Ekoaksiyanın nəticəsi nə olacaq?
24.02.2023 [10:04]
Erməni separatçıları daha bir bəyannaməni pozur
Günel ABBAS
Ətraf mühitə və inkişafa dair Rio-de-Janeyro bəyannaməsinə görə, müharibələr davamlı inkişaf prosesinə dağıdıcı təsir göstərməməlidir. Ona görə də dövlətlər silahlı konfliktlər zamanı ətraf mühiti mühafizə edən beynəlxalq hüquqa hörmət etməlidirlər. Lakin, ermənilər nəinki bu prinsipləri gözləmir, əksinə həmin prinsipləri kobud surətdə pozaraq işğal etdikləri ərazilərdə təbiəti viran qoyublar. İşğal olunmuş ərazilərimizdə nadir fauna və floraya malik meşə sərvətləri, çox qiymətli su mənbələri var. Erməni işğalçı qüvvələri Azərbaycanın təbii sərvətlərini bacardıqca tükəndirməyi qarşılarına ən ali məqsəd kimi qoyublar. Ermənilər işğal etdiyi ərazilərdə bu qiymətli sərvətləri amansızcasına dağıdır, Ermənistana daşıyır, daşınması mümkün olmayanları isə yandırmaqla ekologiyaya ciddi ziyan vururlar.
Torpaqlarımız azad olunduqdan sonra proseslərin bilavasitə şahidi olduğumuz üçün ermənilərin ölkəmizin faydalı qazıntı yataqlarının qanunsuz istismarına qarşı tədbirlər görməyə başladıq. Bu etirazın ən bariz nümunəsi məhz Azərbaycanlı eko-fəalların Laçın-Xankəndi yolunda keçirdikləri dinc etiraz aksiyasıdır. İki aydan uzun müddətdir ki, davam edən aksiyanın məqsədi Volkovun aksiya iştirakçıları qarşısında cavab verməsi ilə bağlı olsa da, suallar hələ də cavabsız qalıb.
Milli Məclisin təbii ehtiyatlar, energetika və ekologiya komitəsinin üzvü Anar Məmmədov bildirib ki, Azərbaycan Respublikası Konstitusiyasının 39-cu maddəsinə əsasən, hər kəsin sağlam ətraf mühitdə yaşamaq, ətraf mühitin əsl vəziyyəti haqqında məlumat toplamaq, ekoloji hüquqpozma ilə əlaqədar onun sağlamlığına və əmlakına vurulmuş zərərin əvəzini almaq hüququ var: “Eyni zamanda, “Ətraf mühitin mühafizəsi haqqında” Azərbaycan Respublikası Qanununa əsasən, ictimai birliklər ətraf mühitin mühafizəsi sahəsində ictimai nəzarəti həyata keçirmək, təqsirkar təşkilatların, vəzifəli şəxslərin və vətəndaşların məsuliyyətə cəlb edilməsi barədə məsələləri qaldırmaq hüququna malikdirlər. Göründüyü kimi, milli və beynəlxalq hüquq normalarının pozulması ilə müşayiət olunan bu faktlar Ermənistan hərbi-siyasi rəhbərliyinin ekoloji terror siyasəti yürütdüyünü, ekoloji cinayətlər törətdiyini sübut edir”.
Deputat qeyd edib ki, Laçın-Xankəndi yolunda keçirilən ekoaksiya çox önəmli bir aksiyadır: “Hər şeydən öncə Azərbaycanın həyata keçirdiyi bu eko-aksiya dinc bir şəkildə həyata keçirilir. Bütün dünya bizim mədəni addımlarımızın bir daha şahidi olur. Azərbaycanın gənc ekoloqları öz dövlətinin sərvətinə sahib çıxır. Ermənistan və Qarabağdakı separatçı rejim 30 il ərzində işğal altında olan torpaqlarımızda ekoloji terror törədiblər. Həmin ərazilərdə təbii sərvətlərimiz ermənilər tərəfindən talan olunub, yandırılıb, su ehtiyatları çirkləndirilib, on minlərlə hektar meşə sahəsi məhv edilib. Ermənistanın Azərbaycana qarşı həyata keçirdiyi ekoloji terrorda xarici şirkətlərin iştirakına dair çoxsaylı faktlar mövcuddur. Dövlətimiz tərəfindən həmin şirkətlərlə bağlı hüquqi tədbirlər görüləcək, onlar beynəlxalq məhkəmələrə veriləcək. Bu istiqamətdə işlər davam edir.
