Heydər Əliyevin 100 illiyi...
28.11.2023 [11:16]
Küveyt mediasında məqalə dərc edilib
Y.SAHİB
Tarixə Azərbaycan xalqının ümummilli lideri kimi daxil olmuş bu əvəzolunmaz insan liderlərə məxsus ən ali keyfiyyətlərə malik idi. Tanrı ona hər bir üstünlüyü bəxş etmişdi. Heydər Əliyev Azərbaycan üçün çox böyük tarixi nailiyyətlər, tarixi uğurlar və tükənməz dövlətçilik təcrübələri-müstəqil Azərbaycan, əbədi azadlıq qoyub getdi. Onun milli-mənəvi taleyimiz, gələcəyə doğru inkişafımız üçün yadigar qoyduğu sərvətlər bütün dünyaya bəllidir.
Bu günlərdə Küveytin nüfuzlu “Alseyassah.com” qəzeti və saytında “Azərbaycanla Küveytin bənzərliyi” başlıqlı məqalə dərc edilib. Diaspor Fəaliyyətinə Jurnalistlərin Dəstəyi İctimai Birliyinin sədri Fuad Hüseynzadənin müəllifi olduğu yazıda Azərbaycanla Küveyt arasında ikitərəfli münasibətlərin inkişaf etdirilməsində Ümummilli Liderin xidmətləri qeyd edilib: “Bunu Ulu Öndər Heydər Əliyevin Küveyt rəsmiləri ilə görüşündə Azərbaycan-Küveyt çoxəsrlik tarixi əlaqələrinin inkişafı üçün irəli sürdüyü təşəbbüs və təkliflər də təsdiqləyir. Küveyt rəsmilərinin Azərbaycana səfərlərində çox səmərəli, əhəmiyyətli görüşlər, danışıqlar olub. Məhz bunun nəticəsində Küveyt ilə Azərbaycan arasında ikitərəfli hökumətlərarası əməkdaşlığı təmin etmək üçün sənədlər, o cümlədən dostluq və əməkdaşlıq haqqında müqavilələr imzalanıb. Sevindirici haldır ki, Küveyt rəsmiləri Azərbaycanda aparılan demokratik dəyişiklikləri, həyata keçirilən islahatları yüksək qiymətləndirirlər”.
Məqalədə bildirilib ki, Küveyt Azərbaycan Respublikasının müstəqilliyini ilk tanıyan ölkələrdən olub: “1994-cü ilin 7 oktyabr tarixində iki ölkə arasında diplomatik əlaqələrin yaradılması haqqında Protokol imzalanıb. İki dövlət arasında diplomatik əlaqələrin qurulmasından çox az müddət sonra Ümummilli Lider
Heydər Əliyev Küveytin ozamankı əmiri Cabir Əhməd Sabahla Mərakeşin Kasablanka şəhərində görüşüb. Ulu Öndər bu görüşdə vurğulayıb: “Azərbaycan ilə Küveyt coğrafi baxımdan bir-birinə çox yaxındır. Bizim ulu babalarımız arasında tarixən çox sıx əlaqələr olub. Doğrudur, sonrakı dövrlərdə bu əlaqələr müəyyən qədər kəsilib. Ancaq indi Azərbaycan müstəqil dövlətdir və öz tarixi keçmişini, qədim dostları ilə əlaqələrini bərpa edir”.
Səmimi sözlər üçün təşəkkürünü bildirən Cabir Əhməd Sabah Azərbaycan Prezidentini Küveytə rəsmi səfərə dəvət etmişdi. Heydər Əliyev bu dəvəti məmnuniyyətlə qəbul edərək bildirmişdi ki, “ölkənizi ziyarət etmək mənim üçün çox xoşdur və mən də sizi Azərbaycana rəsmi səfərə dəvət edirəm”. Bu dəvət Küveyt əmiri tərəfindən məmnuniyyətlə qəbul olunmuşdu. Söhbət zamanı respublika prezidenti Azərbaycanda Küveyt səfirliyinin açılmasının zəruriliyinə toxunmuşdu: “Bildiyiniz kimi, ölkələrimizin iqtisadiyyatında da bir-birinə bənzərlik çoxdur. Siz böyük neft ölkəsisiniz. Azərbaycan da neft ölkəsi hesab edilir. Doğrudur, bizdə neft hasilatının tarixi Küveytdəkindən çox qədimdir”.
Xatırladaq ki, Azərbaycan Küveytdə səfirliyini 2004-cü ilin sonlarında açıb. Küveytin Bakıdakı səfirliyi isə 2006-cı ildə fəaliyyətə başlayıb.
Yazıda qeyd edilib ki, Azərbaycanla Küveytin parlamentlərarası əməkdaşlıq çərçivəsində də əlaqələri uğurla davam etdirilir: “1995-ci il mayın 28-də yaradılan Küveyt-Azərbaycan Parlamentlərarası Dostluq Qrupu qarşılıqlı əlaqələrin inkişafına öz töhfəsini verir. 2001-ci ilin sentyabrında Küveyt-Azərbaycan Parlamentlərarası Dostluq Qrupunun rəhbəri Camal Hüseyn Fahat əl-Ömərin rəhbərlik etdiyi nümayəndə heyətinin Azərbaycana səfəri zamanı Ulu Öndərlə görüşü olub. Bu görüşdə qarşılıqlı əlaqələrin daha da gücləndirilməsinin vacibliyi göstərilib və dost ölkələr kimi Küveyt və Azərbaycanın bir-birlərinə kömək göstərmələrinin zəruriliyi bildirilib.
