Parlament diplomatiyası ölkəmizin xarici siyasət kursunda mühüm yer tutur
07.08.2021 [08:50]
Sevinc Fətəliyeva: Parlamentarilər beynəlxalq miqyasda Azərbaycan həqiqətlərinin təbliği istiqamətində öz üzərlərinə düşən vəzifələri layiqincə yerinə yetirməyə çalışırlar
Məlum olduğu kimi, Azərbaycan müasir beynəlxalq münasibətlər sistemində güclü və nüfuzlu dövlət kimi tanınır. Ölkəmizin inkişafının, əldə etdiyi nailiyyətlərin əsasında isə uğurla, uzaqgörənliklə reallaşdırılan praqmatik daxili və xarici siyasət kursu dayanır. Azərbaycan bu gün nəinki bölgə çərçivəsində, artıq dünya miqyasında etibarlı tərəfdaş, müstəqil, ləyaqətli ölkə kimi tanınır. Cənubi Qafqaz geosiyasi məkanında lider dövlət kimi çıxış edən ölkəmiz özünün çoxvektorlu və balanslaşdırılmış xarici siyasət strategiyası ilə həm ikitərəfli münasibətlər kontekstində, həm də çoxşaxəli əlaqələr fonunda yerləşdiyi regionun inkişafına mühüm töhfələr verir. Azərbaycanın fəal xarici siyasəti, həmçinin davamlı inkişafı onu siyasi, iqtisadi və mədəni cəhətdən qlobal cazibə mərkəzlərindən birinə çevirməkdədir. Xüsusilə də, regionun siyasi, iqtisadi və humanitar mərkəzi kimi çıxış edən ölkəmiz sivilizasiyalararası dialoqun inkişafına əhəmiyyətli töhfələr verməklə yanaşı, mühüm siyasi, iqtisadi, mədəni və humanitar xarakterli beynəlxalq tədbirlərə ev sahibliyi edir. Paytaxt Bakının bir çox nüfuzlu beynəlxalq tədbirlərə ev sahibliyi etməsi Azərbaycanın beynəlxalq inteqrasiya prosesində uğurla iştirak etməsindən xəbər verir.
Qeyd edək ki, ölkəmizin beynəlxalq əlaqələrinin inkişafında Azərbaycan parlamentinin də xüsusi rolu var. Məsələ ilə bağlı Milli Məclisin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin sədr müavini Sevinc Fətəliyeva bildirib ki, parlament diplomatiyası ölkəmizin xarici siyasət kursunda mühüm yer tutur. Bu baxımdan, Milli Məclisin beynəlxalq fəaliyyəti xüsusi qeyd olunmalıdır: “Bilirsiniz ki, Milli Məclis bir sıra beynəlxalq təşkilatlarda təmsil olunur, eləcə də bir çox ölkələrin parlamentləri ilə dostluq qrupları fəaliyyət göstərir. Əlbəttə, parlament çox mühüm hakimiyyət qoludur və onun işində beynəlxalq fəaliyyət xüsusi yer tutur. Parlamentarilər beynəlxalq miqyasda Azərbaycan həqiqətlərinin təbliği istiqamətində öz üzərlərinə düşən vəzifələri layiqincə yerinə yetirməyə çalışırlar. Bir sıra ölkələrin parlamentləri ilə sıx əlaqələr qurulub ki, bu, dövlətlərarası münasibətlərdə əhəmiyyətli rol oynayır. Buraya qanunvericilik sahəsində əməkdaşlığı, təcrübə mübadilələrini də əlavə etsək, onda Azərbaycan parlamentinin, ümumilikdə, ölkəmizin beynəlxalq fəaliyyətində nə qədər vacib rol oynadığını görə bilərik. Ümumiyyətlə, Milli Məclisin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin sədr muavini olaraq deyə bilərəm ki, parlamentimizdə beynəlxalq fəaliyyətə böyük maraq var”.
