Nifrət yerinə hörmət...
04.09.2025 [09:56]
Dini tolerantlıq niyə vacibdir?
Dünyamız rəngarənglik üzərində qurulub. İnsanların danışdığı dillər, sevdiyi musiqilər, geyim tərzləri və ən əsası imanları müxtəlifdir. Hər fərqli düşüncə, hər fərqli etiqad, insanlığın böyük mozaikasında öz yerini tutur. Lakin bu mozaikanın ən önəmli elementlərindən biri dini tolerantlıqdır.
Dini tolerantlıq təkcə bir prinsip deyil, həm də həyat tərzidir. Bu, başqasının inancını qəbul etmək, ona hörmət etmək və fərqlilikdən qorxmamaq deməkdir.
Təəssüf ki, tarix boyu insanlar dini fərqliliklərinə görə bir-birinə zərər verib, nifrət toxumu səpiblər. Müasir dövrdə isə bu, həm sosial, həm də siyasi sferada böyük əhəmiyyət daşıyır.
Tarix göstərir ki, dinlərarası qarşıdurma və anlaşılmazlıq milyonlarla insanın həyatına zərər vurub, cəmiyyətləri parçalayıb. Lakin tolerantlıq, anlayış və qarşılıqlı hörmət isə sülhün və sabitliyin bünövrəsini qoyur. Günümüzdə dini tolerantlıq yalnız humanist dəyərlərin təzahürü deyil, həm də strateji ehtiyacdır. Məktəblərdə uşaqlara fərqliliklərə hörmət öyrədilir, mediada multikulturalizm təşviq olunur, beynəlxalq səviyyədə isə dialoq və əməkdaşlıq təşəbbüsləri güclənir. Bütün bunlar göstərir ki, dünyamızın sabitliyi, insanların təhlükəsizliyi və rifahı, fərqliliklərə hörmət və tolerantlıqla bağlıdır.
Radikalizm və nifrətə qarşı güclü qalxan...
Mövzu barədə “Yeni Azərbaycan”a danışan Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) nümayəndəsi, ilahiyyatçı-alim Samid Quliyev bildirib ki, dini tolerantlıq təkcə bir etik prinsiplə məhdudlaşmamalı, həm fərdi, həm də qlobal səviyyədə həyatımızın ayrılmaz hissəsinə çevrilməlidir: “Hər kəs bir-birinin inancına hörmət etməyi öyrənərsə, nifrət yerini empatiyaya, qarşıdurma yerini dialoqa buraxar. Tolerantlıq hər şeydən əvvəl insan ləyaqətinə hörmətdir. Dini dözümlülük isə mədəniyyətlərin zənginliyini göstərir. Fərqli inanclar, fərqli ənənələr insanları birləşdirən deyil, əksinə, onları bir-birinə yaxınlaşdıran körpüdür. İnsanlar bir-birindən öyrənir, dünyaya daha açıq baxır, həmrəylik ruhu formalaşır. Ən əsası isə dini tolerantlıq radikalizmə və nifrətə qarşı ən güclü qalxandır. Hər kəs başa düşəndə ki, fərqlilik qorxulacaq deyil, dəyərli bir sərvətdir, nifrət, stereotiplər və ziddiyyətlər yoxa çıxır. Ona görə də yalnız fərqli inancları qəbul etməklə deyil, onları anlamağa çalışmaqla cəmiyyətimizi gücləndirə bilərik. Dini tolerantlıq olmadan həqiqi sülh və birlik mümkünsüzdür”.
İqtisadi inkişaf və investisiyalar
Alim qeyd edib ki, dini tolerantlığın güclü olduğu ölkələr bir çox sahədə əhəmiyyətli faydalar əldə edirlər. Bu ölkələrdə dini müxtəliflik yalnız qəbul edilmir, həm də təşviq olunur. Belə yanaşma isə həm sosial, həm də iqtisadi sahələrdə müsbət nəticələr doğurur.
İlahiyyatçının sözlərinə görə, dini tolerantlıq xarici investorlar üçün cəlbedici bir mühit yaradır. Belə ki, investorlar, dini azadlıqların təmin edildiyi ölkələrdə fəaliyyət göstərməyi üstün tuturlar: “Bu, iqtisadi artım və yeni iş yerlərinin yaranmasına səbəb olur”.
