Mina terroruna qarşı mübarizə davam edir
08.02.2023 [10:23]
Nicat Dilqəmli
44 günlük Vətən müharibəsində qazanılan parlaq, uğurlu nəticə Azərbaycan dövlətinin gücünü, xalqımızın mübarizə əzmini bir daha bütün dünyaya nümayiş etdirmiş oldu. Bununla da 30 ilə yaxın işğal altında saxlanılan dədə-baba yurdlarımız öz tarixi sahiblərinə qayıtdı və xalq-iqtidar-ordu birliyinin nəticəsində tarixi ədalət bərqərar oldu. Postmüharibə dövründə, həm də Ermənistan tərəfinin çirkin niyyətlərə söykənən qeyri-insani əməlləri də ifşa olundu - bütün dünya onların hansı “məqsədlərə” xidmət etdiklərinin şahidinə çevrildi. İşğal dövründə Azərbaycanın tarixi torpaqlarında hər növ vəhşiliklər törədən Ermənistan hələ də bu niyyətindən əl çəkmək niyyətində görünmür. Müharibənin başa çatmasına baxmayaraq, bu günə qədər xeyli vətəndaşımız mina terrorunun qurbanına çevrilib. Müvafiq qurumlar tərəfindən aparılan minatəmizləmə işlərinin yüksək templə irəliləməsinə baxmayaraq, hələ də torpaqlarımızın böyük bir hissəsi gediş-gəliş üçün vətəndaşların ixtiyarına verilə bilmir.
Məlum olduğu kimi, məsuliyyətli dövlət olan Azərbaycan işğaldan azad etdiyi torpaqlarda abadlıq-bərpa-quruculuq işlərinin miqyasına, bu günə qədər görülən işlərin nəticəsində əldə edilən uğurlu nəticələrə görə sözün yaxşı mənasında bütün dünya ictimaiyyətinin diqqətini özünə çəkməyi bacarıb. Lakin əfsuslar olsun ki, işğaldan azad edilmiş ərazilərdə infrastruktur layihələrinin tam şəkildə reallaşması minalanmış ərazilərin mövcudluğuna görə yubanır. Buna baxmayaraq, görülən işlər həm miqyasına, həm də operativliyinə görə bir çox beynəlxalq mütəxəssislər tərəfindən yüksək qiymətləndirilməkdədir.
BMTİP-nin minalardan təmizlənmə üzrə eksperti Steinar Essen də Şuşada “ANAMA-nın imkanlarının artırılmasına dəstək” layihəsinin açılış mərasimində bu barədə danışıb. Ekspert bildirib: “Son iki ildə əhəmiyyətli dəyişikliklər görürük, qısa zaman içərisində böyük ərazilər minadan təmizlənərək hava limanları tikildi, bu böyük nailiyyət idi”. O, deyib ki, son iki ildə keçmiş təmas xətti minalardan təmizlənib.
“Ancaq indiyə qədər minalardan təmizlənmiş ərazilər ümumi minalanmış ərazilərin müəyyən bir faizini (10-20 %) əhatə edir. Gördüyünüz kimi bu çətin və zaman alan prosesdir, ancaq yeni texnologiyalar və dəstək bu prosesi sürətləndirə bilər. ANAMA yeni təşkilat deyil, o, artıq 20 ildən çoxdur bu sahədə işləyir, böyük təcrübəyə malikdir və bu prosesin əsas sütunudur. Azərbaycan bu prosesdə dəstək qəbul etməyə də açıq olduğunu elan edib və ən yaxşı təcrübəni buraya gətirmək üçün çalışır.
İndiyədək azad olunmuş ərazilərdən 85 min mina tapılıb ki, son iki il üçün bu inanılmaz statistikadır”.
Steinar Essen ANAMA-nın yeni texnologiyalardan istifadədə fəallıq nümayiş etdirdiyini vurğulayıb: “Hökumət minalardan təmizlənmə prosesində əsas töhfə verən tərəfdir, eyni zamanda Aİ və Britaniya da bu prosesə maliyyə dəstəyi verir. Müdafiə Nazirliyinin bu prosesdə rolunu da xüsusi qeyd etmək istərdim, onların müşahidə qabiliyyəti vacib rol oynayır”.
Prezidentin Şuşa rayonunda xüsusi nümayəndəsi Aydın Kərimov da konfransda bu barədə danışıb. O, minaların bərpa-quruculuq işlərinə mane olduğunu, eyni zamanda, qayıdışı çətinləşdirdiyini diqqətə çatdırıb: “Minalarla çirklənmə Azərbaycanın işğaldan azad edilmiş ərazilərinin yenidən qurulması prosesinə mane olur və keçmiş məcburi köçkünlərin bu torpaqlara qayıtmasını çətinləşdirir”.
