Nailiyyətlər və hədəflər
24.06.2023 [10:50]
Proqramların hazırlanmasında müasir tələblər nəzərə alınmalıdır
Günel ABBAS
Təhsilin inkişafı dövlət siyasətinin əsas prioritetlərindəndir. Ölkə Prezidentinin təhsil sektoruna göstərdiyi diqqət və qayğı nəticəsində bu sahə yüksək inkişaf dövrü yaşayır. Xüsusilə vurğulanmalıdır ki, davamlı islahatlar aparılan təhsil sahəsi dövlət siyasətinin əsas prioritetlərindən biri kimi xarakterizə olunur.
Dərslik hazırlığı sahəsində də mövcud yeniliklər xüsusi qeyd edilməlidir. Məzmun islahatları çərçivəsində dərslik hazırlığında yeni reqlament və prosedurlar tətbiq edilir. Hazırlanmış dərsliklər Dərslikləri Qiymətləndirmə Şurası, Dövlət İmtahan Mərkəzi, AMEA-nın müvafiq institutları, ali təhsil müəssisələri tərəfindən qiymətləndirilir, eyni zamanda, bu məqsədlə yaradılmış portalda yerləşdirilərək ictimai müzakirəyə çıxarılır, təkliflər təhlil edilərək nəşriyyatlara və müəlliflərə yönəldilir. Nəticə etibarı ilə, hazırlanmış dərsliklərin daha təkmil formada ərsəyə gəlməsi üçün mühüm prosedurlar tətbiq edilir.
Bir sözlə, Azərbaycanda təhsilin inkişafı ilə bağlı mütərəqqi addımlar atılır. Ümumi olaraq təhsil sisteminin inkişafına hədəflənən bu kimi fəaliyyətlər isə müsbət qiymətləndirilir. Xüsusi olaraq qeyd etmək lazımdır ki, Prezident İlham Əliyevin müasir təhsil sahəsinin inkişafı üçün verdiyi qərarlar və imzaladığı sərəncamlar, fərmanlar, Dövlət proqramları kifayət qədərdir. Bütün bu qərarların məqsədi isə birmənalı olaraq ölkədə keyfiyyətli təhsil sisteminin qurulması və müsbət nəticələrin əldə edilməsidir. Dövlətimizin başçısı hər zaman öz nitqlərində, çıxışlarında, beynəlxalq tədbirlərdə bu sahənin vacibliyini önə çəkir, təhsilin keyfiyyətinin yüksəldilməsinin prioritet olduğunu vurğulayır.
Milli Məclisin üzvü Ceyhun Məmmədov “Yeni Azərbaycan”a açıqlamasında bildirib ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin müxtəlif təhsil proqramlarının hazırlanması istiqamətində tövsiyələri ciddi əhəmiyyət daşıyır: “Elm və Təhsil Nazirliyi, eyni zamanda, ayrı-ayrı qurumlar bununla bağlı tapşırıqlara ciddi yanaşmalı, müvafiq addımlar atılmalıdır. Bu işdə müasir tələblər də nəzərə alınmalıdır. Bu məqsədlə proqramlar elm, təhsil, mədəniyyət sahəsində maarifləndirici mövzuların baxımlılığını artırmaq üçün gələcəyin tələblərinə, problemlərinə uyğun formatda hazırlanmalıdır. Elm və Təhsil Nazirliyi səyləri gücləndirməlidir. Çünki dünyada yeni tendensiyalar, müxtəlif yanaşmalar bunu tələb edir. Azərbaycan da təhsil proqramlarının təkmilləşdirilməsinə xüsusi diqqət göstərməlidir”.
Deputat qeyd edib ki, müxtəlif elmi- kütləvi, mədəni-maarif, təhsil proqramların hazırlanması ciddi peşəkarlıq tələb edir: “Bu baxımdan həmin proqramlar hazırlanarkən Elm və Təhsil Nazirliyi ciddi mütəxəssislərdən ibarət heyətdən istifadə edir. Hesab edirəm ki, proqramların hazırlanmasında peşəkarlıq ortaya qoyulur. Cənab Prezident təhsil naziri Emin Əmrullayevi qəbul edərkən də ona verdiyi xüsusi tapşırıqlar arasında bu kimi tədbirlərin həyata keçirilməsinin vacibliyini xüsusi qeyd edib. Bu baxımdan hesab edirəm ki, mütəmadi olaraq elmi-kütləvi və mədəni təhsil proqramlarının hazırlanması prosesi təkmilləşdirilməlidir. Bununla bağlı müvafiq təcrübələr öyrənilməlidir. Çünki cəmiyyət inkişaf etdikcə təhsildə yeni çağırışlar yaranır. Gənc nəslin təlim- tərbiyəsi prosesində də bu kimi tədbirlər mühüm əhəmiyyət daşıyır. Ümumilikdə isə nazirliyin də bununla bağlı konkret tələbləri var”.