Deputatın sözlərinə görə, Azərbaycan Milli Məclisinin beynəlxalq əlaqələrinin genişləndirilməsi məqsədilə 82 ölkənin parlamenti ilə dostluq qrupları, 12 beynəlxalq parlament təşkilatında nümayəndə heyətləri və 1 ikitərəfli komissiya fəaliyyət göstərir: “Koronavirus pandemiyası ilə əlaqədar mövcud olan vəziyyət Milli Məclisin beynəlxalq əlaqələrinin intensivliyinə müəyyən mənada öz təsirini göstərsə də, bu dövrdə parlamentin beynəlxalq əlaqələrinin genişləndirilməsi də prioritetlərdən biri olaraq qalıb. Belə ki, Milli Məclisin Sədri Sahibə Qafarovanın başçılıq etdiyi nümayəndə heyətləri bir sıra ölkələrə rəsmi səfərlər ediblər. Bu səfərlər çərçivəsində keçirilən görüşlər və aparılan danışıqlar zamanı Azərbaycanın bir sıra məsələlərlə bağlı mövqeyi, artıq tarixə qovuşmuş Dağlıq Qarabağ münaqişəsi haqqında həqiqətlər, Ermənistanın törətdiyi hərbi, siyasi təxribatlar faktlarla diqqətə çatdırılıb, parlamentlər arasında əməkdaşlığın genişləndirilməsi üçün müzakirələr aparılıb. Eyni zamanda, Azərbaycan parlamentinin nümayəndə heyətləri müvafiq beynəlxalq təşkilatların işində fəal iştirak ediblər. Deputatlarımız beynəlxalq təşkilatların sessiya və konfranslarında iştirak edərək ölkəmizin bir çox məsələlərlə bağlı ədalətli mövqeyini diqqətə çatdırıblar. Həmçinin parlamentin rəhbərliyi, komitələrin sədrləri, beynəlxalq parlament təşkilatlarında nümayəndə heyətlərimizin başçıları öz həmkarları ilə onlayn rejimdə bir sıra görüşlər keçirib və müzakirələr aparıblar. Bu formatda keçirilən və deputatların iştirak etdiyi digər tədbirlər də Azərbaycan Respublikası Milli Məclisinin beynəlxalq əlaqələrinin inkişafı baxımından böyük əhəmiyyətə malikdir”.
Sevinc Fətəliyeva vurğulayıb ki, ötən il 44 günlük Vətən müharibəsi zamanı bütün cəmiyyətimiz kimi ölkə parlamenti də imkanlarını səfərbər edərək aktiv fəaliyyət göstərib. Belə ki, bu dövrdə Azərbaycanın parlament diplomatiyasının bütün imkanları tam haqlı olaraq Vətən müharibəsi ilə bağlı gerçəkliklər haqqında dünya ictimaiyyətini məlumatlandırmağa, Ermənistanın hərbi-siyasi rəhbərliyinin törətdiyi təxribatların beynəlxalq auditoriyaya çatdırılmasına səfərbər olundu. Azərbaycan Respublikası Milli Məclisi şanlı Ordumuzun əks-hücum əməliyyatlarına başladığı ilk anlardan etibarən beynəlxalq ictimaiyyəti məlumatlandırmaq, Ermənistanın dinc azərbaycanlı əhaliyə qarşı hərbi təxribatları, şəhər və rayonlarımızı artilleriya və raketlərdən atəşə tutması ilə bağlı həqiqətləri çatdırmaq məqsədilə milli parlamentlərə və beynəlxalq parlament təşkilatlarına müraciətlər ünvanlayıb. Vurğulamaq yerinə düşər ki, parlament rəhbərliyinin və dostluq qruplarının adından 88 ölkənin parlamentinə və 11 beynəlxalq təşkilata 140-dan çox məktub göndərilib. Eyni zamanda, bir sıra ölkələrin parlamentlərinin spikerləri və beynəlxalq təşkilatların rəhbərləri ilə telefon danışıqları aparılıb, bəzi ölkələrin səfirləri ilə görüşlər keçirilib, onlara Ermənistanın təcavüzü və təxribatları haqqında ətraflı məlumat verilib. Deputatın fikrincə, bütün bunlar Azərbaycan parlamentinin səmərəli beynəlxalq fəaliyyətinin göstəriciləridir.
