Nəfəsimizi oğurlayan təkərlər
06.09.2025 [09:35]
Asfalt üzərindən qalxan təhlükə...
Müasir dövrdə ekologiya və ətraf mühitin mühafizəsi insanlığın qarşısında duran ən vacib problemlərdən biridir. Sürətlə inkişaf edən sənaye, əhalinin artması və nəqliyyat vasitələrinin çoxalması təbiətin tarazlığını pozur, canlı aləmə ciddi təsir göstərir. Ətraf mühitin çirklənməsinin əsas səbəblərindən biri avtomobil mühərrikləridir. Hər gün küçələrdən keçən avtomobillərin hər biri təkcə insanları bir nöqtədən digərinə daşımır, həm də havamıza, torpağımıza, suya zərər verir. Avtomobil mühərrikləri, xüsusən də benzin və dizel yanacağı ilə işləyənlər ekologiyamızın “səssiz qatilləri”dir.
Benzin və dizel ilə işləyən avtomobillər atmosferə çoxlu miqdarda zərərli qazlar - karbon qazı, karbon monoksid, azot oksidləri və digər zəhərli maddələr buraxır. Bu qazlar təkcə havanı çirkləndirmir, həm də insan sağlamlığına zərər vurur. Tənəffüs yolları xəstəlikləri, allergiyalar və ürək-damar xəstəlikləri bu çirklənmənin nəticəsi olaraq ortaya çıxa bilər.
Avtomobillərin yaratdığı çirklənmə həmçinin qlobal istiləşmə problemini də dərinləşdirir. Karbon qazı istixana effekti yaradır və Yer kürəsində temperaturun artmasına səbəb olur. Bu da buzlaqların əriməsi, dəniz səviyyəsinin qalxması və iqlim dəyişikliyi kimi fəsadlara yol açır.
Avtobus parkının təxminən 50 faizi...
Xatırladaq ki, ötən ilin noyabr ayında ölkəmizin ev sahibliyi etdiyi COP29 sammitində də avtomobilin və ümumilikdə nəqliyyat sektorunun ekologiyaya təsirləri müxtəlif aspektlərdə müzakirə olunmuşdu. Azərbaycan rəsmiləri COP29 çərçivəsində elektrikli və hibrid avtomobillərin dövriyyəsinin artırılması və bu sahədə infrastrukturun inkişaf etdirilməsi üçün görülən işləri təqdim etmişdi.
COP29-da avtobus parkının təxminən 50 faizi yaşıl avtobuslara çevrilmişdi, tədbir çərçivəsində 150-dən çox elektrikli avtomobil istifadə olunmuşdu. Azərbaycan rəsmiləri COP29 çərçivəsində elektrikli və hibrid avtomobillərin dövriyyəsinin artırılması və bu sahədə infrastrukturun inkişaf etdirilməsi üçün görülən işləri təqdim edirdi. Beləliklə, idxal edilən elektrikli və hibrid avtomobillərin payı əhəmiyyətli dərəcədə artdı.
Təbiət artıq səssiz deyil...
Əgər bu gün dəyişməsək, sabah nəfəs ala biləcəyimiz təmiz hava qalmayacaq. Təbiət bizə möhtac deyil - biz ona möhtacıq. Ona görə də ekologiyamızın qorunması üçün bir sıra sadə qaydalara əməl etmək vacibdir.
Qeyd etdiyimiz kimi, avtomobil tüstüsü tərkibində karbon monoksid, azot oksidləri və kanserogen maddələr daşıyır. Bunlar insanın nəfəs yollarını zədələyir, ürək-damar xəstəliklərinə səbəb olur. Şəhərlərdə havanın keyfiyyətini ən çox pozan mənbə məhz avtomobillərdir. Ona görə də mütəxəssislər ictimai nəqliyyata, velosipedə və piyada hərəkətə üstünlük verməyi məsləhət görürlər. Bundan başqa, elektrikli və hibrid avtomobillərə keçid etmək də ekologiyanın mühafizəsi üçün bu gün ən vacib addımlardan biri sayılır.
