İslam sülh dinidir...
05.11.2023 [11:35]
“İslamafob”ların birlik və barış qorxusu
Günel ABBAS
Dünyanın müxtəlif yerlərində antiislam hədəflərini prioritet seçmiş qruplar baş verən bütün mənfi hadisələrdə İslamı ittiham etməklə, İslam dinini terror dini kimi təqdim etməklə məşğuldurlar. Halbuki bunun heç bir məntiqi əsası yoxdur. Sadəcə olaraq, bu, dünyada yüksələn xətlə yayılan İslam dininə və bu inancın daşıyıcılarına yönəlik ikili standartlardan irəli gələn qabaqlayıcı siyasi gedişlərdir.
İslam dininin əsas prinsipləri qarşıdurmalar və terrora yox, multikulturalizmə, tolerantlığa və dözümlülüyə söykənir. Yarandığı gündən İslam dininin əsas qayələrindən biri də tolerantlıq, qarşılıqlı anlaşma və dialoq olub. Bu da məlumdur ki, insanların ünsiyyətində, qarşılıqlı münasibətlərində anlayışların rolu inkaredilməzdir. Onların dinlərarası dialoq ətrafında apardığı mübahisələrin bir səbəbi də ortaq anlayışın formalaşmamasıdır. Ortaq dəyərlərə malik insanların iman birliyinə baxmayaraq, vahid düşüncə və fəaliyyət birliyi qura bilməməsini başqa cür izah etmək mümkün deyil.
İslam dininin əsas mənbəyi olan Qurani-Kərimdə bir çox ayələrdə qeyd edilən fikirlər onu deməyə əsas verir ki, islam heç də Qərb siyasətçilərinin, bəzi siyasi ideoloqların təbliğ etməyə çalışdıqları kimi, dözümsüzlük və terror dini deyil, tam əksinə, barış və sülh dinidir. Əslində, ?slamı dözümsüzlük dini adlandıranların özlərində bu dinə, dinin təbliğ etdiyi birlik və bərabərliyə qarşı qorxu var. Bu gün dinə qarşı baş verən təxribat xarakterli hadisələrin hər biri məhz islamafobiya səbəbindən təzahür edir.
Çünki, İslam dininə görə, birlikdə yaşamaq və hər bir şəxsin öz seçiminin nəticəsini görməsi baxımından hər insanı öz inamında, dinində və fikrində qəbul etmək tolerantlıqdır. Bu mənada, tolerantlıq həm də müxtəlif inanclı insanlar arasında bir körpüdür. İnsanların bir-birini tanıması, qarşılıqlı münasibətlərinin formalaşmasının əsası da tolerantlıqdan keçir.
Belə olan halda sual yaranır. Dünyanın bütün irqlərinin, millətlərinin nümayəndələrini bir bayraq altında birləşdirən, digər səmavi din mənsublarına loyal münasibət bəsləyən bir din, ona mənsub olan qardaş müsəlmanları parçalaya bilərmi?! Bu sualın cavabı ölkəmizdə artıq çoxdan verilib. Bunun nəticəsidir ki, müstəqil, dünyəvi dövlət olan Azərbaycan həm Qərb, həm də İslam dünyasında multikulturalizm və tolerantlıq məkanı kimi qəbul olunur. Bu, dövlətimizin həm İslam dininə, həm də dünyəvi demokratik dəyərlərə verdiyi yüksək önəmdən irəli gəlir.
İlahiyyatçı Ağa Hacıbəyli “Yeni Azərbaycan”a açıqlamasında bildirib ki, baş verən hadisələrə həm real, həm də mistik yanaşmaq mümkündür: “Dünya həyatının gerçək gücü budur. Dünya təzadlar üzərində qurulub. Həzrət Adəmin dövründən, yəni bir ailənin iki övladı belə dünyanı bölə bilmədi. Məlumdur ki, Habil və Qabil arasında savaş çıxandan bu günə qədər xalqlar, millətlər dünya xəritəsini dəfələrlə dəyişiblər. Yaşadığımız dünya güclünün haqlı olduğu bir dünyadır. Ona görə güc müvazinəti dəyişdiyi zaman zəif və gücsüz xalqlar, millətlər bu böyük əsarətin pəncəsi altında əzilir və dünyanın dəccalları həmişə məsum insanların qanını axıdırlar. Hazırda da İslam aləmi böyük bir atəşin içərisindədir. Amma ölkəmizdə vəziyyət tamamilə fərqlidir. Azərbaycan bu gün ədaləti, insan haqlarını bərqərar etmək üçün dünya ölkələri ilə masa başına toplanır.
