Londonda iqlim dialoqu...
09.10.2025 [09:56]
Ölkəmizin COP29 uğurları müzakirə olunub
Dünən Londonda yerləşən tarixi Marlboro Sarayında “Dəniz səviyyəsinin dəyişməsi və qeyri-bərabər nəticələr: Xəzər dənizi və inkişaf etməkdə olan kiçik ada dövlətləri (SIDS) üzrə təcrübələr” adlı yüksəksəviyyəli iqlim dialoqu keçirilib. Tədbir 56 ölkəni birləşdirən Millətlər Birliyi ilə əməkdaşlıq çərçivəsində təşkil edilib. Londondakı diplomatik korpusun nümayəndələri, həmçinin diplomatik korpusun marşalı, Böyük Britaniya Xarici İşlər Nazirliyi və digər dövlət qurumlarının nümayəndələri tədbirdə iştirak ediblər.
Tədbirdə Heydər Əliyev Fondunun vitse-prezidenti, IDEA İctimai Birliyinin təsisçisi və rəhbəri Leyla Əliyeva çıxış edərək Xəzər dənizinin səviyyəsinin azalması probleminə diqqət yönəldib. O, qeyd edib ki, son 30 ildə dünyanın ən böyük göllərinin su itkisinə məruz qalması və plastik tullantılarla çirklənməsi vəziyyəti daha da ağırlaşdırır. L.Əliyeva Azərbaycanda COP29-un uğurla keçirildiyini xatırladaraq, COP30-a gedən yolda artıq ideyalardan çox əməli addımların atılmasının vacibliyini vurğulayıb. O, rəhbəri olduğu IDEA İctimai Birliyinin təbiətin qorunması və gənclərin bu prosesə cəlb edilməsi istiqamətində apardığı fəaliyyətlərdən də söz açıb. Leyla Əliyeva çıxışının sonunda qeyd edib ki, təbiətə münasibət insanlığa münasibətin göstəricisidir və Xəzərə laqeyd yanaşmamaq onun həyat dolu gələcəyinə ümid yaradır.
Daha sonra COP29-un Sədri və Azərbaycan Respublikası Prezidentinin iqlim məsələləri üzrə nümayəndəsi Muxtar Babayev çıxışında beynəlxalq birliyi Xəzər üçün də Amazon və digər tropik meşələr kimi həmrəylik göstərməyə çağırıb. O, bildirib ki, Azərbaycan bu məqsədlə BMT-nin Ətraf Mühit Proqramı ilə birlikdə 2025-2035-ci illəri əhatə edən “Xəzər dənizinin səviyyə enməsi üzrə Fəaliyyət Planı” üzərində işləyir. M.Babayev Prezident İlham Əliyevin təşəbbüsü ilə COP29 çərçivəsində Xəzəryanı dövlətlərin birgə bəyannamə qəbul etdiyini və əməkdaşlığın gücləndirildiyini xatırladıb.
Sədr IDEA kampaniyasının Xəzərin biomüxtəlifliyinin qorunmasında mühüm rol oynadığını xüsusi qeyd edib. O, həmçinin Azərbaycanın iqlim dəyişikliyindən əziyyət çəkən kiçik ada dövlətləri ilə həmrəylik göstərdiyini, bu ölkələrdə davamlı inkişaf və adaptasiya layihələrinə dəstək verdiyini bildirib. M.Babayev çıxışının sonunda qeyd edib ki, COP29-da verilən vədlərin yerinə yetirilməsi və iqlim maliyyəsinin artırılması beynəlxalq etimadın bərpası üçün vacibdir və Azərbaycan bundan sonra da qlobal iqlim həmrəyliyi istiqamətində fəal rol oynayacaq.
Millətlər Birliyinin Baş katibinin müavini Suddhu Arjun Millətlər Birliyinə daxil olan ölkələrin əksəriyyətinin iqlim dəyişikliyinin mənfi təsirlərinə məruz qaldığı barədə danışıb. O, bildirib ki, Azərbaycanın COP29 Sədrliyinin xüsusilə kiçik ada dövlətlərinin üzləşdiyi problemlərə həssaslıqla yanaşması və bu problemlərin həlli istiqamətində konkret addımlar atması olduqca təqdirəlayiqdir. Bu baxımdan, o, COP29 Sədrliyi ilə Millətlər Birliyi arasında 2024-cü ildə imzalanmış Anlaşma Memorandumu əsasında Millətlər Birliyinə daxil olan kiçik ada dövlətlərində iqlim fəaliyyətinə töhfə verməyi hədəfləyən əməkdaşlıq layihəsinə diqqət yönəldib.
Britaniya Xarici İşlər Nazirliyinin Kiçik Ada Dövlətləri üzrə xüsusi elçisi Tim Hemminqs çıxışında ötən il COP29-un əldə etdiyi uğurlara nəzər yetirib. O, dəyişən su səviyyələrinin yaratdığı problemlərin miqyasını nəzərə alaraq Britaniya XİN-in bu istiqamətdə məsələlərə dəstək vermək üçün bir sıra layihələr həyata keçirdiyini deyib. T.Hemminqs COP29 Sədrliyinin Millətlər Birliyi ilə Londonda bu mövzuda tədbir təşkil etməsinin alqışalayiq olduğunu söyləyib.
