Zəhərli şirinlik...
14.11.2025 [08:52]
Şəkər xəstəliyi həyatımızı necə əsir alır?
Adı nə qədər şirin səslənsə də, bu “şirinlik” minlərlə insanın həyatına acı qatır. Şəkər xəstəliyi bir çoxlarının düşündüyü kimi sadəcə qan şəkərinin artması deyil, digər orqanları da sıradan çıxaran səssiz, amansız bir düşməndir. Bəlkə də şəkər xəstəliyi deyiləndə çoxlarının ağlına elə də təhlükəli olmayan xəstəlik gəlir. Bu səbəbdən də ona adi bir xəstəlik kimi baxmışıq. Ancaq bütün xəstəliklər ağrı-acıdır, əzabdır. Şəkər xəstələrini adətən ayaq üstündə görmüşük. Elə buna görə də bu xəstələrin özləri və yaxınları ona adi xəstəlik kimi baxıblar.
Lakin şəkər xəstəliyinə adi baxdıqca o öz yerini daha da möhkəmləndirir. Minlərlə qapılar döyüb, çağırılmamış qonaq kimi evlərə girir. Ona adi xəstəlik kimi baxdıqca bütün bədənimizə hakim kəsilə bilər. Bir də görürük ki, artıq bu “şirin” xəstəlik bizə acıdan başqa bir şey vermir. Artıq süfrəyə düzülən bütün nemətlərə əl uzada bilmirik. Bütün ədviyyatlarla hazırlanan yeməkləri yeyə bilmirik. Bu “şirin” xəstəlik şirin olan hər şeyi əlimizdən alıb, azşəkərli məhsullarla qidalanmağa vadar edib bizləri. Pəhriz saxlamağa, günün müəyyən saatlarında yeyə bilməyə, yanımızda şəkərimizi ölçən cihaz gəzdirməyə vadar edib.
Hazırda bütün dünyanı ciddi narahat edən xəstəliklərdən biri də şəkərli diabetdir. Bu xəstəlik artıq qlobal problem kimi qəbul olunub. 1991-ci ildən başlayaraq Beynəlxalq Diabet Federasiyasının və Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) tövsiyəsi ilə hər il noyabrın 14-ü Ümumdünya Diabet Günü kimi qeyd olunur.
Niyə məhz 14 noyabr?
Həmin gün milyonlarla insanın həyatının xilaskarı, insulin preparatını kəşf edən tibb elmləri doktoru, professor, tədqiqatçı alim, Nobel mükafatı laureatı Frederik Bantinqin doğulduğu tarixdir. Dostunun gənc yaşda dünyasını dəyişməsi ilə fizioloq F.Bantinq elmi axtarışlara başlayır. Axtarışlar uğurla başa çatır. 1922-ci ildə gənc alim dostunun ölümünə səbəb olan şəkər xəstəliyinə düçar olmuş 14 yaşlı oğlanı müalicə edir. Bununla da onun kəşfi bütün dünyada yayılır. Bundan sonra kanadalı fizioloqun doğum günü 14 noyabr, 1991-ci ildən etibarən təqvimə Şəkərli Diabetlə Beynəlxalq Mübarizə Günü kimi salınıb.
Ümumdünya Diabet Günü Azərbaycan da daxil olmaqla 160-dan çox ölkədə qeyd olunur. Hər il bu tarixlə bağlı diabetə dair əhəmiyyətli mövzularda beynəlxalq miqyaslı müzakirələr, humanitar tədbirlər keçirilir.
Birinci və ikinci tip diabet...
Endokrinoloq Gündüz Əliyev “Yeni Azərbaycan”a açıqlamasında bildirib ki, 40 yaşına qədər olan insanlarda adətən birinci tip şəkərli diabet olur. Burada insulin ya tam olmur, ya da cüzi miqdardadır: “Bu da karbohidrat, yağ və digər mübadilələri pozur və ona görə də diabetə mübadilə pozğunluğu xəstəliyi deyirlər. Burada genetik faktorların və infeksiyanın da rolu çoxdur. İkinci tip diabet isə 40 yaşından sonra ortaya çıxır və bu diabet yüngül gedişə malik olur. Öz müalicəsi üçün adətən insulin istəmir, pəhrizlə, həblərlə müalicə olunur, çox arıqlamağa imkan vermir”.
İnsanların çoxu şəkər olduğunu bilmir...
