“Böyük Qayıdış” proqramı uğurla icra edilir
20.02.2024 [10:55]
Quruculuq işləri öz axarında gedir...
Vətən müharibəsində qazandığımız şanlı Zəfərdən sonra dövlətimizin qarşısında dayanan əsas hədəflərdən biri işğaldan azad edilmiş ərazilərimizin bərpasıdır. Ölkə başçısının müvafiq tapşırığı ilə keçmiş məcburi köçkünlərin doğma yurdlarına qayıdışını təmin etmək üçün mühüm işlər görülür. İşğaldan azad edilmiş ərazilərdə müasir infrastruktur formalaşdırılır, dayanıqlı məskunlaşma və iqtisadi reinteqrasiya üçün zəruri şərait yaradılır. Prezidentinin 16 noyabr 2022-ci il tarixli ?ərəncamı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının işğaldan azad edilmiş ərazilərinə Böyük Qayıdışa dair I Dövlət Proqramı”na əsasən bu il də məcburi köçkünlərin doğma yurdlarına qayıdışı üçün sürətli işlər görülür.
Dövlətimiz Qarabağ və Şərqi Zəngəzur bölgəsinin ölkənin digər əraziləri kimi yüksək inkişaf yoluna qədəm qoyması üçün siyasi iradə sərgiləyir. Gələcəkdə işğaldan azad edilmiş ərazilərin inkişaf etdirilərək, zəngin təbii potensialı ilə dünyada tanınması istiqamətində mühüm addımlar atılır. Tikilib qurulan hər kənd, şəhər dövlətin iqtisadi gücünün göstəricisinə çevrilir. Zəngilan rayonunun Ağalı kəndindən başlayan Böyük Qayıdış prosesi ötən müddət ərzində bir çox ərazilərimizi əhatə etdi. Laçın şəhəri, Zabux kəndi, Tərtərin Talış kəndi, Füzuli şəhəri və digər bərpa edilən ərazilər üzrə köç karvanları böyük coşqu ilə bu gün də davam etdirilir.
11 ay ərzində 3516 nəfər torpağına qovuşub
Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsindən verilən məlumata görə, təkcə 2023-cü ilin 11 ayı ərzində ümumilikdə 901 ailə, yəni 3 516 nəfər öz dədə-baba yurduna qayıdıb. Ötən il Füzuli şəhərinə 308 (1 106 nəfər), Laçın şəhərinə 363 (1 389 nəfər), Zəngilan rayonunun Ağalı kəndinə 109 (545 nəfər), Laçının Zabux kəndinə isə 121 ailə (476 nəfər) köçürülüb. 2023-cü ilin dekabrına qədər işğaldan azad olunmuş ərazilərdə ümumilikdə 987 ailə (3 932 nəfər) məskunlaşıb.
2026-cı ilədək...
Bu il yanvar ayının 30-na kimi 1360 ailə, 5354 nəfər doğma yurdlarına qayıdıb. 2026-cı ilədək 34 500 ailənin, 140 min vətəndaşın köçürülməsi nəzərdə tutulur. Prezident İlham Əliyev fevralın 14-də andiçmə mərasimində bildirmişdi ki, “Böyük Qayıdış “proqramının birinci mərhələsini 2026-cı ilin sonunda başa çatdıracağıq və o vaxt 140 min köçkün öz dədə-baba torpaqlarına qayıdacaq: “Bununla paralel olaraq, bütün sosial infrastruktur inşa edilir, xəstəxanalar, məktəblər, idman obyektləri, infrastruktur obyektləri, yollar, 130-dan çox tunel və körpü, - 40 tunel və 90 körpü, - inşa edilir. Yəni, bu, sadəcə olaraq işin miqyasını göstərir, bütün elektrik təsərrüfatı yenidən qurulub, dəmir yolları çəkilir, iki beynəlxalq hava limanı açılıb, üçüncüsü də Laçında açılacaq. Yəni, geniş quruculuq işləri görüləcək. Əlbəttə ki, köçkünlər üçün yeni evlər, bütün müasir şəhərsalma qaydalarına uyğun olan yaşayış yerləri qurulacaq və tarixi şəhərlərimizin tarixi siması bərpa ediləcək”.
Qarabağ cənnətə çevrilir...
Mövzu barədə fikirlərini “Yeni Azərbaycan”la bölüşən millət vəkili Nəsib Məhəməliyev bildirib ki, Qarabağ zəfərindən sonra Azərbaycanın qarşısında duran prioritet məsələ öz dədə-baba yurdlarından köçkün düşən vətəndaşların torpaqlarına qayıtması idi: “Erməni işğalından azad edilən torpaqlarda daşın daş üstə qalmadığını, flora və faunın məhv edildiyini, tarixi və dini tikililərin amansızlıqla dağıdıldığını, bir sözlə Qarabağın viran edildiyini gördük. Amma Azərbaycan dövləti qısa zaman ərzində bu regiona yeni həyat bəxş etdi. Qarabağda infrastruktur layihələri uğurla icra olunur, yollar-körpülər salınır, eyni zamanda, beynəlxalq hava limanları istifadəyə verilir. Görülən işlərlə yanaşı, yaşayış massivləri salınır, ağıllı kənd-şəhər proyektləri həyata keçirilir”.
