Kibertəhlükəsizlikdə gender balansı...
14.10.2025 [08:31]
Qadınların bu sahədə rolu artırılır
Oktyabrın 11-də Bakıda “Women in Cyber - Qadınların səsi, kibertəhlükəsizlikdə dayanıqlığın güclənməsi” adlı beynəlxalq konfrans təşkil olunub. Tədbir “Femmes Digitales - Supporting Women in Tech” İctimai Birliyi və Estoniyanın Elektron Hökumət Akademiyası (e-Governance Academy, eGA) tərəfindən təşkil olunub. Konfransın əsas tərəfdaşları kimi Azərbaycan Respublikasının Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Xidməti (XRİTDX) və Azərbaycan Kibertəhlükəsizlik Təşkilatları Assosiasiyası (AKTA) çıxış edib.
Tədbirin açılış mərasimində çıxış edən XRİTDX-nin Baş idarə rəisinin müavini Tural Məmmədov qadınların kibertəhlükəsizlik sahəsində iştirakının və liderlik potensialının gücləndirilməsinin əhəmiyyətini vurğulayıb. O, qeyd edib ki, qadınların kibertəhlükəsizlikdə liderliyini təşviq etməklə region üçün daha təhlükəsiz, ağıllı və inklüziv gələcəyə sərmayə qoyulur. Eləcə də T.Məmmədov müasir dövrdə qadınların kibertəhlükəsizlik və informasiya texnologiyaları sahəsində artan rolunun milli və regional inkişaf gündəliyində prioritet istiqamətlərdən biri olduğunu vurğulayıb.
300-dən çox iştirakçı ilə...
Tədbir çərçivəsində kibertəhlükəsizlik sahəsində qadınların rolunun artırılması, böhran dövrlərində rəqəmsal dayanıqlığın gücləndirilməsi, regional əməkdaşlıq və ictimai etimadın möhkəmləndirilməsi məsələləri ətrafında müzakirələr aparılıb. Konfransda regionun müxtəlif ölkələrindən olan 300-dən çox iştirakçı - kibertəhlükəsizlik mütəxəssisləri, dövlət rəsmiləri, akademiklər və gənc mütəxəssislər iştirak ediblər.
Tədbirin məqsədi qadın kibertəhlükəsizlik mütəxəssisləri arasında peşəkar əlaqələrin qurulması, region ölkələri ilə Avropa İttifaqı arasında əməkdaşlığın dərinləşdirilməsi, liderlik bacarıqlarının inkişaf etdirilməsi və davamlı bilik mübadiləsi üçün platforma formalaşdırmaq olub. Eyni zamanda, konfrans iştirakçılara mədəni mübadilə, müxtəlif iş mühitlərində qarşılıqlı təcrübə öyrənmək və peşəkar inkişaf üçün konkret addımlar müəyyənləşdirmək imkanı yaradıb.
Qadınlar bu sektorda yetərincə təmsil olunmurlar
Konfransda çıxış edən Avropa İttifaqının (Aİ) Azərbaycandakı nümayəndəliyinin rəsmisi Məryəm Hacı İsmayılova bildirib ki, hazırda dünyada qadınlar kibertəhlükəsizlik sektorunda yetərincə təmsil olunmurlar. Onun sözlərinə görə, bu gün dünyada texnologiyanın əhəmiyyəti getdikcə artır və IT sahəsində bacarıqlı insanlara tələbat da artır: “Kibertəhlükəsizlik və gender bərabərliyi Aİ-nın əsas dəyərlərinin mərkəzində dayanır. Biz elə bir dövrdə yaşayırıq ki, rəqəmsal transformasiya cəmiyyətimizin hər aspektini formalaşdırır - ünsiyyətimizdən, öyrənməyimizdən, işimizdən və idarəetməmizdən tutmuş, hər şeyə təsir edir. Lakin bu imkanlarla birlikdə risklər də gəlir. Kibertəhlükələr həm miqyas, həm də mürəkkəblik baxımından artır, kritik infrastrukturlarımızı, iqtisadiyyatları və şəxsi məlumatları təhdid edir”.
Aİ rəsmisi əlavə edib ki, bu çağırışla üzləşmək üçün qitə ölkələri və onların qonşuları bütün səylərini səfərbər etməlidir: “Yaradıcı yanaşma və dözümlülük vacibdir. Biz bu cinayətə qarşı tək mübarizə apara bilmərik. Aİ hər kəsin, cinsindən asılı olmayaraq, rəqəmsal dövrdən faydalanmaq və bu dövrə töhfə vermək üçün ədalətli imkanlara malik olmasını təmin etmək istəyir”.
