Kəklikotunun toksikoloji effekti ola bilərmi?
13.12.2022 [10:40]
Baş toksikoloq yox deyir...
Qax rayonunda bir ailənin beş üzvü qidadan zəhərlənib. Hadisə şəhər ərazisində qeydə alınıb. Belə ki, rayon sakinləri - 64 yaşlı Xanım Xəlilova, onun oğlu 40 yaşlı Məhəmməd Xəlilov və gəlini Günay Mahmudova, eləcə də 2 azyaşlı qida zəhərlənməsi diaqnozu ilə Qax Rayon Mərkəzi Xəstəxanasına müraciət edib. Onların kəklikotu çayı içdikdən sonra vəziyyətlərinin pisləşdiyi bildirilib.
Daxili İşlər Nazirliyi (DİN) Mətbuat Xidmətinin Şəki regional qrupundan fakt təsdiq edilib. Qeyd olunub ki, 5 nəfərin qidadan zəhərlənməsi ilə bağlı rayon polis şöbəsinə məlumat daxil olub.
Klinik Tibbi Mərkəzin toksikologiya şöbəsinin müdiri Azər Maqsudov “Yeni Azərbaycan”a açıqlamasında bildirib ki, kəklikotunun tərkibində hansısa zərərli maddələr yoxdur ki, zəhərlənməyə səbəb olsun: “Ümumiyyətlə, ilk dəfədir ki, kəklikotundan zəhərlənmə hadisəsi ilə qarşılaşıram. Ola bilsin kəklikotuna oxşar başqa bir ot istifadə ediblər, nəticədə zəhərlənmə baş verib. Çünki kəklikotunun tərkibində hansısa toksikoloji maddə yoxdur ki, insan orqanizmi üçün təhlükə yaradıb zəhərlənməyə yol açsın. Ümumiyyətlə, elmi və tibbi ədəbiyyatda da qeyd olunub ki, kəklikotudan çox istifadə edilsə belə, hər hansı bir zəhərlənmə mümkün deyil. Çox istifadə zamanı sadəcə qan təzyiqinin aşağı düşməsi ilə rastlaşa bilərik. Bu bitkinin heç bir ziyanı yoxdur, əksinə xeyri var. Məlumdur ki, hələ qədim zamanlardan müxtəlif xəstəliklər zamanı müalicəvi vasitə kimi kəklikotundan geniş istifadə olunurdu. Kəklikotu çayı orqanizmə güclü müalicəvi və profilaktik təsir edir. Ona görə də bu bitkidən zəhərlənmə olduğunu eşidəndə bir az təəccübləndim. Düşünürəm ki, rayon sakinləri kəklikotuna bənzər başqa bir bitkidən istifadə ediblər”.
Yeganə BAYRAMOVA
Xəbər lenti
Hamısına baxGündəm
22 May 13:17
Sosial
22 May 12:56
Sosial
22 May 12:55
Sosial
22 May 12:55
Gündəm
22 May 12:54
Siyasət
22 May 12:48
Xəbər lenti
22 May 12:28
Siyasət
22 May 12:27
Analitik
22 May 12:00
Gündəm
22 May 11:22
Xəbər lenti
22 May 11:17
İqtisadiyyat
22 May 10:53
İqtisadiyyat
22 May 10:35
Analitik
22 May 10:18
Sosial
22 May 10:08
Analitik
22 May 09:56
Analitik
22 May 09:30
Analitik
22 May 09:17
Sosial
22 May 08:53
Sosial
22 May 08:31
Dünya
21 May 23:18
YAP xəbərləri
21 May 23:14
Dünya
21 May 22:40
Dünya
21 May 22:17
Müsahibə
21 May 21:59
Xəbər lenti
21 May 21:25
Dünya
21 May 20:42
Dünya
21 May 20:14
Xəbər lenti
21 May 19:52
Dünya
21 May 19:16
Gündəm
21 May 19:16
Yeni texnologiyalar
21 May 18:32
İqtisadiyyat
21 May 17:45
Dünya
21 May 17:19
Dünya
21 May 16:34
Dünya
21 May 16:10
Siyasət
21 May 16:02
Siyasət
21 May 16:01
Siyasət
21 May 16:01
Elanlar
21 May 15:56
Siyasət
21 May 15:55
Dünya
21 May 15:46
Sosial
21 May 15:21
Sosial
21 May 15:21
Dünya
21 May 15:19
YAP xəbərləri
21 May 15:09
Xəbər lenti
21 May 15:04
Elm
21 May 14:54
YAP xəbərləri
21 May 14:53
Dünya
21 May 14:53
Xəbər lenti
21 May 14:52
Dünya
21 May 14:25
Dünya
21 May 14:17
Siyasət
21 May 14:16
Siyasət
21 May 13:53
Siyasət
21 May 13:40
Dünya
21 May 13:16
Gündəm
21 May 12:57
Sosial
21 May 12:45
Gündəm
21 May 12:36
Sosial
21 May 12:33
Elm
21 May 12:20
Sosial
21 May 12:19
Gündəm
21 May 12:11
YAP xəbərləri
21 May 12:02
Siyasət
21 May 11:52
Siyasət
21 May 11:39
İqtisadiyyat
21 May 11:13
Gündəm
21 May 10:56
Gündəm
21 May 10:34

