Region ölkələrinin etibarlı tərəfdaşı
20.01.2024 [10:40]
Azərbaycan beynəlxalq münasibətlərin əsas iştirakçılarından biridir
Ölkəmizin xarici siyasət kursunun əsas tərkib hissəsindən biri də dünya birliyinə inteqrasiyadır. Bütün sahələrdə, xüsusilə də enerji sahəsində Azərbaycan dünya birliyinin aparıcı tərəfdaşlarından hesab olunur. Bu, ölkə rəhbərliyinin yürütdüyü sistemli xarici siyasət kursu ilə birbaşa bağlıdır. Elə bunun nəticəsidir ki, bu gün Azərbaycanın iştirakı olmadan, nəinki regionda, hətta dünya miqyasında hansısa strateji layihənin həyata keçirilməsi mümkünsüzdür. Bu həm də hazırda Azərbaycanın dünya siyasətinin və iqtisadiyyatının əsas faktorlarından birinə çevrilməsi ilə bağlıdır.
Azərbaycan dövləti formalaşdıqca, beynəlxalq münasibətlərin əsas iştirakçılarından biri kimi dünyada özünəməxsus yer tutduqca, ikitərəfli münasibətləri yerinə yetirir. İkitərəfli münasibətlərə bir tərəfdən səfirliklərin açılması, qarşılıqlı mədəni, sosial, siyasi, iqtisadi münasibətlərin yaradılması, digər tərəfdən ölkələrin xalqları ilə münasibətlərin inkişaf etdirilməsi sahəsində işlər daxildir.
Müstəqilliyinin ilk illərindən Azərbaycan regional və qlobal səviyyədə fəaliyyəti, o cümlədən, beynəlxalq arenada əməkdaşlığı genişləndirərək və dərinləşdirərək müstəqil dövlət kimi çoxlu sayda beynəlxalq təşkilata üzv oldu. Bu əməkdaşlıq siyasi, iqtisadi, mədəni, humanitar, hərbi sahələri əhatə edərək çoxşaxəli xarakter daşıyır və ölkəmizin milli maraqlarının daha dolğun ifadə olunmasına, beynəlxalq aləmdə aparıcı rol oynayan dövlətlərlə qarşılıqlı faydalı əlaqələrin möhkəmlənməsinə mühüm təsir göstərir.
Diplomatiya tarixində uğurlu səhifə
Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin üzvü Kamran Bayramov “Yeni Azərbaycan”a açıqlamasında bildirib ki, dövlət müstəqilliyini əldə etdikdən sonra Azərbaycan Respublikası dünya birliyinə inteqrasiya yolunu tutub, öz xarici siyasətini də məhz bu istiqamət üzrə qurub: “Həm xarici dövlətlərlə, həm beynəlxalq təşkilatlarla əməkdaşlığı özünün prioritet istiqaməti kimi müəyyən edib. Ümumiyyətlə, möhkəm təməl üzərində yaradılan, iqtisadi potensial əldə etdiyi maliyyə resursları, cəmiyyət həyatının bütün sahələrinin dinamik inkişafı, enerji, ərzaq təhlükəsizliyi kimi məsələlərin uğurla həlli Azərbaycana tam müstəqil, milli maraqlara hesablanan xarici siyasət yürütməyə imkan verib. Bununla yanaşı, həyata keçirilən qlobal tədbirlər dövlətlərarası əlaqələrini gücləndirib və həm də ölkəmizin dünya miqyasında nüfuzunun daha da artırılmasını, Cənubi Qafqaz regionunda lider dövlətə çevrilməsini şərtləndirib.
Ölkəmiz hazırda dünya birliyinə inteqrasiyasının, beynəlxalq təşkilatlarla əməkdaşlığının genişləndirilməsi məqsədilə Birləşmiş Millətlər Təşkilatı, ATƏT, Avropa İttifaqı kimi beynəlxalq təşkilatlar, eyni zamanda, o təşkilatlara üzv olan dövlətlərlə sıx əməkdaşlıq edir. Qeyd edək ki, bundan əvvəlki dövrlərdə Azərbaycan müxtəlif təşkilatlarda sədrliyi ilə də yadda qalır. Yəni ki, öz xarici siyasətində beynəlxalq təşkilatlarda sədrliyə də böyük önəm verir. Məlum olduğu kimi, Azərbaycan artıq dörd ildir ki, ən böyük təşkilatlardan biri hesab olunan Qoşulmama Hərəkatına sədrlik edir və sədrliyi dövründə də böyük uğurlara imza atıb. Qlobal çağırışlar və çağırışların həlli istiqamətində bir çox qlobal təşəbbüslərlə yadda qalıb. Eləcə də, Qoşulmama Hərəkatının daxilində institusional islahatlara start verib və bununla da Azərbaycan bu sahədə də böyük uğur qazanıb. Bu gün də ölkə rəhbərliyi tərəfindən dövlətimizin milli maraqlarının qorunması istiqamətində gərəkli addımlar atılmaqdadır”.
