Daim gəncləşən gənclər siyasəti
17.01.2023 [10:54]
Nicat Dilqəmli
Gənc nəslin milli mənlik şüurunun inkişaf etdirilməsi, gənclərin vətənpərvər ruhda tərbiyə edilməsi dövlətin müəyyən etdiyi prioritet istiqamətlərdən biridir. Azərbaycanda gənclər siyasətinin əsası ulu öndər Heydər Əliyev tərəfindən qoyulub. Ötən əsrin 90-cı illərinin əvvəllərində dünyada, o cümlədən Azərbaycanda baş verən ictimai-siyasi hadisələr dəyişdikcə, gənclər qarşısında duran problemlər və onların həlli yolları da dəyişməyə başladı. Ümummilli liderimiz Heydər Əliyev gənc nəslin mütəşəkkil formada yetişdirilməsi üçün 1994-cü il iyulun 26-da Gənclər və İdman Nazirliyini yaratdı. Nazirlik yaradıldıqdan sonra dövlət gənclər siyasəti sahəsində mühüm işlər həyata keçirməyə başladı.
Bu siyasətin davamı olaraq 1996-cı il yanvarın 26-da Heydər Əliyevin imzaladığı Sərəncama əsasən, fevralın 2-də Azərbaycan Respublikası gənclərinin ilk forumunun keçirilməsi qərara alındı. Bu forumun keçirilməsi ilə dövlət siyasətində gənclərə diqqət, qayğı daha da artırıldı. Forum müstəqil Azərbaycan Respublikasının gəncləri qarşısında duran mühüm vəzifələrin həyata keçirilməsində ölkə gənclərinin hər bir sahədə fəal iştirak etməyə hazır olduğunu nümayiş etdirdi və gənclərlə işin nəzərəçarpacaq dərəcədə canlanmasına səbəb oldu.
Ümummilli lider Heydər Əliyev gənclər siyasətinin uğurla həyata keçirilməsi məqsədi ilə bu sahənin zəruri qanunvericilik bazasının formalaşdırılmasını təmin etdi. Bu yerdə gənclərin sosial, iqtisadi və s. problemlərinin həllinə yönəldilən, onların öz qabiliyyətlərinin inkişaf etdirmələrinə kömək edən fərman və sərəncamları, dövlət proqramlarını qeyd etməkdə xüsusi fayda var. Qanunlar, fərman, sərəncam və dövlət proqramları gənc nəslin mütəşəkkil qüvvə kimi formalaşmasına, onların mənəvi-ideoloji cəhətdən tam yetkinləşməsinə, sosial problemlərinin həllinə, faydalı məşğulluğunun təmin olunmasına son dərəcə müsbət təsir göstərib.
Ulu Öndərin gəncliyə və gənclərə etimadı bu gün artıq öz təsdiqini tapmaqdadır. Bu gün ölkəmizdə gənclər siyasəti mahiyyət və keyfiyyətcə yeni mərhələsini yaşayır. Bu siyasət Heydər Əliyevin davamçısı, dövlət başçısı İlham Əliyev tərəfindən uğurla davam etdirilir. Gənclərin mənəvi inkişafı, vətənpərvərlik tərbiyəsi, onlar üçün xarici ölkələrdə təhsil almaq imkanlarının yaradılması, sosial müdafiəyə ehtiyacı olanların problemlərinin həlli istiqamətində görülən işlər, gənclər təşkilatlarının formalaşması və inkişafı üçün yaradılan şərait və imkanlar bunun əyani sübutudur.