Onun sözlərinə görə, hazırda təhsilin maliyyələşdirilmə mexanizminin təkmilləşməsinə ehtiyac duyulur: “Ona görə də təhsil müəssisələrində adambaşı maliyyələşdirmə artıq başlanmalıdır. Eyni zamanda təhsil müəssisələrində ödənişli təhsil xidmətləri dəstəklənməlidir. Bunun üçün Təhsilin İnkişaf Fondunun yaradılması müasir təhsil sisteminin tələbidir”.
C.Məmmədov qeyd edib ki, təhsil proqramlarının hazırlanmasında zamanın tələbləri nəzərə alınmalıdır: “Hesab edirəm ki, bu istiqamətdə də işləri sürətləndirmək, geniş təkmilləşdirmələr aparmaq lazımdır. Eyni zamanda, postmüharibə dövrünün çağırışlarından irəli gələn məsələlər də bu proqramlarda yer almalıdır. Xüsusilə şagirdlərin milli-mənəvi dəyərlərə yiyələnməsi, vətənpərlik ruhunda böyüməsi baxımından da bu kimi tədbirlər böyük əhəmiyyət daşıyır. Məhz bu istiqamətdə qeyd olunan tədbirlərdə həmin xəttin əsas götürülməsi də vacib istiqamətlərdən biri kimi daim diqqət mərkəzində olmalıdır”.
Məqalə “Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyi”nin maliyyə dəstəyi ilə “Elmi-kütləvi, mədəni-maarif, təhsil proqramlarının hazırlanması” istiqaməti üzrə hazırlanmışdır
Xəbər lenti
Hamısına baxDünya
16 İyun 09:20
Dünya
16 İyun 08:52
Hadisə
16 İyun 08:34
Dünya
15 İyun 23:36
Hadisə
15 İyun 23:03
Siyasət
15 İyun 22:20
YAP xəbərləri
15 İyun 21:46
Dünya
15 İyun 20:18
Siyasət
15 İyun 19:39
Siyasət
15 İyun 19:11
Hərbi
15 İyun 18:00
Dünya
15 İyun 17:42
Dünya
15 İyun 16:20
Dünya
15 İyun 15:33
Dünya
15 İyun 14:18
Siyasət
15 İyun 13:58
Dünya
15 İyun 13:29
Dünya
15 İyun 12:35
Dünya
15 İyun 11:24
Dünya
15 İyun 10:31
Dünya
15 İyun 09:52
Dünya
15 İyun 09:17
Hadisə
15 İyun 08:59
Dünya
15 İyun 08:25
Gündəm
15 İyun 07:54
Dünya
15 İyun 07:35
Gündəm
15 İyun 00:14
Gündəm
14 İyun 23:28
Siyasət
14 İyun 23:16
Xəbər lenti
14 İyun 21:52
Dünya
14 İyun 19:26
Xəbər lenti
14 İyun 18:43
Maraqlı
14 İyun 17:19
Dünya
14 İyun 16:34
Dünya
14 İyun 15:22
Dünya
14 İyun 14:40
Dünya
14 İyun 13:18
YAP xəbərləri
14 İyun 13:00
Hadisə
14 İyun 12:29
Dünya
14 İyun 11:47
YAP xəbərləri
14 İyun 11:40
Dünya
14 İyun 11:35
İdman
14 İyun 10:40
Hadisə
14 İyun 10:09
YAP xəbərləri
14 İyun 09:58
Sosial
14 İyun 09:32
Sosial
14 İyun 09:17
Sosial
14 İyun 08:52
Hadisə
14 İyun 08:39
Mədəniyyət
14 İyun 07:31
Gündəm
13 İyun 23:20
Hadisə
13 İyun 22:19
Sosial
13 İyun 21:37
Sosial
13 İyun 21:07
YAP xəbərləri
13 İyun 20:19
YAP xəbərləri
13 İyun 20:17
Xəbər lenti
13 İyun 19:50
YAP xəbərləri
13 İyun 18:58
YAP xəbərləri
13 İyun 18:15
YAP xəbərləri
13 İyun 16:21
Sosial
13 İyun 15:20
YAP xəbərləri
13 İyun 14:59
İdman
13 İyun 14:33
YAP xəbərləri
13 İyun 13:48
YAP xəbərləri
13 İyun 13:44
Gündəm
13 İyun 13:32
Gündəm
13 İyun 12:50
Siyasət
13 İyun 12:29
Gündəm
13 İyun 11:58
İqtisadiyyat
13 İyun 11:24

