Kariyesə qarşı necə tədbir görək?
15.02.2024 [09:17]
Kariyes – diş toxumalarında qüsurların əmələ gəlməsi ilə təzahür olunan stomatoloji xəstəlikdir. Müalicə olunmadıqda diş toxumalarının dağılmasına gətirib çıxarır. Kariyes çox təhlükəli bir xəstəlikdir. O yalnız dişin dağılmasına və sonda itirilməsinə səbəb olmur. Kariyesli diş daim infeksiya mənbəyi olub son nəticədə ağız-udlağın, həmçinin daxili orqanların da iltihab xəstəliklərinə səbəb ola bilər. Bundan başqa, kariyesin özünün digər daha ağır fəsadları ilə də qorxuludur. Çünki iltihab prosesi diş köküətrafı sümük toxumasına keçərək periodontit xəstəliyinə, çənə sümüklərinə keçdikdə isə daha qorxulu hesab edilən osteomielit xəstəliyinə səbəb ola bilər. Buna görə də kariesli dişləri mütləq müalicə etmək lazımdır.
Karies ən çox yayılmış xəstəlikdir – hər bir yetkin yaşlı insan həyatında heç olmasa bir dəfə diş “dəliyi” ilə qarşılaşıb. Uşaqlarda da o digər xroniki patologiyalar arasında birinci yeri tutur. Kariyesdən ən az ekvatorial ölkələrdə yaşayan insanlar əziyyət çəkir.
Kariyesin növləri
İnfeksion (patogen mikroorqanizmlər tərəfindən törədilir);
Distrofik (diş toxumalarında mübadilə proseslərinin pozuntuları nəticəsində yaranır).
Stomatoloqlar kariyesin yaranmasının iki əsas səbəbini qeyd edirlər:
Diş minasına patogen mikroorqanizmlərin mənfi təsiri. İnsanın ağız boşluğunda çoxlu sayda mikroorqanizmlər var, lakin kariogen aktivliyə yalnız laktobakteriyalar və turşu yaradan streptokoklar malikdirlər. Öz həyat fəaliyyətləri zamanı onlar diş toxumalarına dağıdıcı təsir göstərən turş parçalanma məhsullarını ifraz edirlər. Laktobakteriyaların və streptokokların çoxalmaları üçün substrat kimi karbohidratlar xidmət edirlər.
Karbohidratların parçalanma məhsulları ilə minanın dağıdılması. Qidalanma məhsulları ilə birlikdə qəbul edilən şəkər ağızda seliyin köməyi ilə fermentasiya olunur. Nəticədə turşular– yağ, propion, qarışqa turşuları əmələ gəlir. Onlar diş minasına və dentinə mənfi təsir göstərir.
Kariyesin inkişafının qarşısını almaq üçün aşağıdakıları etmək tövsiyə olunur:
İldə bir dəfə stomatoloqu ziyarət etmək;
Dişləri yaxşı yumaq;
Keyfiyyətli diş məcunu və fırçalarından istifadə etmək;
Dişlərin gigiyenik təmizlənməsini flossla (diş sapını) tamamlamaq;
Rasional şəkildə qidalanmaq, daha çox meyvə və tərəvəzlər yemək;
Kurslar şəklində vitamin və mineral komplekslərini qəbul etmək;
Yeməkdən sonra şəkərsiz saqqızdan istifadə etmək.
Kariyesə ağız içindəki bakteriyalar səbəb olur. Bakteriyaları zərərsiz hala gətirmək üçün ev şəraitində bəzi bitki çaylarından ( adaçayı, darçın və s.)istifadə etmək lazımdır.
Mikayıl
Xəbər lenti
Hamısına baxDünya
22 May 22:49
Dünya
22 May 22:30
Dünya
22 May 22:16
Dünya
22 May 21:58
Dünya
22 May 21:25
İqtisadiyyat
22 May 21:13
Dünya
22 May 20:43
Dünya
22 May 20:31
Dünya
22 May 20:19
Dünya
22 May 19:50
Xəbər lenti
22 May 19:22
İdman
22 May 19:10
Xəbər lenti
22 May 18:19
Siyasət
22 May 18:19
Xəbər lenti
22 May 18:18
Elm
22 May 17:53
Elm
22 May 17:52
Xəbər lenti
22 May 17:52
Xəbər lenti
22 May 17:51
Mədəniyyət
22 May 17:50
Elm
22 May 17:49
Siyasət
22 May 17:49
Xəbər lenti
22 May 17:48
Siyasət
22 May 17:48
Sosial
22 May 17:25
YAP xəbərləri
22 May 17:14
YAP xəbərləri
22 May 17:11
Siyasət
22 May 16:32
Siyasət
22 May 15:51
Siyasət
22 May 15:50
Siyasət
22 May 15:46
Siyasət
22 May 15:45
Siyasət
22 May 15:44
YAP xəbərləri
22 May 15:22
Sosial
22 May 15:17
YAP xəbərləri
22 May 14:51
Siyasət
22 May 14:33
Dünya
22 May 14:26
Gündəm
22 May 13:17
Gündəm
22 May 13:09
Sosial
22 May 12:56
Sosial
22 May 12:55
Sosial
22 May 12:55
Gündəm
22 May 12:54
Siyasət
22 May 12:48
Xəbər lenti
22 May 12:28
Siyasət
22 May 12:27
Analitik
22 May 12:00
Gündəm
22 May 11:22
Xəbər lenti
22 May 11:17
İqtisadiyyat
22 May 10:53
İqtisadiyyat
22 May 10:35
Analitik
22 May 10:18
Sosial
22 May 10:08
Analitik
22 May 09:56
Analitik
22 May 09:30
Analitik
22 May 09:17
Sosial
22 May 08:53
Sosial
22 May 08:31
Dünya
21 May 23:18
YAP xəbərləri
21 May 23:14
Siyasət
21 May 22:43
Dünya
21 May 22:40
Dünya
21 May 22:17
Müsahibə
21 May 21:59
Xəbər lenti
21 May 21:25
Dünya
21 May 20:42
Dünya
21 May 20:14
Xəbər lenti
21 May 19:52
Dünya
21 May 19:16