44 günlük müharibədə əldə olunan Zəfərdən sonra birliyimiz daha da önəmlidir. Ona görə də din adamlarımız, ziyalılarımız, idrak sahibi, qələm əhli, kürsü əhli hər insanımız bu sahədə böyük bir mücadilə aparmalıdır. Çünki hansı bölgədə İslam dini çiçəklənirsə, onun çiçəyini tökməyə çalışırlar. Harada birlikdən doğan vəhdət havası varsa, onu dağıtmağa həvəslənirlər. Azərbaycan dövlətinin tolerantlıq siyasətini məqsədəuyğun şəkildə apardığını görürük və bunun bir nümunəsi kimi xalq da öz dövlətinin arxasında dayanıb. Bu birlik bizim üçün çox böyük əhəmiyyət kəsb edir. İnanırıq ki, din adamlarımızın bu sahədəki təəssübkeşliyi, öz bəhrəsini verəcək”.
Məqalə “Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyi”nin maliyyə dəstəyi ilə “Dini və milli tolerantlıq, millətlərarası münasibətlərin inkişaf etdirilməsi” istiqaməti üzrə hazırlanmışdır
Xəbər lenti
Hamısına baxGündəm
15 İyun 00:14
Xəbər lenti
14 İyun 21:52
Xəbər lenti
14 İyun 18:43
Maraqlı
14 İyun 17:19
Dünya
14 İyun 16:34
Dünya
14 İyun 15:22
Dünya
14 İyun 14:40
Dünya
14 İyun 13:18
YAP xəbərləri
14 İyun 13:00
Hadisə
14 İyun 12:29
Dünya
14 İyun 11:47
YAP xəbərləri
14 İyun 11:40
Dünya
14 İyun 11:35
İdman
14 İyun 10:40
Hadisə
14 İyun 10:09
YAP xəbərləri
14 İyun 09:58
Sosial
14 İyun 09:32
Sosial
14 İyun 09:17
Sosial
14 İyun 08:52
Hadisə
14 İyun 08:39
Mədəniyyət
14 İyun 07:31
Gündəm
13 İyun 23:20
Hadisə
13 İyun 22:19
Sosial
13 İyun 21:37
Sosial
13 İyun 21:07
YAP xəbərləri
13 İyun 20:19
YAP xəbərləri
13 İyun 20:17
Xəbər lenti
13 İyun 19:50
YAP xəbərləri
13 İyun 18:58
YAP xəbərləri
13 İyun 18:15
YAP xəbərləri
13 İyun 16:21
Sosial
13 İyun 15:20
YAP xəbərləri
13 İyun 14:59
İdman
13 İyun 14:33
YAP xəbərləri
13 İyun 13:48
YAP xəbərləri
13 İyun 13:44
Gündəm
13 İyun 13:32
Gündəm
13 İyun 12:50
Siyasət
13 İyun 12:29
Gündəm
13 İyun 11:58
İqtisadiyyat
13 İyun 11:24
İqtisadiyyat
13 İyun 10:57
Siyasət
13 İyun 10:35
Sosial
13 İyun 10:13
Analitik
13 İyun 09:51
Analitik
13 İyun 09:38
Ədəbiyyat
13 İyun 09:15
Elm
13 İyun 08:52
Ədəbiyyat
13 İyun 08:30
Dünya
12 İyun 23:18
Dünya
12 İyun 22:40
Dünya
12 İyun 22:17
Dünya
12 İyun 21:59
YAP xəbərləri
12 İyun 21:34
Dünya
12 İyun 21:25
Dünya
12 İyun 20:42
Dünya
12 İyun 20:14
Maraqlı
12 İyun 19:56
Dünya
12 İyun 19:21
Dünya
12 İyun 18:35
Dünya
12 İyun 17:59
Dünya
12 İyun 17:24
Dünya
12 İyun 16:41
Dünya
12 İyun 16:14
İqtisadiyyat
12 İyun 15:47
Siyasət
12 İyun 15:47
Sosial
12 İyun 15:47
Sosial
12 İyun 15:46
Sosial
12 İyun 15:46
Sosial
12 İyun 15:45

