Dövlətimizin gənclər siyasəti
30.12.2022 [10:19]
Uşaqların fiziki-mənəvi inkişafı gələcəyimizin təminatıdır
Yeganə BAYRAMOVA
Uşaqların, yeniyetmələrin və gənclərin fiziki, eləcə də mənəvi inkişafı cəmiyyətimiz üçün layiqli vətəndaşlar olaraq yetişmələri hər zaman diqqət mərkəzində olmalıdır. Çünki gənclərin, yeniyetmələrin fiziki cəhətdən sağlam olmaları, hərtərəfli biliyə, geniş dünyagörüşə yiyələnən şəxsiyyət kimi formalaşmaları öz aktuallığını hər zaman qoruyur. Məhz bu baxımdan ölkəmizdə uşaqların, ümumilikdə gənc nəslin fiziki cəhətdən sağlam böyüməsi ilə yanaşı, intellektual inkişafı üçün imkanlar yaradılıb
Təbii ki, gənc nəslin sağlam, fiziki cəhətdən güclü yetişməsi üçün idmanın rolu danılmazdır və məhz bu baxımdan idmanın inkişafına ölkəmizdə xüsusi önəm verilir, diqqət yetirilir. Bu işlərin əsası, əlbəttə ki, Azərbaycan xalqının fiziki, eləcə də mənəvi sağlamlığına çalışan ulu öndər
Heydər Əliyev tərəfindən qoyulub və bu gün həmin işlər cənab Prezident
İlham Əliyev tərəfindən uğurla davam etdirilir. Məhz uşaqların, yeniyetmələrin və gənclərin mənəvi, eləcə də fiziki inkişafında mühüm rol oynayan idman sahəsinin maddi-texniki bazasının yaradılması bu sahəyə ayrılan diqqət və qayğının bariz nümunəsidir.
Əlbəttə ki, beynəlxalq səviyyəli idman yarışlarında ölkəmizin bayrağının dəfələrlə yüksəyə qaldırılması, idmançılarımızın uğurları, qələbələri, vətənə medalla qayıtmaları onu deməyə əsas verir ki, idman sahəsində böyük yüksəlişə nail olunub. Şübhəsiz ki, bütün bunlar səbəbsiz deyil, olimpiya idman komplekslərinin, idman zallarının inşası, bir sözlə, idman sahəsinə dövlət qayğısı sayəsində reallaşıb. Tamaşaçı tutumu 70 min nəfər olan Bakı Olimpiya Stadionu, Milli Gimnastika Arenası, Su İdmanı Sarayı və Bakı Atıcılıq Mərkəzi, həmçinin, Bakıda idman şəhərciyinin fəaliyyəti bu sahədə görülən irimiqyaslı işlərin, idman sahəsinə dövlət qayğısının bariz nümunəsidir.
Uşaq və gənclərin fiziki və mənəvi inkişafı onların mövcud olduğu cəmiyyətin, ölkələrinin, hətta mənsub olduqları xalqın inkişaf göstəricisidir, desək, yanılmarıq. Çünki uşaq öz böyüdüyü mühitdə görüb-götürdüklərini gələcəkdə də nəinki nümayiş etdirir, hətta tətbiq etməyi lazım bilir. Məhz buna görə də respublikamızda uşaqlara dövlət qayğısının gücləndirilməsi, diqqətin artırılması, uşaqlarla bağlı demoqrafik perspektivlərin müəyyənləşdirilməsi məqsədilə mütəmadi olaraq dövlət proqramlarının həyata keçirilməsi istiqamətində ölkə başçısı tərəfindın sərəncamlar imzalanır. Sözsüz ki, görülən işlər, atılan addımlar onu deməyə əsas verir ki, uşaq və gənclərin fiziki və mənəvi inkişafı ölkəmizin əsas prioritetlərindəndir.
Ölkəmizdə uşaq və gənclərin həyatını dəyişən, onlara hərtərəfli stimul verən, uşaq və gənclərin mənəvi və fiziki inkişafı üçün geniş şərait yaradan normativ aktlar da mövcuddur. 2005-2009-cu illəri əhatə edən gənclərlə bağlı Dövlət Proqramı bu sənədlərdəndir. Bu Dövlət Proqramı sözsüz ki, uşaq və yeniyetmələrin, eləcə də gənclərin inkişafı üçün geniş şəraitin yaradılması məqsədi daşıyırdı və bunun da nəticəsi özünü göstərməkdədir. Bu Dövlət Proqramı çərçivəsində görülən işlər, gənclərin potensialından ölkənin mənafeyi naminə tam və düzgün istifadə olunması, onların faydalı məşğulluğunun təmin edilməsi, dövlət idarəçiliyi sistemində iştirakının gerçəkləşdirilməsi yönündə ciddi irəliləyişə gətirib çıxardı.
