Texnologiya əsrinin yeni səhifəsi
18.02.2023 [11:20]
Hədəflər, gözləntilər
Nicat Dilqəmli
Sürətlə inkişaf etməkdə olan dünyada hər gün yeni müasir texnoloji avadanlıqlar meydana çıxır. İnnovativ üsulların geniş şəkildə tətbiqi, eyni zamanda, bütün sahələrə siraət etməsinin vacibliyi danılmazdır. Vaxt itkisinin qarşısını almaq, yeni kommunikasiya vasitələrinin köməyi ilə interaktiv ünsiyyətin aktuallaşması, prosedurların qısa zaman kəsiyində yüksək peşəkarlıqla yerinə yetirilməsi və bu kimi digər bir çox məsələlər İKT sahəsində daim yeniliklərin edilməsinin vacibliyini, əhəmiyyətini bir daha nümayiş etdirir. Sevindirici haldır ki, müasir dünyanın yeni çağırışları ilə hər zaman ayaqlaşan Azərbaycanda da, digər bir çox sahələrdə olduğu kimi, bu sahədə də geniş imkanların açılması istiqamətində uğurlu addımlar atılır.
Ölkəmizdə artıq bir neçə ildir tətbiq edilən elektron hökumət sistemi ilə vətəndaşlar, demək olar ki, bütün xidmətlərdən elektron qaydada istifadə edirlər. Bir neçə il bundan öncə hansısa bir sənədin əldə edilməsi üçün günlərlə növbədə gözləməli, qalaq-qalaq kağızları daşımalı və bu kimi digər bir çox əziyyətlərə dözməli idiksə, bu gün bütün bunları tarixin bir hissəsi olaraq xatırlayırıq. Müasir üsulların tətbiqi vasitəsilə yaranan imkanlar vasitəsi ilə bu gün vətəndaşlar istədikləri dövlət qurumunun elektron sisteminə daxil olmaqla onlara lazım olan xidmətlərdən anındaca yararlana bilirlər. Bunun üçün isə sadəcə və sadəcə internet məkanına çıxışın olması kifayət edir.
Təbii ki, bütün bu yeniliklərin tətbiqi birmənalı şəkildə sevindirir. Lakin elektron dünyanın da çox ciddi şəkildə əməl edilməli olan məqamları - qaydaları var. Çünki burada insan amili olmadığından elektron əməliyyatlar zamanı ən xırda yanlışlıqla bütün prosesin ləğvinə səbəb olmaq mümkündür. Digər bir tərəfdən, təhlükəsizlik sistemində hansısa boşluqların buraxılması üçüncü şəxs - hakerlər tərəfindən müdaxiləyə çox rahat şəkildə şərait yarada bilər.
Təcrübə göstərir ki, belə hallara heç də az rast gəlinmir. Hücumlar əsasən elektron poçt vasitəsilə göndərilən məktublar - zərərli fayllar, linklər (keçidlər), fotolar və s. - vasitəsilə reallaşır. Xüsusilə 2022-ci il ölkəmizdə kiber hücumların daha da aktuallaşdığı bir il olaraq tarixə yazıldı. Məhz ötən ilin avqust ayı ərzində Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Xidmətinin Kompüter İnsidentlərinə qarşı Mübarizə Mərkəzi (KİMM) Azərbaycanın elektron informasiya ehtiyatlarına qarşı genişmiqyaslı kiber hücumların gözlənildiyi barədə xəbərdarlıq yaymasından bir qədər sonra Azərbaycanın bir sıra dövlət qurumlarına və banklarına qarşı genişmiqyaslı kiber hücumlar baş verdi.
Əfsuslar olsun ki, analoji üsuldan hücum məqsədilə istifadə üçün göndərilən materiallar bəzən o qədər dəqiqlik və yüksək peşəkarlıqla hazırlanır ki, hansısa təhlükənin olmasından öncədən xəbər tutmaq mümkünsüzə çevrilir. Bunun üçün isə yeni təhlükəsizlik - qoruma üsullarının tətbiqi günü-gündən aktuallaşır. Son dövrlərdə yaranan texniki problemlərə görə dövlət qurumlarının elektron informasiya sistemində düzəlişlərin - sazlamaların edilməsi hazırda ön planda dayanan məsələlərdən biridir. Neqativ halların qarşısının alınması istiqamətində görülən işlər bu il də davam etdirilir. Onlardan biri də cari ilin may ayının 1-dən etibarən yeni elektron poçt xidmətinə keçidin planlaşdırılmasıdır. Bu barədə Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Xidmətinin İdarə rəisi Tural Məmmədov “Dövlət Qurumlarının İT rəhbərlərinin I Zirvə toplantısı”nda çıxışı zamanı məlumat verib.
