Vətənpərvər gənclik olmazsa...
30.08.2025 [09:47]
Gələcəyini düşünən dövlət gənclərin inkişafına qayğı göstərir
Tarix hər zaman sübut edib ki, bir dövlətin gəncləri vətənpərvər olmadığı təqdirdə həmin cəmiyyətlərdə müəyyən parçalanmalar gedə bilər. Belə ölkələrdə milli kimliyin zəifləməsi, gənclərin öz tarixi, mədəniyyəti və adət-ənənələrini dərk etməməsi, cəmiyyətə bağlılığın azalması kimi hallar yaşanır. Bundan başqa, sosial məsuliyyət hissi zəifləyir, tarixi və mədəni irsin qorunmasında boşluq yaranır, tarixi qəhrəmanlar və milli dəyərlər unudula bilir.
Vətənpərvərlik gənclərdə məsuliyyət, dözümlülük və liderlik bacarıqlarını gücləndirir. Bu hiss olmazsa, gənclərin şəxsiyyət inkişafı da ləngiyə bilər. Sevindirici haldır ki, Azərbaycan gəncləri tarixən vətənpərvər ruhda böyüyüblər, dövlətimizin bu sahədə siyasəti təqdirəlayiqdir. Bu, həm fərdi, həm də ictimai inkişaf baxımından çox önəmlidir. Gənclərin vətənpərvər ruhda yetişməsi üçün hər zaman sistemli və davamlı işlər aparılıb. Bu siyasət gənclərin milli kimlik və vətən sevgisini qoruyub saxlayıb.
Məlumdur ki, məhz gənclərimizdəki vətənpərvərlik, vətənə bağlılıq hisləri sayəsində heç bir qüvvə qabağımızda dura bilmədi. İkinci Qarabağ müharibəsindən əvvəl, müharibə zamanı və müharibədən sonra bizi hədələməyə çalışırdılar. Amma bütün səylər puça çıxdı. Çünki heç kim gənclərimizin iradəsini əyə bilmədi. Vətənpərvər gənclərimiz ləyaqətimizi, qürurumuzu, müstəqilliyimizi heç kimə güzəştə getməyib, getməyəcək də.
İnkişaf və inteqrasiya gənclərlə addımlayır...
Mövzunu “Yeni Azərbaycan”a dəyərləndirən “İslahatçı Gənclər” İctimai Birliyinin sədri Fərid Şahbazlı bildirib ki, Azərbaycan gənclərinin ölkənin ictimai-siyasi həyatında rolu günü-gündən artır: “Hazırda respublikada mövcud olan yüzlərlə qeyri-hökumət və gənclər təşkilatlarının fəaliyyəti dövlətin yaratdığı şərait sayəsində mümkün olub. Məhz dövlətin gənclərə dəstək və diqqət göstərməsinin nəticəsində Azərbaycan gəncliyində özünə, öz gücünə, istedadına inam artıb. Gənclər də öz növbəsində dövlət qayğısını daim hiss edərək nailiyyətləri ilə onlara göstərilən etimadı layiqincə doğrultmağa çalışırlar. Bu yüksək münasibətə cavab olaraq ölkəmizin parlaq gələcəyinin təminatçısı olan gənclər bütöv və müstəqil Azərbaycan naminə bütün güclərini səfərbər edir, Vətənin inkişafı üçün daha səylə çalışır, öz siyasətində onlara arxalanan Prezident İlham Əliyevin uğurlu daxili və xarici siyasətini dəstəkləyirlər. Gəncliyin savadlı, dünyagörüşlü yüksək əxlaqlı, tərbiyəli, vətənpərvər ruhlu olması hər bir dövlət üçün vacibdir. Gənclər cəmiyyətin aparıcı təbəqəsidir. Fiziki və mənəvi cəhətdən sağlam olan, dünyada gedən prosesləri qavrayan, müasir texnologiyalarla işləməyi bacaran, əqidəli, milli-mənəvi dəyərlərə malik gənclər vətənimizi uğurlu gələcəyə aparmaq üçün böyük qüvvədir. Buna görə də inkişaf və inteqrasiya məhz gənclərlə addımlayır. Dövlətin və cəmiyyətin gələcəyi gənclərdir və gələcəyini düşünən dövlət gənclərin inkişafına qayğı göstərir. Gənclərin inkişafına yardım edən hər bir dövlət bununla öz xoşbəxt və firavan gələcəyini təmin edir”.
