Dini və milli tolerantlığın Azərbaycan modeli
18.08.2023 [11:35]
Ölkəmiz dünyanın multikulturalizm mərkəzinə çevrilir
Günel ABBASOVA
Zaman-zaman dünyanın müxtəlif ölkələrində fərqli dinlər, təriqətlər arasında ixtilaflar, qarşıdurmalar müşahidə olunsa da, ölkəmiz tarixin heç bir dönəmində belə hallarla qarşılaşmayıb. Bu da heç şübhəsiz ki, Azərbaycan xalqının tolerantlığında?1
və dövlətimizin yürütdüyü mükəmməl dini və milli siyasətindən irəli gəlir. Azərbaycanda bütün səmavi və qeyri-səmavi dinlərin nümayəndələrinin ibadət evlərinin olması da, bunun bariz nümunəsidir. Ölkəmizdə müxtəlif dinlərə mənsub insanların münasibətlərinin qarşılıqlı hörmət əsasında formalaşması, artıq Azərbaycanı bütün dünyaya tolerantlıq nümunəsi kimi tanıdıb.
Hazırda istənilən cəmiyyətdə sabitlik və təhlükəsizliyin mövcudluğunu şərtləndirən əsas amillərdən biri də, dini dözümlülük, müxtəlif dinlərə sitayiş edən insanların birgəyaşayışa hörmət etmələridir. Son zamanlar sosial fenomenə çevrilən dini tolerantlıq həm də multikulturalizmin əsas təzahür elementlərindən birinə çevrilib. Azərbaycanı digər ölkələrlə müqayisə edərkən, onun modern tərəqqi yolunda irəlilədiyini, yüksək dini tolerantlığın artıq mədəniyyətimizin ayrılmaz tərkib hissəsinə çevrildiyini əsas xüsusiyyət kimi göstərmək olar.
Milli Məclisin üzvü Vüqar İskəndərov “Yeni Azərbaycan”a açıqlamasında bildirib ki, qloballaşan dünyada milli-mənəvi dəyərlər, mədəni fərqliliyin qorunub-saxlanması və gələcək nəsillərə ötürülməsi vacib olduğu qədər də çətindir: “Multikulturalizm məkanı sayılan Azərbaycan tolerantlığı isə dözümlülüyü ilə bərabər, özünəməxsus mədəniyyəti ilə dünya ictimaiyyətinin nəzərini cəlb edir. İstər dini, istərsə də milli və etnik mədəniyyət müstəvisində tolerant bir xalq olan Azərbaycan xalqı özünə mənsub olan və ölkəmizin qanunlarını pozmayan istənilən milli-mənəvi dəyərlərin daşıyıcılarına hörmətlə yanaşır. Ölkəmizdə kiminsə dini əqidəsinə, milli mənsubiyyətinə görə təzyiqə məruz qalması faktı yoxdur.
Özünəməxsus dini və milli ənənələri olan Azərbaycanda yaşayan hər bir xalqın inancına, milli mənsubiyyətinə hörmətlə yanaşılır, eyni zamanda bu dəyərlərin qorunub inkişaf etdirilməsinə şərait yaradılır.
Azərbaycanın dövlət strukturlarında, rəhbər orqanlarda və digər qurumlarda müxtəlif xalqların nümayəndələri təmsil olunurlar. Bu da Azərbaycanda bütün xalqlara bərabər münasibətin təcəssümüdür”.
Onun sözlərinə görə, çoxəsrlik multikulturalizm və tolerantlıq ənənələrinə malik Azərbaycan xalqı, bu dəyərləri özünün həyat tərzinə çevirməyi bacarıb: “Azərbaycanın tolerant dövlət kimi formalaşması, multikultural dəyərlərə böyük önəm verməsi və mövcud sahədə apardığı uğurlu siyasət, artıq dünya birliyi tərəfindən də uğurlu bir nümunə kimi təsdiq olunub. Bu mənada, qlobal səviyyədə baş verən antisemitizm və dözümsüzlük hallarının aradan qaldırılmasında, multikulturalizmin Azərbaycan modeli uğurla tətbiq edilə bilər. Bütün dinlərə, mədəniyyətlərə əsrlər boyu hörmətlə yanaşan Azərbaycanda bütün millətlər və din mənsubları rahat yaşayır və öz adət-ənənələrinə, dinlərinə sadiq qala bilirlər.
Ölkəmizdə tarixən mövcud olan tolerant və multikultural ənənələr həm də hüquqi və siyasi müstəvidə tam təsdiqini tapıb. Azərbaycanda mövcud olan tolerantlıq, bütün dünyəvi dinlərin burada sərbəst fəaliyyət göstərməsi, ölkəmizin dünyəvi dövlət imicini formalaşdırır və bir vizit kartı rolunu oynayır. Bu da imkan verir ki, Azərbaycan yüksək mədəniyyətə malik tolerant dövlət kimi humanitar sahələrdə beynəlxalq tədbirləri gerçəkləşdirsin. Bu tədbirlərdə müzakirə olunan dəyərlər həm ölkə daxilində, həm də ölkə xaricində insanlara sülh, əmin-amanlıq, qarşılıqlı hörmət bəxş etməyə yönəldilib”.