“Kibertəhlükəsizlikdə daha çox peşəkar qadın görmək istəyirik”
“Femmes Digitales” şirkətinin sədri Jana Krımpe bildirib ki, kibertəhlükəsizliklə bağlı bütün çağırışları və problemləri yalnız dialoq və qarşılıqlı əməkdaşlıq yolu ilə həll etmək mümkündür. Onun sözlərinə görə, qadınlar həm ana, həm bacı kimi ölkənin müdafiəsində mühüm rol oynayırlar: “Siz övladlarınıza cihazlardan və sosial mediadan düzgün istifadə etməyi öyrədə bilərsiniz. Bu, cəmiyyətə doğru mesajları ötürmək üçün çox vacibdir. Siz bu sahədə nümunə göstərən, dəyişiklik yaradan liderlərsiniz. Əlbəttə, biz kibertəhlükəsizlikdə daha çox peşəkar qadın görmək istəyirik”. O, əlavə edib ki, məhz bu məqsədlə tədbirə müxtəlif ölkələrdən - Estoniyadan, Moldovadan, Ukraynadan, Birləşmiş Ərəb Əmirliklərindən, Gürcüstandan və digər ölkələrdən çoxsaylı, peşəkar iştirakçılar dəvət olunub: “Əlaqə qurun, söhbətləşin, təcrübə mübadiləsi edin. Çünki kibertəhlükəsizlikdə ən vacib amil insanlardır. Problemləri insanlar yaradır, lakin onları yenə də insanlar həll edir”.
Yeganə
Məqalə “Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyi”nin maliyyə dəstəyi ilə “Gender, ailə və demoqrafiya məsələlərinin işıqlandırılması” istiqaməti üzrə hazırlanmışdır.
Xəbər lenti
Hamısına baxDünya
15 İyun 16:20
Dünya
15 İyun 15:33
Dünya
15 İyun 14:18
Siyasət
15 İyun 13:58
Dünya
15 İyun 13:29
Dünya
15 İyun 12:35
Dünya
15 İyun 11:24
Dünya
15 İyun 10:31
Dünya
15 İyun 09:52
Dünya
15 İyun 09:17
Hadisə
15 İyun 08:59
Dünya
15 İyun 08:25
Gündəm
15 İyun 07:54
Dünya
15 İyun 07:35
Gündəm
15 İyun 00:14
Gündəm
14 İyun 23:28
Siyasət
14 İyun 23:16
Xəbər lenti
14 İyun 21:52
Dünya
14 İyun 19:26
Xəbər lenti
14 İyun 18:43
Maraqlı
14 İyun 17:19
Dünya
14 İyun 16:34
Dünya
14 İyun 15:22
Dünya
14 İyun 14:40
Dünya
14 İyun 13:18
YAP xəbərləri
14 İyun 13:00
Hadisə
14 İyun 12:29
Dünya
14 İyun 11:47
YAP xəbərləri
14 İyun 11:40
Dünya
14 İyun 11:35
İdman
14 İyun 10:40
Hadisə
14 İyun 10:09
YAP xəbərləri
14 İyun 09:58
Sosial
14 İyun 09:32
Sosial
14 İyun 09:17
Sosial
14 İyun 08:52
Hadisə
14 İyun 08:39
Mədəniyyət
14 İyun 07:31
Gündəm
13 İyun 23:20
Hadisə
13 İyun 22:19
Sosial
13 İyun 21:37
Sosial
13 İyun 21:07
YAP xəbərləri
13 İyun 20:19
YAP xəbərləri
13 İyun 20:17
Xəbər lenti
13 İyun 19:50
YAP xəbərləri
13 İyun 18:58
YAP xəbərləri
13 İyun 18:15
YAP xəbərləri
13 İyun 16:21
Sosial
13 İyun 15:20
YAP xəbərləri
13 İyun 14:59
İdman
13 İyun 14:33
YAP xəbərləri
13 İyun 13:48
YAP xəbərləri
13 İyun 13:44
Gündəm
13 İyun 13:32
Gündəm
13 İyun 12:50
Siyasət
13 İyun 12:29
Gündəm
13 İyun 11:58
İqtisadiyyat
13 İyun 11:24
İqtisadiyyat
13 İyun 10:57
Siyasət
13 İyun 10:35
Sosial
13 İyun 10:13
Analitik
13 İyun 09:51
Analitik
13 İyun 09:38
Ədəbiyyat
13 İyun 09:15
Elm
13 İyun 08:52
Ədəbiyyat
13 İyun 08:30
Dünya
12 İyun 23:18
Dünya
12 İyun 22:40
Dünya
12 İyun 22:17
Dünya
12 İyun 21:59