Sülh danışıqları prosesindən yayınması, dəqiq, səhih mina xəritələrinin Azərbaycan tərəfinə verilməsindən boyun qaçırması Ermənistanın əsl niyyətini bir daha nümayiş etdirmiş olur. Onların riyakar, terrorçu siyasət yürütməsinin nəticəsidir ki, 10 noyabr Bəyanatından sonra ermənilərin mina terroru nəticəsində indiyədək ümumilikdə 100-dən çox mülki vətəndaş minaya düşüb, onlardan 32 nəfər həlak olub. Eyni zamanda 120-dən çox hərbçimiz minaya düşüb, onlardan 7-si həyatını itirib, digərləri isə müxtəlif dərəcəli bədən xəsarətləri alıb???.
Mina terroru səbəbindən bu gün beynəlxalq birliyin Ermənistana hələ də hansısa formada təzyiqlər göstərməməsi, ölkəmizə qarşı ayrı-seçkilik etməsi təəssüf doğurur. Bütün bunlara baxmayaraq, sevindirici haldır ki, Azərbaycan heç bir xarici dəstək olmadan öz torpaqlarında həyatı yenidən qurur, orada yaşamı formalaşdırır. Məcburi köçkünlərimizin bir hissəsi artıq geri qayıdıb və bu proses Azərbaycan dövlətinin iradəsi ilə davamlı olaraq həyata keçiriləcək.
Məqalə “Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyi”nin maliyyə dəstəyi ilə “Müzəffər Ali Baş Komandanın rəhbərliyi ilə 44 günlük “Vətən Müharibəsi”ndə qazanılmış tarixi qələbə, Ermənistan tərəfindən törədilmiş sülh və insanlıq əleyhinə cinayətlər, habelə müharibə cinayətləri ilə bağlı həqiqətlərin dünya ictimaiyyətinə çatdırılması” istiqaməti üzrə hazırlanmışdır
Xəbər lenti
Hamısına baxİdman
19 Oktyabr 23:17
Dünya
19 Oktyabr 22:55
Dünya
19 Oktyabr 22:12
Sosial
19 Oktyabr 21:49
Dünya
19 Oktyabr 21:13
Mədəniyyət
19 Oktyabr 21:09
Dünya
19 Oktyabr 20:41
İdman
19 Oktyabr 20:19
Siyasət
19 Oktyabr 20:18
YAP xəbərləri
19 Oktyabr 19:06
İqtisadiyyat
19 Oktyabr 18:53
YAP xəbərləri
19 Oktyabr 18:26
Müsahibə
19 Oktyabr 18:25
Elm
19 Oktyabr 18:23
Siyasət
19 Oktyabr 18:12
Sosial
19 Oktyabr 18:11
Xəbər lenti
19 Oktyabr 18:07
Elanlar
19 Oktyabr 18:07
YAP xəbərləri
19 Oktyabr 18:04
Sosial
19 Oktyabr 17:47
Mədəniyyət
19 Oktyabr 17:22
Dünya
19 Oktyabr 17:16
İqtisadiyyat
19 Oktyabr 16:46
Siyasət
19 Oktyabr 16:37
Xəbər lenti
19 Oktyabr 16:36
Hadisə
19 Oktyabr 16:36
Dünya
19 Oktyabr 16:12
Sosial
19 Oktyabr 15:45
İdman
19 Oktyabr 15:45
YAP xəbərləri
19 Oktyabr 15:41
YAP xəbərləri
19 Oktyabr 15:35
Siyasət
19 Oktyabr 15:27
YAP xəbərləri
19 Oktyabr 15:04
Elanlar
19 Oktyabr 15:02
Sosial
19 Oktyabr 14:54
Gündəm
19 Oktyabr 14:33
Sosial
19 Oktyabr 14:13
Sosial
19 Oktyabr 14:12
İqtisadiyyat
19 Oktyabr 14:12
İqtisadiyyat
19 Oktyabr 14:11
Sosial
19 Oktyabr 14:10
Mədəniyyət
19 Oktyabr 14:09
Dünya
19 Oktyabr 14:08
YAP xəbərləri
19 Oktyabr 13:43
YAP xəbərləri
19 Oktyabr 13:39
Siyasət
19 Oktyabr 13:02
YAP xəbərləri
19 Oktyabr 12:50
YAP xəbərləri
19 Oktyabr 12:49
YAP xəbərləri
19 Oktyabr 12:25
YAP xəbərləri
19 Oktyabr 12:10
Sosial
19 Oktyabr 11:41
Sosial
19 Oktyabr 11:39
Sosial
19 Oktyabr 11:39
YAP xəbərləri
19 Oktyabr 11:36
YAP xəbərləri
19 Oktyabr 10:54
Dünya
19 Oktyabr 10:47
Dünya
19 Oktyabr 09:41
Dünya
19 Oktyabr 09:17
Dünya
19 Oktyabr 08:59
Dünya
19 Oktyabr 08:30
Maraqlı
18 Oktyabr 20:31
Dünya
18 Oktyabr 19:17
Dünya
18 Oktyabr 18:40
Dünya
18 Oktyabr 17:25
Analitik
18 Oktyabr 16:30
Analitik
18 Oktyabr 16:22
Dünya
18 Oktyabr 16:18
Analitik
18 Oktyabr 16:13
Analitik
18 Oktyabr 16:10
Dünya
18 Oktyabr 15:31