Deputat qeyd edib ki, dinlər arasında əmin-amanlığın təmin edilməsi, çoxmədəniyyətliliyin inkişafı ölkədə həm də demokratik dəyərlərin tərəqqisinə yol açıb: “Yeni geosiyasi düzəndə slavyançılıq, avrasiyaçılıq, İslam, türkçülük, Avropa dəyərləri kimi axınların kəsişməsində yerləşən Azərbaycanın tolerant mühiti, multikultural və dözümlülük dəyərləri ölkəmizi bütün dini və siyasi baxışlara sahib, müxtəlif mədəniyyətlərə mənsub xalqların vahid dialoq mərkəzinə çevirib. Ölkəmizdə keçirilən bütün tədbirlərdə tolerantlıq və multikulturalizm dəyərlərinin hansı səviyyədə təbliğ olunması açıq müzakirə predmetinə çevrilir və böyük diqqət cəlb edir.
Bu gün dövlət siyasətinə uyğun olaraq dini konfessiyalar arasında dözümlülük mühitinin daha da inkişaf etdirilməsi sahəsində irəliləyişlər baş verir. Bunun əyani nümunəsi də, Azərbaycanda İslam dini ilə bağlı tarixi abidələr, məscid və ziyarətgahlarla yanaşı, xristian və yəhudi məbədlərinin də təmir və tikintisinə dövlətin yaxından dəstək verməsidir”.
Məqalə “Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyi”nin maliyyə dəstəyi ilə “Dini və milli tolerantlıq, ?illətlərarası münasibətlərin inkişaf etdirilməsi” istiqaməti üzrə hazırlanmışdır
Xəbər lenti
Hamısına baxDünya
09 Avqust 09:25
Dünya
09 Avqust 08:50
Siyasət
09 Avqust 08:33
Dünya
09 Avqust 08:03
Siyasət
09 Avqust 00:20
Dünya
08 Avqust 23:39
Siyasət
08 Avqust 22:17
Hadisə
08 Avqust 21:24
Gündəm
08 Avqust 21:23
Gündəm
08 Avqust 20:08
Gündəm
08 Avqust 19:41
Sosial
08 Avqust 17:21
Sosial
08 Avqust 16:39
Analitik
08 Avqust 15:22
Siyasət
08 Avqust 15:08
Dünya
08 Avqust 13:24
Gündəm
08 Avqust 12:35
Dünya
08 Avqust 12:17
Elm
08 Avqust 12:06
Dünya
08 Avqust 11:35
Siyasət
08 Avqust 10:49
Yeni texnologiyalar
08 Avqust 10:25
Analitik
08 Avqust 09:55
Analitik
08 Avqust 09:32
Ədəbiyyat
08 Avqust 09:17
Sosial
08 Avqust 08:51
Sosial
08 Avqust 08:34
Dünya
07 Avqust 23:21
Maraqlı
07 Avqust 22:17
Maraqlı
07 Avqust 21:35
Analitik
07 Avqust 21:02
Siyasət
07 Avqust 21:00
Siyasət
07 Avqust 20:57
Siyasət
07 Avqust 20:41
Dünya
07 Avqust 20:17
Dünya
07 Avqust 19:22
Dünya
07 Avqust 18:45
Dünya
07 Avqust 18:19
Dünya
07 Avqust 17:49
Dünya
07 Avqust 17:25
Dünya
07 Avqust 16:57
Dünya
07 Avqust 16:40
Dünya
07 Avqust 16:23
İdman
07 Avqust 15:31
Dünya
07 Avqust 15:06
Dünya
07 Avqust 14:45
Hadisə
07 Avqust 14:19
Dünya
07 Avqust 13:50
Siyasət
07 Avqust 13:28
Gündəm
07 Avqust 13:27
Siyasət
07 Avqust 13:26
Siyasət
07 Avqust 13:25
Dünya
07 Avqust 13:25
Siyasət
07 Avqust 13:23
MEDİA
07 Avqust 13:22
Siyasət
07 Avqust 13:22
Sosial
07 Avqust 13:20
MEDİA
07 Avqust 13:04
MEDİA
07 Avqust 12:55
Dünya
07 Avqust 12:43
Hadisə
07 Avqust 12:18
Gündəm
07 Avqust 11:55
Gündəm
07 Avqust 11:40
Siyasət
07 Avqust 11:20
Sosial
07 Avqust 10:50
Analitik
07 Avqust 10:30
Analitik
07 Avqust 10:05
Analitik
07 Avqust 09:45
Analitik
07 Avqust 09:20
Ədəbiyyat
07 Avqust 09:05

