Dost dosta tən gərək
20.12.2022 [10:15]
Azərbaycanın müştərək aqrar sığorta sistemi
Məqalə “Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyi”nin maliyyə dəstəyi ilə “Regionların sosial-iqtisadi inkişafının təşviq edilməsi” istiqaməti üzrə hazırlanmışdır
MÜBARİZ
Azərbaycanda aqrar sektorda müştərək sığorta sistemi tətbiq olunur. Necə deyərlər, dost dosta tən gərək. Respublikamızda aqrar sığorta mexanizmi mövcud reallıqlar nəzərə alınmaqla dövlət-özəl sektor tərəfdaşlığı konsepti əsasında hazırlanıb. Sığorta bazarının iştirakçısına çevrilən fermerlər fonda toplanan birgə vəsaitləri ilə özlərini risklərdən sığorta edirlər. Eyni zamanda, hesablanmış sığorta haqqının 50%-ni fermerlərə dəstək məqsədilə dövlət ödəyir.
Artan inam
Respublikamızın regionlarında aqrar sığorta sisteminin tətbiqinə 2020-ci ilin sonlarından başlanıb. Ölkəmizdə aqrar sığorta nisbətən yeni bir istiqamət olsa da, ona maraq və inam getdikcə artır. Hazırda aqrar sığorta bitkiçilik, heyvandarlıq və akvakultura sahələrini əhatə edir. Aqrar Sığorta Fondu tərəfindən 48 məhsul və 29 risk üzrə sığorta təminatı təqdim olunmaqdadır. Bitkiçilik məhsulları bir çox risklərdən, o cümlədən dolu, fırtına, qasırğa, sel və ya subasma, leysan, ildırım, şaxtavurma (donvurma), normadan artıq yağan qar yağıntıları və sair hallardan sığortalanır. Kənd təsərrüfatı heyvanlarının sığortalandığı risklər siyahısı da olduqca genişdir. Bura yoluxucu xəstəliklər, ilan və həşərat sancması, təbii fəlakətlər, zəhərli otlar və yemlərdən zəhərlənmə, vəhşi heyvanların hücumu, təbii fəlakətlər və yanğın, məcburi kəsim və s. risklər aiddir.
Kənd Təsərrüfatı Nazirliyindən “Yeni Azərbaycan”a verilən məlumatda bildirilir ki, regionlarda aqrar sektor məhsullarının risklərə qarşı müdafiəsi istehsalın davamlılığını təmin edən əsas və vacib amildir. Kənd təsərrüfatı sahələrinin baş verə biləcək risklərdən sığortalanması bölgələrdə məşğulluğun artırılmasına, ərzaq təhlükəsizliyinin daha da möhkəmlənməsinə, kənd təsərrüfatı sahəsində ixrac potensialının yaxşılaşdırılmasına imkan verəcək.
Regionlarda aqrar sığortanın əhatə dairəsi genişlənir
Bildirilir ki, Aqrar Sığorta Fondu respublikamızın bölgələrində aqrar sığorta filiallarının açılışını davam etdirir. Payızlıq əkinlərin sığortalanmasına görə müraciətlərin artması ilə bağlı yerlərdə fermerlərə kömək göstərmək, onları aqrar sığorta qaydaları haqqında məlumatlandırmaq məqsədilə növbəti filial Qubada fəaliyyətə başlayıb. Quba-Xaçmaz iqtisadi rayonunu əhatə edən filial Quba şəhərinin mərkəzində yerləşir. Filial Şabran, Xaçmaz, Quba, Qusar və Siyəzən rayonlarında fəaliyyət göstərən fermerlərə xidmət edəcək. Vurğulamaq yerinə düşər ki, bölgə iqtisadiyyatının əsasını kənd təsərrüfatı təşkil edir. Bu iqtisadi rayon əsasən tərəvəz və meyvə istehsalı üzrə ixtisaslaşıb.