Azərbaycan gəncləri də dövlətin, Prezidentin yanında olduqlarını hər zaman böyük qürur və fəxarət hissi ilə dilə gətirirlər. 44 günlük Vətən müharibəsi dövründə ölkə gənclərinin Dəmir yumruğun ətrafında sıx birləşərək qəhrəmanlıq nümayiş etdirməsi bu sadiqliyi nümayiş etdirən ən gözəl, aydın nümunələrdən biri, elə bəlkə də birincisidir. Azərbaycan tarixinin şərəf səhifələrinin yazıldığı bu dövrdə - 44 günlük Vətən müharibəsi dövründə - gənclər istər ön, istərsə də arxa cəbhədə bütün imkanlarını səfərbər edərək Zəfər yolunda yüksək iradə, əzmlə irəliləyirdilər. Bu birlik, həmrəylik, mübarizə Vətən müharibəsindən sonra da davam etməkdədir. Gənclər ümummilli məsələlərdə dövlətin yanındadırlar, hər zaman öz dəstəklərini ifadə edirlər. Azərbaycanın təbii sərvətlərinin qanunsuz istismarına son qoyulmasını, “Qızılbulaq” qızıl və “Dəmirli” mis-molibden yataqlarının monitorinq aparılmasının təmin olunmasını tələb edən Azərbaycan ekoloqlarının, qeyri-hökumət təşkilatlarının nümayəndələrinin, fəalların və könüllülərin iştirakı ilə Laçın-Şuşa yolunda keçirilən etiraz aksiyasında iştirak edənlərin əksəriyyəti gənclərdir. Bir aydan çoxdur davam edən etiraz aksiyasında havanın qarlı-şaxtalı keçməsinə baxmayaraq, gənclər bir neçə dildə öz şüarlarını səsləndirməyə davam edirlər.
Azərbaycanlı ekofəallar tərəfindən keçirilən aksiyanı dövlətimizin başçısı da yüksək qiymətləndirib. Bu ayın 10-da yerli televiziya kanallarına müsahibəsində Prezident İlham Əliyev orada gənclərin iştirak etməsi məsələsinə xüsusi olaraq diqqət çəkib: “İlk növbədə, o gənclərə “Eşq olsun!” demək istəyirəm, onlar bizim fəxrimizdir. Qeyd etdiyiniz kimi, gecə-gündüz şaxtalı-qarlı havada oradadırlar, öz haqlarını tələb edirlər və bir daha Azərbaycan gəncinin nə qədər yüksək keyfiyyətlərə malik olmasını bütün dünyaya göstərirlər”.
Dövlət başçısının bu fikirləri ölkə gənclərini, ələlxüsus da aksiyada iştirak edən gəncləri daha da ruhlandırıb. Aksiya iştirakçıları təəssüratlarını “Yeni Azərbaycan” qəzeti ilə də bölüşüblər.
Aksiya iştirakçısı olan “Qeyd-Sosial Maarifləndirmə” İctimai Birliyinin sədri Tural Nurməmmədov qəzetimizə açıqlamasında bildirib ki, dövlət başçımız tərəfindən aksiya iştirakçılarına yüksək qiymətin verilməsi olduqca qürurvericidir: “Gənclər olaraq hər zaman dövlətimizin yanındayıq. Cənab Prezidentin rəhbərliyi ilə həyata keçirilən gənclər siyasətinin bir parçası olmaq, ümummilli məsələlərdə dövlətimizə dəstək ifadə etmək hər bir Azərbaycan gənci üçün böyük şərəfdir. Aksiyada paytaxtda yaşayan gənclərlə bərabər ölkənin müxtəlif regionlarından olan gənclər də iştirak edirlər. Havanın soyuq, şaxtalı keçməsinə baxmayaraq, aksiya iştirakçıları öz etirazlarını yüksək əhvali-ruhiyyə ilə davam etdirirlər. Əminəm ki, bu aksiya öz müsbət nəticəsi ilə çox yaxın günlərdə bizləri sevindirəcək”.
YAP üzvü Ruslan Qasımov da aksiyada aktiv iştirak edən gənclərdəndir. R.Qasımov qeyd edib ki, dövlət başçımızın aksiyada iştirak edən gənclər barədə səsləndirdiyi müsbət fikirlər aksiya iştirakçılarını daha da ruhlandırıb: “Ekofəallar və vətəndaş cəmiyyətinin üzvləri - Azərbaycanın gənc könüllüləri qarlı-şaxtalı hava şəraitinə baxmayaraq, qanunsuz istismar və talana etirazlarını bildirir, ekoloji terrora son qoyulmasını tələb edirlər. Sevindirici haldır ki, artıq bir aydan çoxdur Laçın-Xankəndi yolunda davam edən aksiyaya qoşulan gənclərin sayı hər gün artmaqdadır. Laçın-Xankəndi yolunda davam edən haqlı etiraz aksiyamızı müxtəlif xarici media qurumları ictimaiyyətə dezinformasiya olaraq yaymağa çalışırlar. Bu proses dinc aksiyadır, əsas tələbimiz isə sadəcə ekoloji terrora son qoyulması, Xankəndidə olan təbii sərvətlərimizin qanunsuz talanmasının qarşısının alınmasıdır. Xüsusilə qeyd etmək istəyirəm ki, dövlət başçımızın aksiya iştirakçısı olan gənclərə yüksək qiymət verməsi onları daha da ruhlandırıb. İnanıram ki, bu mübarizəmiz yaxın zamanda öz müsbət nəticəsini verəcək”.