“Bura yeni təqvim, əlaqələr, çat sistemi, konteyner əsaslı mail qutuları, sistemə özəl desktop klient daxildir. Poçt sistemi 60 min nəfərlikdir. Bütün dövlət qurumları buna hazır olsunlar”, - deyə Tural Məmmədov vurğulayıb.
Bütün bu məqamlar nəzərə alınaraq mütəxəssislər vətəndaşları daha diqqətli davranmağa çağırırlar. Onların sözlərinə görə, sadə təhlükəsizlik qaydalarına riayət etməklə istifadəçilər kiber hücumlardan yayına bilərlər. Bununla bərabər, ən xırda təhlükə hiss etdikdə belə mütəxəssislərə, lazım gəldikdə aidiyyəti dövlət qurumlarına müraciət etmək tövsiyə olunur.
Məqalə “Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyi”nin maliyyə dəstəyi ilə “İnformasiya və kommunikasiya texnologiyalarının inkişaf etdirilməsi” istiqaməti üzrə hazırlanmışdır
Xəbər lenti
Hamısına baxYAP xəbərləri
15 İyun 21:46
Siyasət
15 İyun 19:39
Dünya
15 İyun 17:42
Dünya
15 İyun 16:20
Dünya
15 İyun 15:33
Dünya
15 İyun 14:18
Siyasət
15 İyun 13:58
Dünya
15 İyun 13:29
Dünya
15 İyun 12:35
Dünya
15 İyun 11:24
Dünya
15 İyun 10:31
Dünya
15 İyun 09:52
Dünya
15 İyun 09:17
Hadisə
15 İyun 08:59
Dünya
15 İyun 08:25
Gündəm
15 İyun 07:54
Dünya
15 İyun 07:35
Gündəm
15 İyun 00:14
Gündəm
14 İyun 23:28
Siyasət
14 İyun 23:16
Xəbər lenti
14 İyun 21:52
Dünya
14 İyun 19:26
Xəbər lenti
14 İyun 18:43
Maraqlı
14 İyun 17:19
Dünya
14 İyun 16:34
Dünya
14 İyun 15:22
Dünya
14 İyun 14:40
Dünya
14 İyun 13:18
YAP xəbərləri
14 İyun 13:00
Hadisə
14 İyun 12:29
Dünya
14 İyun 11:47
YAP xəbərləri
14 İyun 11:40
Dünya
14 İyun 11:35
İdman
14 İyun 10:40
Hadisə
14 İyun 10:09
YAP xəbərləri
14 İyun 09:58
Sosial
14 İyun 09:32
Sosial
14 İyun 09:17
Sosial
14 İyun 08:52
Hadisə
14 İyun 08:39
Mədəniyyət
14 İyun 07:31
Gündəm
13 İyun 23:20
Hadisə
13 İyun 22:19
Sosial
13 İyun 21:37
Sosial
13 İyun 21:07
YAP xəbərləri
13 İyun 20:19
YAP xəbərləri
13 İyun 20:17
Xəbər lenti
13 İyun 19:50
YAP xəbərləri
13 İyun 18:58
YAP xəbərləri
13 İyun 18:15
YAP xəbərləri
13 İyun 16:21
Sosial
13 İyun 15:20
YAP xəbərləri
13 İyun 14:59
İdman
13 İyun 14:33
YAP xəbərləri
13 İyun 13:48
YAP xəbərləri
13 İyun 13:44
Gündəm
13 İyun 13:32
Gündəm
13 İyun 12:50
Siyasət
13 İyun 12:29
Gündəm
13 İyun 11:58
İqtisadiyyat
13 İyun 11:24
İqtisadiyyat
13 İyun 10:57
Siyasət
13 İyun 10:35
Sosial
13 İyun 10:13
Analitik
13 İyun 09:51
Analitik
13 İyun 09:38
Ədəbiyyat
13 İyun 09:15
Elm
13 İyun 08:52
Ədəbiyyat
13 İyun 08:30
Dünya
12 İyun 23:18