Gənclər həvəslə Qarabağda yaşamaq istəyirlər
Deputat qeyd edib ki, “Böyük Qayıdış” Azərbaycanın 2030-cu ilədək müəyyən edilmiş beş Milli Prioritetindən biridir: “Vətəndaşlarımızın öz yurdlarında yerləşdirilməsi ilə yanaşı, onların işlə təmin olunması da dövlətin daim diqqət mərkəzindədir: “Belə ki, köçürülən sakinlər peşə ixtisaslarına və bacarıqlarına uyğun şəkildə müvafiq qurumlar tərəfindən işlə təmin edilirlər. Onlar müxtəlif dövlət qurumlarında, ictimai-iaşə obyektlərində, tikinti şirkətlərində və digər yerlərdə çalışırlar. Doğma yurdlarına köçürülən sakinlərin münasib vakansiyalar üzrə işlə təminatı, özünüməşğulluq proqramına cəlbi, eləcə də sakinlərdən bir qisminin yeni peşələrə yiyələnmələri məqsədilə peşə hazırlığı kurslarının təşkili üzrə tədbirlər davam edir. Sevindirici hallardan biri də ondan ibarətdir ki, gənclərimiz böyük həvəslə Qarabağda işləmək, yaşamaq istəyirlər”.
Yeganə BAYRAMOVA
Məqalə “Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyi”nin maliyyə dəstəyi ilə “İşğaldan azad olunmuş ərazilərə “Böyük Qayıdış” istiqaməti üzrə hazırlanmışdır
Xəbər lenti
Hamısına baxMüsahibə
18 İyun 19:53
Analitik
18 İyun 19:22
İqtisadiyyat
18 İyun 19:20
Sosial
18 İyun 19:11
Dünya
18 İyun 18:20
Dünya
18 İyun 17:35
Dünya
18 İyun 16:29
Xəbər lenti
18 İyun 15:58
Dünya
18 İyun 15:31
İqtisadiyyat
18 İyun 15:16
Gündəm
18 İyun 15:15
Maraqlı
18 İyun 14:49
Siyasət
18 İyun 14:36
Siyasət
18 İyun 14:35
Siyasət
18 İyun 14:35
Siyasət
18 İyun 14:34
Sosial
18 İyun 14:33
Siyasət
18 İyun 14:32
Dünya
18 İyun 14:27
YAP xəbərləri
18 İyun 14:25
YAP xəbərləri
18 İyun 14:23
Sosial
18 İyun 14:16
Sosial
18 İyun 14:14
Dünya
18 İyun 13:48
Dünya
18 İyun 13:20
YAP xəbərləri
18 İyun 13:15
Gündəm
18 İyun 13:04
Siyasət
18 İyun 12:57
İqtisadiyyat
18 İyun 12:47
İqtisadiyyat
18 İyun 12:43
Sosial
18 İyun 12:43
Sosial
18 İyun 12:41
İqtisadiyyat
18 İyun 12:41
Sosial
18 İyun 12:40
Siyasət
18 İyun 12:18
Dünya
18 İyun 11:59
Analitik
18 İyun 11:25
Gündəm
18 İyun 11:23
Siyasət
18 İyun 10:47
Siyasət
18 İyun 10:46
Siyasət
18 İyun 10:45
Siyasət
18 İyun 10:44
Siyasət
18 İyun 10:44
Siyasət
18 İyun 10:43
Siyasət
18 İyun 10:43
Sosial
18 İyun 10:39
Dünya
18 İyun 10:17
İqtisadiyyat
18 İyun 09:40
Ədəbiyyat
18 İyun 09:16
Dünya
18 İyun 09:05
Analitik
18 İyun 08:53
Sosial
18 İyun 08:35
Dünya
18 İyun 08:10
Siyasət
18 İyun 07:39
Dünya
18 İyun 07:27
Dünya
17 İyun 23:42
Dünya
17 İyun 23:35
Sosial
17 İyun 23:19
Dünya
17 İyun 22:56
Dünya
17 İyun 22:20
Dünya
17 İyun 22:09
Dünya
17 İyun 21:43
Dünya
17 İyun 21:32
Elm
17 İyun 21:18
Dünya
17 İyun 21:15
Elm
17 İyun 20:58
Dünya
17 İyun 20:25
Dünya
17 İyun 20:10
Elm
17 İyun 19:42
Dünya
17 İyun 19:30

