Ən qədim içki növü...
21.05.2024 [11:10]
21 may Beynəlxalq Çay Günüdür
Adətən yorğun olduğumuz zamanlarda eləcə də əhvalımızı daha da yaxşılaşdırmaq istədiyimiz vaxt ən çox çaya üstünlük veririk. Dünyada sudan sonra ən çox istifadə olunan içki sayılan çayın 5 min illik tarixi var. Çay haqqında əfsanələr də mövcuddur, Böyük Çin İmperatoru Shen Nungın xidmətçisi bağçada su qaynadarkən yarpaqlardan biri qaynayan suyun içinə düşür və sudan yayılan qoxu imperatorun çox xoşuna gəlir. İmperator yarpaq düşmüş suyun dadına baxır və çox bəyənir. O gündən çay Çin ərazisində, daha sonra isə bütün dünyada əvəzolunmaz içkiyə çevrilir.
Çayın bugünkü dəmlənmə şəkli isə 4 min il bundan öncə kəşf edilib. Yeri gəlmişkən, mayın 21-i Beynəlxalq Çay Günü kimi qeyd olunur. BMT bu tarixi çay idxal edən ölkələrdə bu məhsulun istehlakının azaldılmasına diqqət çəkmək məqsədilə elan edib.
Beynəlxalq Çay Gününü qeyd etmək uzun illər müzakirə mövzusu olsa da, bunu yalnız 2004-cü ildə Hindistanın Mumbay şəhərində və 2005-ci ildə Braziliyanın Portu-Aleqri şəhərində keçirilən ümumdünya ictimai forumlarından sonra reallaşdırmaq mümkün olub.
Çayın yaranma tarixi...
Çay sözünün mənşəyi də Çinə gedib çıxır. Bu içki həmin ölkənin ayrı-ayrı bölgələrində “ça” və “te” kimi tələffüz olunur. İngilislər də “te” əsasında “tea” sözünü formalaşdırıblar. Çay Avropaya 17-ci əsrin əvvəllərində Holland və Portuqal tacirlər tərəfindən gətirilib. 1635-ci ildən Hollandiya və Fransa Avropada çay istehlakına liderlik edən ölkələr hesab olunurlar. Bu bitkini ilk dəfə Amerikaya gətirən insanın adı isə Peter Stuyvesantdır. 1908-ci ildə bu günümüzdə geniş yayılmış birdəfəlik paket çayların ABŞ-da istehsalına başlanılıb.
Dünyada hazırda ən aparıcı çay istehsalçı ölkələr Hindistan, Şri-lanka, Çin, Türkiyə, Keniya, İndoneziya, Malayziya, və Vyetnamdır.
Azərbaycanda çay bitkisi ilk dəfə 1912-ci ildə Lənkəranda əkilib. İlk çay zavodu da 1937-ci ildə Lənkəranda tikilib. Bundan sonra Azərbaycanda çayın kütləvi şəkildə istehsalına başlanılıb. Ölkəmizdə çay əsasən Lənkəran, Astara, Masallı və Zaqatalada yetişdirilir. 1970-1980-ci illərdə 36 min hektar sahədə çay əkilib becərilib və 34 min tondan çox çay istehsal edilib. Həmin vaxt 15 zavod istifadəyə verilmişdi.
Gündəlik istifadə etdiyimiz çayın necə hazırlandığı, hansı çayın daha keyfiyyətli olduğu, eləcə də çayla bağlı digər məqamlar yəqin ki, çoxlarına maraqlıdırır. Çay üzrə mütəxəssis Nuriyyə Rəhmanova mövzu barədə fikirlərini “Yeni Azərbaycan”la bölüşüb. Onun sözlərinə görə, çay təbabətdə, infeksion xəstəliklərin qarşısının alınmasında, göz, dil, diş xəstəliklərinin müalicəsində istifadə olunub.
Hansı çay daha yaxşıdır?
