçiliyin və dövlətlərarası münasibətlərin inkişafında milli maraqlar həmişə əsas olub. Siyasi prosesdə, bir qayda olaraq, milli maraqlar probleminin aktuallaşması özünü göstərir. Müasir tarixi inkişaf dövrünün xüsusiyyəti ondan ibarətdir ki, indi milli maraqlar problemi digər elm sahələrinə nisbətən daha çox siyasətdə öyrənilir və bu, tamamilə düzgündür, formalaşmış təcrübəyə əsaslanaraq cəmiyyətdən problemlərin həllini tələb edir. Azərbaycan bu məsələnin öhdəsindən uğurla gəlib və bu da ölkəyə ictimai maraqları da uğurla təmin etməyə imkan verir”.
Göründüyü kimi, ictimai və dövlət maraqlarının müdafiəsi, cəmiyyətin davamlı inkişafı və rifahı üçün zəruridir. Tarixi perspektivdə dövlətin maraqları zamanla dəyişib, hüquqi baxımdan müxtəlif hüquqi çərçivələr bu maraqları təmin etmək məqsədini güdüb. Sosial aspektdə isə dövlət vətəndaşların bərabər hüquqlarını qorumağa çalışır və sosial ədaləti təmin etməyə yönəlmiş siyasətlər həyata keçirir. Bu üç perspektiv, ictimai və dövlət maraqlarının müdafiəsinin əsas hissələridir və bir-birini tamamlayaraq, cəmiyyətin sağlam və ədalətli inkişafını təmin edir.
Yeganə
Məqalə “Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyi”nin maliyyə dəstəyi ilə “İctimai və dövlət maraqlarının müdafiəsi” istiqaməti üzrə hazırlanmışdır.
Xəbər lenti
Hamısına baxİqtisadiyyat
16 İyun 17:35
Müsahibə
16 İyun 16:30
Siyasət
16 İyun 16:22
YAP xəbərləri
16 İyun 15:50
Elanlar
16 İyun 15:34
Sosial
16 İyun 15:19
Siyasət
16 İyun 14:55
Sosial
16 İyun 14:37
Dünya
16 İyun 14:22
Siyasət
16 İyun 14:09
Siyasət
16 İyun 14:07
Gündəm
16 İyun 14:05
Sosial
16 İyun 13:03
Elm
16 İyun 12:59
Sosial
16 İyun 12:31
İqtisadiyyat
16 İyun 12:30
Elm
16 İyun 11:33
Sosial
16 İyun 11:15
Müsahibə
16 İyun 10:54
Dünya
16 İyun 10:43
Gündəm
16 İyun 10:41
Gündəm
16 İyun 10:30
Sosial
16 İyun 10:29
Dünya
16 İyun 10:19
Dünya
16 İyun 09:47
Dünya
16 İyun 09:20
Dünya
16 İyun 08:52
Hadisə
16 İyun 08:34
Dünya
15 İyun 23:36
Hadisə
15 İyun 23:03
Siyasət
15 İyun 22:20
YAP xəbərləri
15 İyun 21:46
Dünya
15 İyun 20:18
Siyasət
15 İyun 19:39
Siyasət
15 İyun 19:11
Hərbi
15 İyun 18:00
Dünya
15 İyun 17:42
Dünya
15 İyun 16:20
Dünya
15 İyun 15:33
Dünya
15 İyun 14:18
Siyasət
15 İyun 13:58
Dünya
15 İyun 13:29
Dünya
15 İyun 12:35
Dünya
15 İyun 11:24
Dünya
15 İyun 10:31
Dünya
15 İyun 09:52
Dünya
15 İyun 09:17
Hadisə
15 İyun 08:59
Dünya
15 İyun 08:25
Gündəm
15 İyun 07:54
Dünya
15 İyun 07:35
Gündəm
15 İyun 00:14
Gündəm
14 İyun 23:28
Siyasət
14 İyun 23:16
Xəbər lenti
14 İyun 21:52
Dünya
14 İyun 19:26
Xəbər lenti
14 İyun 18:43
Maraqlı
14 İyun 17:19
Dünya
14 İyun 16:34
Dünya
14 İyun 15:22
Dünya
14 İyun 14:40
Dünya
14 İyun 13:18
YAP xəbərləri
14 İyun 13:00
Hadisə
14 İyun 12:29
Dünya
14 İyun 11:47
YAP xəbərləri
14 İyun 11:40
Dünya
14 İyun 11:35
İdman
14 İyun 10:40
Hadisə
14 İyun 10:09
YAP xəbərləri
14 İyun 09:58