G.Əliyev şəkərli diabet xəstəliyinin simptomlarından da danışıb: “Xəstəliyin ən çox rast gəlinən klassik simptomları çox su içmə, sidiyə getmə, yemə və kəskin arıqlamadır: “Bunların çoxu ikinci tipdə olmur. Əlamətlərdən hansısa olur, amma hökm deyil ki hamısı bir arada olsun. Ona görə də insanların çoxu şəkərli diabet olduğunu bilmir. Bu, təsadüfi yoxlama zamanı üzə çıxır”.
Valideynlərin hər ikisi diabetdirsə...
Endokrinoloqun sözlərinə görə, şəkərli diabet genetik xəstəlikdir. Əgər uşaq doğulanda valideynlərin hər ikisi diabetdirsə, uşağa ötürülmə ehtimalı 30-50 faizə qədərdir: “Təkcə anada olanda 5, atada olanda isə 10 faiz olur ki, bunun da başvermə, törəmə səbəbini hələ ki, elm bilmir. Uşaqlara genetik meyil ötürülür, amma onun meydana çıxması üçün şərait lazımdır, məsələn, stress kimi. Diabet ömürlük xəstəlikdir, ona yaxşı qulluq etməsən, ağırlaşmaları olur. Məsələn, gözdən əlil olanların 25, aşağı ətrafları kəsilmiş, amputasiya olunmuş şəxslərin 25-30, hemodializə gedən xəstələrin 40-50 faizi diabetin payına düşür. Demək olar ki, diabetin insan orqanizmində zədələmədiyi toxuma qalmır”.
“Varlıların xəstəliyi...”
Həkim bildirib ki, hazırda şəkərli diabetin ən çox səbəbi oturaq həyat tərzi, piylənmə, stress kimi faktorlardır: “Məsələn, xroniki stress şəkərə səbəb olur ki, onu mütəmadi hərəkətlə -gəzməklə, üzməklə yandırmaq lazımdır. Müasir insanlar karbohidratlı qidalardan çox istifadə edirlər. Keçmişdə tortu, şəkərburanı ancaq varlı adamlar yeyərdi, ona görə də buna “varlıların xəstəliyi” deyirdilər. Hesablayanda görürsən ki, bir nəfərə il ərzində az qala yarım, 1 kisə şəkər tozu düşür. Keçmişdə belə tələbat, həm də təminat yox idi”.
Yeganə BAYRAMOVA
Xəbər lenti
Hamısına baxDünya
04 May 09:42
Dünya
04 May 09:17
Dünya
04 May 08:59
Siyasət
04 May 08:29
Dünya
03 May 23:16
Dünya
03 May 22:41
Dünya
03 May 21:27
Dünya
03 May 20:18
Gündəm
03 May 19:45
Maraqlı
03 May 19:25
Dünya
03 May 18:40
Sosial
03 May 18:16
İdman
03 May 18:14
Dünya
03 May 17:15
İdman
03 May 16:52
Maraqlı
03 May 16:39
Dünya
03 May 15:22
Analitik
03 May 14:54
Elm
03 May 14:31
Dünya
03 May 13:40
İqtisadiyyat
03 May 12:45
Dünya
03 May 12:17
Dünya
03 May 11:49
Dünya
03 May 11:20
İdman
03 May 10:58
Dünya
03 May 10:36
İdman
03 May 10:20
Dünya
03 May 09:43
İqtisadiyyat
03 May 09:14
İdman
03 May 08:50
Elm
03 May 08:22
İdman
03 May 07:30
Elm
03 May 07:24
İdman
02 May 23:35
Sosial
02 May 22:45
Analitik
02 May 21:56
Dünya
02 May 20:42
Dünya
02 May 19:34
YAP xəbərləri
02 May 18:39
Dünya
02 May 18:36
Sosial
02 May 17:36
Hadisə
02 May 16:29
Mədəniyyət
02 May 15:17
Sosial
02 May 14:22
İdman
02 May 13:31
Mədəniyyət
02 May 12:39
Gündəm
02 May 11:59
Gündəm
02 May 11:32
Siyasət
02 May 11:18
İqtisadiyyat
02 May 10:53
Gündəm
02 May 10:35
İqtisadiyyat
02 May 10:17
Analitik
02 May 09:56
Analitik
02 May 09:30
Sosial
02 May 09:16
Ədəbiyyat
02 May 08:54
Ədəbiyyat
02 May 08:31
Dünya
01 May 23:49
İqtisadiyyat
01 May 23:20
Sosial
01 May 22:46
Xəbər lenti
01 May 22:19
Siyasət
01 May 22:07
Dünya
01 May 21:55
Hadisə
01 May 21:23
İqtisadiyyat
01 May 20:42
Mədəniyyət
01 May 20:17
Maraqlı
01 May 19:50
Dünya
01 May 19:23
Dünya
01 May 18:25
Dünya
01 May 17:32