A.Məmmədov vurğulayıb ki, Azərbaycan Ermənistanın ekoloji terror siyasəti ilə bağlı həm işğal dövründə, həm də işğaldan sonra müvafiq beynəlxalq təşkilatlara müraciətlər edib. Təəssüf ki, problem özünün adekvat qiymətini almayıb. Bu da dünyada mövcud olan ikili standartların təzahürüdür. Amma bütün hallarda bu məsələ daim dövlətin diqqət mərkəzindədir. Dövlətimiz imkan verməyəcək ki, Qarabağın təbii sərvətləri ermənilər və onların havadarları tərəfindən talansın və ekologiyamıza ziyan vurulsun”.
“Ermənilər tərəfimizdən başladılan bu prosesdən ciddi təşvişə düşüblər. Azərbaycan dövləti bu hüquqların pozulması ilə bağlı beynəlxalq instansiyalara müraciət edib və bundan sonra da edəcək. Bir sıra məsələlərlə bağlı Avropa Məhkəməsinə müraciət edilib. Belə ki, Azərbaycan Avropa İnsan Haqları Məhkəməsinə yeni dövlətlərarası şikayət təqdim edib. Avropa Məhkəməsinə göndərilmiş şikayətdə Laçın, Zabux və Susda azərbaycanlıların yüzlərlə mülkünün məhv edilməsinə görə Ermənistanın məsuliyyət daşımasına dair faktlar təqdim edilib”, - deyə deputat qeyd edib.
Məqalə “Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyi”nin maliyyə dəstəyi ilə “Ekologiya və ətraf mühitin mühafizəsi” istiqaməti üzrə hazırlanmışdır
Xəbər lenti
Hamısına baxMüsahibə
16 İyun 16:30
Siyasət
16 İyun 16:22
YAP xəbərləri
16 İyun 15:50
Elanlar
16 İyun 15:34
Sosial
16 İyun 15:19
Siyasət
16 İyun 14:55
Sosial
16 İyun 14:37
Dünya
16 İyun 14:22
Siyasət
16 İyun 14:09
Siyasət
16 İyun 14:07
Gündəm
16 İyun 14:05
Sosial
16 İyun 13:03
Elm
16 İyun 12:59
Sosial
16 İyun 12:31
İqtisadiyyat
16 İyun 12:30
Elm
16 İyun 11:33
Sosial
16 İyun 11:15
Müsahibə
16 İyun 10:54
Dünya
16 İyun 10:43
Gündəm
16 İyun 10:41
Gündəm
16 İyun 10:30
Sosial
16 İyun 10:29
Dünya
16 İyun 10:19
Dünya
16 İyun 09:47
Dünya
16 İyun 09:20
Dünya
16 İyun 08:52
Hadisə
16 İyun 08:34
Dünya
15 İyun 23:36
Hadisə
15 İyun 23:03
Siyasət
15 İyun 22:20
YAP xəbərləri
15 İyun 21:46
Dünya
15 İyun 20:18
Siyasət
15 İyun 19:39
Siyasət
15 İyun 19:11
Hərbi
15 İyun 18:00
Dünya
15 İyun 17:42
Dünya
15 İyun 16:20
Dünya
15 İyun 15:33
Dünya
15 İyun 14:18
Siyasət
15 İyun 13:58
Dünya
15 İyun 13:29
Dünya
15 İyun 12:35
Dünya
15 İyun 11:24
Dünya
15 İyun 10:31
Dünya
15 İyun 09:52
Dünya
15 İyun 09:17
Hadisə
15 İyun 08:59
Dünya
15 İyun 08:25
Gündəm
15 İyun 07:54
Dünya
15 İyun 07:35
Gündəm
15 İyun 00:14
Gündəm
14 İyun 23:28
Siyasət
14 İyun 23:16
Xəbər lenti
14 İyun 21:52
Dünya
14 İyun 19:26
Xəbər lenti
14 İyun 18:43
Maraqlı
14 İyun 17:19
Dünya
14 İyun 16:34
Dünya
14 İyun 15:22
Dünya
14 İyun 14:40
Dünya
14 İyun 13:18
YAP xəbərləri
14 İyun 13:00
Hadisə
14 İyun 12:29
Dünya
14 İyun 11:47
YAP xəbərləri
14 İyun 11:40
Dünya
14 İyun 11:35
İdman
14 İyun 10:40
Hadisə
14 İyun 10:09
YAP xəbərləri
14 İyun 09:58
Sosial
14 İyun 09:32

