Gələcəkdən xəbər verən “uzaqgörən”lər
24.11.2022 [10:55]
Fırıldaqçılar hər yerdədir...
Səidə RƏHİMLİ
Başlıqdan hər kəs mövzumuzun falçılar olduğunu anladı. “Fala inanma, faldan da qalma”, deyirlər. Elə bu deyim də insanları kiçik bir problemlə üzləşdikləri zaman falçıların qapısına yönəldir. İnsanların çarəsizcə ümid bağladığı bu fırıldaqçılar əvvəllər sadəcə evlərdə xidmət göstərirdilər. İndi isə sosial şəbəkələrdə onlayn falçılıq xidmətləri geniş şəkildə yayılmağa başlayıb. Qəribə tərəfi isə budur ki, onlara inananların sayı azalmaq yerinə daha da artır. İnananların sayı artdıqca fırıldaqçılar da çoxalır. Ətrafımızda ən azı bir dəfə də olsa, belə hadisə ilə rastlaşırıq: “Falçıya getdim, hər şeyi bildi. Dedi ki, filan şeyləri edəcəyəm problemlərin həll olunacaq”. Aramızda falçıların belə ümidverici sözlərinə inananlar da az deyillər.
Minilliklər boyu bütün dünyada müxtəlif falçılar olub. Onlara inananlar sayəsində daha da artaraq günümüzə qədər gəliblər. İndi bizim ölkəmizdə insanları “mənə vergi verilib”, “Quran açıb baxıram” adı altında aldatmağa çalışırlar. Belə bir misal gətirim. Məhəmməd peyğəmbər nəvələrinin şəhidliyinin necə olacağını bilirdi, lakin bunu dəyişdirmək üçün heç nə etmədi. Peyğəmbərin belə Allahın yazdığını pozmadığı halda Tanrı fırıldaqçılıq etsinlər deyə insanlara vergi verər? Əlbəttə ki, yox. İslam dinində fal və falçılıq günah hesab edilir.
Falçılara müraciət edilən məsələlər, demək olar ki, ritorikdir: “yoldaşımı evə bağla”, “evimizin ruzisini artır”, “qaynanamı bizdən uzaq sal” və s. ailə məsələləri. Hətta iş o yerə gəlib ki, vəzifə üçün yolunu falçı və cadugərlərin evinə salanlar da olur.
Bu “peşə” ilə məşğul olanların arasında “işə yarayanlar da var”, deyirlər. Amma gəlin, məsələyə daha yaxından yanaşaq. Falçı hər hansı problemi “çözəcəm” deyincə qarşısındakı adamı bir növ ovsunlamış olur. Burada bir məqamı da qeyd edək ki, “uzaqgörənlik”lə məşğul olanlar insan psixologiyasına yaxşı bələddirlər. Bir-iki sualdan sonra həmin adamın iç dünyasına səyahət etmək onlar üçün o qədər də çətin deyil. Əlbəttə ki, xüsusi “natiqlik qabiliyyəti”ndən istifadə də burada işə yarayır. Və beləliklə, ovsunlanmış adama hər hansı fikri təlqin etmək falçılar üçün asan olur. Elələri də var ki, cinlərlə işlədiyini, cinlərin ona əziyyət verdiyini deyir. Belə olan halda elə falçı həmin cinin onu “falçılıq istedadından” uzaqlaşdıracağından ehtiyat etmirmi?
Belə fırıldaqçılar dünyanın hər yerində var. Ölkəmizdə isə onlar cinayət məsuliyyəti daşımağa məhkumdurlar və dələduzluq maddəsi ilə cəzalandırılırlar. Ötən aylarda özünü 12-ci imam kimi təqdim edərək 40 nəfəri aldadıb pulunu mənimsəyən şəxs saxlanıldı. Aydın oldu ki, “12-ci imam” cildinə girmiş bu fırıldaqçı qanuna zidd əməlləri ilə əməlli-başlı mal-mülk sahibinə çevrilib.
Elm, din və dövlət - heç biri falçılığı qətiyyən dəstəkləmir. Bəs biz inanmaqda niyə bu qədər israr edirik?
Bizi belələrinə ümid bağlamağa vadar edən iki əsas məsələ olduğunu düşünmək yetər:
* bu günümüzü yaşamadan gələcəyi öyrənmək ;
* problemlərimizi özümüz həll edə biləcəyimiz halda başqasına həvalə etmək istəyimiz.
30 ilə yaxındır ki, falçılığın daha müasir bir adı yaranıb - ekstrasenslik. Bəziləri bunun falçılıqla əlaqəsi olmadığını müdafiə edirlər. Lakin bu da gələcəkdən xəbər vermə ilə əlaqədar bir sahədirsə və ən əsası da elmi bir sübutu yoxdursa, falçılığın bir qolu olaraq hesab edilməlidir. Hətta bəzi televiziya kanallarında ekstrasenslərin qonaq olaraq dəvət edildiyini də görə bilərik. Çoxları bunun bir şou olduğunu, ekran qarşısına daha çox tamaşaçı cəlb etmək məqsədilə edildiyini bilmir...