Aqrar Sığorta Fondu fəaliyyətə başlayandan bəri Quba-Xaçmaz iqtisadi rayonunda təkcə bitkiçilik üzrə 2021-2022-ci ilin əkin mövsümlərində 8713 aqrar sığorta müqaviləsi üzrə 25000 hektara yaxın əkin sahəsi sığortalanıb. Bura buğda, arpa, soya, qarğıdalı sahələri, fındıq, alma və gilas bağları daxildir. Gəlirlərini qorumaq, fəaliyyətlərinin dayanıqlılığını təmin etmək məqsədilə aqrar sığorta xidmətlərindən istifadə edən fermerlərin sayı günbəgün artır. Quba şəhərinin mərkəzində açılan filial fermerlərə daha yaxın olmaq, yerlərdə onların tələb və təkliflərini dinləmək, müstəqil ekspertlərlə daha sıx və oprerativ əməkdaşlıq etmək imkanı yaradacaq.
Filialın açılış mərasimində çıxış edən Aqrar Sığorta Fondunun İdarə Heyətinin üzvü Roman Əmircanov bildirib ki, aqrar sahənin inkişafı istiqamətində həyata keçirilən islahatlardan biri olan aqrar sığorta sistemi fəaliyyət göstərdiyi qısa müddət ərzində ölkənin bütün bölgələrində istehsal həcminin təxminən 95%-ni əhatə edib. Bitkiçilik, heyvandarlıq və akvakultura sahəsində çalışan bütün fermerlər bu sistemin xidmətlərindən istifadə edə bilər. İlin sonuna qədər təkcə bitkiçilik üzrə fermerlərə zərər ödənişlərinin 3 milyon manata çatacağı gözlənilir.
Fermerlərə müraciət
Aqrar Sığorta Fondu fermerlərə müraciət edib: “Payızlıq əkinlərinizi dekabrın 30-dək sığortalayın”. Regionlarda payızlıq əkinlərin Elektron Kənd Təsərrüfatı İnformasiya Sistemində (EKTİS) bəyanı prosesi davam edir. Əkinlərin bəyanı prosesilə əlaqədar Aqrar Sığorta Fondu fermerlərə müraciət edib. Müraciətdə bildirilir ki, payızlıq əkinlərin bəyanı, sığortalanması və subsidiya üçün müraciətlər dekabrın 30-dək başa çatmalıdır.
Mövcüd qaydalara əsasən, 10 hektar və daha çox torpaq sahəsində əkilmiş, ölkənin ərzaq təhlükəsizliyinin təmin edilməsində mühüm rola malik olan 7 bitki - buğda, arpa, çəltik, çay, limon, fındıq və qarğıdalının sığortası icbaridir. Bu əkinlər üçün subsidiyalar yalnız aqrar sığorta olunmaqla verilir.
Fermer subsidiya almaq üçün lazım olan bütün sənədləri, o cümlədən aqrar sığorta müqaviləsi və aqrokimyəvi analizin nəticələrini EKTİS-də şəxsi kabinetinə yükləməlidir. Fonddan bildiriblər ki, payızlıq əkinlərin sığorta prosesi dekabrın 30-da dayandırılacaq.”Aqrar Sığorta Fondu payızlıq əkinlərin vaxtında sığortalanması üçün davamlı maarifləndirmə işləri aparır. Əkinləri bəyan edən fermerlərlə əlaqə saxlanılır, onlara aqrar sığorta tələbi xatırladılır, sığorta şərtləri və digər zəruri məlumatlar verilir. Əkinlərin sığortalanması proseduru elə sadələşdirilib ki, internet vərdişləri olmayan fermerlər də rahat şəkildə sığorta müqaviləsi bağlaya bilirlər” - deyə Fonddan bildirilib.
Müstəqil ekspertlər üçün təlimlər
Aqrar Sığorta Fondu aqrar sığorta fəaliyyəti üzrə müstəqil ekspert sertifikatı almaq istəyən namizədlər üçün təlimlər keçirəcək. Təlimlərdə iştirak etmək istəyən namizədlərin sənədlərinin qəbulu dekabrın 1-dən dekabrın 30-dək davam edəcək. Təlimlər 2023-cü il yanvar ayının 16-da başlayacaq və Aqrar Sığorta Fondunun inzibati binasında (Bakı şəhəri, Xətai rayonu, Nobel prospekti 175) keçiriləcək.
“Aqrar sığorta fəaliyyəti üzrə müstəqil ekspertlərin imtahanının keçirilməsi Qaydası”na əsasən imtahanlar bir mərhələdə keçiriləcək. İmtahan sualları yalnız təlim proqramını əhatə edir, eyni zamanda peşə təhsilli şəxslərə də (müvafiq sahə üzrə 5 illik iş təcrübəsinə malik olduqda) imtahanlarda iştirak imkanı yaradılır.
