Qadınların əvəzolunmazı - Alış-veriş
11.11.2022 [10:45]
“Alış-veriş qadınların ən bahalı terapiyasıdır, çünki bu, heç vaxt bitmir”.
Səidə
Qadınların əksəriyyəti alış-veriş etməkdən zövq alırlar. Bu, bizim ən sevdiyimiz hobbimiz halına çevrilib desək, yerində olar. Bu barədə bir neçə xanımdan soruşduq: “Alış-veriş edən zaman özünüzü necə hiss edirsiniz?”. Cavablar isə tam olaraq belə idi:
* “Mükəmməl”;
* “Çox xoşbəxt hiss edirəm, mənim üçün ən gözəl məşğuliyyətlərdən biridir”;
* “Alış-veriş edən zaman enerjim yüksəlir, özümü çox daha yaxşı hiss edirəm”;
* “Özümü rahatlamış hiss edirəm”;
* “Alış-verişlə bütün stressim, əsəbim keçir və tamamilə sakitləşirəm”;
* “Əhvalım düzəlir, bir müddətlik də olsa, bütün problemlərimi unuduram”;
* “Elə bil ki, dünyalar mənim olur, əla hiss edirəm”
* “Yeni şeylər almaq məni çox xoşbəxt edir” və s.
Heç bir xanımdan mənfi cavab almadıq, hər biri alış-verişin onda yaratdığı müsbət emosiyalardan bəhs edirdi. Cavablardan belə nəticə çıxara bilərik: “Alış-veriş qadınların ən bahalı terapiyasıdır, çünki bu, heç vaxt bitmir”.
Bu gün dünyanın bir çox ölkələrində qeyri-rəsmi olaraq, Beynəlxalq Shopping Günü kimi qeyd olunur. Bu günə özəl olaraq dünyanın hər yerində böyük endirimlər başlayıb. Bu endirimlərdən ən çox yararlananlarsa, yenə də bizlərik. Bəs belə gözəl gün necə yarandı?
Hər il 11 noyabr Çində “Subaylar Günü” kimi qeyd olunur. “Subaylar Günü” olaraq 11.11 tarixinin seçilməsinə səbəb 1 rəqəminin tək olan insana bənzədilməsidir. Çin əlifbasında 1 rəqəmi ilə tək status arasında əlaqə var. Bu gün münasibətilə insanların bir-birlərinə hədiyyələr alması satışlara müsbət təsir göstərirdi. “Alibaba Group” bunu fürsətə çevirdi və 2009-cu ildə şirkət saytlarında Subaylar Gününə özəl 50%-ə qədər endirimlər başlatdı. Təcrübə uğurla nəticələndi və “Alibaba”nın başlatdığı böyük endirim günləri getdikcə populyarlaşmağa başladı. Digər ticarət sahibləri də bu fürsətdən yararlanmaq və daha çox satış etmək üçün Subaylar Günü münasibətilə böyük endirimlər başlatdılar. 11 noyabr tarixi Çində başlayıb bütün dünyaya yayılan qlobal onlayn satış gününə çevrildi.
11 noyabr artıq dünyanın ən böyük alış-veriş gününə çevrilib. Buna görə də bu günü “Beynəlxalq Shopping Günü” adlandırırlar. Ticarət sahiblərinin bu böyük endirimlər müddətindəki qazancı hər il yüksələn xətlə davam edir.
Xəbər lenti
Hamısına baxİqtisadiyyat
02 Sentyabr 09:40
İqtisadiyyat
02 Sentyabr 09:17
Analitik
02 Sentyabr 08:54
Sosial
02 Sentyabr 08:31
Hadisə
02 Sentyabr 07:55
Dünya
01 Sentyabr 23:34
Dünya
01 Sentyabr 23:20
Hadisə
01 Sentyabr 22:48
İqtisadiyyat
01 Sentyabr 22:25
Siyasət
01 Sentyabr 22:24
Dünya
01 Sentyabr 21:40
İqtisadiyyat
01 Sentyabr 21:19
Siyasət
01 Sentyabr 21:10
Dünya
01 Sentyabr 20:43
İdman
01 Sentyabr 20:15
Dünya
01 Sentyabr 19:58
Dünya
01 Sentyabr 19:21
Gündəm
01 Sentyabr 19:20
Gündəm
01 Sentyabr 18:49
Sosial
01 Sentyabr 18:34
İdman
01 Sentyabr 17:22
Sosial
01 Sentyabr 17:19
İqtisadiyyat
01 Sentyabr 16:27
Dünya
01 Sentyabr 16:18
Siyasət
01 Sentyabr 15:35
Siyasət
01 Sentyabr 15:27
Siyasət
01 Sentyabr 15:03
Sosial
01 Sentyabr 14:58
Siyasət
01 Sentyabr 14:55
Gündəm
01 Sentyabr 14:53
Siyasət
01 Sentyabr 14:46
Siyasət
01 Sentyabr 14:32
Dünya
01 Sentyabr 14:20
Dünya
01 Sentyabr 14:20
Siyasət
01 Sentyabr 14:19
Gündəm
01 Sentyabr 14:12
Siyasət
01 Sentyabr 13:59
Siyasət
01 Sentyabr 13:57
Dünya
01 Sentyabr 13:24
Sosial
01 Sentyabr 13:19
Siyasət
01 Sentyabr 12:43
Sosial
01 Sentyabr 11:54
Gündəm
01 Sentyabr 11:48
İqtisadiyyat
01 Sentyabr 11:20
Gündəm
01 Sentyabr 11:18
Siyasət
01 Sentyabr 11:17
Gündəm
01 Sentyabr 10:56
Analitik
01 Sentyabr 10:22
Gündəm
01 Sentyabr 10:06
Siyasət
01 Sentyabr 09:45
Analitik
01 Sentyabr 09:41
Ədəbiyyat
01 Sentyabr 09:17
Ədəbiyyat
01 Sentyabr 08:50
Elm
01 Sentyabr 08:36
Sosial
01 Sentyabr 07:38
Elm
31 Avqust 23:14
İqtisadiyyat
31 Avqust 22:59
İdman
31 Avqust 22:27
İqtisadiyyat
31 Avqust 21:42
İdman
31 Avqust 21:18
İqtisadiyyat
31 Avqust 20:53
Gündəm
31 Avqust 20:32
Hadisə
31 Avqust 20:25
İdman
31 Avqust 19:41
Dünya
31 Avqust 19:16
Gündəm
31 Avqust 18:58
Dünya
31 Avqust 18:34
Elm
31 Avqust 18:19
İqtisadiyyat
31 Avqust 17:23
Gündəm
31 Avqust 17:12