Dövlət başçısının uşaq və gənclərin fiziki və mənəvi inikişafına diqqət və qayğısı dəfələrlə öz təsdiqini tapıb. Məsələn, 2007-ci ilin “Gənclər ili” elan edilməsi, “2007-2015-ci illərdə Azərbaycan gənclərinin xarici ölkələrdə təhsili üzrə Dövlət Proqramının təsdiq edilməsi” barədə Sərəncam imzalanması və bu proqram çərçivəsində 5 mindən artıq gəncin dünyanın nüfuzlu ali məktəblərində təhsil almağa göndərilməsini söyləyə bilərik. 19 dekabr 2011-ci il tarixində Azərbaycan Respublikasının Prezidenti yanında Gənclər Fondunun yaradılması barədə Sərəncam imzalanması, ölkə gənclərinin hərtərəfli inkişafını təmin etmək məqsədilə “2015-2025-ci illərdə Azərbaycan gənclərinin İnkişaf Strategiyası”nın təsdiq olunması sadalananların ölkə başçısının diqqət və qayğısının bariz nümunəsidir.
Uşaq və gənclərin fiziki və mənəvi inkişafı, onların müdafiəsi istiqamətində ölkəmizin gördüyü işlər təsdiq edir ki, gənclərimizin gələcəyi etibarlı əllərdədir. Əminliklə deyə bilərik ki, uşaqların, gənclərin layiqli vətəndaş kimi böyüməsi, təhsil alması, cəmiyyətdə mövqe tutması üçün Azərbaycan dövləti mümkün olan bütün imkan və şəraiti yaradıb. Heç şübhəsiz ki, bundan sonra da bu siyasətin davam etdiriləcəyi, uşaqların və gənclərin istər fiziki, istər intellektual, istər mənəvi, istərsə də digər istiqamətdə inkişafının təmin edilməsi üçün müvafiq addımlar atılacaq. Bu addımların isə məntiqi nəticəsi olaraq uşaqların, gənclərin gələcəkdə də fiziki və mənəvi inkişafı barədə nikbin proqnozlar vermək olar. Çünki atılan addımlar buna əsaslı zəmin yaradır.
Məqalə “Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyi”nin maliyyə dəstəyi ilə “Uşaq və gənclərin fiziki və mənəvi inkişafı” istiqaməti üzrə hazırlanmışdır
Xəbər lenti
Hamısına baxİdman
19 Oktyabr 23:17
Dünya
19 Oktyabr 22:55
Dünya
19 Oktyabr 22:12
Sosial
19 Oktyabr 21:49
Dünya
19 Oktyabr 21:13
Mədəniyyət
19 Oktyabr 21:09
Dünya
19 Oktyabr 20:41
İdman
19 Oktyabr 20:19
Siyasət
19 Oktyabr 20:18
YAP xəbərləri
19 Oktyabr 19:06
İqtisadiyyat
19 Oktyabr 18:53
YAP xəbərləri
19 Oktyabr 18:26
Müsahibə
19 Oktyabr 18:25
Elm
19 Oktyabr 18:23
Siyasət
19 Oktyabr 18:12
Sosial
19 Oktyabr 18:11
Xəbər lenti
19 Oktyabr 18:07
Elanlar
19 Oktyabr 18:07
YAP xəbərləri
19 Oktyabr 18:04
Sosial
19 Oktyabr 17:47
Mədəniyyət
19 Oktyabr 17:22
Dünya
19 Oktyabr 17:16
İqtisadiyyat
19 Oktyabr 16:46
Siyasət
19 Oktyabr 16:37
Xəbər lenti
19 Oktyabr 16:36
Hadisə
19 Oktyabr 16:36
Dünya
19 Oktyabr 16:12
Sosial
19 Oktyabr 15:45
İdman
19 Oktyabr 15:45
YAP xəbərləri
19 Oktyabr 15:41
YAP xəbərləri
19 Oktyabr 15:35
Siyasət
19 Oktyabr 15:27
YAP xəbərləri
19 Oktyabr 15:04
Elanlar
19 Oktyabr 15:02
Sosial
19 Oktyabr 14:54
Gündəm
19 Oktyabr 14:33
Sosial
19 Oktyabr 14:13
Sosial
19 Oktyabr 14:12
İqtisadiyyat
19 Oktyabr 14:12
İqtisadiyyat
19 Oktyabr 14:11
Sosial
19 Oktyabr 14:10
Mədəniyyət
19 Oktyabr 14:09
Dünya
19 Oktyabr 14:08
YAP xəbərləri
19 Oktyabr 13:43
YAP xəbərləri
19 Oktyabr 13:39
Siyasət
19 Oktyabr 13:02
YAP xəbərləri
19 Oktyabr 12:50
YAP xəbərləri
19 Oktyabr 12:49
YAP xəbərləri
19 Oktyabr 12:25
YAP xəbərləri
19 Oktyabr 12:10
Sosial
19 Oktyabr 11:41
Sosial
19 Oktyabr 11:39
Sosial
19 Oktyabr 11:39
YAP xəbərləri
19 Oktyabr 11:36
YAP xəbərləri
19 Oktyabr 10:54
Dünya
19 Oktyabr 10:47
Dünya
19 Oktyabr 09:41
Dünya
19 Oktyabr 09:17
Dünya
19 Oktyabr 08:59
Dünya
19 Oktyabr 08:30
Maraqlı
18 Oktyabr 20:31
Dünya
18 Oktyabr 19:17
Dünya
18 Oktyabr 18:40
Dünya
18 Oktyabr 17:25
Analitik
18 Oktyabr 16:30
Analitik
18 Oktyabr 16:22
Dünya
18 Oktyabr 16:18
Analitik
18 Oktyabr 16:13
Analitik
18 Oktyabr 16:10
Dünya
18 Oktyabr 15:31