Məqalədə Azərbaycan Respublikası ilə Küveyt Dövləti arasında müxtəlif sahələr üzrə əlaqələrin sürətlə inkişaf etdirilməsi üçün bu ölkədəki səfirliyimizin və diasporumuzun daima fəallıq göstərdiyi vurğulanıb. Həmçinin yazıda səfirliyin Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin anadan olmasının 100 illiyi münasibətilə keçirdiyi tədbirlərdən söz açılır: “Qeyd edək ki, 2009-cu ilin 10-11 fevral tarixlərində Azərbaycan Prezidenti İlham Əliyev Küveyt Dövlətində rəsmi səfərdə olub. Səfər çərçivəsində imzalan sənədlər ikitərəfli əməkdaşlığın inkişafını daha da sürətləndirib. Bu gün nüfuzlu beynəlxalq təşkilatlarda Azərbaycan-Küveyt əlaqələrinin daha da möhkəmlənməsi önəmlidir. Küveyt ilə Azərbaycanın bütün sahələrdə əməkdaşlığın bundan sonra daha da sıxlaşdırılmasına, daha da intensiv inkişafına geniş perspektiv var. İki ölkə arasında iqtisadi, mədəni, ticarət sahələrində əlaqələrin daha da inkişaf etdirilməsinin böyük əhəmiyyəti var”.
Qeyd edək ki, bu məqalə Küveytin tanınmış saytlarının “X” səhifələrində də geniş formada paylaşılıb.
Məqalə “Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyi”nin maliyyə dəstəyi ilə “Azərbaycançılıq ideyasının təbliği - “Heydər Əliyev İli” istiqaməti üzrə hazırlanmışdır
Xəbər lenti
Hamısına baxHadisə
27 Aprel 09:25
İdman
27 Aprel 08:52
Dünya
27 Aprel 08:19
Dünya
27 Aprel 07:30
Dünya
26 Aprel 23:40
İdman
26 Aprel 23:28
Hərbi
26 Aprel 22:30
Sosial
26 Aprel 21:44
İdman
26 Aprel 21:09
Sosial
26 Aprel 20:35
Siyasət
26 Aprel 20:35
Dünya
26 Aprel 19:18
Dünya
26 Aprel 18:33
Dünya
26 Aprel 17:25
Dünya
26 Aprel 16:41
Gündəm
26 Aprel 16:37
Siyasət
26 Aprel 16:11
Elm
26 Aprel 15:26
Hadisə
26 Aprel 14:50
Sosial
26 Aprel 14:29
İdman
26 Aprel 13:37
Sosial
26 Aprel 12:28
Sosial
26 Aprel 12:19
Dünya
26 Aprel 11:34
Gündəm
26 Aprel 11:29
Dünya
26 Aprel 10:22
Dünya
26 Aprel 09:41
Dünya
26 Aprel 08:38
Elm
26 Aprel 07:07
Maraqlı
25 Aprel 23:18
Maraqlı
25 Aprel 22:40
Dünya
25 Aprel 21:24
Sosial
25 Aprel 20:17
Dünya
25 Aprel 19:32
Siyasət
25 Aprel 19:25
Dünya
25 Aprel 18:56
Dünya
25 Aprel 18:20
Maraqlı
25 Aprel 17:45
Dünya
25 Aprel 17:28
Siyasət
25 Aprel 17:22
Dünya
25 Aprel 16:30
Mədəniyyət
25 Aprel 16:04
Gündəm
25 Aprel 15:52
Dünya
25 Aprel 15:46
Siyasət
25 Aprel 15:38
Dünya
25 Aprel 15:22
Siyasət
25 Aprel 15:17
Siyasət
25 Aprel 15:16
Siyasət
25 Aprel 15:15
YAP xəbərləri
25 Aprel 15:08
Dünya
25 Aprel 14:49
Dünya
25 Aprel 14:17
Sosial
25 Aprel 13:53
Gündəm
25 Aprel 13:38
Diaspor
25 Aprel 13:25
Gündəm
25 Aprel 12:49
Gündəm
25 Aprel 12:20
Gündəm
25 Aprel 11:53
İqtisadiyyat
25 Aprel 11:37
Gündəm
25 Aprel 11:13
Gündəm
25 Aprel 10:59
Gündəm
25 Aprel 10:35
Ədəbiyyat
25 Aprel 10:12
Analitik
25 Aprel 09:54
İqtisadiyyat
25 Aprel 09:32
Sosial
25 Aprel 09:16
Ədəbiyyat
25 Aprel 08:50
Ədəbiyyat
25 Aprel 08:38
Dünya
25 Aprel 07:48
Dünya
25 Aprel 07:25