Mədəni zənginliyin itməsi və sosial parçalanma
S.Quliyev qeyd edib ki, dini tolerantlığın zəif olduğu və ya mövcud olmadığı ölkələrdə ciddi sosial, iqtisadi və siyasi problemlər yaranır. Bu problemlər həm daxili sabitliyi pozur, həm də beynəlxalq münasibətlərə mənfi təsir göstərir: “Dini müxtəlifliyin qəbul edilməməsi mədəni zənginliyin itirilməsinə və sosial parçalanmaya gətirib çıxarır. Nəticə olaraq dini tolerantlığın olması həm milli, həm də beynəlxalq səviyyədə sülh və inkişafın təmin edilməsi üçün əhəmiyyətlidir”.
Göründüyü kimi, müasir dövrdə dini və milli tolerantlıq qlobal bir çağırışa çevrilib. Dünyanın müxtəlif guşələrində nifrət cinayətləri, radikalizm, dini ayrı-seçkilik halları müşahidə olunduğu bir zamanda Azərbaycanın multikultural dəyərlərə söykənən siyasəti həm ölkə daxilində vətəndaş həmrəyliyini təmin edir, həm də dünyaya nümunə göstərir. Çünki tolerantlıq sadəcə şüar deyil, cəmiyyətin bütün təbəqələrində yaşadılan, gündəlik həyatın ayrılmaz hissəsinə çevrilən bir gerçəklikdir.
Yeganə
Məqalə “Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyi”nin maliyyə dəstəyi ilə “Dini və milli tolerantlıq, millətlərarası münasibətlərin inkişaf etdirilməsi” istiqaməti üzrə hazırlanmışdır.
Xəbər lenti
Hamısına baxDünya
15 İyun 23:36
Hadisə
15 İyun 23:03
Siyasət
15 İyun 22:20
YAP xəbərləri
15 İyun 21:46
Dünya
15 İyun 20:18
Siyasət
15 İyun 19:39
Siyasət
15 İyun 19:11
Hərbi
15 İyun 18:00
Dünya
15 İyun 17:42
Dünya
15 İyun 16:20
Dünya
15 İyun 15:33
Dünya
15 İyun 14:18
Siyasət
15 İyun 13:58
Dünya
15 İyun 13:29
Dünya
15 İyun 12:35
Dünya
15 İyun 11:24
Dünya
15 İyun 10:31
Dünya
15 İyun 09:52
Dünya
15 İyun 09:17
Hadisə
15 İyun 08:59
Dünya
15 İyun 08:25
Gündəm
15 İyun 07:54
Dünya
15 İyun 07:35
Gündəm
15 İyun 00:14
Gündəm
14 İyun 23:28
Siyasət
14 İyun 23:16
Xəbər lenti
14 İyun 21:52
Dünya
14 İyun 19:26
Xəbər lenti
14 İyun 18:43
Maraqlı
14 İyun 17:19
Dünya
14 İyun 16:34
Dünya
14 İyun 15:22
Dünya
14 İyun 14:40
Dünya
14 İyun 13:18
YAP xəbərləri
14 İyun 13:00
Hadisə
14 İyun 12:29
Dünya
14 İyun 11:47
YAP xəbərləri
14 İyun 11:40
Dünya
14 İyun 11:35
İdman
14 İyun 10:40
Hadisə
14 İyun 10:09
YAP xəbərləri
14 İyun 09:58
Sosial
14 İyun 09:32
Sosial
14 İyun 09:17
Sosial
14 İyun 08:52
Hadisə
14 İyun 08:39
Mədəniyyət
14 İyun 07:31
Gündəm
13 İyun 23:20
Hadisə
13 İyun 22:19
Sosial
13 İyun 21:37
Sosial
13 İyun 21:07
YAP xəbərləri
13 İyun 20:19
YAP xəbərləri
13 İyun 20:17
Xəbər lenti
13 İyun 19:50
YAP xəbərləri
13 İyun 18:58
YAP xəbərləri
13 İyun 18:15
YAP xəbərləri
13 İyun 16:21
Sosial
13 İyun 15:20
YAP xəbərləri
13 İyun 14:59
İdman
13 İyun 14:33
YAP xəbərləri
13 İyun 13:48
YAP xəbərləri
13 İyun 13:44
Gündəm
13 İyun 13:32
Gündəm
13 İyun 12:50
Siyasət
13 İyun 12:29
Gündəm
13 İyun 11:58
İqtisadiyyat
13 İyun 11:24
İqtisadiyyat
13 İyun 10:57
Siyasət
13 İyun 10:35
Sosial
13 İyun 10:13