Mütəxəssis qeyd edib ki, çay əkildikdən 5 il sonra məhsul verir. Onun sözlərinə görə, çayı bölgə ilə çox da bağlamaq düzgün deyil. Hansı çaya aqrotexniki qulluq göstərilirsə, onda məhsuldarlıq və keyfiyyət yüksək olur: “Dünyada Hindistan çayı daha yaxşı çay hesab olunur. Bu gün ölkəmizdə istehsal olunan çaylar Hindistan-Çin hibridindən alınıb. Çünki bu məhsul şaxtaya dözümsüzdür, Günəş və suyu daha çox sevir. Son dönəmlər mənfi 5 dərəcəyə qədər dözən çay kolları əkilib. Çayın keyfiyyətli olması sırf aqrotexniki qulluq qaydalarına əməl edilməsi ilə bağlıdır. Yaxşı qulluq etdikdə ildə dörd dəfə məhsul götürmək mümkündür. Ən yaxşı çay “buket” növ hesab olunur. Daha sonra əla, ondan sonra birinci növ çay gəlir”.
Çay alarkən nələrə diqqət edək?
N.Rəhmanova bildirib ki, hazırda ölkəmizdə çay yetişdirilməsi stimullaşdırılır: “Çaya uzaqdan baxanda onun keyfiyyətli məhsul olub-olmadığını bilmək olmaz. Çayı istifadə etdikdən, dəmlədikdən sonra onun keyfiyyətinə qiymət vermək mümkündür. Bununla belə, çay alan zaman onun üzərində istehsal tarixinə, çeşidi, növü və sair məqamlara diqqət etməliyik. Qablaşdırılması normal olan məhsula üstünlük verilməlidir. Dəmlədikdən sonra çayın ətrindən onun keyfiyyətini bilmək olar. Çayın üzərinə qaynar su tökdükdə çaya xas olan ətir qalxır. Bu ətir bir qədər portağal, bir qədər də alma ətrinə bənzəyir. Amma bu, bənzətmədir”.
Çayın faydaları...
Mütəxəssisin sözlərinə görə, çayın tərkibində kofein olduğundan, dəmləyib istifadə etdikdən sonra yorğunluğu aradan qaldırır: “Çayın tərkibindəki antioksidant qocalmanı ləngidir. Bizim vərdişə çevirdiyimiz çay bütün infeksion xəstəliklərdə orqanizmə kömək edir. Həmçinin yeni hüceyrələrin yaranmasına kömək edir. Çay bədəni tərk edənə qədər bütün orqanlarımıza faydası toxunur. Çay bədəndə qan damarlarına, əzələlərin bərpasına müsbət təsir göstərir”.
Dəmlədikdən sonra 20-30 dəqiqə ərzində...
N.Rəhmanova bildirib ki, köhnə çayı istifadə etmək tövsiyə edilmir: “Nəzərə almaq lazımdır ki, biz çayı yorğunluğumuzun çıxması üçün içirik ki, bədənimiz gümrahlaşsın. Eyni zamanda, susuzluğumuzu yatırsın. Biz köhnə çay içdikdə artıq orqanizmimizə çayın bir faydası olmur. Ona görə də çayı dəmlədikdən sonra 20-30 dəqiqə ərzində istifadə etmək məsləhətdir”.
Mütəxəssis qeyd edib ki, iriyarpaqlı çaylar daha gec dəm alır. Orta iri yarpaqlı çaylar nisbətən tez dəmlənir. Birdəfəlik çaylar isə ən tez dəmlənən çaylardır.
Ətirli çaylar ziyandırmı?
Qeyd edək ki, son vaxtlar bazarda ətirli çay çeşidlərinə daha çox rast gəlinir. N.Rəhmanova vurğulayıb ki, buna ətirləndiricilərdən istifadə etməklə nail olunur: “Ətirləndiricilərdən istifadə müxtəlif zövqləri oxşamaq məqsədi daşıyır. Çayı ətirləndirmək üçün təbii qida məhsullarında istifadə olunan efir yağlarından istifadə edilir. Ətirləndiricilər arasında ən populyar olanı isə berqamotdur. Ətirli çaylar bazarda bəyənilir. Ziyanı yoxdur”.