Deputat qeyd edib ki, 44 günlük Vətən müharibəsində əldə edilən tarixi zəfərdən sonra Cənubi Qafqazda sabitliyin, əmin-amanlığın, təhlükəsizliyin təmin olunması ilə Azərbaycan regionda geosiyasi lider kimi önəmli addımlar atıb: “Şübhəsiz ki, yürüdülən siyasət dünya ictimaiyyəti, xarici ölkələr və beynəlxalq təşkilatlar tərəfindən də yüksək qiymətləndirilir. Mən düşünürəm ki, Cənubi Qafqazda təhlükəsizliyin, sülhün, əmin-amanlığın, sabitliyin bərqərar olunması da Azərbaycanın xarici siyasətindəki əsas istiqamətlərindən biridir. Onu da qeyd etmək lazımdır ki, Azərbaycanın xarici siyasət təcrübəsi bu il dünya birliyinin bir nömrəli beynəlxalq tədbiri hesab edilən COP29-un da Azərbaycanda keçirilməsinə şərait yaratdı. Bu da Azərbaycanın xarici siyasətdəki uğurlarına və ölkə başçısı İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən tədbirlərə verilən yüksək dəyərin göstəricisidir. Düşünürəm ki, bu istiqamət üzrə Azərbaycanın fəaliyyəti daha da artırılacaq. Azərbaycan dünya birliyində özünəməxsus yer tutmağa davam edəcək. Beynəlxalq təşkilatlar, region və digər xarici dövlətlər üçün daha etibarlı tərəfdaşa çevriləcək”.
Günel ABBAS
Məqalə “Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyi”nin maliyyə dəstəyi ilə “Azərbaycan Respublikasının dünya birliyinə inteqrasiyası, region ölkələri və digər dövlətlərlə, beynəlxalq təşkilatlarla əməkdaşlığının inkişaf etdirilməsi” istiqaməti üzrə hazırlanmışdır
Xəbər lenti
Hamısına baxMaraqlı
07 Avqust 22:17
Maraqlı
07 Avqust 21:35
Analitik
07 Avqust 21:02
Siyasət
07 Avqust 21:00
Siyasət
07 Avqust 20:57
Siyasət
07 Avqust 20:41
Dünya
07 Avqust 20:17
Dünya
07 Avqust 19:22
Dünya
07 Avqust 18:45
Dünya
07 Avqust 18:19
Dünya
07 Avqust 17:49
Dünya
07 Avqust 17:25
Dünya
07 Avqust 16:57
Dünya
07 Avqust 16:40
Dünya
07 Avqust 16:23
İdman
07 Avqust 15:31
Dünya
07 Avqust 15:06
Dünya
07 Avqust 14:45
Hadisə
07 Avqust 14:19
Dünya
07 Avqust 13:50
Siyasət
07 Avqust 13:28
Gündəm
07 Avqust 13:27
Siyasət
07 Avqust 13:26
Siyasət
07 Avqust 13:25
Dünya
07 Avqust 13:25
Siyasət
07 Avqust 13:23
MEDİA
07 Avqust 13:22
Siyasət
07 Avqust 13:22
Sosial
07 Avqust 13:20
MEDİA
07 Avqust 13:04
MEDİA
07 Avqust 12:55
Dünya
07 Avqust 12:43
Hadisə
07 Avqust 12:18
Gündəm
07 Avqust 11:55
Gündəm
07 Avqust 11:40
Siyasət
07 Avqust 11:20
Sosial
07 Avqust 10:50
Analitik
07 Avqust 10:30
Analitik
07 Avqust 10:05
Analitik
07 Avqust 09:45
Analitik
07 Avqust 09:20
Ədəbiyyat
07 Avqust 09:05
Dünya
07 Avqust 07:28
Dünya
06 Avqust 23:45
Dünya
06 Avqust 23:10
İdman
06 Avqust 23:07
Dünya
06 Avqust 22:42
Dünya
06 Avqust 22:05
Dünya
06 Avqust 21:39
Dünya
06 Avqust 21:17
Siyasət
06 Avqust 21:06
Siyasət
06 Avqust 20:46
Dünya
06 Avqust 20:45
Dünya
06 Avqust 20:12
Dünya
06 Avqust 19:48
İdman
06 Avqust 19:26
İqtisadiyyat
06 Avqust 18:55
İqtisadiyyat
06 Avqust 18:30
İqtisadiyyat
06 Avqust 18:10
Siyasət
06 Avqust 17:50
İdman
06 Avqust 17:32
Elm
06 Avqust 17:27
Dünya
06 Avqust 17:05
İqtisadiyyat
06 Avqust 16:46
Elm
06 Avqust 16:43
Sosial
06 Avqust 16:40
İqtisadiyyat
06 Avqust 16:28
Elm
06 Avqust 16:17
Sosial
06 Avqust 16:11
İqtisadiyyat
06 Avqust 16:07

