Xalqla iqtidar arasında birlik varsa...
07.02.2023 [10:45]
İctimai və dövlət maraqlarının müdafiəsi
Məqalə “Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyi”nin maliyyə dəstəyi ilə “İctimai və dövlət maraqlarının müdafiəsi” istiqaməti üzrə hazırlanmışdır
Nicat Dilqəmli
İctimai və dövlət maraqlarının müdafiəsi sözün bütün mənalarında olduqca əhəmiyyətlidir. Bu yerdə ictimai maraqların dövlət-vətəndaş münasibətlərinə təsir imkanlarına malik olmasını xüsusi olaraq qeyd etməkdə fayda var. Sevindirici haldır ki, Azərbaycanda dövlət və ictimai maraqların təmin edilməsi dövlət siyasətinin prioritet istiqamətlərindən biri olaraq müəyyən edilib. Ölkəmizdə ictimai və dövlət maraqlarının müdafiəsi uğurla həyata keçirilən dövlət siyasəti nəticəsində təmin edilməkdədir.
Prezident İlham Əliyevin “Bizim siyasətimizin təməlində dövlət maraqları, xalqla iqtidar arasında birlik dayanır” fikirləri də təsdiq edir ki, Azərbaycanda dövlət və cəmiyyət maraqlarının mükəmməl vəhdəti mövcuddur və bu siyasət ümummilli lider Heydər Əliyevin müəllifi olduğu azərbaycançılıq ideologiyasına əsaslanır. Cəmiyyətin rifah halının yaxşılaşdırılması, sosial islahatların həyata keçirilməsi və bu kimi digər bütün mühüm addımlar ölkəmizdə ictimai maraqların müdafiə edildiyinin təsdiqidir.
“Ölkədə ictimai-siyasi həmrəylik sabitlik deməkdir. Hansı ölkədə ictimai-siyasi sabitlik varsa, o ölkədə inkişaf var, həmin ölkəyə xarici investorların marağı var və ölkənin dünya dövlətləri sırasında və beynəlxalq təşkilatların yanında sabit, stabil dövlət kimi nüfuzu var. Və təbii ki, bu ölkəyə maraqlar artır. Bu baxımdan, hesab edirəm ki, siyasi və ictimai sabitliyin təmin olunmasında dövlətin özünün də mühüm rolu olmalıdır”. Bu fikirləri “Yeni Azərbaycan” qəzetinə açıqlamasında Demokratiya və İnsan Hüquqları Komitəsinin sədri, hüquq üzrə fəlsəfə doktoru Çingiz Qənizadə səsləndirib.
Hüquq müdafiəçisi fikirlərinə belə davam edib: “Yəni demokratik dəyərlər, insan hüquq və azadlıqları, ədalətli məhkəmə və vergi sistemləri və əhalinin işlə təmin olunması məsələsinin yüksələn xətlə təminatı bu amillərdən biridir. Şükürlər olsun ki, Azərbaycan ictimai-siyasi sabitliyi olan dövlətlərdən biridir və dövlətlə vətəndaş arasında həmrəylik, mehriban münasibətlər var”.
Ç.Qənizadə dünyada baş verən tənəzzül və iqtisadi böhranların Azərbaycana təsiri olduqda dövlətin bu təsirləri balanslaşdırmaq üçün həyata keçirdiyi tədbirlərdən də söz açıb: “Dövlət pensiyaların, əməkhaqlarının artırılması ilə bu məsələni tənzimləməyə çalışır. Bu da təbii ki, insanlar tərəfindən müsbət dəyərləndirilir”.
Siyasi partiyaların həmrəyliyindən danışan komitə sədri fövqəladə vəziyyətlərdə bütün partiyaların vahid bir mövqedən çıxış etməsinin zəruriliyindən də bəhs edib: “Dövlətimizə təhdid, təhlükə və digər fövqəladə vəziyyətlərdə, yəni hər hansı bir fors-major vəziyyətində bütün maraqlar kənara qoyularaq partiyalar dövlətin yanında olması həmrəylik deməkdir. Normal dövlətdə siyasi partiyaların fəaliyyətinə yaradılmış şəraitdə təbii ki, partiyalarda fikir ayrılığı və müxtəlifliyi ola bilər. Müəyyən məsələlərə baxışları müxtəlif ola bilər və bunu da normal şəkildə işıqlandırmaq, cəmiyyətə çatdırmaq, dövlətin özünün diqqətinə çatdırmaq siyasi partiyaların fəaliyyət formasının əsas bazasını təşkil edir. Partiyalar radikallıqdan əl çəkməli və özünün düşündüyü, düzgün hesab etdiyi məsələləri paket şəklində dövlətə, parlamentə çatdırmalı və onun reallaşması üçün əsaslı arqumentləri ortaya qoymalıdırlar”.
