Ümumi vəzifə...
26.07.2023 [11:52]
Ekologiya və ətraf mühitin mühafizəsi
Yeganə BAYRAMOVA
Təbiətin qorunması, flora və faunanın, ətraf mühitin, təbii ehtiyatların mühafizəsi və bərpası hər zaman öz aktuallığını qoruyur. Bizi əhatə edən təbiəti, ətraf mühiti, təbii ehtiyatları qorumaqla gələcək nəsillərə ötürə bilərik. Ona görə də bu məsələ ölkədə davamlı inkişaf konsepsiyasının tərkib hissəsinə çevrilib. Ekoloji təhlükəsizliyin təmin olunması üçün ətraf mühitin çirklənməsinin minimuma endirilməsi, mühafizəsinin təkmilləşdirilməsi Azərbaycan dövlətinin ekoloji siyasətinin əsas istiqamətlərindən biridir.
Ölkəmizdə ətraf mühitin mühafizəsi, insanların sağlam təbii mühitdə yaşaması sosial islahatlarda mühüm yer tutur. Son illər iqtisadiyyatımızın sürətli inkişafının nəticəsi olaraq artan gəlirlərin qeyri-neft sektoruna yönəldilməsi ekoloji layihələrin həyata keçirilməsi imkanlarını xeyli genişləndirib. Buna görə də bir çox ölkələr maliyyə böhranına məruz qaldıqları bir dövrdə Azərbaycanda infrastruktur layihələrin icrası davam etdirilib, ekoloji problemlərin həlli istiqamətində görülən tədbirlər ön planda olub.
Milli Məclisin Təbii ehtiyatlar, energetika və ekologiya komitəsinin üzvü Məşhur Məmmədov “Yeni Azərbaycan”a açıqlamasında bildirib ki, ekoloji məsələlər ümumbəşəri problem kimi qəbul olunur və hazırda bütün dünyada ekologiyanın mühafizəsi ən aktual məsələ olaraq qalır: “Sözügedən problemlərin həlli üçün ekoloji siyasətin işlənib hazırlanması, tətbiqi vacibdir və hər bir dövlətin özünün ekoloji siyasəti mövcuddur. Azərbaycanda müstəqilliyin bərpasından sonra ətraf mühitin qorunması dövlət siyasətinin prioritetlərindən birinə çevrilib və cənab Prezident İlham Əliyevin bu məsələni xüsusi diqqət mərkəzində saxlaması bunu təsdiqləyir. Ölkəmizdə ekologiyanin qorunması, ətraf mühitin mühafizəsi istiqamətində mütəmadi olaraq tədbirlər planı həyata keçirilir ki, bu da ekologiyanın, ətraf mühitin mühafizəsi sahəlində qarşıya qoyulan məqsədlərin uğurla reallaşmasını şərtləndirir. İstər yaşıllıq sahələrinin salınması, həmin ərazilərin daha da genişləndirilməsi, istərsə də Milli Parkların ərazilərinin artırılması, eləcə də qorunması ekologiyanın mühafizəsi və bərpası baxımından müsbət nəticələr vəd edir”.
M.Məmmədov qeyd edib ki, ölkəmizdə ekologiyanın mühafizəsi üçün mühüm qanunvericilik bazası da yaradılıb: “Ətraf mühitin mühafizəsi haqqında” Azərbaycan Respublikasının qanunu ətraf mühitin mühafizəsinin hüquqi, iqtisadi və sosial əsaslarını müəyyən edir. Qanunun məqsədi ətraf mühitin ekoloji tarazlığının mühafizəsi sahəsində ekoloji təhlükəsizliyin təmin edilməsindən, təbii ekoloji sistemlərə təsərrüfat və başqa fəaliyyətin zərərli təsirinin qarşısının alınmasından, bioloji müxtəlifliyin qorunub saxlanılmasından və təbabətdən istifadənin səmərəli təşkilindən ibarətdir. Eyni zamanda bu qanun ətraf mühitin keyfiyyətinin yaxşılaşdırılması, təbii ehtiyatların səmərəli istifadəsi və bərpası, ətraf mühitin mühafizəsi sahəsində qanunçuluğun və hüquq qaydalarının möhkəmləndirilməsi məqsədilə cəmiyyətlə təbiətin daim qarşılıqlı əlaqəsini tənzimləyir”.