Çayımız 40 ölkədə satılır
Mütəxəssis bildirir ki, Azərbaycanın istehsal etdiyi çay bu gün 40-dan çox ölkəyə ixrac olunur. Azərbaycan çaylarına ən böyük tələbat isə ərəb ölkələrində, Rusiya, Ukrayna, Amerikadadır. Onun sözlərinə görə, Azərbaycan çayı Yaponiya bazarına da çıxardılıb.
Gündə neçə stəkan çay içmək məsləhətdir?
Azərbaycanda adına mahnılar yazılan “armudu stəkanda çay” deyimi isə sən demə, elə-belə yaranmayıb. Armudu stəkanda çayın daha dadlı olduğunu mütəxəssis də təsdiqləyir. Onun sözlərinə görə, armudu stəkanın quruluşuna görə soyuma tədricən getdiyindən çay isti və ləzzətli olur. O deyir ki, bir insan gün ərzində 8-12 armudu stəkan çay qəbul edə bilər.
Yeganə BAYRAMOVA
Xəbər lenti
Hamısına baxDünya
16 İyun 10:43
Gündəm
16 İyun 10:41
Gündəm
16 İyun 10:30
Sosial
16 İyun 10:29
Dünya
16 İyun 10:19
Dünya
16 İyun 09:47
Dünya
16 İyun 09:20
Dünya
16 İyun 08:52
Hadisə
16 İyun 08:34
Dünya
15 İyun 23:36
Hadisə
15 İyun 23:03
Siyasət
15 İyun 22:20
YAP xəbərləri
15 İyun 21:46
Dünya
15 İyun 20:18
Siyasət
15 İyun 19:39
Siyasət
15 İyun 19:11
Hərbi
15 İyun 18:00
Dünya
15 İyun 17:42
Dünya
15 İyun 16:20
Dünya
15 İyun 15:33
Dünya
15 İyun 14:18
Siyasət
15 İyun 13:58
Dünya
15 İyun 13:29
Dünya
15 İyun 12:35
Dünya
15 İyun 11:24
Dünya
15 İyun 10:31
Dünya
15 İyun 09:52
Dünya
15 İyun 09:17
Hadisə
15 İyun 08:59
Dünya
15 İyun 08:25
Gündəm
15 İyun 07:54
Dünya
15 İyun 07:35
Gündəm
15 İyun 00:14
Gündəm
14 İyun 23:28
Siyasət
14 İyun 23:16
Xəbər lenti
14 İyun 21:52
Dünya
14 İyun 19:26
Xəbər lenti
14 İyun 18:43
Maraqlı
14 İyun 17:19
Dünya
14 İyun 16:34
Dünya
14 İyun 15:22
Dünya
14 İyun 14:40
Dünya
14 İyun 13:18
YAP xəbərləri
14 İyun 13:00
Hadisə
14 İyun 12:29
Dünya
14 İyun 11:47
YAP xəbərləri
14 İyun 11:40
Dünya
14 İyun 11:35
İdman
14 İyun 10:40
Hadisə
14 İyun 10:09
YAP xəbərləri
14 İyun 09:58
Sosial
14 İyun 09:32
Sosial
14 İyun 09:17
Sosial
14 İyun 08:52
Hadisə
14 İyun 08:39
Mədəniyyət
14 İyun 07:31
Gündəm
13 İyun 23:20
Hadisə
13 İyun 22:19
Sosial
13 İyun 21:37
Sosial
13 İyun 21:07
YAP xəbərləri
13 İyun 20:19
YAP xəbərləri
13 İyun 20:17
Xəbər lenti
13 İyun 19:50
YAP xəbərləri
13 İyun 18:58
YAP xəbərləri
13 İyun 18:15
YAP xəbərləri
13 İyun 16:21
Sosial
13 İyun 15:20
YAP xəbərləri
13 İyun 14:59
İdman
13 İyun 14:33
YAP xəbərləri
13 İyun 13:48