Ç.Qənizadə Azərbaycanda mövcud olan siyasi partiyaların həmrəylik modelinə diqqət çəkərək 44 günlük İkinci Qarabağ müharibəsində daha da möhkəmlənən, bu gün də yüksək səviyyədə davam etməkdə olan həmrəylikdən danışıb: “Biz artıq siyasi partiyaların həmrəyliyini yaşadıq. 44 günlük Vətən müharibəsi dövründə Azərbaycanda fəaliyyətdə olan demək olar ki, bütün partiyaların həmrəyliyini qazana bildik. Onların hər biri Ordumuzun, Ali Baş Komandanın yanında olmağı bacardı”.
“Bu həmrəylik, birlik bizi qələbəyə aparan amillərdən birinə çevrildi. Cəbhədə döyüşən əsgərlərimiz bilirdilər ki, 10 milyonluq xalq onların arxasındadır və bu, onlara ruh, qüvvət verirdi. Həm siyasi partiyaların həmrəyliyi, həm də ictimai və siyasi sabitliyin və birliyin əldə olunmasından irəli gələn hallar bizi qələbəyə apardı”, - deyə Ç.Qənizadə fikirlərinə yekun vurub.
Xəbər lenti
Hamısına baxİqtisadiyyat
27 Aprel 21:19
Müsahibə
27 Aprel 20:44
Dünya
27 Aprel 20:32
Elm
27 Aprel 20:17
Dünya
27 Aprel 19:54
YAP xəbərləri
27 Aprel 19:27
Xəbər lenti
27 Aprel 19:21
Dünya
27 Aprel 19:10
Diaspor
27 Aprel 18:38
YAP xəbərləri
27 Aprel 17:37
YAP xəbərləri
27 Aprel 16:38
Siyasət
27 Aprel 16:35
Xəbər lenti
27 Aprel 16:21
Sosial
27 Aprel 16:20
Siyasət
27 Aprel 16:20
Siyasət
27 Aprel 16:19
Sosial
27 Aprel 16:18
Sosial
27 Aprel 16:18
Xəbər lenti
27 Aprel 16:17
Sosial
27 Aprel 16:17
Sosial
27 Aprel 16:14
İdman
27 Aprel 16:13
Dünya
27 Aprel 16:13
Sosial
27 Aprel 15:57
Gündəm
27 Aprel 15:53
YAP xəbərləri
27 Aprel 15:52
Elm
27 Aprel 15:52
YAP xəbərləri
27 Aprel 15:22
Dünya
27 Aprel 15:18
Siyasət
27 Aprel 15:02
Siyasət
27 Aprel 15:01
Siyasət
27 Aprel 15:00
Siyasət
27 Aprel 15:00
YAP xəbərləri
27 Aprel 14:53
Gündəm
27 Aprel 14:42
YAP xəbərləri
27 Aprel 14:39
Dünya
27 Aprel 14:35
Sosial
27 Aprel 14:26
Dünya
27 Aprel 14:10
Dünya
27 Aprel 13:58
İqtisadiyyat
27 Aprel 13:46
Dünya
27 Aprel 13:21
Gündəm
27 Aprel 13:13
YAP xəbərləri
27 Aprel 13:03
Dünya
27 Aprel 12:45
Gündəm
27 Aprel 12:42
Xəbər lenti
27 Aprel 12:22
Dünya
27 Aprel 12:17
YAP xəbərləri
27 Aprel 12:09
Gündəm
27 Aprel 11:56
Gündəm
27 Aprel 11:55
Dünya
27 Aprel 11:50
Dünya
27 Aprel 11:24
Siyasət
27 Aprel 11:23
Sosial
27 Aprel 11:20
Siyasət
27 Aprel 11:08
İqtisadiyyat
27 Aprel 10:59
Ədəbiyyat
27 Aprel 10:52
YAP xəbərləri
27 Aprel 10:50
Hadisə
27 Aprel 10:49
İqtisadiyyat
27 Aprel 10:48
İqtisadiyyat
27 Aprel 10:47
Dünya
27 Aprel 10:43
Sosial
27 Aprel 10:35
İdman
27 Aprel 10:16
YAP xəbərləri
27 Aprel 09:58
Dünya
27 Aprel 09:58
Hadisə
27 Aprel 09:25
İdman
27 Aprel 08:52
Dünya
27 Aprel 08:19