Deputatın sözlərinə görə, Azərbaycanın inkişaf strategiyasının prioritet istiqamətlərindən biri, təbiətin mühafizəsi, ekoloji vəziyyətin yaxşılaşdırılması və vətəndaşların ən yüksək səviyyədə sağlam təbii mühitdə yaşamasını təmin etməkdir: “Əsası Ulu Öndər tərəfindən qoyulmuş bu strategiya onun layiqli davamçısı, cənab Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilir. Məhz ölkə rəhbərinin, cənab İlham Əliyevin təşəbbüsü ilə “2010-cu ilin ölkəmizdə “Ekologiya ili” elan olunması bunun bariz nümunəsi, eləcə də təsdiqidir. Ekoloji cəhətdən dayanıqlı sosial-iqtisadi inkişafa, meşələrin bərpa edilməsi və artırılmasına, nəticə etibarı ilə ekologiyanın mühafizəsinə dair milli proqramlarınə yerinə yetirildiyi də günümüzün reallığıdır.
Heydər Əliyev Fondunun “Hərəmiz bir ağac əkək” layihəsinin də bu sahəyə böyük töhfələr verdiyi göz önündədir və təbii ki, bu layihə ekologiyanın, ətraf mühitin qorunmasına xidmət edir. Fondun prezidenti Mehriban xanım Əliyevanın təşəbbüsü ilə həyata keçirilən bu layihə çərçivəsində ölkəmizdə hektarlarla sahə yaşıllaşdırılıb və bu işlər hələ də müvəffəqiyyətlə davam etdirilir. Eləcə də Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevanın təşəbbüsü ilə İDEA - Ətraf Mühitin Mühafizəsi üzrə Beynəlxalq Dialoq Kampaniyası çərçivəsində ölkəmizdə ətraf mühitin qorunması sahəsində görülən işlər də göz önündədir”.
Məqalə “Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyi”nin maliyyə dəstəyi ilə “Ekologiya və ətraf mühitin mühafizəsi” istiqaməti üzrə hazırlanmışdır
Xəbər lenti
Hamısına baxİdman
21 Yanvar 23:51
Dünya
21 Yanvar 23:31
Xəbər lenti
21 Yanvar 23:11
İqtisadiyyat
21 Yanvar 22:41
Gündəm
21 Yanvar 22:35
Dünya
21 Yanvar 22:26
Gündəm
21 Yanvar 22:13
Xəbər lenti
21 Yanvar 21:54
Maraqlı
21 Yanvar 21:19
İqtisadiyyat
21 Yanvar 20:40
Xəbər lenti
21 Yanvar 20:35
Dünya
21 Yanvar 20:16
İqtisadiyyat
21 Yanvar 19:52
Dünya
21 Yanvar 19:30
Dünya
21 Yanvar 19:27
İdman
21 Yanvar 18:14
Dünya
21 Yanvar 17:22
İqtisadiyyat
21 Yanvar 16:52
Sosial
21 Yanvar 16:42
Dünya
21 Yanvar 16:31
İdman
21 Yanvar 16:12
Dünya
21 Yanvar 16:07
Dünya
21 Yanvar 16:06
Dünya
21 Yanvar 15:20
Sosial
21 Yanvar 14:59
Gündəm
21 Yanvar 13:08
Gündəm
21 Yanvar 12:48
Gündəm
21 Yanvar 12:47
Hadisə
21 Yanvar 12:42
Analitik
21 Yanvar 12:23
Gündəm
21 Yanvar 12:13
Dünya
21 Yanvar 11:29
Gündəm
21 Yanvar 11:24
Gündəm
21 Yanvar 11:23
İqtisadiyyat
21 Yanvar 11:19
Sosial
21 Yanvar 11:10
İqtisadiyyat
21 Yanvar 11:08
Hadisə
21 Yanvar 10:56
Dünya
21 Yanvar 10:47
Gündəm
21 Yanvar 10:28
Dünya
21 Yanvar 10:14
Siyasət
21 Yanvar 10:03
Dünya
21 Yanvar 09:56
İqtisadiyyat
21 Yanvar 09:25
Sosial
21 Yanvar 08:44
Sosial
21 Yanvar 08:24
Sosial
21 Yanvar 08:17
Sosial
21 Yanvar 08:16
Dünya
21 Yanvar 08:05
Siyasət
21 Yanvar 08:04
Sosial
21 Yanvar 07:58
Siyasət
21 Yanvar 07:53
Siyasət
21 Yanvar 07:53
Siyasət
21 Yanvar 07:52
Siyasət
21 Yanvar 07:51
Gündəm
21 Yanvar 07:47
Gündəm
21 Yanvar 03:35
Gündəm
20 Yanvar 22:58
Siyasət
20 Yanvar 22:46
Siyasət
20 Yanvar 22:46
Gündəm
20 Yanvar 21:37
Diaspor
20 Yanvar 21:18
Siyasət
20 Yanvar 20:53
Siyasət
20 Yanvar 20:31
YAP xəbərləri
20 Yanvar 19:29
İdman
20 Yanvar 19:26
Dünya
20 Yanvar 18:38
Dünya
20 Yanvar 17:31
Gündəm
20 Yanvar 17:02
Sosial
20 Yanvar 16:54