Millət vəkili parlament diplomatiyasının uğurları sırasında Azərbaycan, Türkiyə və Pakistan parlamentlərinin sədrlərinin 2021-ci il 27 iyul tarixində Bakı şəhərində keçirilən üçtərəfli görüşündən sonra Bakı Bəyannaməsinin imzalanmasını xüsusi olaraq qeyd edib və söyləyib ki, sənəd yeni platformada çoxşaxəli fəaliyyəti özündə ehtiva edir. “Azərbaycan bütün dost dövlətlərlə dünyada və regionda sülhün, əmin-amanlığın, qarşılıqlı əməkdaşlığın tərəfdarı olaraq bundan sonra da yeni reallıqlar çərçivəsində dostluğa sadiq qalaraq fəaliyyət göstərəcək. Bu mənada, Bakı Bəyannaməsi böyük əhəmiyyət kəsb edir”, - deyə S.Fətəliyeva vurğulayıb.
Nardar BAYRAMLI
Xəbər lenti
Hamısına baxHadisə
15 İyun 23:03
Siyasət
15 İyun 22:20
YAP xəbərləri
15 İyun 21:46
Dünya
15 İyun 20:18
Siyasət
15 İyun 19:39
Siyasət
15 İyun 19:11
Hərbi
15 İyun 18:00
Dünya
15 İyun 17:42
Dünya
15 İyun 16:20
Dünya
15 İyun 15:33
Dünya
15 İyun 14:18
Siyasət
15 İyun 13:58
Dünya
15 İyun 13:29
Dünya
15 İyun 12:35
Dünya
15 İyun 11:24
Dünya
15 İyun 10:31
Dünya
15 İyun 09:52
Dünya
15 İyun 09:17
Hadisə
15 İyun 08:59
Dünya
15 İyun 08:25
Gündəm
15 İyun 07:54
Dünya
15 İyun 07:35
Gündəm
15 İyun 00:14
Gündəm
14 İyun 23:28
Siyasət
14 İyun 23:16
Xəbər lenti
14 İyun 21:52
Dünya
14 İyun 19:26
Xəbər lenti
14 İyun 18:43
Maraqlı
14 İyun 17:19
Dünya
14 İyun 16:34
Dünya
14 İyun 15:22
Dünya
14 İyun 14:40
Dünya
14 İyun 13:18
YAP xəbərləri
14 İyun 13:00
Hadisə
14 İyun 12:29
Dünya
14 İyun 11:47
YAP xəbərləri
14 İyun 11:40
Dünya
14 İyun 11:35
İdman
14 İyun 10:40
Hadisə
14 İyun 10:09
YAP xəbərləri
14 İyun 09:58
Sosial
14 İyun 09:32
Sosial
14 İyun 09:17
Sosial
14 İyun 08:52
Hadisə
14 İyun 08:39
Mədəniyyət
14 İyun 07:31
Gündəm
13 İyun 23:20
Hadisə
13 İyun 22:19
Sosial
13 İyun 21:37
Sosial
13 İyun 21:07
YAP xəbərləri
13 İyun 20:19
YAP xəbərləri
13 İyun 20:17
Xəbər lenti
13 İyun 19:50
YAP xəbərləri
13 İyun 18:58
YAP xəbərləri
13 İyun 18:15
YAP xəbərləri
13 İyun 16:21
Sosial
13 İyun 15:20
YAP xəbərləri
13 İyun 14:59
İdman
13 İyun 14:33
YAP xəbərləri
13 İyun 13:48
YAP xəbərləri
13 İyun 13:44
Gündəm
13 İyun 13:32
Gündəm
13 İyun 12:50
Siyasət
13 İyun 12:29
Gündəm
13 İyun 11:58
İqtisadiyyat
13 İyun 11:24
İqtisadiyyat
13 İyun 10:57
Siyasət
13 İyun 10:35
Sosial
13 İyun 10:13
Analitik
13 İyun 09:51