Təlimlər aşağıdakı növ sertifikatların verilməsi üçün müstəqil ekspert olmaq istəyən şəxslərin Azərbaycan Respublikasının Dövlət İmtahan Mərkəzi tərəfindən keçiriləcək imtahanlara buraxılması üçün təşkil olunur:
1. Kənd təsərrüfatı bitkilərinin və bitkiçilik məhsullarının (çoxillik əkmələr də daxil olmaqla) sığortası üzrə müstəqil ekspert sertifikatı;
2. Kənd təsərrüfatı heyvanlarının və kənd təsərrüfatı məqsədilə yetişdirilən heyvanların sığortası üzrə müstəqil ekspert sertifikatı;
3. Akvakultura məhsullarının sığortası üzrə müstəqil ekspert sertifikatı.
Təlimdə 71 ixtisas üzrə ali, orta ixtisas və ya peşə təhsilli şəxslər iştirak edə bilərlər.
Xəbər lenti
Hamısına baxDünya
27 Aprel 23:35
Elm
27 Aprel 23:11
Turizm
27 Aprel 22:47
Dünya
27 Aprel 22:39
Dünya
27 Aprel 22:14
Müsahibə
27 Aprel 21:50
İqtisadiyyat
27 Aprel 21:34
YAP xəbərləri
27 Aprel 21:25
İqtisadiyyat
27 Aprel 21:19
Müsahibə
27 Aprel 20:44
Dünya
27 Aprel 20:32
Elm
27 Aprel 20:17
Dünya
27 Aprel 19:54
Gündəm
27 Aprel 19:28
YAP xəbərləri
27 Aprel 19:27
Xəbər lenti
27 Aprel 19:21
Dünya
27 Aprel 19:10
Diaspor
27 Aprel 18:38
YAP xəbərləri
27 Aprel 17:37
Gündəm
27 Aprel 17:13
YAP xəbərləri
27 Aprel 16:38
Siyasət
27 Aprel 16:35
Xəbər lenti
27 Aprel 16:21
Sosial
27 Aprel 16:20
Siyasət
27 Aprel 16:20
Siyasət
27 Aprel 16:19
Sosial
27 Aprel 16:18
Sosial
27 Aprel 16:18
Xəbər lenti
27 Aprel 16:17
Sosial
27 Aprel 16:17
Sosial
27 Aprel 16:14
İdman
27 Aprel 16:13
Dünya
27 Aprel 16:13
Sosial
27 Aprel 15:57
Gündəm
27 Aprel 15:53
YAP xəbərləri
27 Aprel 15:52
Elm
27 Aprel 15:52
YAP xəbərləri
27 Aprel 15:22
Dünya
27 Aprel 15:18
Siyasət
27 Aprel 15:02
Siyasət
27 Aprel 15:01
Siyasət
27 Aprel 15:00
Siyasət
27 Aprel 15:00
YAP xəbərləri
27 Aprel 14:53
YAP xəbərləri
27 Aprel 14:39
Dünya
27 Aprel 14:35
Sosial
27 Aprel 14:26
Dünya
27 Aprel 14:10
Dünya
27 Aprel 13:58
İqtisadiyyat
27 Aprel 13:46
Dünya
27 Aprel 13:21
YAP xəbərləri
27 Aprel 13:03
Dünya
27 Aprel 12:45
Gündəm
27 Aprel 12:42
Xəbər lenti
27 Aprel 12:22
Dünya
27 Aprel 12:17
YAP xəbərləri
27 Aprel 12:09
Gündəm
27 Aprel 11:56
Gündəm
27 Aprel 11:55
Dünya
27 Aprel 11:50
Dünya
27 Aprel 11:24
Siyasət
27 Aprel 11:23
Sosial
27 Aprel 11:20
Siyasət
27 Aprel 11:08
İqtisadiyyat
27 Aprel 10:59
Ədəbiyyat
27 Aprel 10:52
YAP xəbərləri
27 Aprel 10:50
Hadisə
27 Aprel 10:49
İqtisadiyyat
27 Aprel 10:48
İqtisadiyyat
27 Aprel 10:47