Göründüyü kimi, ekologiyamızı qorumaq, oksigenimizi təmiz saxlamaq üçün bütün dünya ölkələrinin mühüm çağırışları var. Daha çox ictimai nəqliyyatdan istifadə etmək, velosiped sürmək, piyada gəzmək, ağac əkmək, bir sözlə, bir nəfəslik də olsa, təbiətə nəfəs vemək. Çünki bu gün verdiyimiz nəfəs, sabah alacağımız havanı müəyyən edir. Avtomobil mühərrikləri bəlkə bizi bir nöqtədən digərinə aparır, amma hər birimizi təbiətdən, həyatın özündən uzaqlaşdırır. Təbiət artıq səssiz deyil. O, bizdən kömək istəyir. Gəlin, gec olmadan deyilənlərə əməl edək...
Yeganə
Məqalə “Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyi”nin maliyyə dəstəyi ilə “Ekologiya və ətraf mühitin mühafizəsi” istiqaməti üzrə hazırlanmışdır.
Xəbər lenti
Hamısına baxDünya
15 İyun 16:20
Dünya
15 İyun 15:33
Dünya
15 İyun 14:18
Siyasət
15 İyun 13:58
Dünya
15 İyun 13:29
Dünya
15 İyun 12:35
Dünya
15 İyun 11:24
Dünya
15 İyun 10:31
Dünya
15 İyun 09:52
Dünya
15 İyun 09:17
Hadisə
15 İyun 08:59
Dünya
15 İyun 08:25
Gündəm
15 İyun 07:54
Dünya
15 İyun 07:35
Gündəm
15 İyun 00:14
Gündəm
14 İyun 23:28
Siyasət
14 İyun 23:16
Xəbər lenti
14 İyun 21:52
Dünya
14 İyun 19:26
Xəbər lenti
14 İyun 18:43
Maraqlı
14 İyun 17:19
Dünya
14 İyun 16:34
Dünya
14 İyun 15:22
Dünya
14 İyun 14:40
Dünya
14 İyun 13:18
YAP xəbərləri
14 İyun 13:00
Hadisə
14 İyun 12:29
Dünya
14 İyun 11:47
YAP xəbərləri
14 İyun 11:40
Dünya
14 İyun 11:35
İdman
14 İyun 10:40
Hadisə
14 İyun 10:09
YAP xəbərləri
14 İyun 09:58
Sosial
14 İyun 09:32
Sosial
14 İyun 09:17
Sosial
14 İyun 08:52
Hadisə
14 İyun 08:39
Mədəniyyət
14 İyun 07:31
Gündəm
13 İyun 23:20
Hadisə
13 İyun 22:19
Sosial
13 İyun 21:37
Sosial
13 İyun 21:07
YAP xəbərləri
13 İyun 20:19
YAP xəbərləri
13 İyun 20:17
Xəbər lenti
13 İyun 19:50
YAP xəbərləri
13 İyun 18:58
YAP xəbərləri
13 İyun 18:15
YAP xəbərləri
13 İyun 16:21
Sosial
13 İyun 15:20
YAP xəbərləri
13 İyun 14:59
İdman
13 İyun 14:33
YAP xəbərləri
13 İyun 13:48
YAP xəbərləri
13 İyun 13:44
Gündəm
13 İyun 13:32
Gündəm
13 İyun 12:50
Siyasət
13 İyun 12:29
Gündəm
13 İyun 11:58
İqtisadiyyat
13 İyun 11:24
İqtisadiyyat
13 İyun 10:57
Siyasət
13 İyun 10:35
Sosial
13 İyun 10:13
Analitik
13 İyun 09:51
Analitik
13 İyun 09:38
Ədəbiyyat
13 İyun 09:15
Elm
13 İyun 08:52
Ədəbiyyat
13 İyun 08:30
Dünya
12 İyun 23:18
Dünya
12 İyun 22:40
Dünya
12 İyun 22:17
Dünya
12 İyun 21:59