Ailələrin təbliğatdır vacibdir
F.Şahbazlı vurğulayıb ki, bu istiqamətdə gənclərin birləşdiyi təşkilatların üzərinə böyük məsuliyyət düşür: “Onlar da gənclərin vətənpərvərlik ruhunda tərbiyəsi üçün çalışmalıdırlar. Ölkə başçısının qeyd etdiyi istiqamətdə müvafiq qurumlar Elm və Təhsil Nazirliyi, Gənclər və İdman Nazirliyi, eyni zamanda, ictimai təşkilatlar rol oynamalıdırlar.
Təbii ki, bu mövzuda ən vacib məqamlardan biri ailələrin apardığı təbliğatdır. Hər şeydən əvvəl üzərində yaşadığımız, suyunu içib, çörəyini yediyimiz Azərbaycanın varlığı bizi ona sədaqətlə xidmət etməyə, ona bağlı yaşamağa sövq edir.
İndiki halda hesab edirəm ki, Azərbaycan gəncliyi olduqca vətənpərvər, Vətənə, millətə sevgi duyacaq ruhda yetişib. Əminəm ki, bu gənclik özündən sonrakı gəncliyi də belə vətənpərvər yetişdirəcək. Bu gün ölkəsini sevən, Vətəninə sonsuz sevgi ilə bağlı olan hər bir Azərbaycan gənci müstəqilliyimizin əbədi olması uğrunda mübarizə aparmağa hər an hazırdır”.
Sahib
Məqalə “Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyi”nin maliyyə dəstəyi ilə “Gənc nəslin milli mənlik şüurunun inkişaf etdirilməsi və vətənpərvərlik hisslərinin tərbiyəsi” istiqaməti üzrə hazırlanmışdır.
Xəbər lenti
Hamısına baxSosial
16 İyun 12:31
İqtisadiyyat
16 İyun 12:30
Elm
16 İyun 11:33
Sosial
16 İyun 11:15
Müsahibə
16 İyun 10:54
Dünya
16 İyun 10:43
Gündəm
16 İyun 10:41
Gündəm
16 İyun 10:30
Sosial
16 İyun 10:29
Dünya
16 İyun 10:19
Dünya
16 İyun 09:47
Dünya
16 İyun 09:20
Dünya
16 İyun 08:52
Hadisə
16 İyun 08:34
Dünya
15 İyun 23:36
Hadisə
15 İyun 23:03
Siyasət
15 İyun 22:20
YAP xəbərləri
15 İyun 21:46
Dünya
15 İyun 20:18
Siyasət
15 İyun 19:39
Siyasət
15 İyun 19:11
Hərbi
15 İyun 18:00
Dünya
15 İyun 17:42
Dünya
15 İyun 16:20
Dünya
15 İyun 15:33
Dünya
15 İyun 14:18
Siyasət
15 İyun 13:58
Dünya
15 İyun 13:29
Dünya
15 İyun 12:35
Dünya
15 İyun 11:24
Dünya
15 İyun 10:31
Dünya
15 İyun 09:52
Dünya
15 İyun 09:17
Hadisə
15 İyun 08:59
Dünya
15 İyun 08:25
Gündəm
15 İyun 07:54
Dünya
15 İyun 07:35
Gündəm
15 İyun 00:14
Gündəm
14 İyun 23:28
Siyasət
14 İyun 23:16
Xəbər lenti
14 İyun 21:52
Dünya
14 İyun 19:26
Xəbər lenti
14 İyun 18:43
Maraqlı
14 İyun 17:19
Dünya
14 İyun 16:34
Dünya
14 İyun 15:22
Dünya
14 İyun 14:40
Dünya
14 İyun 13:18
YAP xəbərləri
14 İyun 13:00
Hadisə
14 İyun 12:29
Dünya
14 İyun 11:47
YAP xəbərləri
14 İyun 11:40
Dünya
14 İyun 11:35
İdman
14 İyun 10:40
Hadisə
14 İyun 10:09
YAP xəbərləri
14 İyun 09:58
Sosial
14 İyun 09:32
Sosial
14 İyun 09:17
Sosial
14 İyun 08:52
Hadisə
14 İyun 08:39
Mədəniyyət
14 İyun 07:31
Gündəm
13 İyun 23:20
Hadisə
13 İyun 22:19
Sosial
13 İyun 21:37
Sosial
13 İyun 21:07
YAP xəbərləri
13 İyun 20:19
YAP xəbərləri
13 İyun 20:17
Xəbər lenti
13 İyun 19:50
YAP xəbərləri
13 İyun 18:58
YAP xəbərləri
13 İyun 18:15