“Whale Guardians” təşkilatının həmtəsisçisi və icraçı direktoru Maykl Fişbek Xəzər dənizinin bioloji müxtəlifliyinə diqqət yönəldərək nəzərə çatdırıb ki, Xəzərin suyunun azalması qlobal okeanlarda baş verə biləcək daha genişmiqyaslı proseslərin xəbərçisidir. O, buna görə də Xəzərin qorunması ilə bağlı təxirəsalınmaz addımların atılmasının vacibliyini deyib.
Fişbek Azərbaycanın ölkə Prezidentinin rəhbərliyi altında COP29 zamanı göstərdiyi liderliyi və yaşıl enerji sahəsində planlarını yüksək qiymətləndirib. O, çıxışının sonunda bildirib ki, məqsədi təkcə balina və digər dəniz canlılarını qorumaq deyil, Xəzər dənizi kimi dəniz ekosistemlərini də qorumaq və onların yenidən canlanmasına töhfə verməkdir.
Tədbirdə Baham, Maldiv, Antiqua və Barbuda kimi kiçik ada dövlətlərinin Londondakı səfirləri danışaraq dəniz səviyyəsinin qalxmasının bu ölkələrin mövcudluğu üçün birbaşa təhlükə yaratdığını deyib, COP29 Sədrliyinə belə vacib məsələyə diqqət yönəltdiyi üçün təşəkkür ediblər.
Eyni zamanda, tədbirdə Azərbaycan təbiətinə həsr olunmuş sərgi də nümayiş etdirilib. Tədbir sərgiyə baxış və rəsmi qəbulla yekunlaşıb.
Yeganə
Məqalə “Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyi”nin maliyyə dəstəyi ilə “Ekologiya və ətraf mühitin mühafizəsi” istiqaməti üzrə hazırlanmışdır.
Xəbər lenti
Hamısına baxDünya
15 İyun 23:36
Hadisə
15 İyun 23:03
Siyasət
15 İyun 22:20
YAP xəbərləri
15 İyun 21:46
Dünya
15 İyun 20:18
Siyasət
15 İyun 19:39
Siyasət
15 İyun 19:11
Hərbi
15 İyun 18:00
Dünya
15 İyun 17:42
Dünya
15 İyun 16:20
Dünya
15 İyun 15:33
Dünya
15 İyun 14:18
Siyasət
15 İyun 13:58
Dünya
15 İyun 13:29
Dünya
15 İyun 12:35
Dünya
15 İyun 11:24
Dünya
15 İyun 10:31
Dünya
15 İyun 09:52
Dünya
15 İyun 09:17
Hadisə
15 İyun 08:59
Dünya
15 İyun 08:25
Gündəm
15 İyun 07:54
Dünya
15 İyun 07:35
Gündəm
15 İyun 00:14
Gündəm
14 İyun 23:28
Siyasət
14 İyun 23:16
Xəbər lenti
14 İyun 21:52
Dünya
14 İyun 19:26
Xəbər lenti
14 İyun 18:43
Maraqlı
14 İyun 17:19
Dünya
14 İyun 16:34
Dünya
14 İyun 15:22
Dünya
14 İyun 14:40
Dünya
14 İyun 13:18
YAP xəbərləri
14 İyun 13:00
Hadisə
14 İyun 12:29
Dünya
14 İyun 11:47
YAP xəbərləri
14 İyun 11:40
Dünya
14 İyun 11:35
İdman
14 İyun 10:40
Hadisə
14 İyun 10:09
YAP xəbərləri
14 İyun 09:58
Sosial
14 İyun 09:32
Sosial
14 İyun 09:17
Sosial
14 İyun 08:52
Hadisə
14 İyun 08:39
Mədəniyyət
14 İyun 07:31
Gündəm
13 İyun 23:20
Hadisə
13 İyun 22:19
Sosial
13 İyun 21:37
Sosial
13 İyun 21:07
YAP xəbərləri
13 İyun 20:19
YAP xəbərləri
13 İyun 20:17
Xəbər lenti
13 İyun 19:50
YAP xəbərləri
13 İyun 18:58
YAP xəbərləri
13 İyun 18:15
YAP xəbərləri
13 İyun 16:21
Sosial
13 İyun 15:20
YAP xəbərləri
13 İyun 14:59
İdman
13 İyun 14:33
YAP xəbərləri
13 İyun 13:48
YAP xəbərləri
13 İyun 13:44
Gündəm
13 İyun 13:32
Gündəm
13 İyun 12:50
Siyasət
13 İyun 12:29
Gündəm
13 İyun 11:58
İqtisadiyyat
13 İyun 11:24
İqtisadiyyat
13 İyun 10:57
Siyasət
13 İyun 10:35
Sosial
13 İyun 10:13