Məqalə “Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyi”nin maliyyə dəstəyi ilə “Gənc nəslin milli mənlik şüurunun inkişaf etdirilməsi və vətənpərvərlik hisslərinin tərbiyəsi” istiqaməti üzrə hazırlanmışdır
Xəbər lenti
Hamısına baxİdman
19 Oktyabr 23:17
Dünya
19 Oktyabr 22:55
Dünya
19 Oktyabr 22:12
Sosial
19 Oktyabr 21:49
Dünya
19 Oktyabr 21:13
Mədəniyyət
19 Oktyabr 21:09
Dünya
19 Oktyabr 20:41
İdman
19 Oktyabr 20:19
Siyasət
19 Oktyabr 20:18
YAP xəbərləri
19 Oktyabr 19:06
İqtisadiyyat
19 Oktyabr 18:53
YAP xəbərləri
19 Oktyabr 18:26
Müsahibə
19 Oktyabr 18:25
Elm
19 Oktyabr 18:23
Siyasət
19 Oktyabr 18:12
Sosial
19 Oktyabr 18:11
Xəbər lenti
19 Oktyabr 18:07
Elanlar
19 Oktyabr 18:07
YAP xəbərləri
19 Oktyabr 18:04
Sosial
19 Oktyabr 17:47
Mədəniyyət
19 Oktyabr 17:22
Dünya
19 Oktyabr 17:16
İqtisadiyyat
19 Oktyabr 16:46
Siyasət
19 Oktyabr 16:37
Xəbər lenti
19 Oktyabr 16:36
Hadisə
19 Oktyabr 16:36
Dünya
19 Oktyabr 16:12
Sosial
19 Oktyabr 15:45
İdman
19 Oktyabr 15:45
YAP xəbərləri
19 Oktyabr 15:41
YAP xəbərləri
19 Oktyabr 15:35
Siyasət
19 Oktyabr 15:27
YAP xəbərləri
19 Oktyabr 15:04
Elanlar
19 Oktyabr 15:02
Sosial
19 Oktyabr 14:54
Gündəm
19 Oktyabr 14:33
Sosial
19 Oktyabr 14:13
Sosial
19 Oktyabr 14:12
İqtisadiyyat
19 Oktyabr 14:12
İqtisadiyyat
19 Oktyabr 14:11
Sosial
19 Oktyabr 14:10
Mədəniyyət
19 Oktyabr 14:09
Dünya
19 Oktyabr 14:08
YAP xəbərləri
19 Oktyabr 13:43
YAP xəbərləri
19 Oktyabr 13:39
Siyasət
19 Oktyabr 13:02
YAP xəbərləri
19 Oktyabr 12:50
YAP xəbərləri
19 Oktyabr 12:49
YAP xəbərləri
19 Oktyabr 12:25
YAP xəbərləri
19 Oktyabr 12:10
Sosial
19 Oktyabr 11:41
Sosial
19 Oktyabr 11:39
Sosial
19 Oktyabr 11:39
YAP xəbərləri
19 Oktyabr 11:36
YAP xəbərləri
19 Oktyabr 10:54
Dünya
19 Oktyabr 10:47
Dünya
19 Oktyabr 09:41
Dünya
19 Oktyabr 09:17
Dünya
19 Oktyabr 08:59
Dünya
19 Oktyabr 08:30
Maraqlı
18 Oktyabr 20:31
Dünya
18 Oktyabr 19:17
Dünya
18 Oktyabr 18:40
Dünya
18 Oktyabr 17:25
Analitik
18 Oktyabr 16:30
Analitik
18 Oktyabr 16:22
Dünya
18 Oktyabr 16:18
Analitik
18 Oktyabr 16:13
Analitik
18 Oktyabr 16:10
Dünya
18 Oktyabr 15:31