Allan və Barbara Pizin “Bədən dili” adlı kitabında falçılar haqqında çox maraqlı bir məlumat əks olunub: “Falçının uğuru, sadəcə, bədən dili işarələrini müşahidə etmək qabiliyyətinin, üstəlik insanın təbiətinə, eləcə də “ehtimal statikasına” bələd olmasının nəticəsidir. Bəziləri özünün bu sözsüz işarələri oxumaq qabiliyyətindən xəbərsizdir, nəticədə fövqəladə gücə sahib olduğuna özü də inanır... Falçı adamın görünüşünə baxır, dediklərinə, verdiyi suallara reaksiyasını müşahidə edir və bütün bunlar onun qarşısındakının fikirlərini oxumasına xidmət edir”.
Burada falçıların çoxunun qadın olmasına səbəb kimi qadınların bədən dili işarələrini kişilərdən daha yaxşı oxuya bilməsi göstərilir. Falçılar ümumi suallar verərək bizdən söz qoparır, reaksiyalarımızı dəyərləndirir və yuxarıda da qeyd edildiyi kimi, bədən dilimizə nəzər salır. Bütün bunların nəticəsində də bizim haqqımızda fikir sahibi ola bilir. Biz isə bizi aldada bilməsi üçün onlara əlavə ödəniş etməli oluruq.
Sosial şəbəkələrdə onlayn xidmət göstərən falçıların səhifələrinə nəzər saldıqda, gələn razılıq mesajlarının çoxluğu adamı heyrətləndirir. Və hər birinin eyni ilə bir-birini təkrarlayan tərifli cümlələri görəndə isə hər şey məlum olur. Həmin falçının səhifəsini çalışdıran bir qrup onu reklam məqsədi ilə sosial şəbəkələrdə müxtəlif adlarla hesab açıb, insanlara “gəl-gəl” deyən münasibətlərini sərgiləyirlər.
Falçılara müraciət edənlərin əksəriyyəti bunun yaxınları tərəfindən eşidilməsindən utanır. Falın günahından, inanmağın cahilliyindən yox, cəmiyyət qınağından çəkinirlər.
Hər birimiz öz həyatımıza dərindən bələdik. Başqa heç kim həyatımız haqqında bizim qədər məlumat sahib ola bilməz.
Xəbər lenti
Hamısına baxDünya
21 May 23:18
YAP xəbərləri
21 May 23:14
Dünya
21 May 22:40
Dünya
21 May 22:17
Müsahibə
21 May 21:59
Xəbər lenti
21 May 21:25
Dünya
21 May 20:42
Dünya
21 May 20:14
Xəbər lenti
21 May 19:52
Dünya
21 May 19:16
Yeni texnologiyalar
21 May 18:32
İqtisadiyyat
21 May 17:45
Dünya
21 May 17:19
Dünya
21 May 16:34
Dünya
21 May 16:10
Siyasət
21 May 16:02
Siyasət
21 May 16:01
Siyasət
21 May 16:01
Elanlar
21 May 15:56
Siyasət
21 May 15:55
Dünya
21 May 15:46
Sosial
21 May 15:21
Sosial
21 May 15:21
Dünya
21 May 15:19
YAP xəbərləri
21 May 15:09
Xəbər lenti
21 May 15:04
Elm
21 May 14:54
YAP xəbərləri
21 May 14:53
Dünya
21 May 14:53
Xəbər lenti
21 May 14:52
Dünya
21 May 14:25
Dünya
21 May 14:17
Siyasət
21 May 14:16
Siyasət
21 May 13:53
Siyasət
21 May 13:40
Dünya
21 May 13:16
Gündəm
21 May 12:57
Sosial
21 May 12:45
Gündəm
21 May 12:36
Sosial
21 May 12:33
Elm
21 May 12:20
Sosial
21 May 12:19
Gündəm
21 May 12:11
YAP xəbərləri
21 May 12:02
Siyasət
21 May 11:52
Siyasət
21 May 11:39
İqtisadiyyat
21 May 11:13
Gündəm
21 May 10:56
Gündəm
21 May 10:34
YAP xəbərləri
21 May 10:28
Analitik
21 May 10:12
İqtisadiyyat
21 May 09:55
Analitik
21 May 09:38
Sosial
21 May 09:14
Sosial
21 May 08:50
Sosial
21 May 08:31
Sosial
21 May 07:08
İdman
21 May 07:00
Sosial
20 May 23:31
Dünya
20 May 23:18
Xəbər lenti
20 May 22:46
Elm
20 May 22:14
Xəbər lenti
20 May 21:52
Dünya
20 May 21:25
Siyasət
20 May 20:51
Dünya
20 May 20:49
Dünya
20 May 20:17
Dünya
20 May 19:50
Dünya
20 May 19:22
Xəbər lenti
20 May 18:43

